Qafar Çaxmaqlı armenizmdən terroriZMƏ erməNİ İdeoloji



Yüklə 132,69 Kb.
Pdf görüntüsü
səhifə13/66
tarix15.03.2018
ölçüsü132,69 Kb.
#31520
1   ...   9   10   11   12   13   14   15   16   ...   66

 
38 
 
irəliləməsini  eĢidən  ermənilər  dərhal  qisasçı  dəstələr  qurdular,  yollar  kəsdilər,  türk 
kəndlərinə  hücuma  keçdilər,  imkanları  olan  Ģəhərlərdə  üsyana  baĢladılar.  Bu 
üsyanlardan  birincisi  Zeytunda  olmuĢdu.  Zeytun  erməniləri  Türk  bayrağı  altında 
döyüĢə  getmək  istəmədiklərini  bəyan  etmələri  bir  yana,  onlar  bir  erməni  alayı 
quraraq  Osmanlı  dövlətinə  meydan  oxudular  və  dağlara  çəkilib  ara-sıra  əsgərlərə, 
jandarma  hücumlar  etdilər,  xeyli  əsgər  öldürdülər.  1914-cü  ilin  30  avqustundan 
baĢlayaraq  bölgədə  çox  böyük  gərginlik  yaratdılar.  «Hnçak»  və  «DaĢnak»  komi-
təçiləri  kənd  və  Ģəhərlərdə  xalqı  üsyana  qaldırdılar,  onların  sözünü  deməyən  və 
üsyana  qatılmayan  erməniləri  də  öldürürdülər.  Erməni  çetələri  ingilislərin 
Ġsgəndəruna,  Adana  və  MaraĢa  əsgər  çıxaracaqlarını  bilirdilər,  bu  səbəbdən  öz 
mətbuat orqanlarında «erməniləri bu Ģəhər və vilayətlər iĢğal edilənə qədər üsyanları 
çoxaltmağa çağırır», gizli səfərbərlik keçirib, hər ehtimala qarĢı hazır vəziyyətdə ol-
maq  təĢviqatı  aparırdılar.  1915-ci  ilin  fevralında  MaraĢda  ermənilər  6  jandarmı 
öldürdülər, daha sonra üsyanı yatırtmağa gəlmiĢ 25 əsgəri də Ģəhid etdilər. ġəhərdən 
çıxan  üsyançılar  qarĢılarına  çıxan  kəndlərdə  müdafiəsiz  dinc  əhaliyə  divan  tutub, 
onları vəhĢiliklə qətl etdilər. Üsyana baĢçılıq edən «Hnçak» komitəçiləri burada 62 
evi  yandırdılar.  Hökumətin  etibarından  istifadə  edərək  silah  almıĢ  ermənilər  onu 
dövlətə  qarĢı  çevirmiĢdilər.  Ermənilərdən  silah-sursat  ,  tüfəng,  xeyli  tapança  və 
bombalar ələ keçirildi.  
Qafqazda  isə  taktika  bir  qədər  fərqli  idi.  Onlar  burada  Anadoludakı  kimi 
davranmırdılar,  ruslara  qarĢı  münasibətdə  fərqli  mövqe  tuturdular,  onları  ələ  alır, 
silah-sursat  əldə  edir,  bu  silahları  Anadoluya  göndərirdilər.  Kayseridə  ermənilər 
Gevork  Ercikyan  adlı  bir  ermənini  xüsusi  olaraq  Amerikaya  göndərmiĢdilər  ki, 
orada  bomba  düzəltməyi  öyrənsin.  Gevork  və  onun  köməkçiləri  çoxlu  əl  bombası 
düzəltmiĢlər.  Ermənilərin  gizli  «bomba  düzəltmə  fəaliyyəti»  təsadüfən  hazırlanan 
bombanın komitəçinin əlində partlaması ilə üzə çıxdı. Hökumət 21 erməni kilsə və 
məktəbində gizlədilmiĢ külli miqdarda silah-sursat ələ keçirdi. 
Komitəçilər Van-Diyarbəkir-Hələb-Ġsgəndərun yolu üzərində olan Bitlis-MuĢ 
regionuna  xüsusi  əhəmiyyət  verirdilər,  buna  görə  də  buraya  ən  seçkin 
nümayəndələrini  göndərirdilər.  «Hnçak»  komitəsinin  Paris  BaĢ  Mərkəzinin  rəhbəri 


 
39 
 
Aram Sabahgülyan və «Murad» təxəllüslü terrorçu buraya göndərilmiĢdi . Sabahgül-
yanın «Ġravunk» və «Hnçak» qəzetlərində silsilə yazıları çap olunurdu və bu komitə 
lideri xalqı inandırmağa çalıĢırdı ki, Osmanlı dövləti müharibədə məğlub olacaq və 
ermənilər qalib gələcəklər. 
Rusiyanın Van və Ərzurumda baĢ konsulu olmuĢ general Mayevskinin vaxtilə 
yazdıqları da öz təsdiqini tapırdı. O yazmıĢdı: «Türkiyədəki ermənilər türklərin zülm 
və qətliamına məruz qaldıqlarını Avropaya göstərmək istəyirdilər. Proqram bu Ģəkildə 
idi:  «Ancaq  qan  tökmək  lazımdır  ki,  ermənilər  sərbəstlik  qazansın.  Qan  tökün  ki, 
Avropa sizi himayə etsin». 
«DaĢnaksutyun» partiyası da bölgədə fəal iĢ aparırdı. Osmanlıda səfərbərliyin 
elanından sonra «DaĢnaksutyun» partiyası Rusiyadan təlimat aldı ki, türk ordusunun 
arxasından  zərbə  vurulsun.  Tarixi  sənədlər  bu  gerçəyi  ortaya  qoyur.  MuĢ-Bitlis 
bölgəsində üsyanlar təĢkil eləmək iĢinə Van millət vəkili Vahan Papazyan məsul idi, 
ona digər millət vəkili Vramyan və rus generalı Loris Melikov kömək etməli idilər. 
Rusiyadan  gələn  könüllü  ermənilər,  türk  ordusuna  girib  silahları  ilə  birgə  fərarilik 
etmiĢ  ermənilər,  kilsələr,  komitə  fəalları  bir  «barıt  çəlləyi»  idilər.  Osmanlı  artıq 
müharibə içindəydi. 1915-ci ilin yanvar ayından etibarən ġərqdə ruslarla, Qərbdə – 
Çanaqqalada  Ġttifaq  dövlətləri  ilə  müharibə  edən  Osmanlı  Ġmperatorluğunun  əl-
ayağına  ermənilər  dolaĢırdı,  Osmanlı  ordusunun  manevr  yolları,  teleqraf  xətləri 
ermənilər  tərəfindən  tutulur,  jandarm  və  əsgərlər,  mülki  əhali  öldürülürdü.  Özü  də 
bu sistemli Ģəkil almıĢdı. Dövlət tədbirlər görməli idi və bu məsələlər üst təbəqə sə-
viyyəsində  çox  ciddi  Ģəkildə  müzakirə  edilməyə  baĢlamıĢdı.  Bu  barədə  tez-tez 
«Təkvimi-vəkai» qəzetində yazılar dərc olunurdu . Van və ətrafındakı kəndlərdə er-
mənilərin  törətdikləri  vəhĢiliklər  dözüləsi  deyildi.  Van  vilayəti  ermənilərin  və  on-
ların dəstəkçisi olan məlum dövlətlərin ən çox önəm verdikləri yer idi. Buranı gələ-
cəkdə  qurulacaq  erməni  dövlətinin  mərkəzi  kimi  görürdülər.  Burada  uzun  illər 
missioner  fəaliyyətləri  göstərilmiĢ,  təbliğat  və  təĢviqat  iĢi  aparılmıĢdı.  Ġndi  də  Av-
ropa  ölkələrinə  lazım  idi  ki,  «Vanda  ermənilər  öldürülür,  onların  heç  bir  hüququ 
yoxdur və onların Osmanlı dövlətinə qarĢı qaldırdıqları üsyanlar öz haqları tələb et-
mələridir».  Erməni  millətçi  təĢkilatları  və  onların  Avropadakı  havadarları  qələmə 


 
40 
 
verməyə çalıĢırdılar ki, burada əhalinin çoxluğunu da ermənilər təĢkil edir. Halbuki 
Osmanlı  statistikasına  görə  1914-cü  ildə  Vanda  yaĢayan  əhalinin  166.  609  türk, 
66.834-ü  erməni  idi.  Vanın  qəzalarının  da  heç  birində  ermənilər  çoxluq  təĢkil 
etmirdilər. Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, o zaman Osmanlı Statistika 
Ġdarəsinin  rəhbəri  milliyyətcə  erməni  idi.  Osmanlının  rəsmi  statistikasını  digər 
mənbələr də cüzi dəyiĢiklərlə təsdiq etmiĢdilər.  
Ermənilər  üsyan  və  hücumlar  yolu  ilə  Vanda  yaĢayan  müsəlman  əhalini 
buradan  qovub  çıxarmaq,  Vanda  qurmaq  istədikləri  dövlətin  paytaxtı  eləmək 
istəyirdilər. Ermənilər öz mətbuat orqanlarında bu dövlətin «Avropa kontrolunda ba-
ğımsız bir erməni dövləti» olacağına yerli həmmillətlərini inandırmıĢdılar. Ona görə 
də  fevral  1915-ci  ildə  Timar  nahiyəsində  ermənilər  hökumət  məmurlarına  hücum 
etdilər. 1000-dən çox üsyançı əldə silah dövlətə tabe olmaqdan imtina etdi və ətraf 
kəndlərdə  qırğınlara  baĢladılar.  Van  Ģəhərində  gənclər  orduya  getdiyindən  Ģəhərdə 
qocalar, yaĢlılar qalmıĢdı, Ġranda olan türk ordusunun ərzağı bitdiyindən oraya 12–
13 yaĢlı 120 nəfər uĢaqların ərzaq aparması qərarına gəlinmiĢdi. Könüllü olaraq 120 
uĢaq  yanlarında  bir  neçə  jandarm  ilə  birlikdə  bellərinə  ərzağı  götürərək  yola 
çıxmıĢdılar. Ermənilər uĢaqların bu cəsarətinin qarĢısını almaq üçün yolları kəssə də, 
uĢaqlar  ərzağı  əsgərlərə  çatdırmıĢdılar.  Onlar  geri  dönərkən  güclü  qar  yağmıĢ, 
çovğun  olmuĢdu.  Həmin  uĢaqlardan  yalnız  40-ı  qurtarıla  bilmiĢdi,  qalanlarının 
donmuĢ cəsədləri tapılmıĢdı. Xəstəxanalar Ġran cəbhəsindən gətirilən yaralılarla dolu 
idi. Bu yaralılara türk həkimlərlə yanaĢı erməni doktor Maltzyan da müalicə edirdi. 
Don  vurmuĢ  uĢaqlardan  bir  çoxu  doktor  Maltzyan  tərəfindən  xilas  edilməsi 
erməniləri  narazı  salmıĢdı.  Xalqın  bu  üzücü  hadisələrdən  sarsıntıları  bitməmiĢ 
ermənilər yenidən ayağa qalxmıĢdılar. Aprelin 10-da doktor Maltzyan ermənilər tə-
rəfindən  asılmıĢ  və  sinəsinə  bu  sözlər  yazılmıĢ  plakat  qoyulmuĢdu: 
«DüĢmənlərimizə  xidmət  edənlərin  aqibəti  budur».  Bu  fakt  göstərir  ki,  ermənilər 
onlara tabe olmayan həmmillətlərinə də divan tutmaqdan çəkinməmiĢlər. Van valisi 
Cevdət  bəyin  əmri  ilə  vəhĢicəsinə  öldürülmüĢ  erməni  doktor  Ģərəf  və  xidmətinə 
uyğun  olaraq  ləyaqətlə  dəfn  edildi.  Bu  hadisə  ilə  əlaqədar  «Təkvimi-vəkai» 


Yüklə 132,69 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə