Qanun nə deyir? Bunu hamı bilməlidir!



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə17/19
tarix14.04.2018
ölçüsü0,52 Mb.
#38295
1   ...   11   12   13   14   15   16   17   18   19

 

 

35 



nümunəsi  Azərbaycan  Respublikası  Prezidenti  tərəfindən  təsdiq  edilən  ərizə-anketlə  Azərbaycan 

Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir. 

Vətəndaşlığa qəbul ilə bağlı tələb olunan sənədlər: 

 

 



 

Azərbaycan Respublikasının Prezidentinin adına ərizə (səbəbini göstərmək şərti ilə);  

 

tərcümeyi-hal;  



 

şəxsiyyəti təsdiq edən sənədin surəti (notarial qaydada təsdiq olunmuş);  

 

Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surəti



 

Azərbaycan  Respublikasının  vətəndaşı  olan  yaxın  qohumunun  şəxsiyyətini  təsdiq  edən  sənədinin 

surəti;  

 

Azərbaycan Respublikasında son beş il ərzində yaşaması barədə yaşayış yerindən arayış;  



 

ailə tərkibi haqqında arayış;  

 

Azərbaycan Respublikasının dövlət dilini bilməsi barədə Təhsil Nazirliyindən arayış;  



 

4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);  

 

qanuni  gəlir  mənbəyi  olduğunu  təsdiq  edən  sənəd  (iş  yerindən  arayış,  pensiya,  təqaüd  və  ya  sosial 



yardım  alınması  haqqında  arayış,  aliment  alınması  haqqında  arayış,  himayəçiliyində  olan  şəxslərin 

gəlirləri  haqqında  arayış,  vərəsəlik  şəhadətnaməsi,  qanunla  qadağan  edilməyən  fəaliyyətdən  əldə 

edilən gəlirlər haqqında hər hansı digər sənəd);  

 

«Azərbaycan  Respublikasının  vətəndaşlığı  haqqında»  Azərbaycan  Respublikası  Qanununun  14-cü 



maddəsinin  dördüncü  hissəsinin  1-ci  bəndində  nəzərdə  tutulmuş  elm,  texnika,  mədəniyyət  və  ya 

idman  sahələrində  yüksək  nailiyyətləri  olan  şəxslər  üçün  —  onu  Azərbaycan  Respublikasına  dəvət 

edən dövlət orqanının əsaslandırılmış vəsatəti;  

 

dövlət rüsumunun ödənilməsi haqqında qəbz (110 manat).  



 

3. Hansı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında 

müvəqqəti yaşamaq üçün icazə verilə bilər? 

 

 



həmin şəxslər Azərbaycan Respublikası vətəndaşı ilə yaxın qohumluq (ana, ata, bacı, qardaş, oğul, 

qız, ər, arvad); münasibətlərində olduqda  

 

həmin şəxslər Azərbaycan Respublikası vətəndaşı ilə nikaha daxil olduqda;  



 

həmin şəxslər ölkə iqtisadiyyatına 500.000 manat məbləğində investisiya qoyduqda;  

 

həmin şəxslər Azərbaycan Respublikasının banklarına 50.000 manat məbləğində pul vəsaiti 



qoyduqda;  

 

həmin şəxslər Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq üçün 



qanunvericiliklə müəyyən edilmiş qaydada fərdi icazə aldıqda;  

 

həmin şəxslər Azərbaycan Respublikasının təhsil müəssisələrində əyani təhsil aldıqda;  



 

həmin şəxslər iqtisadiyyat, sənaye, müdafiə, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək 

səviyyəli mütəxəssis olduqda.  

 

4.  Əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  Azərbaycan  Respublikasında  müvəqqəti  yaşamaq 

üçün icazənin verilməsi ilə əlaqədar hansı sənədlər tələb olunur? 

 

 müvəqqəti yaşamaq üçün icazə verilməsi barədə ərizə-anket – 1 ədəd; 



 

əcnəbinin ölkə ərazisinə daxil olduğu pasportunun və ya onu əvəz edən sənədinin, vətəndaşlığı 

olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti

 

müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas olan halların mövcudluğunu notarial və ya 



ona bərabər tutulan qaydada təsdiq edən sənəd; 

 

əcnəbinin sağlamlığı haqqında tibbi arayış; 



 

əcnəbi  və  vətəndaşlığı  olmayan  şəxsin  Azərbaycan  Respublikası  ərazisində  olmasına  və  ya 

yaşamasına hüquq verən müvafiq sənədin surəti



 

 

36 



 

6.  Hansı  hallarda  miqrant  statusu  almaq  mümkündür  və  bunun  üçün  hansı  sənədlər  təqdim 

olunmalıdır? 

 

Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  “Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  hüquqi 

vəziyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin yeddinci hissəsinə əsasən, 

ölkə  ərazisində  azı  2  (iki)  il  müvəqqəti  icazə  əsasında  yaşadıqdan  sonra  “İmmiqrasiya  haqqında” 

Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsinə uyğun olaraq daimi yaşamaq 

hüququ (immiqrant statusu) almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilərlər.  

  

Əcnəbilər vəsatətlərində Azərbaycan Respublikasına immiqrasiyasını əsaslandırmalıdırlar. 



  

 “İmmiqrasiya  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  müvafiq  maddəsi  ölkənin  ali  təhsil 

müəssisələrində əyani təhsil alan və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərə şamil 

olunmur. 

  

Azərbaycan  Respublikasının  ali  təhsil  müəssisələrində  əyani  təhsil  alan  əcnəbi  tələbələrə  ölkə 



ərazisində müvəqqəti yaşama icazəsi hər tədris ili üçün verilir. 

  

“Əmək  miqrasiyası  haqqında”  Azərbaycan  Respublikasının  Qanununa  əsasən,  haqqı  ödənilən  əmək 



fəaliyyətini həyata keçirmək üçün əcnəbiyə verilən fərdi icazənin müddəti 1 ilədəkdir və bu müddət 4 

dəfə uzadıla bilər.  



 

6.  Əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  Azərbaycan  Respublikasında  daimi  yaşamaq 

hüququnun (immiqrant statusu) verilməsi ilə əlaqədar tələb olunan sənədlər hansılardır? 

 

Azı iki il Azərbaycan Respublikasında qanuni əsaslarla müvəqqəti yaşayan 18 yaşına çatmış fəaliyyət 



qabiliyyəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında daimi yaşamaq 

(immiqrant statusu almaq) üçün Dövlət Miqrasiya Xidmətinə vəsatət verə bilərlər. 

 

Azərbaycan  Respublikasının  “İmmiqrasiya  haqqında”  Qanununun  4-cü  maddəsinin  birinci  hissəsinə 



əsasən,  əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  müvəqqəti  yaşamaq  üçün  icazə  vəsiqəsinin 

müddətinin bitməsinə azı 3 ay qalmış daimi yaşama hüququnun (immiqrant statusu) əldə olunması ilə 

əlaqədar Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər. 

  

İmmiqrasiya  haqqında  vəsatətə  notarial  və  ya  ona  bərabər  tutulan  qaydada  təsdiq  edilən  aşağıdakı 



sənədlər əlavə olunur: 

 

doğum haqqında şəhadətnamə və ya ona bərabər tutulan sənəd



 

ailə tərkibi haqqında (ailə üzvlərinin adı, soyadı, təvəllüdü, məşğuliyyəti, yaşadığı və olduğu  yer 

göstərilməklə)  arayış,  nikah  haqqında  şəhadətnamənin  surəti,  əcnəbilər  və  vətəndaşlığı  olmayan 

şəxslərlə immiqrasiya edən 14 yaşından 18 yaşınadək olan uşaqların immiqrasiya haqqında yazılı 

razılığı; 

 

3x4 ölçüdə fotoşəkil - 2 ədəd (qırmızı fonda); 



 

14-17 yaşında olan uşaqların notarial qaydada təsdiq olunmuş yazılı razılığı; 

 

yaşayış sahəsinə köçmək üçün əsas verən sənədin (mülkiyyət hüququnun dövlət qeydiyyatına 



alınması  haqqında  daşınmaz  əmlakın  dövlət  reyestrindən  çıxarış,  order,  icarə  və  ya  kirayə 

müqaviləsi,  yaxud  Azərbaycan  Respublikası  qanunvericiliyində  nəzərdə  tutulmuş  başqa 

sənədin) notarial qaydada təsdiq olunmuş surəti; 

 

vətəndaşa  yaşayış  sahəsi  verən  şəxsin  Dövlət  Miqrasiya  Xidməti  rəisinin  adına notarial 



qaydada təsdiq edilmiş ərizəsi; 

 

vətəndaşa  yaşayış  sahəsi  verən  şəxsin  şəxsiyyət  vəsiqəsinin notarial  qaydada  təsdiq edilmiş 



surəti. 


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə