Qafqazin strateji TƏDQİqatlari institutu oleq Kuznetsov Mərkəzi Qafqaz: sivilizasiyaların toqquşmasına retrospektiv baxış



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə8/35
tarix04.08.2018
ölçüsü0,78 Mb.
#60785
1   ...   4   5   6   7   8   9   10   11   ...   35

26
Oleq Kuznetsov
ol  ma mış dır, çünki yerli əhalisi ənənəvi müsəlman olan (ib ti-
dai büt pə rəst lik dən aralandıqdan sonra) ərazilərdə öz siyasi 
hökm  ran lı ğı nın təməli kimi xristianlığı yaymaq mənasızdır. 
Xris tian lı ğın tarixən yayıldığı və XIX əsrin əvvəllərində feo-
dal  ictimai  mü na si bət lərinin artıq təşəkkül tapdığı torpaqlar, 
de mək olar, ağ rı sız su rətdə Rusiya dövlətinin və cəmiyyətinin 
tər kibinə daxil edil di və bu zaman hakim regional elitadan 
tək-tək şəxslərin mə na fe lərinə toxunuldu.  
Zaqafqaziyanın  ənənəvi müsəlman  əhalisinə malik döv-
lət-ərazi qurumlarının Rusiya imperiyasının tabeliyinə keç-
mə si nin  in zi bati  proseduru  daha  mürəkkəb idi, amma bu da 
mən tiqi  cə hət dən anlaşılan idi: yerli feodal hakimləri  əv vəl-
ki  inzibati  sta tus la rını ömürlərinin son gününədək  qo ru yub 
saxlayırdılar (doğ ru dur, bu zaman siyasi suverenliyi iti rə rək), 
onların varisləri, xə ləfl  əri və yaxınları bütün əmlak və silk 
im tiyazlarına malik olan Rusiya zadəganlarına  çev ri lir di lər. 
Əs lin də, Cənubi  Qafqaz  vi la yətlərinin  Rusiya  ha ki miy yəti 
altına keçməsi sosial-əmlak və inzibati-təsərrüfat  mü na si bət-
lərinin onlar üçün ənənəvi  xa rak te rini  dəyişmədi, ona görə də 
əha linin  əsas kütləsi tərəfi ndən la qeyd qarşılandı. 
Buna parlaq nümunə kimi, yerli müsəlmanlar sırasından 
olan «əsirlər» – «canlı əmtəə» ilə hətta Rusiya imperiyasının 
hü  dud larını  aşan ticarətə (xüsusən, qızların və  gənc qa dın-
ların  Tür ki yə hərəmxanalarına satılmasına) yeni rus ha ki miy-
yət  or qan la rı nın, demək olar, etinasız münasibət bəs lə mə sini 
gös tərmək olar. İmperiyanın yeni birləşdirilmiş  ra yon ların-
da mü səlman kənd icmalarının hüdudları daxilində  əsir ti-
ca rə ti  sərbəst həyata  ke çi ri lirdi,  əsir (qul, nökər) alın ma sı 
və satılması faktının özü isə döv lət xəzinəsinə rüsum ödə-
nil mək lə Rusiya pristavlarının qə bul  et dikləri xüsusi aktlar 


27
Rusiyanın Zaqafqaziyada geosiyasi maraqlarının və prioritetlərinin təkamülü
vasitəsi ilə  təsdiqlənirdi
9
. Qeyd etmək lazımdır ki, bu qayda 
Rusiyanın «xristian» hissəsində  təh kimli  kəndlilər barəsində 
qüvvədə olan qaydanın tam eyni idi, ona görə də Qafqazın və 
Rusiyanın Avropa hissəsinin yerli əha lisinin  həyat tərzi bir-
birindən az fərqlənirdi. Bütün bunlar tamamilə  qəti surətdə 
be lə söyləməyə imkan verir ki, Rusiya tə rə fi n dən Qafqazın 
müs təmləkələşdirilməsi yolunda heç bir so sial-iqtisadi çə tin-
lik yox idi. 
Rusiya tərəfi ndən Qafqazın müstəmləkələşdirilməsinin 
ilk onil likləri ərzində yerli müsəlman əhali bu prosesə siyasi-
di ni  ma neə törətmirdi. Buna ən parlaq sübut kimi 1828–1829-
cu il 
lə rin  Rusiya–Osmanlı müharibəsinin qızğın çağında 
müa sir  Azər bay canın yeni birləşdirilmiş torpaqlarında rus 
Əla hid də Qaf qaz kor pusu üçün dörd atlı-müsəlman polkunun 
(hə rə sin də 720 at lı olmaqla) və Kəngərli süvari dəstəsi adı al-
tın da  xü su si  atlı divizionun uğurla formalaşdırılmasını gös-
tər mək olar. On lar Şərqi Anadolu ərazisində öz din daş la rı na 
qarşı dö yüş lər də ni zami rus ordusundan da çox fərq lən miş-
di lər
10
. Hə min  mü ha ribə başa çatdıqdan sonra bu gün Cə nu-
bi Qafqaz ad lan dı rı lan  əra zidə xüsusi Zaqafqaziya mü səl man 
kazak qoşununun for ma laş dırılması  məsələsinə belə ba xıl-
mış dı. Lakin bu məqsəd üçün nəzərdə tutulan qüvvə və va si-
tə lərin 1830–1831-ci il lə rin  Polşa üsyanını yatırmağa gön də-
9
  Емельянова  Н.М.,  Экзеков  М.Х.  Торговые  и  культурные  свя зи 
Рос сийской,  Османской  империй  и  народов  Кавказа  в  первой  по ло-
ви не XIX века // Исторические,  культурные  и  экономические  связи 
меж ду Турцией и Россией: Материалы международного симпозиума, 
Стам бул, 5 апреля 2012 г. / Сост. О.Ю.Кузнецов. – М.: Турецко-рус-
ский культурный центр, 2012. – Səh. 45-47.
10
  Утверждение  русского  владычества  на  Кавказе:  К 100-летию 
при соединения  Грузии  к  России:  В 5-ти  тт. / Под  ред.  В.А.Потто. 
Тиф лис, 1909. Т. 4 (ч. 2). Səh. 415-416.


28
Oleq Kuznetsov
ril məsi zərurəti həmin pla nın tam həyata keçirilməsinə imkan 
vermədi
11
. 1840-cı il lər də Dağıstanda və Çeçenistanda imam 
Şamilin başçılığı ilə dağ lı xalqlar üsyan qaldırdıqdan sonra 
isə bu plan tamamilə unu dul du. Bütün bu deyilənlərdən belə 
bir nəticə çıxarmaq olar ki, çox mil lət li  və çoxdinli Rusiyada 
tə bəələrin dini etiqadı  məsələsi yal nız onlar öz hüquqa zidd 
hərəkətləri ilə qayda-qanunu poz duq ları zaman ortaya çıxırdı. 
«Erməni məsələsi» Qafqazda Rusiya 
geosiyasətinin vasitəsi kimi 
Mərkəzi Qafqazın Rusiya tərəfi ndən müstəmləkələşdiril-
mə sin də dini-konfessional çalara malik bircə məsələ var idi. 
Söh bət «erməni məsələsi» deyilən məsələdən gedir, o mə sə lə 
ki, Rusiyanın Zaqafqaziyada həyata keçirdiyi bütün si ya sət lə 
uy ğun suzluq  təşkil edir, Rusiyanın bu regionda geo si ya sə ti-
nin  for ma laşması məntiqini əsaslı surətdə pozurdu. Bəri baş-
dan qeyd etmək lazımdır ki, biz bu məsələni milli deyil, məhz 
dini-kon fes sional  məsələ kimi nəzərdən keçiririk, çünki Ru si-
ya da di ni etiqad azadlığı haqqında imperiya qanununun qəbul 
edil diyi 1914-cü ilin fevral ayınadək  şəxsiyyətin formal-hü-
qu qi  xa rak te ris tikasının bir elementi kimi «milliyyət» anlayışı 
yox idi və onu şəxsiyyətin konfessional və ya dini etiqad 
mən su biyyəti mə lum  dərəcədə əvəz edirdi. Odur ki, Rusiyada 
döv lət-hüquq nöq teyi-nəzərindən «erməni məsələsi» mövcud 
deyildi və prin sip cə mövcud ola bilməzdi, bu problemin ayırd 
edilməsi üçün «er mə ni-qriqorian  məsələsi» ifadəsinin işlə-
dilməsi daha dəqiq  ola caq dır. 
11
  Нагдалиев Ф.Ф. Ханы Нахичеванские в Российской империи. 
Мос ква: Новый аргумент, 2006. Səh. 93-98.


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə