Qafqazin strateji TƏDQİqatlari institutu oleq Kuznetsov Mərkəzi Qafqaz: sivilizasiyaların toqquşmasına retrospektiv baxış



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə4/35
tarix04.08.2018
ölçüsü0,78 Mb.
#60785
1   2   3   4   5   6   7   8   9   ...   35

14
Oleq Kuznetsov
bət böyük knyaz Konstantin Pavloviçdən ge dir) yunan qa-
dın Yelena öz südü ilə  bəsləmiş, ona yunanca sər bəst da-
nış mağı öyrətmişdi. Elə o vaxt II Yekaterinanın  sa ra yın da 
el lin  mədəniyyəti dəbə minmişdi və  məqsədyönlü su rət də 
ya yı lırdı.  İmperatriçənin Volter ilə yazışmasında  Av ro pa  öl-
kə lə rində yunan mədəniyyətinin dirçəldilməsinin və pay tax -
tı  məhz Konstantinopol (İstanbul) olmaqla yunan döv lə ti nin 
bərpa edil məsinin, o cümlədən Rusiya quru ordusunun və 
do nan ma sı nın  bi la vasitə  iştirakı ilə silahlı yolla bərpa edil-
mə sinin  müm kün lü yü  məsələsi müzakirə olunurdu
3
.  İm-
pe rat ri çə II Yekaterinanın ürəyinə bu qədər yaxın tutduğu 
«yu nan  layihəsi»nin hərbi-siyasi istiqaməti məhz Balkan ya-
rı ma da sının Osmanlı imperiyasından müharibə yolu ilə alın-
ma sından,  əvvəllər orada mövcud olmuş  və indi artıq Ru si-
ya xarici siyasətinin nüfuz dairəsinə salınmış Bi zan sın və ya 
Şər qi Roma imperiyasının  «slavyan-pravoslav»  Re kon kis ta-
sın dan  ibarət idi. 
Rusiyanın cənub istiqamətində (yenə də bu terminin po li-
to loji  kontekstində) bu qədər geniş miqyaslı ekspansiyasının 
hə ya ta  keçirilməsi obyektiv olaraq ideoloji əsaslandırma və 
tə mi nat  tələb edirdi, özü də Avropa ictimaiyyətindən daha 
çox  Ru si ya  cəmiyyətinin özünün nəzərində, çünki Krım xan-
lı ğının  əra zi si nin  birləşdirilməsi yolu ilə Rusiyanın cə nub 
sər həd lərinin hər bi  təhlükəsizliyi təmin edildikdən son ra Ru-
siya cəmiyyəti  Ru si ya–Osmanlı qarşıdurmasının güc lən mək-
də da vam etməsini is tə mirdi. Bu məqsədlər üçün Bizans və 
3
  Мирзеханов В.С. Идеология и дипломатия России в эпо ху Ека-
те рины II: историография  последних  десятилетий // Исторические, 
куль турные и экономические связи между Турцией и Россией: Ма те-
риа лы международного симпозиума, Стамбул, 5 апреля 2012 г. / Сост. 
О.Ю.Куз нецов. М.: Турецко-русский культурный центр, 2012. Səh. 34.


15
Rusiyanın Zaqafqaziyada geosiyasi maraqlarının və prioritetlərinin təkamülü
Roma imperiyalarının döv lət-hüquqi varisliyinə dair hələ XV 
əsrdə formalaşdırılmış, da ha çox «Moskva – Üçüncü Ro-
ma» adı ilə tanınan (əv vəl cə ümumxristian, sonra isə pra vos-
lav sivilizasiyasının mər kəz lə ri nin  ardıcıl dəyişməsi nə zər də 
tutulur: Roma – Konstantinopol – Moskva) siyasi-dini kon-
sepsiya işə salındı. O dövrdə obyek tiv olaraq kütləvi in for-
ma si ya  vasitələrinin  sosial-siyasi  fun k si  ya  sını yerinə yetirən 
rus pravoslav kilsəsi bu ideyanı Rusiya cə miy yə tinin  bütün 
tə bəqələrinin və zümrələrinin şüuruna  ye rit mə yə başladı. Be-
lə liklə, geosiyasi «yunan layihəsi»nin müəl lifl  ə ri onun həyata 
ke çirilməsinə hərbi-strateji tərkib ünsürləri ilə ya na şı, bir ne-
çə mədəni və siyasi özül də daxil etdilər. 
Hər  şeydən  əvvəl, pravoslav dövlətçilik və dini mər kə-
zi ki mi Konstantinopolun bərpa edilməsi dini qisas ideyası 
ilə bağ la nır dı: «əzəli» pravoslav paytaxtı «kafi rlər»dən ge-
ri alınmalı  və onun əvvəlki dini-mədəni və  ya  si vi li za si-
ya  əhəmiyyəti bər pa  edil məli idi. Bundan savayı,  Ru si ya nın 
Cə nuba  doğru hə rə kə ti nə,  Av ro pa  mentaliteti  ba xı mın dan 
«vəh şi» Qara dəniz mə ka nı nın ram edilməsinə  «si vi li za-
si ya» nın «barbarlıq» üzə ri nə  hü cu mu  kimi  baxılırdı. Bu 
məsələdə imperatriçə II Yekaterina həm Rusiyanın birinci 
im pe ratoru I Pyotrun işinin birbaşa davamçısı kimi, həm də 
Ru siyanın siyasi tarixində onun əzəmətinin rə qi bi kimi çı xış 
edirdi. O vaxtkı Rusiya cəmiyyətinin ziyalı  qis mi nin  nü ma-
yən dələrinin ümumi fi krinə görə,  əgər I Pyotr «bar bar» Ru-
si yanı sivilizasiyalı  Qərbə doğru aparırdısa, indi özü «si vi li-
zasiyalı» olan Rusiyanın başçısı kimi II Yekaterina «bar bar» 
Şər qə  və  Cənuba doğru irəliləyərək, oralara mədəni tərəqqi 
apa rırdı
4
.  Əslində, XVIII əsrin sonuncu rübündə imperatriçə 
4
  Виноградов  В.Н.  Двуглавый  российский  орел  на  Балканах. 
1683-1914. М.: Индрик, 2010. Səh. 78-79.


16
Oleq Kuznetsov
II  Ye ka terinanın hakimiyyəti zamanı Rusiya müsəlman Ön 
Asi yasına və Yaxın Şərqinə qarşı avropalıların növbəti, sayca 
onuncu, ya xud on birinci «səlib yürüşü»nün təşəbbüsçüsü ol-
du. Amma bu də fə  həmin yürüş katolik şüarları  və  ələmləri 
al tın da  deyil,  sırf  pra vo slav  şüarları və ələmləri altında həyata 
keçirilməli idi. 
Qraf A.A.Bezborodkonun «yunan layihəsi»nin II Yeka te-
ri nanın, necə deyərlər, «xarici istifadə üçün» nəzərdə  tu tu lan, 
əslində isə  nəcib bir ideya ilə  pərdələnməklə, Osmanlı im -
pe ri ya sın dan silah gücünə daha çox həmsərhəd  ərazi qo par-
mağa yö nə lən növbəti ideoloji-təbliğat fəndi olduğuna dair 
Rusiya «klas sik» tarix elmində mövcud olan təsəvvürü bu 
gün həmin döv rün reallıqlarına adekvat hesab etmək çə tin  ki 
mümkün ol sun. İmperatriçə daha möhtəşəm bir planı  fi k rin-
də tutmuşdu və bu plan «Şimal – Cənub» mehvəri  bo yun ca 
yerləşən məkanı  si ya si,  sosial  və mədəni cəhətdən  kö kün dən 
dəyişdirməklə bağlı idi. Onun mahiyyəti bundan iba rət idi ki, 
ellin mədəniyyətinin va ri si olan, onun kökləri ilə qidalanan 
Bizans Rus torpağına hə qi qi iman və maarif gə tir mişdir, Rus 
torpağının dövlət və dini ba xım dan  hüquqi  va ri si  isə Rusiya 
imperiyası hesab edilirdi. Be lə lik lə, Rusiya mə dəni və dini 
dəyərlər estafetini Bizansdan təh vil  alaraq,  əsrlər boyu 
qoruyub saxlamış və artırmışdır, Bi zans özü isə səlcuq türk-
lərinin və osmanlıların təzyiqi qar şı sın da duruş gətirə bil mə-
yib süquta uğramışdır. Bizansdan həm də sülalələrarası kəbin 
nə ticəsində aldığı (bu, iki ölkənin döv lət çi lik-hüquqi  və dini-
mə dəni varisliyinin həmin dövr üçün sə ciy yəvi olan hüquqi 
və ideoloji əsasını  təşkil  edirdi)  pra vo slav  döv lətçiliyinin 
mə nə vi  dəyərlərini qoruyub saxlayan və ar tı ran Rusiya indi 
müs tə qil yunan dövlətinin bərpası yolu ilə bu dəyərləri ona 
qay tarmağa hazır idi. II Yekaterinanın və kans ler A.A.Bez-


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə