Qafqazin strateji TƏDQİqatlari institutu oleq Kuznetsov Mərkəzi Qafqaz: sivilizasiyaların toqquşmasına retrospektiv baxış


Gülüstan müqaviləsi: 200 ildən sonra



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə18/35
tarix04.08.2018
ölçüsü0,78 Mb.
#60785
1   ...   14   15   16   17   18   19   20   21   ...   35

57
Gülüstan müqaviləsi: 200 ildən sonra
baş  la  nıl ma sı üçün məsuliyyəti dolayı olaraq İran tərəfi nin 
üzə  ri nə qoy muş dur.  Nəticədə belə bir fi kir kök salmışdır ki, 
Ru si ya  ilə  İran arasında müharibənin başlanıldığı tarix İran 
hökm da rı  Fə tə li  şahın və ya Baba xanın  Rusiyaya  mü ha ri bə 
elan et diyi 1804-cü il 10 iyun günü hesab edilməlidir (bun-
dan üç il əvvəl o, Böyük Britaniya ilə ittifaq bağlamışdı). 
Lakin o döv rün hadisələrinə  qərəzsiz baxılarsa, döyüş  əmə-
liy yatlarının başlanılması üçün məsuliyyət eyni dərəcədə 
Ru si ya nın üzərinə  də qoyula bilər. 1804-cü il yanvarın 3-də 
Ru si yanın Gürcüstan korpusunun qoşunları  İranın vassalı 
olan Azərbaycan Gəncə xan lığının paytaxtı Gəncəni hücumla 
tut muş dular.  Gəncənin fəth edilməsi Sankt-Peterburqda və 
Tifl isdə Rusiyanın  Qaf qaz da kı müstəmləkəçilik  si ya sə ti-
nin növ bəti addımı kimi nə zər dən keçirilirdi Bu, 1801-ci il-
də Gür cüstanın Rusiyaya bir ləş di ril məsindən mən ti qi  su rət-
də irəli gələn bir addım idi. Gəncənin iş ğalının Ru si ya–İran 
münasibətlərini kəskinləşdirəcəyi dü şü nül mür dü, çünki Ru-
si ya nın ali hakimiyyəti və onun Qaf qaz da kı  ad mi nis tra si ya sı 
Avropa  ənənəsinə uyğun olaraq (al man millətinin müqəddəs 
Roma imperiyasının iştirakçıları ilə  ana lo giya  üzrə) Gəncə 
xanlığını müstəqil feodal dövləti  he sab  edir di lər. Lakin 
Teh ran da  və  Təbrizdə bu hadisəyə tamamilə zidd möv qe-
dən yanaşılırdı, ona görə  də  Gəncənin işğal edilməsinə  tək-
cə İrana qarşı deyil, həm də Gəncəni ata-baba mülkü (yaxud 
Qər bi  Avropa  ənənəsində domen) sayan Qacarlar sülaləsinə 
qar şı birbaşa hərbi təcavüz aktı kimi baxılırdı. 1804–1813-cü 
il lər də Rusiya ilə İran arasında müharibənin səbəbinə bu ba-
xış bucağından nəzər salınarsa, onda həmin müharibə əv vəl cə 
Ru si ya–Qacar,  sonra  isə Rusiya–İran müharibəsi he sab edil-
mə lidir. Bu mənada adı  çəkilən müharibə müasir Azər bay-
can tarix el mi nin belə bir konsepsiyasına tam uyğun gəlir ki, 
1804–1813-cü illərin Rusiya–İran müharibəsi və ona yekun 


58
Oleq Kuznetsov
vurmuş  Gü lü stan  müqaviləsi Azərbaycan dövlətçiliyinin tə bii 
inkişafını ya rı da  kəsmişdir və bu inkişafın nəticəsi təkcə Qaf-
qa zın böyük his sə si ni  deyil,  həm də Cənubi Xəzəryanı böl gə-
ni, yəni müasir Şimali İra nı əhatə edən Böyük Azərbaycanın 
yaradılması ola bilərdi. 
1804–1813-cü illərin Rusiya–İran müharibəsinin aş kar 
ol ma yan  daha  bir  mühüm  səbəbi  marksist  elmi  me to do lo gi-
ya nın «ta rixdə  şəxsiyyətin rolu barəsində» tezisinə müvafi q 
surətdə Ru siyanın Qafqazdakı baş hakimi, infanteriya ge ne-
ra lı Pavel Dmit ri yeviç Sisianovun (1754–1806) mənşəyi və 
bununla bağlı olan sub yektiv dünyagörüşü hesab edilə bi-
lər. O, Kartlidən olan Çi çiş vili (Panaskerteli) soyadlı gürcü 
knyaz ları  nəslindən idi. Bu nəslin nümayəndələri 1724-cü 
ildə çar VI Vaxtanqın məiy yə ti nin  tərkibində Rusiyaya köç-
müş dülər. Üstəlik, Sisianov ana tə rəf dən gürcü çarları ilə qo-
hum idi (çar XII Georginin ikinci ar va dı olan sonuncu gür-
cü çarı, Kartli-Kaxeti çarı Mariam (Ma 
riya) Georgiyevna 
Çi çiş vili onun qohumu idi). Məlumdur ki, 1797-ci ildə Ağa 
Mə həmməd  şah Qacarın başçılığı ilə  İran qo şun larının Gür-
cüs tana  yürüşü zamanı knyazlar Çiçişvili–Si sia nov ların 
Mdzrov re ti  dərəsindəki ata-baba kəndləri talan edil 
miş di. 
Nə ti cə də 1803–1804-cü illərdə rus qoşunlarının Gəncəyə yü -
rü  şü nə – 1804–1813-cü illərin Rusiya–İran müharibəsinə sə-
bəb olmuş  və qacarların Gəncə  nəslindən Cavad xanın qət-
lə  ye ti ril məsi və xanlığın Rusiyaya birləşdirilməsi ilə ba şa 
çatmış yü rü şü nə çiçişvililərin qacarlardan qisas almaq niy-
yə tinin  də  tə si ri  olmuşdur. Bütün bunlar bizim belə bir te zi-
si mi zi  bir  daha  təs diq  edir  ki,  əzəldən müharibə  İran  əley-
hi nə  və ya Azərbaycan  əley hi nə deyil, qacarlar əleyhinə 
xa rak ter  daşımışdır. Həm də ona gö rə ki, knyaz P.D.Sisianov 
1806-cı il fevralın 8-də (23-də) Ba kı nın  İçə rişəhər qalasının 
yaxınlığında öldürülənədək  Qaf qaz da kı Ru siya qoşunları ko-


59
Gülüstan müqaviləsi: 200 ildən sonra
man danının hərəkətlərinin səbəbləri ara sın da  qa carlardan  qi-
sas amili mühüm rol oynamışdır.
Yeni dövrdə (tarixin dövrlərə bölünməsinin Avropa ənə-
nə sin də) və ya XVIII əsrdə müsəlman oykumenasının pe ri-
fe  ri ya sında yerləşən bir çox xalqlar öz milli müqəddəratını 
təyin et 
mək problemini başqa dinlərdən olan qonşuları 
ilə ittifaq he 
sa 
bı na  həll etmək  fi krinə düşmüşdülər. Belə 
niyyətdə olanlar tək cə azərbaycanlılar deyildi, ingilislərin 
və fransızların köməyi ilə  ərəblər Məğribdə osmanlılardan 
ayrılır, Rusiya və  Avstriya  im pe ri yasının yardımı ilə yunanlar, 
rumınlar və onlarla qonşu olan slavyan xalqları Balkanlarda 
türklərin hakimiyyəti altından çı xır, britaniyalıların dəstəyi 
ilə Pamir sakinləri isə İran və ya əf qan  ağalığından azad olur-
dular. Müasir Azərbaycan tarix el mi nin 1804–1813-cü il lərin 
və 1826–1828-ci illərin Rusiya–İran  mü ha ri bə lərinin, Gü-
lüstan və Türkmənçay müqavilələrinin öz mil  li tarixində ro-
lu na,  yerinə və əhəmiyyətinə qiymət verilməsi mə sə lə sini  nə-
yə görə  həll edə bilməməsi bir çox cəhətdən bu amil  lə izah 
olu nur. Bu gün Azərbaycan tarix elmi qarşısında son də rə cə 
mü rək kəb olan mənəvi seçim problemi dayanır: qar şı du ran 
iki tərəfi n  ağalıq uğrunda mübarizəsi nəticəsində  is ti la  edil-
miş xalqın xələfl ərinin hansı tərəfə rəğbət bəsləməli olduqları 
se  çil  məli və müəyyən edilməlidir. Zənnimizcə, bu vəziyyətdə 
bir  mə nalı seçim etmək prinsipcə mümkün deyildir, ona görə 
də Azər baycan  tədqiqatçılarının verdikləri qiymətlər bundan 
son  ra da subyektivizmi ilə seçiləcək və bu qiymətlərin səs  lən-
di ril di yi  zamanın ideoloji və siyasi konyunkturasından tam 
asılı ola caq dır.
Bu cür seçim edilməsinin nə qədər mürəkkəb məsələ ol-
du ğu nu  göstərən parlaq nümunə Azərbaycan tədqiqatçılarının 
1805-ci ildə bir sıra Azərbaycan xanlıqlarının – Qarabağ, Şə-


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə