Qafqazin strateji TƏDQİqatlari institutu oleq Kuznetsov Mərkəzi Qafqaz: sivilizasiyaların toqquşmasına retrospektiv baxış


Gülüstan müqaviləsi: 200 ildən sonra



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə14/35
tarix04.08.2018
ölçüsü0,78 Mb.
#60785
1   ...   10   11   12   13   14   15   16   17   ...   35

45
Gülüstan müqaviləsi: 200 ildən sonra
şı lıq lı münasibətlərdə inzibati və təsərrüfat baxımından ta ma-
mi lə müstəqil olmuşlar. Yerli xanlıqların inkişaf etmiş  fi s kal 
və  ka me ral  strukturlarının mövcudluğu da bunu sübut edir di. 
Hər xan lı ğın öz pul sistemi, zərbxanası  və  xəzinəsi var idi
4

Bu fakt bi zim belə bir tezisimizə bir daha dəlalət edir ki, Qa-
ra bağ, Gən cə,  Şir van,  Şamaxı xanları  İran hökmdarlarından 
si ya si  cəhətdən ası lı ol maqdan açıq-aşkar usanmışdılar və 
on la rın  ha ki miy yə tin dən azad olmağın və ya ən azı, süzereni 
dəyişməyin əley hinə  de yil dilər.
Onların bu meylini gücləndirən bir amil də  İran dövləti 
da  xi lin də siyasi qeyri-sabitliyin, daha dəqiq deyilsə, sülalə 
qeyri-sa bit liyinin  hökm  sürməsi idi. Bütün XVIII əsr bo yun-
ca  İran yal nız sözdə imperiya olmuşdu,  əslində isə  şa hən-
şah lıqdan baş qa  bir  şey deyildi; şahın ali hakimiyyəti yer li 
xanların inzibati su ve ren liyi ilə  məhdudlaşırdı. Bundan baş-
qa, Zəndlər, sonra isə Qacarlar sülaləsi nümayəndələrinin 
ali hakimiyyətinə  tayfa  bir lik lərinin irsi hökmranlığı xey li 
dərəcədə  hədd qoyurdu və bu nun özü də dövlətin mər kəz-
ləş məsinə kömək göstərmirdi.  Əs lin də  İran  ərazisində ya-
ran mış  vəziyyət elə  həmin dövrdə alman knyaz 
lıq larında 
və ya Reç Pospolitada mövcud olan vəziyyətə  bən zə yir di. 
Bu və ziyyət alman knyazlıqlarının xaricdən  zo ra kı lıq yo-
lu ilə  mər kəz ləşdirilməsinə, Reç Pospolitanın isə  hərbi və 
ya  döv  lət çilik  baxımından daha güclü olan qonşular ara sın-
da  par   ça lanıb bölünməsinə  gətirib çıxarmışdı. Öz daxili qu-
ru lu şu na  (si ya si-hüquqi  və ya kulturoloji baxımdan)  İran 
alman millətinin Mü qəd dəs Roma imperiyasından az fərq-
lə nirdi.  Məlum olduğu ki 
mi, Müqəddəs  Roma  im pe ri ya-
4
  Акты,  собранные  Кавказской  археографической  комиссией: 
В 13-ти  тт.  Тифлис:  Тип.  Главного  Управления  Наместника  Кав каз-
ского, 1866-1904. т. 5. С. 201-207.


46
Oleq Kuznetsov
sı nın tərkibinə müxtəlif müs tə qil lik  dərəcəsinə malik olan 
350-dən çox dövlət daxil idi, on la rın arasındakı  fərq yal-
nız yarımsuveren subyektlərin sa yın da idi. Bir qədər irə liyə 
gedərək və retrospektiv siyasi-hü qu qi müqayisələr apa ra raq 
tam obyektiv surətdə söyləyə bi lə rik  ki,  XIX  əsrin  əv vəl lə-
rin də Qafqazda vəziyyətin inkişafı for ma və  məzmun ba xı-
mın dan  Mərkəzi Avropada cərəyan edən döv lət-hüquq pro-
ses lə ri nin  tam  eyni  idi.  1806-cı ildə  Na po leon  Bo na partın 
çox say lı alman knyazlıqlarına silah gücünə  qə bul  etdirdiyi 
Al maniya  Konfederasiyası, ardınca isə Reyn İt ti faqı alman 
döv lətçiliyinin suveren subyektlərinin sayını 350-dən 36-ya 
endirdi və bundan sonra, 1871-ci ildə  vahid  Al ma ni ya  im pe ri-
ya sının yaradılması mümkün oldu. Buna bən zər şə kil də, Ru-
si  ya nın Qafqazdakı istilaları pərakəndə Azər bay can  xan lıq la-
rı nı və tayfalarını Rusiya imperiyasının inzibati yurisdiksiyası 
al tın da  birləşdirərək,  əvvəlcə Azərbaycan Demokratik Res-
pub lik
 
a sı nın, son ra isə Azərbaycan SSR-in və müasir suveren 
Azər bay ca nın yaranmasının təməlini qoydu.
XVIII əsrin sonlarında – XIX əsrin əvvəllərində Azər bay -
can–İran və ümumiyyətlə Qafqaz–İran (o cümlədən Gür cüs-
tan–İran və Dağıstan–İran) münasibətləri sadəcə münaqişə 
deyil, həm də açıq qarşıdurma vəziyyəti almışdı. Buna milli-
dini amil də xeyli şərait yaradırdı. Zəndlər sülaləsindən olan 
şah la rın hökm ranlığı dövründə müasir Azərbaycan torpaqları 
si  ya si  ba xım dan  əyalət idi, bu torpaqların  əhalisi  İran aris-
tok  ra ti ya sı nın öz ba şınalığından və təzyiqlərindən əziyyət çə-
kir di. Bütün bun lar 1780-ci illərdə ölkə daxilində feodal mü-
ha ri bəsinin baş lan ma sına səbəb olmuş  və Azərbaycan (ərazi 
əla mətinə görə)  sü la lə sinin,  tam  dəqiq deyilsə, qacarların 
Gən cə sülaləsinin  ha ki miy yətinin qurulmasına gətirib çı xar-
mış dı. Qacarların  ha ki miy yətə gəlməsi Azərbaycan–İran ix ti-


47
Gülüstan müqaviləsi: 200 ildən sonra
lafl  a rına sanki bir «ay dın lıq» gətirdi, birinci tərəfi  yüksəltdi, 
di gər tərəfi  isə alçaltdı, am ma eyni zamanda, Azərbaycan da-
xilində ixtilafl arın kəs kin ləş mə si nə səbəb oldu.
Heç kəs üçün sirr deyildir ki, 1783–1784-cü və 1797–
1799-cu illərdə Cavanşirlər nəslindən olan Qarabağ ha kimi 
İb  ra  him  xəlil xan Zəndlər barəsində bütün vassallıq qay da-
la rı nı pozaraq Qa rabağ xanlığının Rusiya himayəsinə  qəbul 
edil məsinə dair gizli danışıqlar aparırdı. 1795-ci və 1797-ci 
illərdə isə o, İran da  qacarlar  sülaləsinin banisi olan Ağa Mə-
həm məd xanın (1796-ci ildən – şah) başçılığı ilə Qarabağı 
vi ran  qoymuş  İran qo şun larının hücumlarına qarşı müstəqil 
mü qa vimət gös tər miş di.  Doğ rudur,  Qarabağ xanlarının saray 
ta rix çisi  Mirzə  Ca mal  Ca vanşirin yazdıqlarına inansaq, İb-
ra him xəlil xan öz xan lı ğın da  müt ləq hakim idi («Qarabağa 
gəldikdə  İbrahimxəlil xan müs təqil xan və hakim oldu, heç 
kəsə tabe olmadan hökm ran lıq etdi»), lakin bu belə bir fak-
tı təkzib etmir ki, Zəndlər döv lə ti nin  paytaxtı İsfahan və Qa-
car lar  dövlətinin paytaxtı Teh ran onu itaətsiz olsa da, hər 
hal da vassal sayırdılar. Bu sta tu su nu o, atası  Pənahəli xan 
Cavanşirdən miras almışdı. Pə na hə li  xana  isə xan rütbəsini 
İran hökmdarı Adil şah 1748-ci il də vermişdi
5
. Qarabağ xan-
ları ilə yanaşı,  Şəki xanları  da,  xü su sən bu xanlığın  ba ni si, 
Qa ra  Keşiş nəslindən Hacı Çələbi xa nın nəvəsi Mə həm məd-
hə sən xan İran qacar dövlətinə heç də  rəğbət bəsləmirdi. 
1795–1797-ci illərdə Ağa Məhəmməd  şah Qa ca rın başçılığı 
ilə  İran qoşunlarının basqını zamanı o, xan lı ğın  hü dud larını 
tərk etməyə məcbur olmuş, 1805-ci ildə isə  Ru siya  im pe ri ya-
sının təbəəliyinə keçmişdi. Qacarların da ha bir düş məni Mir 
Mus ta fa  xan  Talışlı idi. 1795-ci ildə o, Rusiyanın himayəsinə 
5
  Джаваншир М.Д. История Карабаха. Баку: Изд-во АН Аз .CCР, 
1959. С. 13, 47.


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə