Qafar Çaxmaqlı armenizmdən terroriZMƏ erməNİ İdeoloji



Yüklə 132,69 Kb.
Pdf görüntüsü
səhifə18/66
tarix15.03.2018
ölçüsü132,69 Kb.
#31520
1   ...   14   15   16   17   18   19   20   21   ...   66

 
53 
 
bulunduqları  yerlərdən  çıxarılaraq  təyin  edilən  bölgələrə  köçürülməsi  hökumət 
tərəfindən  təqib  edilən  qayə,  bu  ünsürün  hökumət  əleyhinə  fəaliyyətlərində  bulun-
malarını  və  bir  Ermənistan  hökuməti  təĢkili  haqqındakı  milli  əməllərini  təqib 
edilməyəcək  bir  hala  gətirilmələrini  təmin  etməkdir....  Köçürülmə  zamanı  əhalinin 
əmniyyəti  qorunmalı  və  bütün  iaĢə  ehtiyacları  ödənməlidir.  Erməni  əhaliyə  hücum 
edənlər və ya məmurlar haqqında Ģiddətli qanuni təd-birlər alınmalı və bu kimi Ģəxslər 
dərhal həbs edilərək Divani-hərblərə təslim edilməlidir». 1920-ci ildə Londonda Aram 
Andonyan  adlı  birisinin  «Naim  bəyin  xatirələri»  adlı  kitabında  isə  vicdansızcasına 
Tələt  paĢa  ittiham  olunur  ki,  o  erməniləri  məhv  etmək  göstəriĢi  vermiĢdir.  Kitabda 
göstərilən bəlgələrin (sənədlər) saxta olduğunu bir çox alimlər sübut etmiĢlər.    
Aram  Andonyan  tərəfindən  1920-ci  ildə  yazılmıĢ  «Naim  bəyin  xatirələri; 
Erməni köç və qətliamına dair rəsmi türk bəlgələri» adlı kitabda sübut kimi gətirilən 
faktların  həqiqət  olmadığı  tarixçilər  tərəfindən  sübut  edilmiĢdir.  1920-ci  illərdə 
çıxan  qəzetlərdə  Andonyanın  bir  saxtakar  olduğu  dəfələrlə  qeyd  edilmiĢdir. 
A.Andonyanın  «xatirələrində»  Tələt  paĢaya  aid  edilən  teleqrafların  «düzəltmə» 
olduğu da sübut olunmuĢdur. Belə ki, Osmanlı dövləti 1915-ci ildə Andonyan tərə-
findən təqdim edilən həmin Ģifrələrdən istifadə etmirdi, onlardan hələ 1909-cu ildən 
imtina etmiĢdi, Andonyan və digər erməni saxtakarlar həmin Ģifrələrlə «Erməniləri 
həll  edin»,  yəni  «onları  məhv  edin»  anlamına  gələn  teleqrafı  «tarixi  sənəd»  kimi 
təqdim  edərkən  bilməmiĢdilər  ki,  Osmanlı  artıq  neçə  illər  idi  ki,  bu  Ģifrələrdən 
istifadə etmirdi. Osmanlı arxivlərində aparılan araĢdırmalarla bir daha sübut olundu 
ki, Tələt paĢanı hədəf almaq üçün uydurulan bu Ģifrə tamamilə saxtadır.  
ABġ səfiri H. Morqentaunun xatirələrinə gəlincə, o, 1913-1916-cı illər arasında 
cəmisi  26  ay  Ġstanbulda  çalıĢmıĢdır.  Onun  xatirələrini  qələmə  aldığı  kitab  nəĢr 
olunana qədər mətbuatda və ya rəsmi dairələrdə heç bir məlumat olmamıĢdı ki, səfir 
xarirə  və  ya  kitab  yazır.  Bu  dediklərimiz  və  digər  tarixi  sənədlər  sübut  edir  ki, 
Morqentaunun  belə  bir  kitabı  olmamıĢdır.  Bu  kitabın  birdən-birə  peyda  olması  o 
məqsədi  daĢımıĢdı  ki,  müharibəyə  qarĢı  olan  ABġ  ictimaiyyətinə  onun  tə-siri  osun, 
bölgədə  maraqlarını  təmin  etmək  siyasəti  aparan  Amerika  belə  təbliğat  üsullarından 
istifadə  etmək  məqsədi  güdmüĢdü.  Kitabda  ermənilərin  soyqırımına  məruz  qalması 


 
54 
 
iddiaları  da  həmin  məqsədlərdən  irəli  gələn  uydurmalardı.  Yəni,  ABġ  bu  bölgədə 
olmasa qan su yerinə axa bilər. Kitabın özünü heç Ģübhəsiz Morqentau yazmamıĢdır. 
Onun  tərcüməçisi  olan  ġmavonyan  və  katibi  Akop  Andonyanın  da  varlığı  barədə, 
harada  yaĢamaları  ilə  bağlı  heç  bir  məlumat  verilməmiĢdir.  Sonradan  hər  iki  er-
məninin  Avropada  olan  erməni  təĢkilatları  ilə  əlaqələri  olduğuna  dair  Osmanlı 
arxivlərində sənədlər vardır. Onların həm də ABġ dövlətinə casusluq etmələri barədə 
təkzibolunmaz  faktlar  var.  Kitabda  sadəcə  olaraq  bunların  adından  istifadə  olun-
muĢdur. 
Digər  bir  erməni  iddiası  –  Arnold  Toynbinin  «1915-1916-cı  illərdə  Osmanlı 
Ġmperatorluğunda ermənilərə edilmiĢ hərəkətlər» adı ilə bilinən və 1916-cı ildə yenə də 
təbliğat məqsədi ilə çap olunan «Mavi kitab»dır. Artıq dünyada hər kəsə – hər bir ta-
rixçiyə,  araĢdırmaçıya,  elm  adamına  və  siyasətçiyə  bəllidir  ki,  bu  kitab  ingilis 
hökuməti tərəfindən hazırlatdırılmıĢ və müharibə təbliğatı məqsədi ilə çap edilmiĢ bir 
kitabdır. Bu da «erməni soyqırımı» deyilən uydurmanın saxtalığına dair növbəti sübut 
olmalıdır. 
Ermənilərin  tez-tez  dilə  gətirdikləri,  dünyanın  müxtəlif  ölkə  parlamentlərinə 
təqdim  edərək  müəyyən  dərəcədə  istəklərinə  çatdıqları  digər  bir  fakt  I  Dünya 
müharibəsindən sonra qurulan Divani-Hərb Məhkəmələridir. Bu məhkəmələr Ġstanbulu 
iĢğal etmiĢ və burada ağalıq edən Böyük Güclərin təzyiqi altında keçirildiyindən alınan 
qərarlar da birtərəfli olmuĢdur. Bu da məlumdur ki, ingilislərin həbs edib Maltaya sür-
günə  göndərdikləri  «Ġttihad  və  Tərəqqi»  rəhbərlərinin  «erməni  soyqırımı»  törətməsini 
sübut edən bircə dənə də fakt tapa bilməmiĢlər. Ġngilislər belə faktları tapmaq üçün çox 
ciddi  tədqiqatlar  aparmıĢlar.  AraĢdırmalar  zamanı  həbs  edilənlər  barədə  heç  bir  dəlil 
məhkəməyə təqdim edilməmiĢdir. Məhkəmənin məhkum edərək edam etdiyi Ģəxslərin 
günahsızlığını ingilis-lərin, fransızların özləri etiraf etməyə məcbur olmuĢdular. Edama 
məhkum edilənlər bəraət almıĢdılar. 
Ġngilis hökuməti «soyqırımı»na dair fakt tapmaq üçün Böyük Britaniya, ABġ, 
Fransa  arxivlərinə  də  baĢ  vurmuĢdu,  verilən  məlumatların  heç  birində  soyqırımı  ilə 
bağlı  fakt  olmamıĢdır,  əksinə  bu  məlumatların  iĢərisində  türklərə  qarĢı  er-mənilərin 
törətdikləri  cinayətlər  geniĢ  yer  almıĢdı.  Türkiyə  Respublikası  BaĢbakanlıq  Dövlət 


 
55 
 
Arxivləri BaĢ Müdirliyi tərəfindən buraxılmıĢ iki cildlik kitabda erməni komitəçiləri-
nin  518.105  türkü  öldürdükləri  tarixi  sənədlərlə  ortaya  qoyulur.  Türkiyə  dövlət 
səviyyəsində  dəfələrlə  bəyan  etmiĢdir  ki,  arxivləri  bütün  dünya,  o  cümlədən  erməni 
tarixçilərinin  üzünə  açmağa  hazırdır  və  dünya  elm  adamlarının  və  elmi  mərkəzlərin 
iĢini asanlaĢdırmaq üçün internetdə ayrıca web səhifələri də açılmıĢdır. 
Sonralar bir daĢnakçı terrorist ġərqi Anadoluda baĢ verən hadisələr barədə bu 
gerçəkləri  söyləmiºdi:  «Erzurumdan  1890-cı  ildə  baĢlayan  ilk  üsyanın  ardınca 
Qumqapıdan  davam  etdirməyimiz  ermənilərin  Kayseridə,  Yozqatda,  Çorumda  da 
ayağa  qalxmasına  səbəb  oldu.  Biz  istəyirdik  ki,  hər  iki  tərəfdən  adamlar  ölsün.  Bu 
ölümlər  iki  xalqın  bir  yerdə  yaĢamaq  istəmədiyi  anlamına  gələcəkdi.  Zeytun  və 
Sasunda buna biz nail olduq». Həqiqətən də 1892-93-cü illərdə adı çəkilən yerlərdə, 
Merzifonda, 1896-da Van üsyanı və Osmanlı Bankının tutulması, 1903-cü ildə Ġkinci 
Sasun  üsyanı,  1905-ci  ildə  Sultan  Əbdülhəmidə  sui-qəsd  edilməsi,  nəhayət  1909-cu 
ildə Adana üsyanı ermənilərin xəyanətindən xəbər verirdi.XX əsrin sonlarında Dağlıq 
Qarabağda da ona görə təxribatlar, qətllər törədilirdi ki, ermənilərlə azərbaycanlıların 
bir yerdə yaĢamasının mümkün olmadığı təsəvvürü yaradılsın.  
Türkiyə  Cümhuriyyəti  BaĢbakanlıq  Dövlət  Arxivləri  Ġdarəsinin  çap  etdirdiyi 
«Arxiv  bəlgələrinə  görə  Qafqazda  və  Anadoluda  erməni  məzalimi»  kitabında 
göstərilir  ki,  Anadolu  və  Cənubi  Qafqazda  1906-1922-ci  illər  arasında  517  min  955 
nəfər  türk-müsəlman  ermənilər  tərəfindən  qətl  edilmiĢdir.  Bunlar  yalnız  sənədlərdə 
təsbit  edilənlərdir.  Ümumiyyətlə,  bu  bölgədə  ermənilər  2  milyona  yaxın  türkü 
vəhĢicəsinə, öldürmüĢdür. MəĢhur erməniĢünas alim Castin Makkarti uzun illər apar-
dığı  tədqiqatları  ilə  bu  nəticəyə  gəlmiĢdir  ki,  ermənilər  «erməni  soyqırımı»nı 
törətdikləri  bu  cinayətləri  ört  basdır  etmək  üçün  uydurmuĢlar.  Yəni  bir  Azərbaycan 
atalar sözündə deyildiyi kimi «qara məni basınca, mən qaranı basım». 
 
Panarmenizm 
Milliyyətçilik,  bir  millətin  muxtar  olma  ,  birlikdə  yaĢama,  var  olmasını  sübut 
etməsi üçün o millətin ideoloji bir hərəkətidir. ġəxsiyyət azadlığı qazanmasına və 
bunları  davam  etdirməsinə  istiqamətli  bu  anlayıĢların  hər  biri  XVII  və  XVIII 


Yüklə 132,69 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə