Qanun nə deyir? Bunu hamı bilməlidir!



Yüklə 0,52 Mb.

səhifə1/19
tarix14.04.2018
ölçüsü0,52 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   19


 

 

 



 

 

 



 

 

Qanun nə deyir? 



 

 

 



Bunu hamı bilməlidir! 

 

 



 

 

 



 

 

 



 

“Şəffaflıq Azərbaycan”İB tərəfindən nəşr olunub 

 

Bakı, Azərbaycan Respublikası 

2011

 


 

 



Mündəricat 

 

 



Ön söz 

 

1. 

Məhkəməyə müraciət qaydaları 

 

2. 

Məhkəmə qərarlarını icrası 

 

3.  

Şəxsiyyət vəsiqəsinin alınması  

 

4. 

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı  

 

5.   

Notariat xidmətləri 

 

11 

6. 

Nigahın pozulması qaydaları  

 

15 

7.  

Əmək hüququ 

 

18 

8. 

Əmək pensiyası  

 

20 

9. 

Sosial müavinatlar 

 

23 

10.  

Ünvanlı sosial yardım  

 

24 

11.  

Elektrik enerji  təhçizatı sahəsində yaranan suallar 

 

26 

12. 

Qaz   təhçizatı sahəsində yaranan suallar 

 

27 

13.  

Su təhçizatı sahəsində yaranan suallar 

 

28 

14. 

Bələdiyyələr  və onların vəzifələri 

 

29 

15.  

Hərbi xidmətə çağırış 

 

32 

16.  

Miqrasiya hidməti 

 

33 

17.  

Avtomobilin alınması və  texniki baxışdan keçirilməsi 

 

40 

18. 

Dövlət qulluğuna qəbul  

 

41 

19.  

Vərəsəlik hüququnun ümumi müddəaləri 

 

42 

 



 

 



Ön söz 

 

“Transparency İnternational” təşkilatının milli bölümü olan “Şəffaflıq Azərbaycan” korrupsiyaya 



qarşı  mübarizə  İctimai  Birliyi  USAİD-nin  maliyə  dəstəyi  ilə  ALAC  layihəsini  həyata  keçirir.  Layihə 

çərçivəsində təşkilatın hüquqşünasları tərəfindən əhaliyə pulsuz hüquqi yardım göstərilir. 

 

Bu  kitabın  məqsədi  vətəndaşları  ən  çox  müraciət  edilən  məsələlərlə  bağlı  məlumatlarla  təmin 



etməkdir,  burada  ən  çox  soruşulan  suallara  cavab  vermək  cəhdi  göstərilib.  Bu  kitabda  məhkəməyə 

müraciət qaydaları izah edilib, boşanma, vərəsəlik, məhkəmə qərarlarının icrası ilə bağlı əsas məqamlar, 

pensiya  və  sosial  müavinatlar,  su  və  elektrik  təchizatına  aid  suallar  və  bir  sıra  digər  məsələlər  əhatə 

olunub. 


 

Ümid edirik ki, verilən məlumatlar hər bir vətəndaş üçün faydalı olacaq. Şübhəsiz ki,insanların öz 

hüquq  və  vəzifələrini  bilməsi  korrupsiya  ilə  mübarizədə  xeyli  əhəmiyyət  kəsb  edir  və  bizim  də 

məqsədimiz əhalinin hüquqi savadını artırmaqdır. 

 

Bütün  materialları həmçinin  “Şəffaflıq Azərbaycan” təşkilatının  saytında (www.transparency.az) 



tanış ola bilərsiniz.  

 

 



 

 

Bu kitabşanın tərtibində və məlumatın yığılmasında iştirak edən şəxslərin hər bir üzvünə xüsusi 



təşəkkürümüzü bildirmək istərdik: 

 

Sevinc Sersan 



Babək Həmidov 

Kənan Həsənov 

Ehtiram Fəttayev 

Könül Rəcəbova 

Eldar Kərimov 

Kamalə Məmmədova  

Nisə Hacıyeva 

Şəhla Hümbətova. 

 

 

 



 

Tərtib etdi: 

 

Ceyhun Atayev 



Hüqüqi Məsləhətçi:  Azər Talıbov 

Redaktor: 

 

Kanan Qasımov 



Dizayn: 

 

Zəminə Əliyeva 



 

 

 



Nəşr olunmuş bu buklet “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi tərəfindən Amerika 

Birləşmiş  Ştatlarının  Beynəlxalq  İnkişaf  Agentliyinin  (USAID)  maliyyə  dəstəyi  ilə  həyata  keçirilən  “İctimai 

Maraqların Müdafiəsi və Hüquqi Məsləhət Mərkəzləri” layihəsi çərçivəsində ərsəyə gəlmişdir, və məzmun USAID 

və ABŞ hökumətinin rəsmi mövqeyini əks etdirməyə bilər. 




 

 



1. Məhkəməyə müraciət qaydaları 

 

1.Azərbaycan Respublikasının Məhkəmə sistemi hansı Məhkəmələrdən ibarətdir? 

 Azərbaycan  Respublikasının  məhkəmə  sistemi  Azərbaycan  Respublikası  Ali  məhkəməsi,  Apellyasiya 

məhkəmələri,  ümumi  məhkəmələr  və  digər  ixtisaslaşmış  məhkəmələrdən  ibarətdir.  AR-da  Ədalət 

mühakiməsini  AR-ın  Məhkəmələri  Qanunun  Aliliyi  prinsipinə  uyğun  həyata  keçirir.  Azərbaycanda 

üçpilləli Məhkəmə sistemi fəaliyyət göstərir: 

1)

 

Birinci İnstansiya Məhkəmələri 



2)

 

Apellyasiya İnstansiyası Məhkəmələri 



3)

 

Kassasiya İnstansiyası Məhkəməsi. 



 

2. Birinci İnstansiya Məhkəmələri hansılardır? 

Birinci  İnstansiya  məhkəmələri  İlkin  məhkəmə  orqanlarıdır.  Birinci  İnstansiya  məhkəmələrinə  Rayon  ( 

Şəhər)  məhkəmələri,  hərbi  məhkəmələr,  yerli  iqtisad  məhkəmələri  və  ağır  cinayətlərə  dair  işlər  üzrə 

məhkəmələr daxildirlər. 

 

3. Rayon (Şəhər) məhkəmələrinin fəaliyyətləri nədən ibarətdir? 

Rayon (şəhər) məhkəmələri Azərbaycan Respublikası qanunvericiliyi ilə onlara həvalə edilmiş Mülki və 

cinayət işlərinə, o cümlədən inzibati xətalara dair işlərə baxır. 

 

Mülki  məhkəmə icraatı qaydasında mülki,  ailə, əmək, mənzil,  torpaq münasibətləri, təbii  ehtiyatlardan 



istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər mübahislərdən irəli gələn işlərə 

baxırlar.  

 

Belə ki, ilkin olaraq yuxarıda göstərilən sahələrə aid hüquqlarının pozulması onların müdafiəsi və bərpası 



üçün şəxs,  Rayon (Şəhər) Məhkəmələrinə müraciət etməlidir.   

 

4. Məhkəməyə müraciət qaydası necədir, İddia Ərizəsində nələr göstərilməlidir? 

Məhkəməyə müraciət etmək istəyən şəxs “İddia Ərizəsi” yazmalı və İşin hallarını əsaslandırdığı sübutları 

(sənədləri) həmin İddia Ərizəsinə əlavə etməlidir. Məhkəməyə ya sənədlərin əsli, ya da Notariat qaydada 

təsdiq olunmuş surəti təqdim olunmalıdır. İddia Ərizəsi formaca Təsviri, Əsaslandırıcı və Nəticə ( Xahiş) 

hissəsindən ibarət olmalıdır. Təsviri hissədə şəxs yaranmış hüquqi mübahisə barədə qısa, aydın formada 

yazılmış  məlumatlar  göstərilməlidir.  Əsasladırıcı  hissədə  özünün  əsas  olaraq  istinad  etdiyi  hüquqi 

normativ  aktları,  şəxsin  əlində  olan  digər  sübutları  göstərməyi  tövsiyyə  olunur.  Nəticə  və  ya  Xahiş 

hissəsində isə Şəxsin Məhkəmə tərəfindən hansı hüququnun müdafiəsi, bərpası və ya tanınması ilə bağlı 

olan Xahiş yerləşdirilməlidir.  



 

Qeyd: İddia Ərzisində aşağıdakı məlumatlar mütləq yerləşdirilməlidir: 

1) Ərizənin verildiyi Məhkəmənin adı 

2) İşdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları 

3) İddiaçının və ya ərizəçinin tələbi, tələbin əsaslandığı hallar 

4) Ərizəyə əlavə edilən sənədlərin siyahısı 

 

5.Məhkəməyə müraciət etmək üçün nə qədər dövlət rüsumu ödənilməlidir? 

Azərbaycan  Respublikası  Qanunvericiliyinə  əsasən  Məhkəməyə  müraciət  etmək  üçün  ödənilməli  olan 

Dövlət rüsumları İddia Predmetinin dəyərindən asılı olaraq dəyişir. Belə ki, İddia Predmetinin dəyəri 110 

manatdan artıq olduqda müvafiq məhkəmənin hesabına 20 manat məbləğində, İddia predmetinin dəyəri 

110 manatdan aşağı olduqda və digər bütün hallarda isə 3 manat məbləğindədir. Alimentin tutulmasına 

(artırılmasına),  əmək  fəaliyyəti  ilə  bağlı  məsələlərə,  müəlliflik  mübahisələri  üzrə  olan  məsələlərdə, 

istehlakçı  hüquqlarının  pozulması  ilə  bağlı  olan  məsələlərə  və  digər  məsələlərə  dair  olan  məhkəmə 

mübahisələri üçün dövlət rüsumu ödənilmir.  

 

6. Məhkəmədə işə baxılma müddətləri, şikayət müddətləri nə qədərdir? 




: alac -> transpfiles
transpfiles -> Onunla razılaşdırmaq bacarığını, müəyyən edilmiş qaydalara riayət etmək, qruplarda çalışmaq, ünsiyyətin, özünü- qiymətləndirmənin formalaşmasına kömək edir
transpfiles -> İntellektual hazırlıq
transpfiles -> Ünvanlı dövlət sosial yardım
transpfiles -> Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 avqust 2006-cı IL tarixli Sərəncamı ilə fəaliyyətini bərpa edəndən sonra ötən müddət ərzində “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyəti öz işinə Bakı sakinləri arasında ictimai rəy sorğusunun
transpfiles -> Onunla razılaşdırmaq bacarığını, müəyyən edilmiş qaydalara riayət etmək, qruplarda çalışmaq, ünsiyyətin, özünü- qiymətləndirmənin formalaşmasına kömək edir
transpfiles -> Onunla razılaşdırmaq bacarığını, müəyyən edilmiş qaydalara riayət etmək, qruplarda çalışmaq, ünsiyyətin, özünü- qiymətləndirmənin formalaşmasına kömək edir
transpfiles -> Microsoft Word Booklet 9 Pensiya doc
transpfiles -> 10 Азярбайъан ширкятляри цчцн Ишгцзар Етика Кодексляри
transpfiles -> Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 avqust 2006-cı IL tarixli Sərəncamı ilə fəaliyyətini bərpa edəndən sonra ötən müddət ərzində “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyəti öz işinə Bakı sakinləri arasında ictimai rəy sorğusunun
transpfiles -> Microsoft Word Booklet 10 Labour doc


Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə