Qafqazin strateji TƏDQİqatlari institutu oleq Kuznetsov Mərkəzi Qafqaz: sivilizasiyaların toqquşmasına retrospektiv baxış


Gülüstan müqaviləsi: 200 ildən sonra



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə22/35
tarix04.08.2018
ölçüsü0,78 Mb.
#60785
1   ...   18   19   20   21   22   23   24   25   ...   35

69
Gülüstan müqaviləsi: 200 ildən sonra
«unut mağa» üstünlük ver miş lər). Mə sə lən, 1808-ci il mayın 
3-də Cənubi Afrikanın  Say mons taun  li ma nın da  ingilislər elmi 
iş lər üçün Sakit okeana gedən  V.M.Qo lov ni nin  komandanlığı 
al tın da  «Diana»  gəmisini saxlamış, av qus tun 26-da Baltik 
də ni zinin  Roqervik  körfəzində  (müasir  Es to ni ya nın ərazi su-
la rın da)  Rusiyanın 74 toplu «Vsevolod» xətt gəmisini və 
3 kanoner qayığını batırmış, 1809-cu il mayın 17-də ingilis 
es kad rası (3 xətt gəmisi, 4 freqat və 1 briq) Tri yest də birinci 
dərəcəli kapitan Bıçevskinin komandanlıq etdiyi rus gəmiləri 
dəstəsinə (5 xətt gəmisi, 1 freqat, 2 korvet) basqın et miş, la-
kin müqavimətlə qarşılaşaraq dənizə doğru getmiş, iyu nun 
12-də Reveldən Sveaborqa gedən yolda Britaniyanın «Sal set» 
fre qatı Q.İ.Nevelskinin komandanlığı altında 14 toplu «Opıt» 
ka te rini  ələ keçirmişdir (hərbi-dəniz münaqişələrinin siya hı-
sını davam etdirmək olar). Üstəlik, dənizdə İngiltərə–Ru si ya 
mü ha ri bəsi quruda Rusiya ilə İsveç arasında başqa bir mü ha-
ri bəyə səbəb olmuş və bu müharibə 1809-cu ildə Fridrisxqam 
sülh müqaviləsinin  şərtlərinə görə Finlandiyanın və Baltik 
də  ni zin dəki Aland adalarının Rusiyaya birləşdirilməsi ilə ba-
şa çat mış dır.  Əslində, biz deyə bilərik ki, İran ilə  İn gil tə rə 
ara  sın da 1809-cu il martın 12-də bağlanmış  Tehran  mü qa vi-
ləsi 1807–1812-ci illərdə aparılan  İngiltərə–Rusiya  mü ha ri-
bə sinin  Qaf qaz da  cənub quru cəbhəsinin təşkilinə  və mad di 
təminatına yö nəl dil miş di. Bu, ingilislərin bir il əvvəl Skandi-
naviyada hə ya ta  keçirdikləri tədbirin eyni idi. Ona görə  də 
1808–1809-cu il lərin Rusiya–İsveç müharibəsinin və 1804–
1813-cü illərin Ru siya–İran müharibəsinin nəticələrində ümu-
mi və ta mamilə  qa nu na uy ğun bir məntiq vardır: quruda hər bi 
əmə liy yatlar  mey da nın da  Rusiyaya  qarşı Britaniyanın ya ban-
çı mənafelərinin  si lah lı müdafi əsinə görə İsveç Finlandiyanı, 
İran isə Azərbaycanı itir mişdir.


70
Oleq Kuznetsov
Qeyd etmək lazımdır ki, Uzunkilsə barışığı  im za lan dıq-
dan son ra Rusiya imperiyasının Qafqazda müharibəni davam 
et dir mə yə obyektiv ehtiyacı yox idi, çünki bu kampaniyanın 
əv və lin də ümid və iddia edə bildiyi hər şeyi və hətta bundan 
artığını da əldə etmişdi. 1806-cı ilin sonlarınadək bu və ya 
di gər legitim (ya xud nisbətən legitim) formada Qarabağ, Şa-
ma xı, Şəki, Şu ra göl,  Bakı, Talış, Gəncə de-yure onun yuris dik-
siyası altına keç miş di.  Bu  ərazilərin əldə edilməsi müharibənin 
zə fərlə başa çat dı ğı nı hesab etməyə tam hüquq verirdi. Üstəlik, 
Avropada hər bi-stra teji  şərait Qafqazda müharibənin tez bir 
zamanda ba şa çatdırılmasını tə kid lə tələb edirdi. Ona görə də 
Uzunkilsə ba rı şı ğı po zul duq dan sonra sülh danışıqları düz 5 
(!) dəfə – əv vəl cə 1810-cu ildə, son ra isə 1812-ci ildə iki dəfə 
və 1813-cü il də yenə də iki dəfə gah yenidən başlandı, gah da 
da yan dırıldı. Bu bi zim belə bir te zi si mizi bir daha təsdiq edir 
ki, həmin  mü ha ri bə nin  İrandan və Ru siyadan savayı, digər 
iştirakçıları da var idi və  on lar  mü ha ri bə nin  tezliklə başa 
çatmasında maraqlı  deyil di lər.
Xarici amilin təsirinin mövcudluğunu müharibənin 1808-
ci ildə başlanan ikinci dövründə  İran ordusunun apardığı 
döyüş  əmə liyyatlarının xarakteri də göstərir.  Şahzadə Abbas 
Mirzə müa sir Şimali Azərbaycanın bu və ya digər xanlıqlarını 
tutmağa və  əldə saxlamağa yönələn mütəşəkkil hücumlar 
aparmırdı, onun bütün hücum əməliyyatları xarakterinə görə 
yürüş və ya bas qın lardan  ibarət idi. Bu yürüş və basqınların 
başlıca hə də fi   mü ha ri bə də əsaslı hərbi-strateji üstünlüyə nail 
olmaq de yil di, yal nız rus qoşunlarının  əl-qolunu bağlamaq 
və onları Qaf qaz hər bi  əməliyyatlar meydanında mümkün 
qədər çox qal 
ma 
ğa məcbur etmək idi. Belə bir təsəvvür 
yaranır ki, Fətəli şah və Ab bas Mirzə üçün əsas məsələ yeni 
qoşunlar  toplamaq,  si lah lan dır maq  və aqibətini düşünmədən 


71
Gülüstan müqaviləsi: 200 ildən sonra
onları döyüşə göndərmək idi. Bu hal bizə tam qəti  şəkildə 
söyləməyə imkan verir ki, Ru si ya ya qarşı müharibə onlar 
üçün nəticə  əldə etmək vasitəsi de yil, bir növ oyun, proses 
idi. Öz silahlı qüvvələrinin hazırlıq key fi y yəti və döyüş qa-
bi liyyəti, – bunlar isə Rusiya qoşunlarına nisbə tən son dərə-
cə  aşağı  səviyyədə idi, – İran hakimlərini açıq-aş kar  ma raq-
landırmırdı, onlar bu istiqamətdə heç bir dəyişiklik et mək 
istəmir, düşməni qoşunların sayı hesabına əzib məhv et mə yə 
çalışırdılar. 1809–1812-ci illərdə Böyük Britaniyadan ki fa-
yət qədər hərbi-texniki yardım alan İran öz ordusunu heç cür 
mo dern ləşdirə bilmədi (bəlkə də bunu istəmədi?), döyüş əmə-
liyyatlarının aparılmasında orta əsrlərdən qalmış taktikanı qo-
ru yub  saxladı. Bu taktika talançı basqınlara və dinc əhalinin 
qul edi lib aparılmasına əsaslanırdı. Krım xanlığına, Osmanlı 
im pe ri ya sı na və  Şimali Qafqaz dağlılarına qarşı mübarizə 
illərində bu cür müharibə aparılması sahəsində zəngin təcrübə 
toplamış ni za mi Rusiya qoşunları  həmin basqınları nisbətən 
asanlıqla dəf  edir di lər. Əliyalın əhalini qarət etmək üçün İran 
sərbazlarının tak ti ki hazırlığa, döyüş  əlaqəsinə, hərbi in ti-
zama ehtiyacı yox idi, am ma silahlı qüvvələrin nizamlı  təş-
ki li nin  bu  komponentləri ol ma dan onlar Rusiya Gürcüstan 
kor pu sunun  qoşunlarına uğurla  mü qa vimət göstərməyə qadir 
deyil dirlər.
Buna  ən parlaq və danılmaz sübut kimi 1813-cü il 
yanvarın 1-nə (13-nə) keçən gecə general-mayor P.S.Kot lya-
rev skinin  dəs tə sinin  Lənkərana hücumunun nəticələrini gös-
tər mək olar. Hər bi  iş nəzəriyyəsi ilə azacıq tanışlığı olan hər 
kə sə məlumdur ki, hü cum edən tərəf müdafi ə olunan tərəfdən 
üç dəfə çox itki ve rir. Lən kərana hücumdan əvvəl general 
P.S.Kot lya revskinin  özü  də da xil olmaqla, rus dəstəsinin sa-
yı 1761 nəfər təşkil  edir di.  Bun la rın 6 nəfəri  ştab-zabit, 57 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə