Qafar Çaxmaqlı armenizmdən terroriZMƏ erməNİ İdeoloji



Yüklə 132,69 Kb.
Pdf görüntüsü
səhifə14/66
tarix15.03.2018
ölçüsü132,69 Kb.
#31520
1   ...   10   11   12   13   14   15   16   17   ...   66

 
41 
 
yazmıĢdı: «Doktor heç kəsin düĢmanı deyildi, o insanlığa qarĢı gələnlərin düĢmənı 
idi». 
Aprelin  7-də  Vanı  mühasirəyə  alan  ermənilər  Qala  içəsrisində  olan  əsgər  və 
xalqa yardımların qarĢısını kəsdilər. 10 mindən artıq erməni silahlı quldur dəstəsi artıq 
«xəyallarını  gerçəkləĢdirməyə»  yaxın  olduqlarını  bildirirdilər.  Qaladakı  az  miqdarda 
türk əsgəri və mülki əhali may ayının sonuna qədər duruĢ gətirə bildilər, Ģəhər təslim 
oldu. Həm mühasirə zamanı, həm də ondan sonra burada minlərlə türk-müsəlman vəh-
Ģicəsinə qətl edildi. ġəhərdəki bütün məscidlər yandırıldı, orada bir nəfər də olsun türk 
qalmadı.  Ermənilər  əllərinə  düĢən  hər  kəsi  –  qadın,  qoca,  uĢaq  demədən  kəsir,  iĢ-
gəncələrlə  öldürürdülər.  Öncə  ermənilərin,  sonra  isə  rusların  iĢğal  etdiyi  Vanda  əsl 
soyqırım  həyata  keçirildi.  Van  mərkəz,  Səlimbəy  məhəlləsi,  ErciĢ,  KıĢla  məhəlləsi, 
Zeve  kəndi,  Baxçasaray  kəndi,  Çaldıran,  Ataköy  və  baĢqa  yerlərdə  iĢgəncə  ilə  öl-
dürülən türklər toplu olaraq da basdırılırdı. Bu vəhĢətlər rus zabitləri tərəfindən də təs-
diq edilmiĢdir .  
Həmin  illər  elə  bir  vəziyyət  yaranmıĢdı  ki,  ermənilər  türk  dövlətinə  və 
ordusuna xidmət etmək istəmirdilər. Onların bir çoxu Erməni Kilsəsinin təlimatı ilə 
əsgərliyə  getməkdən  yayındılar,  bir  çoxu  isə  «kilsə  xidmətçisi»  kimi  göstərilərək 
hərbi  qulluqa  alınmadılar.  Kilsələr  silah  anbarlarına  çevrilmiĢdi.  1915-ci  ilin 
iyulunda  rus  ordusuna  təslim  olan  Ərzincanda  ermənilər  qətlləri  artırdılar,  onlar 
köməksiz dinc əhaliyə Bayburtda da, GümüĢhanədə də divan tuturdular. Onların tö-
rətdikləri  vəhĢiliklər  rus  zabitlərini  belə  heyrətdə  buraxmıĢdı:  «evlərə  toplayaraq 
onları  yandırmaq,  küçə  və  bayırda  rast  gələrkən  türkə  heyvan  kimi  davranmaq, 
hamilə  qadınların  qarınları  yarılaraq  çıxarılan  uĢaqlar  qucaqlarına  verilib  sonra 
öldürmək». Gənc qızların namuslarına toxunularaq ciyərlərini divarlardan asırdılar. 
Evlərdə od vurulub yandırılan türklər çölə çıxarkən süngülərlə yerindəcə öldürülür-
dülər.  Osmanlı  ordusu  Ərzincanı  təkrar  ruslardan  alandan  sonra  3-cü  Ordu 
Komandanının BaĢ Komandanlığa 16 fevral 1918-ci il tarixli raportunda deyilirdi: 
«Çardaxlı  boğazından  Ərzincana  qədər  bütün  kəndləri,  hətta  xırdaca  bir  sığınacaq 
belə  qalmamaq  Ģərti  ilə  dağıdılmıĢ  gördüm.  Bağçaların  ağacları  belə  kəsilmiĢ, 
kəndlərdən  bir  fərd  sağ  qalmamıĢdır.  Ermənilərin  Ərzincanda  etdikləri  faciələri 


 
42 
 
dünya  tarixi  bu  günə  qədər  görməmiĢdir.  Üç  gündən  bəri  ermənilər  tərəfindən 
öldürülüb  meydanda  qalan  islam  cənazələri  topladılmaqdadır».  Rusların  Ġkinci 
Ərzurum Qala Topçu Alayı komandani Tverdoxlebov qeyd edirdi ki, bir gündə 800 
türkü öldürən ermənilərdən yalnız bir nəfər ölmüĢdü. 
Ermənilər  Ərzincandan  Ərzuruma  qaçmıĢdılar,  yol  boyunca  türk  kəndlərini 
bütün əhalisi ilə birlikdə məhv etmiĢdilər. Bunlara da rus zabitləri Ģahidlik etmiĢlər 
(104). Erzurumda erm+ənilər möhkəmləndilər, onlara bol miqdarda silah-sursat, təĢ-
viqat  materialları  gətirildi.  Bu  silah  və  hərbi  sursatların  Batum  və  Konstansadan 
Trabzon  vasitəsilə  ruslar  və  ingilislər  tərəfindən  göndərildiyi  məlum  idi.  O  zaman 
Bağçasarayda  Ġsmayılbəy  Qaspıralı  tərəfindən  çıxarılan  «Tərcüman»  qəzeti  Ərzu-
rumdakı  bu  erməniləri  silahlandıran  ingilisləri  kəskin  tənqid  atəĢinə  tutmuĢdu. 
Ermənilərin  bir  qisminin  isə  öz  silahları  ilə  rusların  ordularına  daxil  olmaları  da  o 
dövrün mətbuatında qeyd olunmuĢdu. Rus zabiti öz xatirələrində yazırdı ki, «cəbhə-
də  öz  cəngəvərliklərini  göstərə  bilməyən  ermənilər  özlərini  mülki  əhalinin üstündə 
sınayırdılar.  Tərcun  qəsəbəsində  məscidə  dinamit  qoyub  partlatdılar.  Hər  tərəfi 
ölülərlə dolu olan qəsəbədə ermənilər 700-dən çox məsum uĢaq qətl etmiĢdilər. Rus 
əsgər  və  zabitlərinin  gözündən  yayınıb  Ərzurumun  Təpəköy  məhəlləsində  bütün 
xalqı qətl etmiĢdilər. Ərzurumda 11 – 12 mart gecəsi evlərə doldurulub yandırılaraq 
öldürülən türklərin  sayısı  15.000  nəfərdən çox  olmuĢdur.  Bu  qətliamları  öz gözləri 
ilə görən rus zabiti Tverdoxlebov qeyd edirdi: «Bu hadisələr erməni mütəfəkkirlərin 
məfkurələrini aĢkar surətdə ortaya qoyur. Heç kim bu hadisələrin olmadığını söyləyə 
bilməz».  
1917-ci  ilin  sonundan  baĢlayaraq  Rusiyanın  Qafqaz  ordusunun  ġərq 
cəbhəsindən  çəkilməsi  ermənilərin  ürəyincə  deyildi  və  Rusiyanın  çəkilərkən 
ermənilərə  təhvil  verdikləri  silahlarla  acıqlarını  yerli  əhalidən  çıxırdılar.  Onlar 
rusların qoyub getdiyi silah-sursatla əliyalın əhaliyə divan tutmağa baĢladılar. Qur-
duqları Erməni Hərbi Diviziyası vasitəsilə Ərzurumu əldə saxlamaq istədilər. Bolqa-
rıstan  ermənisi  polkovnik  Torqom  bu  Diviziyaya  komandir  təyin  olunmuĢdu.  Rus 
Ordusunun BaĢ Komandanı OdiĢelidze bütün komandirləri yanına toplayıb Ģəhərdə 
zülmlərə son verilməsini tapĢırsa da, ermənilər dinc durmadılar. Bu hadisələrin canlı 


 
43 
 
Ģahidi Tverdoxlebov qeyd edirdi ki, «ermənilər rüzgar əkdilər, fəqət rüzgar əkənin 
fırtına  biçəcəyini  unutdular».  Ermənilər  eyni  zamanda  ingilis  və  ruslara  casusluq 
fəaliyyətlərini də davam etdirirdilər. Bu bölgələrdə hələ müharibədən əvvəl informa-
siyanı  anında  rəqib  dövlətlərə  çatdıran  erməni  casus  Ģəbəkəsi  qurulmuĢdu.  Adanalı 
müəllim Abraham Salcıyan, Artin Dörtyollu, Petros Torosoğlu, müəllim Aqop hərbi 
məhkəmə  tərəfindən  mühakimə  olunarkən  günahlarını  boyunlarına  aldılar.  Onların 
ifadələri ilə Dörtyol, Kozan, Saimbəyli, Diyarbəkir, Trabzon, Ərzurumdan çoxlu miq-
darda silahın, dinamitin, barıtın yeri təsbit edildi. Hələ 1909-cu il Adana hadisələrində 
fəal  olan  «hnçak»çılar  və  daĢnaklar  (papaz  Dersak,  Karapet,  Ġsgəndər)  yaxalanıb 
edam edildilər. 
Osmanlı  bir  hüquq  dövləti  idi.  Ölkənin  zəif  düĢməsi  səbəbindən  və 
müharibənin baĢını qatması ermənilərə əl-qol açmağa imkan vermiĢdi, lakin zaman 
hər  cinayəti  öz  yerinə  qoyacaqdı,  ermənilərin  düĢmənçilik  hərəkətlərinə  uyğun  da 
müəyyən  qərarlar  və  qanunlar  çıxarmasını  qaçılmaz  edəcəkdi.  ġərqdə  düĢmənlə 
müharibədə  keçmiĢ  «sadiq  təbəə»nin  xəyanəti  Osmanlı  dövlətini  tədbirlər  görməyə 
sövq  etməli  idi.  1915-ci  il  Təhcir  olayı,  yəni  erməni  əhalinin  müharibə  bölgəsindən 
köçürülməsi  və  Osmanlı  sərhədləri  içərisində  daha  təhlükəsiz  bir  yerdə 
məskunlaĢdırılması o dövr üçün ən doğru addım idi. 2007-ci ildə Ġstanbulda öldürülən 
«Agos» qəzetinin baĢ redaktoru Hrand Dinkin belə bir iddiası var idi ki, əhalinin öz 
yerindən-yurdundan baĢqa yerə sövq edilməsi əsl soyqırımıdır. Halbuki tarixdə savaĢ 
bölgələrindən  mülki  əhalini  çıxarmaq  humanist  addım  hesab  olunur.  Müharibə 
tarixlərinə nəzər salsaq, belə hadisələrin çox olduğunun Ģahidi olarıq. Bunlardan bi-
rini  ABġ  özü  1944-cü  ildə  etmiĢdir.  Yaponiya  ilə  müharibə  vəziyyətində  olan 
Amerika  ġərq  sahillərində  yaĢayan  yapon  vətəndaĢlarını  ABġ-ın  içərilərinə 
köçürməli  olmuĢdu.  Əslində  ermənilər  xəyanət  etmiĢdilər.  Buna  ən  yumĢaq  cavab 
isə köçürülmə idi. 
Osmanlı  dövlətinin  səfərbərlik  elanından  sonra  komitələr  rusların  gəliĢini 
eĢidərək  onların  iĢğalını  asanlaĢdırmaq  üçün  hər  cür  təxribatlara  əl  atırdılar.  Bir 
qəzet yazırdı ki, onlar, hətta o dərəcədə qudurmuĢdular ki, küçə ilə hərəkət edən jan-
darm  və  dövlət  məmurlarına  hücum  edir,  xəlvətə  salıb  onları  öldürürdülər.  Erməni 


Yüklə 132,69 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə