Qafar Çaxmaqlı armenizmdən terroriZMƏ erməNİ İdeoloji



Yüklə 132,69 Kb.
Pdf görüntüsü
səhifə12/66
tarix15.03.2018
ölçüsü132,69 Kb.
#31520
1   ...   8   9   10   11   12   13   14   15   ...   66

 
35 
 
ərazilərində, həm də əzəli Azərbaycan torpaqlarında – Ġrəvan xanlığında, Naxçıvan-
da,  Zəngəzurda,  Qarabağda  törədilən  qırğınlar  bu  qəbildəndir.  Ermənilər  Cənubi 
Qafqazda da azlıqda idilər, buranın yerli sakinləri deyildilər,onlar zaman-zaman bu 
torpaqlara  ruslar  tərəfindən  köçürülmüĢdülər,  buna  baxmayaraq  onlar  say  etibarilə 
Azərbaycan  türklərindən  üstün  deyil,  qat-qat  az  idilər.    ġərqi  Anadolunun  heç  bir 
vilayətində  onlar  türklərdən  sayca  üstün  olmadıqlarını  bütün  dünya  alimləri  də 
təsdiq  etmiılər.  Bu  ərazilərə,  yəni  Cənubi  Qafqaza  ermənilərin  kütləvi  Ģəkildə  kö-
çürülməsinə  Rusiya  rəsmən  icazə  verməsə  də,  Birinci  Dünya  müharibəsi  zamanı 
ermənilər əsasən də müharibə meydanı olan ġərqi Anadoludan buraya axın etməyə 
baĢladılar. 
Türkiyənin Van vilayəti ermənilərin Osmanlı Ġmperatorluğu ərazisində ən çox 
yaĢadığı  yerlərindən  biri  idi.  Ermənilərin  say  etibarilə  çox  olduğu  vilayətlərdən 
birincisi Bitlis idi, ikincisi Van idi. 1914-cü ildə keçirilən siyahıyalmaya görə Vanda 
179.380 müsəlman, 67.792 erməni yaĢayırdı, ermənilər vilayətin üçdə biri qədər idi-
lər. 1877-1878-ci il rus-türk müharibəsindən sonra Van və onun ətrafında ermənilər 
təĢkilatlanmağa  baĢlamıĢdılar  və  vanlı  ermənilər  ilk  üsyanı  1895-ci  ildə  gerçək-
ləĢdirdilər.  Rusiyanın  Van  və  Ərzurumda  konsulu  olmuĢ  Mayevskinin  buradakı 
hadisələrlə bağlı xatirələrində yazırdı ki, 1895-1896-cı illərdə Asiya Türkiyəsinin bir 
çox vilayətlərində yaranmıĢ hərc-mərclik hallarının səbəbləri heç də həmiĢə burada 
əhalinin daha sərvətli, varlı sinifləri sırasında olan ermənilərin məzlum vəziyyətində 
axtarılmamalıdır. «Ermənilərin inqilabi hərəkatının səbəbləri aĢağıdakılar idi:  
1) onların məlum siyasi kimliyi vardı; 
2)  onlarda  millətçilik,  azadlıq  və  separatizm  ideyalarının  güclü  oyanıĢı  baĢ 
verirdi;  
3) Qərbin maarifçi dövlətləri tərəfindən həmin ideyaların amansız istismarı da 
buna daha ciddi xarakter verirdi»  
Erməni  vəhĢiliyindən  bəhs  edən  və  onların  həqiqətən  baĢ  verdiyini  təsdiq 
edən  rus  konsul  Mayevski  özü  Ģahidlik  edir  ki,  ermənilər  1996-cı  il    Vanda  iyun 
hadisələrini  hazırlamaq  üçün  kənardan  da  xüsusi  adamlar  cəlb  etmiĢdilər.  Onlara 


 
36 
 
Qafqazdan  da  yardımlar  gəlmiĢdi.  BaĢ  konsul  erməni  təĢviqatçıların  və  müsəl-
manların  hansı  əhval-ruhiyyədə  olduğunu  mayor  Vilyamsın  1896-cı  il  may  ayının 
15-də  öz  ölkəsi  olan  Böyük  Britaniyaya  yazdığı  raportu  verməklə  də  göstərir. 
Vilyams yazmıĢdı ki, ermənilər xüsusi amansızlıqla «birinci dəfə üç kürdü öldürmüĢ, 
ikisini  yaralamıĢ,  ikinci  dəfə  isə  ikisi,  ola  bilsin  ki,  üçünu  də  öldürülmüĢdür... 
meyitlər dəhĢətli Ģəkildə eybəcər hala salınmıĢdı».  
Buradan  da  görünür  ki,  ermənilər  təkcə  türk  əhaliyə  deyil,  kürd  və  baĢqa 
millətlərə  qarĢı  da  eyni  vəhĢiliyi  törətməkdən  çəkinməmiĢlər.  Mayevski  də  Ģahidlik 
edir  ki,    «1896-cı  il  sentyabrın  axırında  erməni  quldur  dəstələrinin  sərgüzəĢtlərinə 
görə  intiqam  almaq  üçün  kürdlər  həmin  quldur  dəstələrinin  sakinləri  olduqları  olan 
kəndləri,  yaxud  onların  ola  biləcəyi  ehtimal  edilən  məkanları  çatıb  talamıĢ,  qarət 
etmiĢlər»  .  Bu  proseslər  üstündən  20 il  keçəndən  sonra  eyni  hadisələr  Qafqazda  da 
təkrar olunurdu. 
Ermənilərin  Vanda  iki  güclü  siyasi  təĢkilatı  vardı:  DaĢnaklar  və  armenistlər. 
Onların  qolları  Qafqaza  uzanırdı.  DaĢnaklar  «hnçak»çılarla  da  sıx  əlaqədə  idilər... 
Ġngilis konsul Dikson öz ölkəsinə yazdığı raportda bildirirdi ki, ermənilər gizlicə si-
lahlanırlar, silahlar isə Rusiyadan gəlir. Rusiyadan çoxlu erməni daĢnak komitəçilər 
gəlirlər,  ermənilər  parlamentə  də  «DaĢnak»  partiyasının  fəalı  V.Papazyanı  seçdirə 
bildilər.  Həbs  edilən  erməni  inqilabçılarının  MəĢrutiyyətdən  sonra  sərbəst  bura-
xılması zaman «DroĢak» yazırdı: «Türkiyə ermənilərini gözəl bir gələcək gözləyir, 
onlar  görünməmiĢ  bir  azadlıq  əldə  etmək  ərəfəsindədirlər»  .  Onlar  nəzərdə  tutur-
dular ki, Rusiya və Türkiyədəki erməniləri eyni vaxtda ayağa qaldırmaq və «Böyük 
Ermənistan»  ideyasını  gerçəkləĢdirmək  o  qədər  də  çətin  olmayacaq.  XIX  əsrin 
sonlarında  ġərqi  Anadoluda  baĢ  verən  terror  hərəkətləri  beynəlxalq  diqqəti  özünə 
cəlb  etmək  üçün  idi.  Həm  də  onlar  böyük  ölkələrin  dəstəyinə  bel  bağlayaraq  belə 
addımlar atırdılar. Amma müəyyən coğrafi məkan və yerlərdə ermənilər özlərinə ar-
xayın idilər. Çünki onlar əməlli-baĢlı silahlanmıĢdılar. Təsadüfi deyil ki, «Proarme-
niya» qəzeti yazırdı ki, «biz daim Avropanın, rusların köməyinə bel bağlamamalıyıq, 
özümüz  özümüzə  arxalanmalıyıq».  Həmin  qəzet  bir  intibahnaməni  dərc  etmiĢdi. 


 
37 
 
Orada deyilirdi ki, türklər Berlin müqaviləsinin 3-cü və 61-ci maddələrini yerinə ye-
tirməyə məcbur ediləcəklər . 
Ermənilər  «azadlıq  uğrunda  sonuncu  çarpıĢma»  adlandırdıqları  I  Dünya 
müharibəsi ərəfəsində hərtərəfli azğınlıq nümayiĢ etdirirdilər. Mətbuatın özündə də 
bu hiss olunurdu və müharibə baĢ verdiyi təqdirdə ermənilərin Osmanlı dövlətinə ar-
xadan  zərbə  vuracaqları  sözsüz  idi.  1912-1913-cü  illərdə  Bolqarıstanda  ermənilərə 
qarĢı vuruĢan Andranik türklərə qarĢı xüsusi amansızlıq etmiĢdi. Dünya müharibəsi 
baĢlanarkən o Tiflisə gəlib rus ordusunun tərkibində türklərə qarĢı vuruĢmaq niyyə-
tində  olduğunu  bildirmiĢdi.  Erməni  könüllülərindən  təĢkil  olunmuĢ  4  korpusdan 
birinə  rəhbərlik  etmək  məhz  Andranikə  həvalə  edilmiĢdi.  Bu  gün  Andraniki  «milli 
qəhrəman» adlandıraraq onun sümüklərini gətirib Ġrəvanın Yerablur qəbristanlığında 
dəfn edib ona abidə qoyan ermənilər bu Ģəxsin adicə bir terrorçu olduğunun fərqinə 
varmırlar  və  onu  da  dərk  etmirlər  ki,  saysız-hesabsız  günahsız  insanlara  qarĢı 
soyqırımı  törətmiĢ  bu  adam  həm  də  ermənilər  üçün  fəlakət  gətirmiĢdir.  Andranik 
hardan  keçmiĢsə  orada  ölüm  və  qan  izi  qalmıĢdır.  Mayevski  yazır  ki,  1901-ci  ilin 
noyabrında MuĢ  yaxınlığında  Andranik  adlı  bir  erməni  quldur dəstə baĢçısı  peyda 
olaraq Surp (ermənicə müqəddəs deməkdir) Arakel monastırını tutur və buranı kiçik 
qalaya çevirir. O kəndləri daim qorxu altında saxlayırdı.  
Makedoniyada  qalxmıĢ  üsyan  Osmanlı  Ġmperatorluğunun  baĢını  müəyyən 
qədər qatmıĢdı, Andranikin buradakı monastırdan qaçması da təĢkil edilmiĢ bir iĢ idi. 
Ermənilər o zaman «YaĢasın Ermənistan» Ģüarı ilə birlikdə guya həmrəylik ifadə et-
dikləri «YaĢasın Makedoniya»da qıĢqırırdılar. Onlar Makedoniyada hadisələrin necə 
cərəyan  edəcəyini  izləyir  və  bundan  bir  presedent  kimi  istifadə  etmək  istəyirdilər. 
QarĢıda bir Bolqarıstan nümunəsi də vardı. Bütün bunlar həm erməni mətbuatında , 
həm də digər ölkə dillərində çıxan mətbu orqanlarda yer alırdı. DaĢnaklar Avropada 
fəal  iĢ  aparmaqla  diqqəti  «erməni  məsələsi»nə  yönəltmək  istəyirdilər.  Andranikin 
Balkan  müharibəsində  bolqarlar  tərəfdən  türklərə  qarĢı  vuruĢması  bir  tərəfdən 
xristian  həmrəyliyi  idi,  digər  tərəfdən  də  ermənilərin  də  eyni  arzularla  (xülyalarla) 
yaĢadıqlarının nümunəsi idi. Rusların 31 oktyabr 1914-cü ildə ġərqi Bəyaziddən və 
1  noyabr  1914-cü  ildə  Ərzurum  tərəfindən  Osmanlı  sərhədlərini  keçərək 


Yüklə 132,69 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə