Qafqazin strateji TƏDQİqatlari institutu oleq Kuznetsov Mərkəzi Qafqaz: sivilizasiyaların toqquşmasına retrospektiv baxış



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə6/35
tarix04.08.2018
ölçüsü0,78 Mb.
#60785
1   2   3   4   5   6   7   8   9   ...   35

20
Oleq Kuznetsov
rə cə də təsadüfən düşmüşdür, çünki burada hakimlik uğrunda 
mü ba ri zə də İran dövləti ilə Osmanlı imperiyası qarşı-qarşıya 
gəl miş di lər, gah bu tərəfi n, gah da digər tərəfi n üstünlük qa-
zan dığı  rə qa bət yanaşı vilayətlərin sərhədlərini keçmirdi. 
Bal kan lara  geo si ya si  ekspansiyasının başlanğıcında Rusiya 
Os man lı  im pe ri ya sı na  qarşı Qafqazda və ya Zaqafqaziyada 
«ikinci cəbhə» aç maq barəsində düşünmürdü, çünki bundan 
ötrü onun nə qüv və lə ri,  nə  vəsaiti, nə  də resursları var idi. 
Hə min regiona o, da ha çox məcburən, özündən asılı olmayan 
xa ri ci  səbəblərin tə si ri  altında diqqət yetirmişdi – 1768-ci il-
də Kartli və Kaxeti gür cü knyazlıqlarının hakimi II İrakli os-
man lılara qarşı hərbi yar dım üçün Rusiyaya müraciət etmişdi. 
Taxtda onun sələfi   ol muş VI Vaxtanq 1722-ci ildə Rusiya 
imperatoru I Pyotr ilə müt 
tə fi q lik  müqaviləsi bağlamışdı. 
1768–1772-ci illərdə müa sir Gürcüstanın ərazisində general-
po ru çik  (general-ley te nant),  baron  Q.K.H.Totlebenin  ko-
man dan lığı altında rus qo şun ları  dəs təsi fəaliyyət göstərirdi. 
Q.K.H.Tot le ben  döyüş  mey dan la rın da  şücaəti ilə  şöhrət qa-
zan sa da öm rünün digər dövrlərində prin sip siz liyi,  avan tü-
riz mi  və intriqaçılığı ilə tanınmışdı. Bir sı ra hərbi uğurlara (o 
cüm lədən Kutaisinin alınması və  Potinin  mü ha sirəsi) bax ma-
ya raq, Gürcüstanda onun əməliyyatları  Ru si ya ya  əhəmiyyətli 
siyasi fayda gətirmədi, çünki bu general gür cü çarı II İrakli 
ilə nəinki mübahisə edib savaşmış, həm də 1770-ci ildə Axal-
six yaxınlığındakı döyüşdə ona osmanlılar qar şı sın da  xə ya-
nət etmiş, üstəlik, gürcü taxtı  uğrunda mübarizədə  rə qib lə-
ri nin  tərəfi ni saxlamaqla yenidən xəyanət etmişdi
5
.  Ge ne ral 
Q.K.H.Totlebenin dəstəsinin Kürün digər sahilinə  ek spe di-
si ya sının yeganə geosiyasi nəticəsi bu olmuşdu ki, rus hərbi 
5
  Потто  В.А.  Кавказская  война:  В 5-ти  тт.  Т. 1. С  древнейших 
вре мен до Ермолова. М.: Центрполиграф, 2006. Səh. 128-132.


21
Rusiyanın Zaqafqaziyada geosiyasi maraqlarının və prioritetlərinin təkamülü
ko man dan lığı region barəsində müfəssəl məlumat alaraq, 
ora nın hər bi-to poqrafi k xüsusiyyətlərinə  bələd olmuş, bu isə 
gələcəkdə  hə min  ərazidə eventual döyüş  əməliyyatları ke çi-
ril məsini plan laş dır mağa imkan vermişdi. Əslində, məhz ba-
ron Totlebenin sa yə  sin də Mərkəzi və Cənubi Qafqaz Ru si ya-
nın diqqət dairəsinə düş müş dü, baxmayaraq ki, dərhal onun 
geo siyasi  maraqlar  zo na sı na  çevrilməmişdi. 
İkinci dəfə Zaqafqaziya Rusiyanın hərbi-siyasi baxımdan 
diq  qə  tini 10 il sonra, 1782-ci ildə cəlb etmişdi. O vaxt bir tə-
rəf dən Kartli və Kaxeti, digər tərəfdən Rusiya arasında bu 
gür cü  tor paq ları üzərində Rusiyanın hərbi protektoratının 
müəy yən edil mə sinə dair danışıqlar başlanmış, 1783-cü il 
iyulun 24-də  (av qus tun  4-də) məlum Georgiyevsk trak ta tı nın 
imzalanması ilə ba şa çatmışdı. Bu sənədin məzmunun təh li-
linə varmadan qeyd edək ki, müqaviləni hər iki döv lət cəmi 
4 il ərzində, 1787-ci ilə dək icra etmiş, sonra isə  os man lı-
ların təzyiqi altında rus qo şun la rı (2 piyada batalyonu) Şər-
qi Gürcüstandan (Kartli-Kaxetidən) çı xa rıl mışdır,  bax ma ya-
raq ki, Rusiya bu torpaqları  özünün  vas sal  mülkü  say maq da 
davam etmişdir. Bunu imperatriçə  II  Ye ka terinanın Ku ban 
kor pusunun  komandanı, general-feld mar şal, qraf İ.V.Qu do vi-
çə 1795-ci il 4 sentyabr tarixli əmri də sübut edir. Əmrdə de-
yilirdi ki, İran şahı Ağa Məhəmməd xan Qa ca rın başçılığı ilə 
İran qoşunlarının Tifl isə (Tbilisiyə) yü rü şü nü  dəf etmək məq-
sədi ilə «çar İrakli ilə traktata əsasən onun düş mən çi lik  qəsd-
lə rindən müdafi əsi üçün Rusiyanın  vas sa lı kimi ona ve ril məli 
olan iki tam piyada batalyonu ilə ona kö mək gös tə ril sin»
6

İran qoşunları sentyabrın 12-də gürcülərin  pay tax  tı nı da ğıt dı-
lar (general Qudoviç isə II İrakliyə hərbi yardım gös tə ril mə si-
nə dair əmri yalnız oktyabrın 1-də aldı). 
6
 Yenə orada. Səh. 135.


22
Oleq Kuznetsov
1783-cü ildə Rusiyanın Şərqi Gürcüstan üzərində pro tek-
to ra tının bərqərar edilməsi və daha sonra, 1801-ci ildə  Şər-
qi Gür cüstanın imperiya tərkibinə daxil olması Rusiyanın 
Qaf qaz da  iki  strateji  rəqibinə – Osmanlı imperiyasına və 
İran  şah lı ğı na  qarşı bir sıra müharibələr aparmasına gətirib 
çıxardı. Bu iki ölkənin daimi sərhəd münaqişələrində olması 
onlarla  si lah lı qar şı durmada  Rusiyanın işini asanlaşdırırdı. 
Ru siyanın hə min  ölkələr ilə silahlı münaqişələri sırasında ge-
neral-anşef (ge ne ral-polkovnik), qraf V.A.Zubovun ko man-
dan lığı altında rus Ku ban korpusu qüvvələrinin  İran  şa hı nın 
qo şunlarına qarşı Şi ma li  Azər baycana  yürüşünü  –  im pe rat ri çə 
II Yekaterinanın ölü mü səbəbindən tam baş tutmamış yü rü-
şünü; 1804–1813-cü il lərin və 1826–1828-ci illərin Ru siya–
İran müharibələrini; 1806–1812-ci illərin və 1828–1829-cu 
illərin  Rusiya–Os man lı müharibələrini göstərmək la zım dır. 
İm periyanın döv lət sər həd ləri Mərkəzi və Cənubi Qaf qaz re-
gion larına lap ya xın laş dı ğın dan  məhz həmin  si lah lı  mü na qi-
şələrin planlaşdırılması və ge di şi za manı  bu  re gion lar da  Ru-
si yanın geosiyasi maraqlarının və  hə dəfl  ərinin cizgiləri üzə 
çıx mağa, məzmunu müəyyən olunmağa baş la mışdır. 
Yuxarıda göstərilmiş bütün silahlı münaqişələrin yaran-
ma  sı üçün əsas səbəb Qafqazda Rusiya, İran və Osmanlı 
im  pe  ri ya sı arasında nizamlanmamış  sərhəd məsələsi və Za-
qaf  qa zi ya nın feodal dövlət-ərazi qurumlarında – müxtəlif 
ma  hal lar da,  şah lıq larda,  xanlıqlarda hökmranlıq uğrunda 
mü  ba  ri zə ol muş dur. Qaf qaz da bu üç qüvvə arasında ma raq-
lar mü na qişəsinin  ob yek tiv  mövcudluğu  şəraitində  ix ti lafl  a-
rın ara dan qaldırılması üçün çıxış nöqtəsi kimi Qafqaz xalq-
la rı nın dini suverenliyi se çil mişdir. Deyilənlərin təsdiqi üçün 
Ru siya  ilə Osmanlı  im pe ri ya sı arasında 1791-ci il 29 de kabr 
(1792-ci il 9 yanvar) ta rix li Yassı sülh müqaviləsinin müd-


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə