Qanun nə deyir? Bunu hamı bilməlidir!


Su təhcizatı üzrə ödəmələr hara və hansı formada ödənilməlidir?



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə14/19
tarix14.04.2018
ölçüsü0,52 Mb.
#38295
1   ...   11   12   13   14   15   16   17   18   19

 

 

29 



3. Su təhcizatı üzrə ödəmələr hara və hansı formada ödənilməlidir? 

Su  təhcizatı  üzrə  ödəmələ  vətəndaş  tərəfindən  sayğacın  göstəricilərinə  uyğun  olaraq  aidiyyatı  üzrə 

müvafiq banklara ödənilməlidir.   

 

4. Sayğac quraşdırılmıyan evlərdə hesablama necə aparılır? 

Sayğac quraşdırılmamış mənzillərdə adambaşına  su istehlakı  norması   5  m

3

  müəyyən  edilir.  Beləlik  lə, 



Bakı,  Sumqayıt,  Gəncə,  Mingəçevir  Əli-Bayramlı,  Xırdalan  şəhərləri  və  Abşeron  rayonu  üzrə 

adambaşına  150 qəpik( (5x30)digər regionlar üzrə  70 (5x14) aylıq su sərfiyatı kimi sayılır. 

 

5. Ödəniş hansı müddətdə edilməlidi və gecikdirilməsinə görə sanksiyalar? 

Sudan  istifadəyə  görə  hesablaşmalar  su  təchizatı  müəssisəsi  tərəfindən  hər  ay  istehlakçıya  göndərdiyi 

məlumat  (hesab)  əsasında  aparılır.  Ödəmələr  vətəndaş  tərəfindən  şəxsən  olaraq  aidiyyatı  üzrə  poçt 

bölmələrinə və ya  müvafiq banklara ödənilməlidir. Abonent  hesablaşma dövründə istifadə etdiyi suyun 

haqqını su idarəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. 

 

6. Su təhcizatı hansı hallarda dayandırıla bilər? 

Su  təchizatı  müəssisəsi  aşağıdakı  hallarda  istehlakçının  su  təchizatını  dayandıra  bilər:  istehlakçının 

müvafiq  yazılı  müraciəti  (su  təchizatının  dayandırılmasının  səbəbi  və  müddəti  göstərilməklə)  olduqda; 

tikinti,  təmir-profilaktika  və  qəza  işlərinin  görülməsinə  və  su  tutumlarının  təmizlənməsinə  ehtiyac 

yarandıqda;  su  götürülən  yerlərdə  səth  sularının  bulanıqlıq  dərəcəsi  artdıqda  və  ya  su  hövzəsində 

fövqəladə ekoloji böhran vəziyyəti yarandıqda; istehlakçının paylayıcı su kəmərləri şəbəkəsi, su tutarları 

(su anbarları), qoşulmalar, siyirtmələr, kranlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət 

standartlarının tələblərinə cavab vermədikdə; su təchizatı müəssisəsinin istehlakçıya verdiyi suyun hesabı 

istehlakçıya  su  təchizatı  müəssisəsi  tərəfindən  təqdim  edildikdən  (göndərildikdən)  sonra  bir  ay 

müddətində tam məbləğdə ödənilmədikdə; su təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda; 

məişət (təsərrüfat) - içməli su ehtiyacları üçün nəzərdə tutulmuş magistral su kəmərlərindəki sudan digər 

məqsədlərlə istifadə olunduqda; məhkəmənin qərarı ilə. 



 

7. Yaşayış evinin sayğaclaşdırılması proseduru və qiyməti? 

Yeni tikilmiş evlərin su xətlərinə qoşulması üçün onların ərizəsi əsasında  müvafiq su idarəsi tərəfindən 

texniki şərt hazırlanır. Göstərilən texniki şərtin hazırlanmasının haqqı borunun diametirindən asılı olaraq 

fərqlənir (D=15mm-73.4AZN, D=50mm-914AZN). Sayğacın quraşdırılması ilə əlaqədar diqər xərclər su 

təchizatı müəssəsinin hesabına həyata keçirilir.   

 

14. Bələdiyyələr  və onların vəzifələri 

 

1. Bələdiyyə nədir? 

Bələdiyyə  -  qanunla  müəyyən  edilmiş  ərazi  hüdudları  daxilində  yerli  özünüidarəetmə  formasıdır. 

Bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur və o, yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll 

edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər. Azərbaycan Respublikasında yerli 

özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində 

yerli  əhəmiyyətli  məsələləri  müstəqil  və  sərbəst  şəkildə  həll  etmək  hüququnu  həyata  keçirmək  və  yerli 

əhalinin mənafeyi naminə dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir. 

 

2. Bələdiyyələr hansı səlahiyyətlərə malikdirlər? 

Bələdiyyələrin  iclaslarında  aşağıdakı  məsələlər  həll  edilir:  bələdiyyə  üzvlərinin  səlahiyyətlərinin 

tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam 

verilməsi;  bələdiyyənin  reqlamentinin  təsdiq  edilməsi;    bələdiyyənin  sədrinin  və  onun  müavinlərinin, 

daimi və başqa komissiyaların seçilməsi; yerli vergilərin və ödənişlərin müəyyən edilməsi; yerli büdcənin 

və onun icrası haqqında hesabatların təsdiq edilməsi; bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və 

onun  barəsində  sərəncam;  yerli  sosial  müdafiə  və  sosial  inkişaf  proqramlarının  qəbul  və  icra  edilməsi; 

yerli  iqtisadi  inkişaf  proqramlarının  qəbul  və  icra  edilməsi;  yerli  ekoloji  proqramların  qəbul  və  icra 

edilməsi. 




 

 

30 



 

Bələdiyyələrə  qanunvericilik  və  icra  hakimiyyətləri  tərəfindən  əlavə  səlahiyyətlər  də  verilə  bilər  .  Bu 

səlahiyyətlərin  həyata  keçirilməsi  üçün  bələdiyyə  üzrə  müvafiq  zəruri  maliyyə  vəsaiti  də  ayrılmalıdır. 

Belə  səlahiyyətlərin  həyata  keçirilməsinə  müvafiq  olaraq  qanunvericilik  və  icra  hakimiyyətləri  nəzarət 

edirlər. 

 

3. Bələdiyyələr hansı dövlət qurumunun tabeçiliyindədirlər? 

Bələdiyyə - özünüidarəetmə formasında fəaliyyət göstərən qeyri hökümət qurumu olduğu üçün bir başa 

olaraq heç bir dövlət qurumuna tabe deyil. Bələdiyyələrin  fəaliyyətinin təşkil edilməsinə kömək etmək, 

metodoloji    yardım  göstərilməsi  və  fəaliyyətinə  inzibati  nəzarətin  keçirilməsi  məqsədilə  Ədliyyə 

Nazirliyinin nəzdində bələdiyyələrlə  iş  üzrə  Mərkəz  yaradılmışdır. 

 

 

4. Bələdiyyənin və bələdiyyə üzvlərinin hərəkətlərindən hara şıkayət etmək olar? 



Bələdiyyələrin,  bələdiyyə  orqanlarının  və  onların  vəzifəli  şəxslərinin  qərar  və  hərəkətlərindən 

(hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə qanunla müəyyənləşdirilmiş qaydada şikayət 

verilə bilər. 

 

5. Bələdiyyənin büdcəsi necə formalaşır? 

Bələdiyyənin  büdcəsi  yerli  vergilər  və  ödənişlər,  icra  hakimiyyətləri  tərəfindən  bələdiyyəyə  verilmiş 

əlavə  səlahiyyətlərin  həyata  keçirilməsi  üçün  bələdiyyə  üzrə  ayrılmış  müvafiq  zəruri  maliyyə  vəsaiti, 

bələdiyyə  əmlakının  özəlləşdirilməsindən,  bələdiyyə  əmlakının  icarəyə  verilməsindən,  qanunla 

müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirməsindən, yerli lotereyalardan, bələdiyyə mülkiyyətində olan 

torpaqlarda,  binalarda  və  digər  obyektlərdə  yerləşdirilən  küçə  reklamlarına  görə  daxil  olan  ödənişlər, 

bələdiyyə  müəssisə,  idarə  və  təşkilatlarının  mənfəətindən  tutulan  vergi,  dotasiyalar,  subvensiyalar, 

transfert,  ödənişləri,  qanuna  və  bələdiyyələrin  qərarlarına  müvafiq  fəaliyyəti  nəticəsində  yaranan  başqa 

vəsait  təşkil  edir.  Həmçinin  yerli  büdcələrin  xərclərinin  öz  gəlirləri  ilə  təmin  olmayan  hissəsi  (yerli 

büdcənin kəsiri) dövlət büdcəsindən alınan dotasiya ilə örtülə bilər. 

 

6.  Bələdiyyə  torpaqların  ayrılması  zamanı  hansı  istiqamətverici  sənədlərini  əsas  tutmalıdır?  

Torpaq  sahəsinin  bələdiyyə  mülkiyyətində  olan  müəssisə,  idarə  və  təşkilatların  istifadəsinə  və  ya  fərdi 

yaşayış  evinin  tikintisi  üçün  Azərbaycan  Respublikası  vətəndaşlarının  mülkiyyətinə  verilməsi  barədə, 

habelə  hüquqi  və  fiziki  şəxslərin  mülkiyyətinə  (icarəsinə)  verilməsi  məqsədilə  hərracın  (müsabiqənin) 

keçirilməsi  barədə  bələdiyyənin  qərarı  sahənin  xüsusiyyətinə  və  torpağın  ayrılma  məqsədinə,  mövcud 

texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq qəbul edilir. 



 

7.  Bələdiyyənin  hərrac  və  ya  müsabiqə  predmeti  olan  torpaqları  hərraca  və  ya  müsabiqəyə 

çıxarılanadək hansı orqanlarla razılaşdırılmalıdır? 

DT  və  XK-nin  rayon(şəhər)  şöbələri  və  qeyri  kənd  təsərrüfatı  üçün  torpaq  ayrılmasında  həmçinin  yerli 

icra  hakimiyyətlərinin  memarlıq  və  tikinti  şöbələri  ilə  hərraca  və  ya  müsabiqəyə  çıxarılacaq  torpaq 

sahələri razılaşdırılmalıdır. 



 

8. Bələdiyyələrin torpaq hərracları və ya müsabiqələrinin predmeti olacaq torpaqlarını mülkiyyətə 

kimlər əldə edə bilərlər?  

Azərbaycan  Respublikasının  vətəndaşları  fərdi  yaşayış  evinin  tikintisi  üçün  torpağın  ayrılması  istisna 

olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət hüququnu yalnız açıq torpaq hərracları və 

ya müsabiqələri vasitəsilə əldə edə bilərlər.  



 

9.Torpaq müsabiqəsinin qalibi kim ola bilər? 

Torpaq sahəsi mülkiyyətə və ya icarəyə müsabiqə yolu ilə verildikdə müvafiq olaraq alqı-satqı və ya icarə 

obyektinə  ən  yüksək  alqı-satqı  qiyməti  və  ya  icarə  haqqı  təklif  edən  şəxs  müsabiqənin  qalibi  hesab 

olunur. 


 


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə