Qafar Çaxmaqlı armenizmdən terroriZMƏ erməNİ İdeoloji



Yüklə 132,69 Kb.
Pdf görüntüsü
səhifə16/66
tarix15.03.2018
ölçüsü132,69 Kb.
#31520
1   ...   12   13   14   15   16   17   18   19   ...   66

 
47 
 
buranı alacaq. Ruslar irəlilər-kən biz də Osmanlı ordusunu arxadan vurmalıyıq. Si-
lahlarınızın  türkü  öldürmə  vaxtı  gəldi...».  ġəbinqarahisarın  yepiskopu  Vağnak  da 
erməniləri üsyana təsviq edirdi. Onun iĢtirakı ilə SuĢəhrinin Dürk kəndinin muxtarı 
Akop  əlindəki  silahla  dövlət  məmuru  Nuri  Əfəndinin  baĢına  atəĢ  açaraq  ətrafın-
dakılara demiĢdi: «Silahlarınızı hansı gün üçün saxlayırsınız».  Bu hadisə böyüyüb 
üsyana  keçdi.  Dövlət  kənddə  axtarıĢ  apararkən  çoxlu  silah-sursat  tapıldı.  250  evlik 
Dürk kəndindən 560 ədəd silah çıxdı. Zarada, Tuzhisarda, Hafik qəzasında, Güründə, 
Tonusda  və  baĢqa  yerlərdə  ermənilərdən  çıxan  silahlar  bir  orduya  bəs  edərdi. 
Ermənilərin təĢviq edilməsi və üsyana qaldırılmasında yuxarıda dediyimiz kimi Er-
məni Kilsəsinin əli vardı. 1914-cü ildə Ġstanbulda çıxan «Ararat» jurnalında Erməni 
Katolikosluğunun  bir  bəyannaməsi  dərc  olunmuĢdu.  Həmin  bəyannamədə  türk 
hakimiyyətinin erməni xalqına heç nə vermədiyi, onun hüquqlarının (milli və dini) 
məhdud  olduğu  barədə  iddialar  yer  almıĢ  və  xalqın  üsyan  edərək  rusların  gəliĢinə 
qədər hakimiyyəti ələ alması fikri verilmiĢdi. Türkiyədə baĢ verən hadisələr, vilayət-
lərdə  erməni  üsyanları  dərhal  mətbuata  çıxarılır,  o  erməni  din  adamları  tərəfindən 
Avropaya  «türkün  zülm  və  iĢgəncəsi»  Ģəklində  təqdim  edilirdi.  Qafqaz  və  ġərqi 
Anadoluda  dövlətə  qarĢı  vuruĢan  «Erməni  könüllü  hərbi  dəstələri»nin  içərisində 
xeyli  erməni  din  adamı,  ruhanilər,  rahiblər,  papazlar,  yepiskoplar  vardı.  ABD-da 
yaradılmıĢ «Milli Müdafiə Komissiyası»nın tərkibində Adananın keçmiĢ yepiskopu 
MuĢeğ,  Ankaranın  keçmiĢ  yepiskopu  Babken,  Kütahya  yepiskopu  Babken 
Köleseryan,  Üsküdarın  sabiq  rahibi  Dirayr  da  vardı.  Onların  Osmanlıdakı  erməni 
kilsələri  ilə  çox  sıx  əlaqələri  vardı.  «Ararat»  jurnalını  da  bu  din  adamları  maliy-
yələĢdirirdilər və kilsənin köməyi ilə ġərqi Anadoluya gətirib yayırdılar.  
Ermənilərin  müharibənin  ilk  illərində  törətdikləri  əsl  soyqırımı  idi.  9  dekabr 
1948-ci ildə «Soyqırımı cinayətinin qarĢısının alınması və cəzalandırılmasına dair» 
BMT  Konvensiyasında  deyilir  ki,  millətçi,  irqçi,  dinçi  bir  qrupun  digər  bir  qrupu 
kütləvi  Ģəkildə  öldürməsi,  bu  qrupun  nümayəndələrinə  fiziki  və  mənəvi  cəhətdən 
ağır  zərbələr  endirməsi,  həmin  qrupun  yaĢamasını  fiziki  cəhətdən  mümkünsüz 
etməsi,  onların  uĢaqlara  malik  olmasını  əngəlləməsi,  onun  uĢaqlarını  saxlamasını 
baĢqa bir qrupa vermək soyqırımı cinayəti hesab olunur. Türk-müsəlman əhali ona 


 
48 
 
görə  fiziki  cəhətdən  məhv  edilirdi  ki,  onlar  türk  idilər,  etnik  cəhətdən  fərqli  bir 
təbəqə idilər. Osmanlı dövlətinin ermənilər bir ərazidən digər əraziyə köçürməsi heç 
bir zaman soyqırımı cinayəti hesab oluna bilməz. Ona görə ki, 27 may 1915-ci ildə 
dövlət köçürmə prosesini həyata keçirmə qərarını alarkən belə bir açıqlama vermiĢ-
di: «Ermənilər haqqında hökumət tərəfindən alınan tədbirlər sırf məmləkətin asayiĢ-
inzibatını  təmin  və  mühafaza  məcburiyyətinə  müstəniddir.  Erməni  unsuruna  qarĢı 
imhakat bir siyasət takib etmədiyi indilik tərəfsiz bir vəziyyətdə qaldıqları görünən 
katolik və protestantlara toxunmamıĢ olması göstərməkdədir».  
Göründüyü  kimi,  bütün  ermənilər  köçürməyə  məruz  qalmamıĢlar.  Bu  ona 
görə soyqırımı hesab oluna bilməz ki, ermənilər bir yerdən digər bəlli bir Osmanlı 
coğrafiyasına  köçürülmüĢlər.  Səbəb  isə  onların  özlərinə  də  aydın  olmuĢdur.  Onlar 
son onilliklərdə Osmanlı dövlətinə düĢmənçilik və Osmanlıya qarĢı düĢmən olanlara, 
onunla  müharibə  edən  dövlətlərə  yardımlar  etmiĢdilər.  Köçürülməyə  məruz 
qalanlara  15  gün  vaxt  verilmiĢ,  onların  bütün  ehtiyacları  dövlət  tərəfindən  ödən-
miĢdir.  Köçürmə  bütün  ermənilərə  Ģamil  edilməmiĢdir.  ġəhər  və  qəsəbələrdə 
yaĢayanlar,  xəstələr,  yetimlər,  katolik  və  protestant  ermənilər  köçürülməmiĢlər. 
Ermənilər köçdükləri  yerlərdə dövlət tərəfindən evlərlə, təzminatla təmin olunmuĢ, 
yerləĢdikləri yerlərin kənd təsərrüfatına yararlı olması təmin edilmiĢ, bütün problem-
lərinə  dövlət  tərəfindən  dərhal  reaksiya  verilmiĢdir.  Köçkünlərin  kimsəsiz  uĢaqları 
və yetimlər yetimxanalarda və bəzi varlı insanların ailələrində yerləĢdirilmiĢ, 1919-
cu  ildə  qayıdıĢ  icazəsi  verilərkən  onlar  öz  yaxın  qohumlarına  verilmiĢdir.  Yerli 
xalqın  ermənilərə  hücumunun  qarĢısını  almaq  üçün  onların  jandarm  tərəfindən 
qorunması  təmin  edilmiĢdir.  Müsəlmanlığı  qəbul  etmiĢ  ermənilərə  müharibədən 
sonra  çıxarılan  bir  qanunla  keçmiĢ  yerlərinə  qayıtmalarına  Ģərait  yaradılmıĢdır. 
Köçürülənlərə  baĢda  ABġ  olmaqla  müxtəlif  dövlətlərin  yardım  arzuları  anlayıĢla 
qarĢılanmıĢdır.  Suriyadakı  ermənilərə  belə  yardımlar  edilmiĢdir.  Dövlət  tərəfindən 
müharibədən sonra çıxarılan «geri dönüĢ qanunu» ilə bu köçkünlərin öz evlərinə qa-
yıtmaları  təmin  edilmiĢdir.  O  zaman  Erməni  Katolikosluğu  məlumat  vermiĢdi  ki, 
644.900 erməni geri dönmüĢdür. Suriyadan öz keçmiĢ yerinə dönmək istəməyən 500 
min erməninin varlığı barədə də dövrün mətbuatında məlumatlar vardır. Əgər türklər 


 
49 
 
«soyqırımı» etmiĢdisə, bu qədər erməniyə həm özü, həm də baĢqa dövlətlər yardım 
edərdimi?  
«Soyqırımı  olmuĢdur»  iddiasında  olanların  nəzərinə  onu  da  çatdırmaq 
lazımdır  ki,  bu  dediklərimizin  hamısı  tarixi  sənədlərlə  təsbit  edilmiĢdir.  1915-ci 
ildən  etibarən  öldürülənlərin  sayının  600  mindən  1,5  milyona  çatdırılması  özü 
əslində bir saxtakarlıq nümunəsidir. Osmanlı dövlətində yaĢayan ermənilər o qədər 
deyildi  ki,  onun  1,5  milyonu  öldürülsün.  Türk  Tarix  Qurumunun  keçmiĢ  baĢqanı 
professor  Yusuf  Halacoğlunun  apardığı  tədqiqatlar  onu  ortaya  çıxarmıĢdır  ki, 
ermənilərin  sayı  ilə  öldürülməsi  iddia  olunan  rəqəmlər  arasında  çox  böyük  uyğun-
suzluq var. Erməni Katolikosluğunun məlumatı belə idi ki, ölkədə 1 milyon 915 min 
erməni yaĢayır. Əgər onun 1,5 milyonu öldürülübsə, demək ölkədə cəmi-cümlətanı 
400  min  erməni  qalmalı  idi.  Tarixi  mənbələrə  görə  1919-cu  ildə  (özü  də  erməni 
mənbələrində)  644.900  nəfər  erməni  geri  dönmüĢdür,  onlar  hələ  Suriyada  ikən 
yardım  aldıqları  barədə  sənədlərə  imza  atmıĢlar.  Bunlar  486  min  nəfərdir.  Erməni 
əhali  ilə  bağlı  aĢağıdakı  verilən  rəqəmlərlə  də  həqiqəti  ortaya  qoyub  müqayisələr 
aparmaq mümkündür: Ermənilər nə qədər idilər? 
Vital Cuinetə görə 1892-ci ildə 1.475.011  
Feliks Veberə görə 1896-da 1.000.000 
H.G.B. Lynxa görə 1901-də 1.325.246 
Lüdoviq de Konstensona görə 1901-də 1.383.779 
Britaniya Ensiklopediyasına görə 1910-da 1.000.000 
Erməni Katolikosluğuna görə 1913-də 1.915.651 
Lüdoviq de Konstensona görə 1913-də 1.400.000 
Daniel Panzasa görə 1914-də 1.698.303 
Osmanlı siyahıyaalmasına görə 1914-də 1.229.007 
Fransız «Sarı kitabı»na görə 1914-də 1.500.000 
Lozanna konfransında erməni heyətinə görə 1914-də 2.200.000 
Stanford J.Shava görə 1914-də 1.294.851 
David Maqieyə görə 1914-də 1.479.000- idilər. 


Yüklə 132,69 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə