Qafar Çaxmaqlı armenizmdən terroriZMƏ erməNİ İdeoloji



Yüklə 132,69 Kb.
Pdf görüntüsü
səhifə19/66
tarix15.03.2018
ölçüsü132,69 Kb.
#31520
1   ...   15   16   17   18   19   20   21   22   ...   66

 
56 
 
əsrlərdə  Avropada  ortaya  çıxan  yeni,  fəlsəfi,  tarixi  və  antropolojik  qavramlı 
ifadələrdən  törəmiĢdir.  Məsələn,  "Ģəxsiyyət"  anlayıĢı  müstəqim  bir  Ģəkildə 
"eynilik"  (identification)  olaraq  baĢa  düĢülməsi  anlamına  gəlir.   Bu  zaman  eyni 
qrupa  aid  olanlar,  qrup  mənsubları  bənzər  Ģəkillərdə  geyinər,  yeriyərlər,  eyni  dili 
danıĢarlar,  eyni  ənənələri  qoruyarlar;  bütün  bu  baxımlardan  özlərinə  mənsub 
olmayan  fərdlərdən  fərqlilik  göstərərlər.  Bu  bənzərlik  –  həm  də  bənzəməzlik 
görüntüsü, milli "Ģəxsiyyətin"  kəcb etdiyi mənalarından biridir. Burada insanların 
bir  boydan,   bir  etnik   kökdən  gəlib  gəlməməsi  əhəmiyyətli  deyil.  Məsələn,  bir 
zamanlar  Monqolustanda  etnik  baxımdan  monqol  olub-  olmama  əhəmiyyətli 
deyildi,  əhəmiyyətli  olan  monqol  qanununu  qəbul  etmək  idi  və  mongollar  kimi 
yaĢamaqdı.  Osmanlı  dövləti  də  ərazisində  yaĢayan  xalqlara  fərqlilik  nümayiĢ 
etdirməmiĢdi  ki,  uzun  müddət  ayaqda  qala  bildi.  Bu  dövlətin  içində  yaıayanlar 
özlərin i heç zaman qərib hiss etməmiĢlər.  Bu bir çox ölkələr üçün də uzun zaman 
yaĢama və fəaliyyət  göstərmənin özünəxas prinsipi olmuĢdur. Ermənilər üçün bu 
prinsip  keçərli  sayıla  bilməz,  çünki  onların  heç  zaman  dövləti  olmamıĢ  və 
içərilərində  etnik  baxımdan  onlara  yaxın  olan  millətlər  olmamıĢdır.  Bu  mənada 
erməni 
milliyətçiliyinin  
çatıĢmayan  cəhətləri  özünü  qabarıq  göstərir. 
Millətə  
"modernist" 
yöndən 
baxılsa   milli  Ģəxsiyyəti  yaradan  da 
elə   milliyətçiliktir.  Bunda  zərərli  bir  Ģey  yoxdur  əslində.   Erməni  milliyətçiliyi 
əvvəla, heç zaman  modernist olmamıĢdır, ikincisi isə  özü bir Ģey ifadə etməsə də 
onun millliyətçiliyi isə baĢqa xalqlara ―yuxarıdan aĢağı‖ baxmaq kimi eqoist yönü 
ilə  seçilmiĢdir.  Bu  eqoist  yanaĢma  imkan  verməzdi  ki,  erməni  milliyyətçiliyi 
sağlam  düĢüncənin  üzərində  köklənsin.  Milliyyətçilik  haqqında  bir  çox  fikirlər 
mövcuddur.  Bunlardan  ən  maraqlısı  Ernest  Gellnerə  aiddir,  o  deyir  ki,  , 
"milliyyətçilik  millətlərin  öz  mənlikləri  mənasında  oyanmıĢ  olmaları  deyil; 
milliyyətçilik boĢ yerdə  millətlər icad edər". Erməni dediyimiz toplumun qədimdə 
olan  Armeniyaya  heç  bir  dəxli  olmasa  da  bu  gün  dünyanı  inandıra  bilmiĢdir  ki, 
onlar  bunların  sələfləridirƏslində  milliyyətçilik  eyni  dili  danıĢan,  eyni  bioloji 
xüsusiyyətlərə  və  eyni  mədəniyyətə  sahib,  ortaq  bir  mənĢədən  gələn,  cəmiyyəti 
təĢkil  edən  fərdlərin  Ģüuruyla,  üzvü  olduğu  cəmiyyəti  müqəddəs  fikirlərlə  digər 


 
57 
 
cəmiyyətlərə görə daha çox sevən, aid olduğu cəmiyyəti qoruma və təbliğ etməyə 
çalıĢan,  aid  olduğu  cəmiyyəti  hər  istiqamətdə  daha  yaxĢı  bir  yerlərə  çatdırmağa 
çalıĢan  fərdlərin  düĢüncə  formasıdır.  Ermənilərin  nə  dili,  nə  mədəni  varlıq 
bənzərliyi  ,  nə   adət-  ənə  ələri  bu  dövlətlə  eyniyyət  təĢkil  etmir.   Amma 
panarmenizmin  illər  boyu  təbliğatı   budur  öz  iĢini  görmüĢdür.  ―Hay‖  ―erməni‖yə 
cevrilmiĢ  və  haqqı  olmayan  tarixi  gerçəklərə  iddia  etməyə  baĢlamıĢdır.  Beləcə 
yalançı  panermənist  tarix  də  ortaya  çıxmıĢdır.  Bu  ondan  olmuĢdur  ki,  qədim 
Armeniyaya iddiaçı ortada yoxdur. Yoxdur deyə ona sahiblənməkmi lazımdır. Bu 
gün  çox  qədim  dövlətlərinin  ―sahibi‖  yoxdur.   Bunu  erməni  panarmenistlər  çox 
yaxĢı  bildiklərindən  bu  dövlətin  də,  digər  qonĢuların  da   tarixi  varlığına  sahib 
çıxmıĢlar.  Albaniyanın  da  sahibi  yoxdur.  Qafqaz  Albaniyasınadan  söhbət  gedir. 
Baxın, bu xalqa aid olan hər Ģey- maddi- mədəniyyət abidələri, kilsələr, məbədlər, 
kitabələr,  yazılı  və  Ģifahi  bütün  ədəbiyyat  ermənilərinki  kimi  qələmə  verilir.  Bu 
gün,  məsələn,   bir  avropalıya  sən  sübut  edə  bilməzsən  ki,   Dağlıq  Qarabağdakı 
Qanzasar Monastırı ermənilərə aid  deyil, alban abidəsidir. 
 Panarmenizmdə  də  bütün  milliyətçilik  qavramalarında  olduğu  kimi  ictimai 
mənsubluk  bilinci gəlir.  Belə halda mənsub olduğu cəmiyyəti Ģüurlu olaraq sevmə 
və  cəmiyyətin  inkiĢafı  üçün  səy  göstərmə  özünü  qabarıq  göstərir.  BaĢqa 
cəmiyyətlərə  qarĢı  hər  hansı  bir  düĢməncə  rəftar  qəbuledilməz  sayılır. 
Ermənilərdə   bunlar  baĢqa  anlamda  təzahür  etdiyindən  biz  onların  bəzi 
cəhətlərini   açmağa  çalıĢacağıq.  Erməni  milliyətçiliyinin  antibəĢəri  xarakterini 
açmaq  üçün  biz  öncə   milliyətçilik  anlayıĢının  erməni  toplumunda  necə 
qavranıldığına  diqqət  etməliyik.   Ermənicə  millət  –ազգ (azq) sanki yalnız onlara 
aid  olan  bir  qavramdır,  digər  xalqlar ազգ(millət) ola  bilməzlər.  Ermənilərin  bu 
anlayıĢı  fərqli  anlamaları  onların  millətçilik  xəstəliyinə  tutulmaları  ilə 
bağlıdır.   Millətçiliyə  ideologiya  kimi  də,  siyasi  doktrina  kimi  də,  yaĢamaq, 
varolmaq  üçün  mübarizə  üsulu  kimi  də  baxmaq  mümkündür.  Qərbdə  millətçilik 
öncə siyasi məqsədə çatmaq vasitəsi olub fərdi azadlıq əldə etmək düĢüncəsi ilə sıx 
bağlı  bir  konsepsiya  kimi  götürülmüĢdür.  Müasir  millətçiliyin  Avropada  əsasını 


 
58 
 
fransızlar qoymuĢlar. Bu sadəcə olaraq bir siyasi və ideoloji layihə olaraq ortaya 
çıxmıĢdır.  Millətçiliyin  klassik  növü  Ġngiltərədə  bərqərar  olmuĢdur.  Buna  isə 
siyasətdən  və  ideologiyadan  kənarda  baxılmamıĢdır.  Bu  modellər,  yəni “Qərb 
modeli” qorunub  saxlanmıĢdırmı?  XVIII  əsrdən  üzü  bu  yana  ona  yön  verən  isə 
Almanlar  olmuĢdur.  Fransada  yaranan  millətçilik  sosial  və  siyasi  proekt  idi,  bu 
digər ölkə və xalqlarda da özünü məhz bu formada səciyyələndirirdi. Fransız milli 
ideologiyası  alman  mifləri  ilə  əvəzlənərkən  özündə  süni  çalarları  əks  etdirməyə 
baĢladı.       Millətçiliyin  ―ġərq  modeli‖  isə  daha  fərqli  formada  özünü  göstərirdi. 
Biz  bu  mənada  ―millətçilik  layihələrinə‖  erməni  millətçiliyi  nümunələrində  təhlil 
etməyə  çalıĢsaq  həmin  fərqi  aĢkar  görərik.  Adam  Smit  tərəfindən  əsaslandırılan 
modeli çox asanlıqla Erməni nasionalizminə aid etmək olar. Burada ümumi əcdad-
Hayka bağlılıq var,burada Erməni ―qızıl əsrinə‖ həsrət özünü göstərir ( guya ki, 1,5 
min  illik  enmədən  sonra  yüksəliĢ  gələcək),  Vətənin  itirilməsinə  yanğı  ilə  acıma 
var.  Bu  ―millətçi  mif‖  XIX  əsrin  sonlarında  ,XX  əsrin  əvvəllərində  bir  qrup 
ziyalının  ortaya  çıxmasını  ĢərtləndirmiĢdi.  Onların  arasında  yazıçılar,  publisistər, 
din  adamları  və  s.  vardı.  Raffi,  Leo,  Mıkrtiç,Xrimyan...  Bu  ideologiyanı  yayan 
mətbuat  orqanlarına  da  malik  idilər.  ―MĢak‖  qəzeti,  ―Hnçak‖,  ―DroĢaq‖  jurnalı. 
Onların içərisinə Erməni kökənli Rusiya vətəndaĢları daxil olmuĢ və Rus xalqçıları 
kimi  onlar  da  xalqın  içərilərinə  kəndlərə  üz  tuturdular.  Erməni  millətçiliyini 
yaymaq  çətin  deyildi,bunun  üçün  daha  öncələrdə  mxitaristlərin  təsiri  ilə 
silahlanmıĢ  qüvvələr  ayaqda  idilər.  Tarixi  ―Qəhrəmanlıq  mifləri‖də  köməyə 
gəldi.            Erməni  tarixini  ĢiĢirdilmiĢ  formada  təqdim  edən  Leo,  xalqın 
yadellilərə-xüsusən  də  müsəlmanlara  (türklərə!)  mübarizəsindən  bəhs  edən 
romanlar  müəllifi  Raffi...  Hamısının  da  içərisində  mərkəzi  rolda  Erməni 
separatizmi.  BaĢqalarının  torpaqlarına  iddialar...     Erməni  milliyyətçiliyinin 
kökünü Vardavar deyilən Erməni bayramında axtarmağın daha məntiqli olduğunu 
iddia  edənlər  də  var.  Bu  tip  ideoloqlar  keçmiĢ  Ermənistana  dönməklə  milli 
öyünüdərki  möhkənləndirmək  istəyirlər.  Amma  bunun  mümkün  olacağı  çətin 
ehtimaldır.  Qədim  və  ya  keçmiĢ  adlandırılan  Ermənistan  xəyali  bir  məfhumdur, 
heç bir elmi əsasa söykənməyən iddiadan baĢqa bir Ģey deyildir, onu hər hansı bir 


Yüklə 132,69 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə