Qafar Çaxmaqlı armenizmdən terroriZMƏ erməNİ İdeoloji



Yüklə 132,69 Kb.
Pdf görüntüsü
səhifə15/66
tarix15.03.2018
ölçüsü132,69 Kb.
#31520
1   ...   11   12   13   14   15   16   17   18   ...   66

 
44 
 
məktəb  və  kilsələrində  «erməni  istiqlalı»  ilə  bağlı  xəritələr,  plakatlar,  komitə 
baĢçılarının quldur dəstə rəislərinin (xmbabedlərin) Ģəkilləri asılır. Bu haqda dövrün 
mətbuatında  yazılar  yer  almaqda  idi.  Diyarbəkirdə  ermənilərin  bir  məsələni  də 
sevinclə  qarĢılamsı  barədə  «Horizon»  qəzetində  bir  xəbər  yer  almıĢdı.  Həmin 
xəbərdə deyilirdi ki, «Azərbaycanda rusların qələbəsini erməni xalqı sevinclə qarĢı-
lamıĢdır». Bu, ermənilərin əvvəlcədən qurduqları quldur qrupunun (50-dən artıq fə-
rari erməni) Ģəhərin mərkəzlərini, önəmli nöqtələri tutacaqları barədə məlumat alan 
hökumət  tədbirlər  gördü.  Ermənilər  yaĢayan  evlərdə  axtarıĢlar  aparıldı.  Təkcə 
Diyarbəkirin mərkəzində altmıĢdan çox bomba qutularla dinamit, yüzlərlə tüfəng və 
mauzer  tapançalar  tapıldı.  Əsgərlikdən  silahı  ilə  qaçıb  fərarilik  edən  300-ə  qədər 
erməni  gənci  gizləndikləri  yerlərdən  çıxarıldı.  Onlardan  bir  çoxları  MuĢ,  Bitlis  və 
Van  dağlarında  gizlənmiĢ  terrorçu  qruplara  qoĢulmuĢ  və  rusların  iĢğalını 
asanlaĢdırmaq üçün hər cür cinayətlər törətmiĢdilər.  
Yozqatın ilçələrində də erməni zülmü barədə xəbərlər Osmanlı mətbuatında yer 
almıĢdı. Boğazlıyanın yunan Dikən kəndində ermənilər kəndin jandarm məntəqəsini 
ələ  keçirmiĢdilər.  Qumquyu  kəndində  ġükrü  adlı  jandarmı,Yaqub  və  Musa  adlı  və-
təndaĢı öldürmüĢdülər. Sivasda erməni üsyanları ara vermirdi. Daniel ÇavuĢ, Sivaslı 
Murad adlı quldurbaĢılar ətraflarına çoxlu komitəçi toplayaraq dövlətə açıq müharibə 
elan  etmiĢdi.  Sivasda  ermənilərə  paylanan  bir  intibahnamədə  (bu  intibahnamə  «Or» 
(«Gün») qəzetində də çap edilmiĢdi) deyilirdi: «Türklərin məĢrutiyyət və hürriyyətdə 
məqsədi erməniləri kəsməkdi. Müsavat (bərabərlik), uhuvvət (qardaĢlıq) kəlmələrinə 
heç  vaxt  inanmayın.  Ermənilərin  hürriyyəti  silah,  bomba  ilə  əldə  ediləcəkdir. 
Öküzünüzü satın, bomba alın». ġəbinqarahisarda belə bir hadisə olmuĢdu. Kənddən 
dönən  amerikalı  müəllim  Huborq  öldürülmüĢdü.  Ermənilər  qatilin  türk  olduğunu 
iddia edirdilər. Lakin qısa müddət keçəndən sonra qətli törədən Ģəxsin erməni komi-
təçisi  olduğu  öyrənildi,  amerikalı  müəllimin  öldürülməsinə  səbəb  isə  onun  silahını 
əldə etmək olmuĢdu.  
ArĢavir  Siracyan  adlı  erməni  yazıçısı  «Bir  erməni  terrorçunun  etirafları»  adlı 
kitab  yazıb  çap  etdirmiĢdir.  Həmin  kitabında  müəllif  göstərir  ki,  erməni  separatçı 
qruplar  öz  fəaliyyətlərini  təkcə  ġərqi  Anadoluda  deyil,  Ġstanbul  və  digər  böyük 


 
45 
 
Ģəhərlərdə  də  geniĢləndirmiĢdilər.  Onların  fikri  təkcə  ġərqi  Anadoluda  müstəqil  bir 
erməni  dövləti  qurmaq  deyildi,  həm  də  Osmanlı  dövlətini  içindən  parçalamaq  idi. 
1880-ci illərdə Rusiya və digər dövlətlərin verdiyi silahlarla illər boyunca davam edən 
erməni üsyanları nəticəsində bir çox müsəlman kəndləri talan olunmuĢ, qocalar və qa-
dınlar bir yerə toplanaraq onlara od vurulmuĢ, tarixdə görünməmiĢ vəhĢiliklər törədil-
miĢdi. Siracyan qeyd edir ki, XIX əsrin sonlarından etibarən türk dövlət adamlarını 
terrorizə etmək planları olmuĢdur. O qeyd edir ki, «beynəlxalq politikanın oyuncağı» 
halına  gələn  ermənilərin  türklərlə  düĢmənçilik  etməkdən  baĢqa  yolu  qalmamıĢdır. 
Müəllif  açıq  etiraf  edir  ki,  Osmanlının  ən  ağır  vaxtlarında  belə  nasistlərin  baĢqa 
millətlərə  tətbiq  etdiyinə  oxĢar  ermənilərə  qarĢı  edilən  bircə  dənə  də  fakt  yoxdur. 
Demək  qondarma  «erməni  soyqırımı»nı  yəhudilərə  tətbiq  edilmiĢ  soyqırımı  ilə 
qətiyyən müqayisə etmək mümkün deyil. Ġndi dünya üçün bu fikirlər yenilik deyildir 
ki,  ermənilər  terrora,  üsyana  qarĢıdurmaya  təhrik  edilmiĢdir.  Vahe  adlı  terrorçunun 
həyat yolu bunu sübut edir, müəllifin heç Ģübhəsi yoxdur ki, bu Ģəxs erməni xalqının 
qəlbində ölümsüzləĢəcək, gələcək mübarizəsində də ona yardımçı olacaq. Terrorçunun 
qətl  hərəkətləri,  vəhĢiliyi,  qana,  ölümə  susamıĢ  xarakteri  açılarkən  çox  qəribədir  ki, 
ona haqq qazandırılır.  
«Soyqırımı»  rəqəmləri,  yəni  1,5  milyonmu,  yoxsa  bir  qədər  çoxmu-azmı, 
müəllifi  qətiyyən  maraqlandırmır,  əsas  odur  ki,  «genosid»  baĢ  vermiĢdir,  bu 
«genosid»in isə günahkarları vardır və onlar erməni terror təĢkilatları tərəfindən hələ 
1920-ci  illərdən  fiziki  ölümə  məhrum  edilmiĢlər.  Onlar  aldıqları  qərarı  həyata 
keçirməyə  baĢlamıĢlar.  Birinci  Dünya  müharibəsindən  məğlub  çıxan  Osmanlı 
Ġmperatorluğu Mudros müqaviləsini imzalamağa məcbur olmuĢdu. Berlində mühacir 
həyatı yaĢayan «Ġttihad və Tərəqqi» liderlərindən Tələt paĢa 15 mart 1921-ci ildə Ber-
lində  daĢnak  terrorçu  Soğomon  Teyleryan  tərəfindən  qətl  edilmiĢdi.  O  zaman 
ermənilər bu terrorçuya bəraət almağa nail olmuĢdular. Tələt paĢanın qatilinə erməni-
lər ABġ-ın Fresno Ģəhərində abidə qoymuĢlar. 15 may 1919-cu ildə «Ġttihad və Tərəq-
qi» baĢçıları ingilislər tərəfindən Malta adasına sürgün edilmiĢdilər. Ermənilər onları 
sürgündə  də  rahat  buraxmırdılar.  Onlar  sürgündən  azad  ediləndən  sonra  təqib 
edildiklərini bilə-bilə Romada yaĢamaqlarına icazə verilmiĢdi. Səid Halim paĢani da 


 
46 
 
bu Ģəhərdə erməni terrorçular 6 dekabr 1921-ci ildə qətl etdilər. 16 iyun 1922-ci ildə 
doktor Bahaeddin ġakir, Camal Əzmi bəy də qətl edildilər, 1922-ci ilin 21 iyulunda 
Tiflisdə Camal paĢa da ermənilər tərəfindən öldürüldü. Bu kitabın müəllifinə öz xati-
rələrini danıĢan terrorçunun adı gizlin saxlanılsa da, onun Səid Halim paĢanı və doktor 
Bahaeddin  ġakiri,  Camal  Əzmi  bəyi  addım-addım  təqib  edərək  öldürən  Ģəxs  olduğu 
aydın  olur.  Adam  öldürməyi  özünə  Ģərəf  bilən  bu  terrorçu  əslində  erməni  millətinin 
tipik  obrazıdır.  Dünyada  elə  bir  millət  yoxdur  ki,  o  adam  öldürməklə  fəxr  etsin  və 
terrorçunu qəhrəman hesab eləsin. Ermənilərin Ġrəvanın Yerablur qəbristanlığında dəfn 
etdikləri, milli qəhrəman hesab elədikləri Ģəxslərin əksəriyyəti terrorçulardır.  
Fransanın  görkəmli  tarixçisi  Bernar  Lenis  ermənilərlə  bağlı  «Le  Mond» 
qəzetində  yazır  ki,  I  Dünya  müharibəsi  dövründə  baĢ  verən  hadisələr  soyqırımı 
sayıla  bilməz,  ölüm  olaylarının  soyqırımı  kimi  qələmə  verilməsi  sadəcə  olaraq bir 
erməni  yalanıdır.  Terrora  məruz  qalmıĢ  «Ġttihad  və  Tərəqqi»  liderlərinin  xatirə  və 
qeydləri ermənilərə münasibətlərinə diqqət edək. Camal paĢa qətl edilərkən onun ci-
bindən oğlu Behcət Camal bəyə yazdığı məktub çıxmıĢdı: «Sıra məndə oğlum. Tələt, 
Səid  Halim  paĢalarla,  digər  mağdur  və  məzlum  arkadaĢlarımdan  sonra  məni  də 
öldürəcəklər. Cinayətin səbəbi məndən qabaq öldürülənlərə edilən ittihamlardır. Bu 
cinayətin  qarĢısını  almaq  bizim  üçün  imkansızdır».  Daha  sonra  Camal  paĢa 
ermənilərə qarĢı hansı münasibətdə olduğunu qeyd edir: «Mənim ermənilərə nə qə-
dər  yaxĢı  davrandığımı  hər  kəsdən  yaxĢı  bugünkü  erməni  katolikosu  Zaven  əfəndi 
bilir. 1915-ci ilin dekabr ayında Ġstanbula getdiyim zaman o Pera Palas otelinə məni 
ziyarətə  gəlmiĢdi.  O  bütün  ermənilərin  adından  mənə  təqdirlə  təĢəkkür  etdi». 
Tiflisdə  vurulan  Camal  paĢa  və  iki  yavərinin  cənazəsini  Ərzuruma  gətirib  dəfn  et-
miĢlər. Böyük türk komandanı Kazım Qarabəkir paĢa bu dəfnlə Ģəxsən özü məĢğul 
olmuĢdur.  
I  Dünya  müharibəsi  baĢlayandan  sonra  Sivas  və  onun  ətrafında  da  türk-
müsəlmanların vəhĢicəsinə öldürülməsi kütləvi xarakter aldı. Erməni ruhanilər kənd-
kənd gəzib xalqı ayağa qaldırmaq istəyirdilər. SuĢəhrinə bağlı kəndlərdə Seponil adlı 
bir  erməni  papazı  bu  sözləri  söyləmiĢdi:  «Osmanlılar  məğlub  olacaqları  bir 
müharibəyə  baĢlayıblar.  Qısa  dövrdən  sonra  rus  ordusu  Ərzurumu  tutacaq  sonra 


Yüklə 132,69 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə