Qafar Çaxmaqlı armenizmdən terroriZMƏ erməNİ İdeoloji



Yüklə 132,69 Kb.
Pdf görüntüsü
səhifə11/66
tarix15.03.2018
ölçüsü132,69 Kb.
#31520
1   ...   7   8   9   10   11   12   13   14   ...   66

 
32 
 
təĢkilatlar yaradılır və bu sənəd  "Nizamnamə-i Millət-i Ermeniyan" adıyla təsdiq 
edilir.1860 Erməni Konstitusiyası beĢ bölüm, doxsan doqquz maddədən ibarət idi. 
Erməni  Patriği,  Siyasi  Məclisi  və  Dini  Məclisi  seçəcək  bir  Milli  Məclis  nəzərdə 
tutulurdu.  Milli  Məclis,  Ġstanbul  və  Osmanlı  əyalətlərindən  seçilən  yüz  qırx 
nümayəndədən    meydana  gəlirdi.  Ġstanbul  nümayəndələri  vergi  ödəmiĢ  (  fiziki 
Ģəxs) seçicilərin ümumi sayına, əyalətlərdə isə əhali nisbətinə görə təyin olunurdu. 
29  Mart  1863-cü  ildə  ermənilərin  Osmanlı  Ġmperatorluğundakı  vəziyyətini 
daha  da  gücləndirən,  onlara  bəzi  əlavə  imtiyazlar  tanıyan  və  özlərini  idarə  etmək  
mənasında muxtariyyəti  verən "Nizamnamə-i Millət-i Ermeniyân" qüvvəyə mindi. 
Ermənilər  üçün  daha  əvvəl  mövcud  olan  hüquqlara  əlavə  olaraq  bir  çox  yeni  
haqqları  ehtiva  edən  bu  nizannamə,  islahat  fərmanı  müddəalarına  uyğun  olaraq, 
əsrlərdən bəri dövlətin ―ən sadiq təbəəsi‖ olaraq qəbul edilən ermənilərə verilən bir 
mükafat  idi.  Və  bundan  bütün  ermənilər  məmnun  qalmıĢdılar.  ermənilərə  "dövlət 
içində  dövlət",  "rəhbərlik  içində  rəhbərlik"  deyilə  biləcək  qədər  imtiyazlar 
tanınırdı. Bu dövrdə, Gregoryen Ermənilər Ġstanbuldakı patriklərinin idarəsində 26 
Yepiskoposluk  dairəsində  yaĢayırdılar,  əksəriyyəti  Ģəhərlərdə  olan  Katolik 
Ermənilər isə, bir Patriarx rəhbərliyində 13 Yepiskoposluk dairəsi təĢkil edirdilər. 
Bütün tanınan haqq və imtiyazlardan istifadə edən ermənilər, bu nizamnamə ilə bir 
növ  konstitusiya  hüququna  sahib  olmuĢdular,    bundan  istifadə  edərək  ermənilər 
daha da  təĢkilâtlandılar; məktəblər açdılar; qəzet və jurnal çıxardılar. Ermənilərin 
siyasi  və  ictimai  varlıqları  üzərində  yeni  bir  dövr  açan  "Erməni  Milləti 
nizamnaməsi"  dən  istifadə  edən  patriarxiat,  adı  çəkilən  nizamnamənin  verdiyi 
sərbəstlikdən  istifadə  edərək  erməni  milli  ideolojisinin  formalaĢmasına 
yardımlarını  etməyə  baĢaladı.  Ermənilər  biundan  daha  da  Ģirniklənərək  hətta 
basqılarla  muxtar  bir  qurum  da  yaratmağın  o  qədər  də  çətin  olmayacağını 
düĢündülər. Bunun üçün erməni ziyalııları milləti bu mübarizələrə hazırlamaq  fikri 
ilə  milli  təĢkilatların  ,  mətbuatın  və  erməni  ideoloji  mərkəzlərinin  yaradılmasına 
üstünlük verdilər. HəmiĢə olduğu kimi bu iĢə rəhbərliyi Erməni Kilsəsi öz üzərinə 
götürmüĢdü. 


 
33 
 
"Erməni  Milləti  Məclisi  Umumiyesi"  milliyətçilik  toxumları  sepirdi.  Eyni  ildə 
Ġstanbulda fəaliyyətə keçən və ilk Erməni quruluĢu olan "Köməksevər cəmiyyəti" 
yardımdan  daha çox, gizli üsyanların planını  cızmaqla məĢğuldu. Milliyyətçilik 
ən çox Osmanlının Xristian vətəndaĢları arasında diqqətə çarpan hala gəlmiĢdi və 
―bunlar  Qərbin  mədəni  və  iqtisadi  inkiĢaflarıdır‖  təsiri    bağıĢlayırdı.  Beləcə  nə 
Ġslamçı görüĢlər nə də dövrün ənənəvi düĢüncəsi olan panislamist meyllər bunları 
arxa  plana  keçirə  bilmirdi, onlar  fəal  siyasət  aparmaqla  ətraflarına  demək  olar  ki, 
bütün qeyri- müsəlmanları cəlb edə bilirdilər, ən azından onların da simpatiyasını 
qazanmıĢdılar.   Ermənilər əsrlərdir yan-yana yaĢadıqları cəmiyyət qarĢısında, öz 
mənfəətlərini dini anlayıĢlarla deyil, milli anlayıĢlarla ifadə edirdilər. Artıq Erməni 
cəmiyyətləri qəzetlər nəĢr etmək və bu yolla milləti bir araya gətirmək istəyirdilər. 
Türkiyədə mətbuat və mətbəəçilik sahəsində monopoliya  quran xaricilər Ermənicə 
çıxan qəzetləri az qala pulsuz çap edirdilər. Mətbəəçilik və mətbuat iĢinə ermənilər 
böyük əhəmiyyət verirdilər. 1857-ci ildə ―Van qartalı‖ adlı qəzet nəĢr baĢlarkən bu 
bölgədə  yaĢayanların  çoxu  oxuma-yazma  belə  bilmirdi.  Bu  qəzetdə  və 
"Vaspurakan" adlı digər məcmuədə Erməni Ģəxsiyyəti və erməni gələcəyi haqqında 
yazılar  verilirdi.  Bu  qəzetlərdə  ''Müstəqil,  türklərin  yaĢamadığı  Ermənistan'', 
"Dənizdən dənizə Böyük Ermənistan ", "Ermənilərin bu torpaqlara sahiblik haqqı " 
vəb.  mövzularada  yazılar  verilirdi.  Ən  çox  yer  alan  yazılar  içərisində    ―üstün 
Erməni  Ģəxsiyyəti‖  barədə  çıxan  yazılardı  Yaratdıqları  siyasi  təĢkilatlar  bu  irqçi 
təməl  üzərində  qurulurdu.  Armenakan,  Hnçak  və  DaĢnak  partiyalarının 
nümunəsində  bu  irqçiliyin  iĢarələrini  görməmək  qeyri-mümkündü.  O  illərdə 
Osmanlıda  nəĢr  olunan  26  qəzetdən  9-u  Ermənicə  idi.  Onlardan  biri,  həddindən 
artıq milliyyətçi xətti ilə bilinən ―Armeniya‖ qəzeti açıq Ģəkildə erməniləri qiyama, 
türkləri  və  kürdləri  öldürməyə  səsləyirdi.  "Erməni  Məsələsi"  və  Beynəlxalq 
Diplomatiya''  kitabının  müəllifi  Ağası  Yesayan  da  yazırdı  ki,  bu  (TaĢnaksütyun) 
partiyanın  proqramında  düĢmən  (yəni  Türk)  ordusunda  xidmət  etmiĢ  erməni 
əsgərlərdən faydalanmaq, Türk Ordusunu arxadan vurmaq,  müxtəlif yollarla  əldə 
edilmiĢ  silahları  xalqa  paylamaq  və  xalqı  qiyama  qaldırdırmaq,  silahlı  üsyan  və 
inqilab çağırıları vardı. "Komitənin (DaĢnak Komitəsi) proqramı üsyan yolu ilə « 


 
34 
 
Türkiyə  Ermənistanı  »  na  siyasi  və  iqtisadi  azadlıq  qazandırmaqdı.  Komitənin 
1892-ci  ildə  edilən  BaĢ  Məclisində  qəbul  edilən  proqramının  8-ci  maddəsi 
hökumət dairələrində dağıtmağı, insanları öldürməyi, sərvətlərini yağmalamağı ön 
görürdü ". Bu bir erməni araĢdırmaçının yazdıqlarıdır.  Bu artıq mono milliyətçilik 
meylləri  idi  və  ermənilər  bu  hərəkata  hələ  XIX  əsrin  60-70-ci  illərindən 
baĢlamıĢdılar. Mono milliyyətçilik tək millətli cəmiyyətin hədflənməsidir, azlıq və 
etnik  ünsürlərə  Ģəxsiyyətlərini    qorumaq  haqqı  verilməməsidir,  etnik  təmizliyə  
gedərək öz içindən digər ünsürləri çıxararaq onları depotasiyaya məruz qoymaqdır. 
Bu düĢüncə və siyasət indiki Ermənistan Respublikasında həyarta keçirilmiĢdir. O 
burada yaĢayan Azərbaycan türklərini, kürdləri, yəhudiləri, rusları, ukraynalıları və 
b. çıxararaq monoetnik dövlətə çevrilmiĢdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ermeni terrorizminin mahiyyəti və igeoloji kökləri  
 
Ermənilərin XIX əsrın sonlarında yaratdıqları təĢkilatların hamısnın  terrorçu 
xarakterindən  artıq çox bəhs edilib. Onlar qarĢılarına qoyduqları məqsədə çatmağın 
yolu  kimi    hər  zaman  terrora,  silahlı  üsyanlara  üstünlük  vermiĢlər.  Həm  Türkiyə 


Yüklə 132,69 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə