Qanun nə deyir? Bunu hamı bilməlidir!



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə18/19
tarix14.04.2018
ölçüsü0,52 Mb.
#38295
1   ...   11   12   13   14   15   16   17   18   19

 

 

37 



 

immiqrasiya edən şəxslərin sağlamlığı haqqında arayış; 

 

Azərbaycan  Respublikasının  vətəndaşı  və  ya  Azərbaycan  Respublikası  ərazisində  daimi  yaşayan 



şəxs ölkədə qaldığı vaxtda təminatı öz üzərinə götürdüyü hallar istisna olmaqla, əcnəbilərin və ya 

vətəndaşlığı  olmayan  şəxslərin  və  onlarla  gələn  ailə  üzvlərinin  minimal  tələbatını  ödəyə  bilən 

vəsaitin olması barədə sənəd

 

əcnəbilərin vətəndaşlığını, vətəndaşlığı olmayan şəxslərin isə vətəndaşsızlığını təsdiq edən sənəd



 

əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin peşə ixtisasını təsdiq edən sənəd; 

 

3x4 sm ölçüdə fotoşəkil - 4 ədəd (qırmızı fonda); 



 

yaşayış  sahəsinə  köçmək  üçün  əsas  verən  sənədin  (mülkiyyət  hüququnun  dövlət  qeydiyyatına 

alınması  haqqında  daşınmaz  əmlakın  dövlət  reyestrindən  çıxarış,  order,  icarə  və  ya  kirayə 

müqaviləsi,  yaxud  Azərbaycan  Respublikası  qanunvericiliyində  nəzərdə  tutulmuş  başqa  sənəd) 

surəti; 

 

vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi (Dövlət Miqrasiya Xidmətinin rəisinin adına); 



 

vətəndaşa yaşayış sahəsi verən şəxsin şəxsiyyət vəsiqəsinin surəti. 

 

 

Qeyd: İmmiqrant statusu almaq istəyən şəxslər sağlamlıq haqqında arayışı aşağıda göstərilən tibb 



mərkəzlərindən əldə edə bilərlər: 

a)

 



HİV virusları (QİÇS Əleyhinə Mübarizə Mərkəzi); 

b)

 



Hepatit B və C virusları (M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası); 

c)

 



RW (Respublika Dəri-Zöhrəvi Dispanseri); 

d)

 



Vərərmin  açıq  formaları  (Ağciyər  Xəstəlikləri  İnstitutunun  4  saylı  Vərəm  Əleyhinə 

Dispanseri); 

e)

 

5. Psixi xəstəliklər (1 saylı Ruhi Əsəb Dispanseri). 



 

 

7. Azərbaycan Respublikasının vətəndaşlığına bərpa ilə əlaqədar  hansı sənədlər tələb olunur? 



 

Əvvəllər Azərbaycan Respublikası vətəndaşı olmuş və ya Azərbaycan Respublikası vətəndaşlığına xitam 

verilmiş  şəxsin  öz  vəsatəti  əsasında  o,  Azərbaycan  Respublikası  vətəndaşlığına  bərpa  edilə  bilər. 

Azərbaycan  Respublikası  vətəndaşlığına  bərpa  barədə  Azərbaycan  Respublikası  Prezidentinin  adına 

yazılmış  vəsatətləri  Azərbaycan  Respublikası  ərazisində  yaşayan  şəxslər  Dövlət  Miqrasiya  Xidmətinə, 

xarici  dövlətlərdə  yaşayan  şəxslər  isə  Azərbaycan  Respublikasının  diplomatik  nümayəndəliklərinə  və  ya 

konsul idarələrinə təqdim edirlər. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin adına yazılmış 

müraciət edilir. 

 

 

Vətəndaşlığa bərpa ilə bağlı tələb olunan sənədlər: 



 

Azərbaycan Respublikasının Prezidentinin adına ərizə (səbəbini göstərmək şərti ilə); 

 

tərcümeyi-hal; 



 

Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi barədə sənəd;  

 

şəxsiyyəti təsdiq edən sənədin surəti (notarial qaydada təsdiq olunmuş);  



 

ailə tərkibi haqqında arayış;  

 

ədəd fotoşəkil (3x4 sm ölçüdə);  



 

QİÇS  müayinəsindən  keçməsi  və  sağlamlıq  haqqında  arayış  (vətəndaşlığa  bərpa  olunmaq  üçün 

müraciət edən şəxs respublikanı tərk etməyibsə, bu sənəd tələb olunmur);  

 

dövlət rüsumunun ödənilməsi barədə qəbz (110 manat).  



 

8.  Azərbaycan  Respublikasının  vətəndaşlığından  çıxma  ilə  əlaqədar  tələb  olunan  sənədlər 

hansılardır? 

 

Azərbaycan  Respublikası  vətəndaşlığından  çıxma  barədə  Azərbaycan  Respublikası  Prezidentinin  adına 

yazılmış  ərizə-anketi  Azərbaycan  Respublikası  ərazisində  yaşayan  vətəndaşlar  Dövlət  Miqrasiya 

Xidmətinə,  xarici  dövlətlərdə  yaşayan  vətəndaşlar  isə  Azərbaycan  Respublikasının  diplomatik 

nümayəndəlikləri və ya Konsulluq idarələri vasitəsi ilə Xarici İşlər Nazirliyinə təqdim edirlər. 



 

 

38 



 

Vətəndaşlıqdan çıxma ilə bağlı tələb olunan sənədlər: 

 

Azərbaycan Respublikasının Prezidentinin adına ərizə (səbəbini göstərmək şərti ilə);  



 

tərcümeyi-hal;  

 

şəxsiyyəti təsdiq edən sənədin surəti (notarial qaydada təsdiq olunmuş);  



 

yaşayış yerindən ailə tərkibi haqqında arayış;  

 

4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);  



 

dövlət qarşısında icra edilməmiş öhdəliklərinin olmaması və ya Azərbaycan Respublikasında hüquqi və 

fiziki  şəxslərin  mənafeləri  ilə  bağlı  olan  əmlak  öhdəliklərinin  olmaması  barədə  müvafiq  sənədlər 

(siyahısı  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Vətəndaşlıq  Məsələləri  Komissiyası 

tərəfindən təsdiq edilmişdir);  

 

dövlət rüsumunun ödənilməsi barədə qəbz (110 manat).  



 

9. Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti 

olma müddətinin uzadılması ilə əlaqədar hansı sənədlər tələb olunur? 

 

 

müvəqqəti olma müddətinin uzadılması barədə ərizə-anket - 1 ədəd; 



 

əcnəbinin  ölkə  ərazisinə  daxil  olması  üçün  əsas  olmuş  pasportunun  və  ya  onu  əvəz  edən  sənədi, 

vətəndaşlığı olmayan şəxsin isə şəxsiyyətini təsdiq edən sənədi

 

3x4 ölçüdə fotoşəkil - 2 ədəd (qırmızı fonda); 



 

müvəqqəti olma müddətinin uzadılmasına əsas olan halların mövcudluğunu təsdiq edən sənəd

 

Azərbaycan Respublikasında 30 gündən artıq  yaşamaq istəyən əcnəbinin və  ya vətəndaşlığı  olmayan 



şəxsin qeydiyyata alınmasını təsdiq edən sənədi

 

14-18 yaşlarında olan şəxslərin notarial qaydada təsdiq edilmiş yazılı razılığı; 



 

yaşayış sahəsinə köçmək üçün əsas verən sənədin (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması 

haqqında  daşınmaz  əmlakın  dövlət  reyestrindən  çıxarış,  order,  icarə  və  ya  kirayə  müqaviləsi,  yaxud 

Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənədin) notarial qaydada təsdiq 

olunmuş surəti; 

 

vətəndaşa  yaşayış  sahəsi  verən  şəxsin  ərizəsi  (Dövlət  Miqrasiya  Xidmətinin  rəisinin  adına  olmaqla 



notarial qaydada təsdiq olunmuş); 

 

vətəndaşa yaşayış sahəsi verən şəxsin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti. 



 

Qeyd:  Aşağıda  sadalanan  hallarda  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan 

Respublikasının ərazisində müvəqqəti olma müddəti uzadılır: 

a)

 

əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikası  ərazisində  təcili 



müalicə olunmasına zərurət yarandıqda; 

b)

 



əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikasında  yaşayan  yaxın 

qohumları ağır xəstələndikdə və ya vəfat etdikdə

c)

 

xidməti  zərurətlə  əlaqədar  Azərbaycan  Respublikasına  gəlmiş  əcnəbilər  və  vətəndaşlığı 



olmayan şəxslər tərəfindən nəzərdə tutulmuş işlərin başa çatdırılmadığına dair həmin şəxsləri 

ölkəyə dəvət etmiş təşkilat tərəfindən əsaslandırılmış vəsatət verildikdə. 



 

10. Əcnəbilərin Azərbaycan Respublikasında qaçqın statusunu əldə etmələri ilə əlaqədar hansı 

sənədlərtələb olunur? 

 

Qaçqın  statusu  verilməsi  barədə  vəsatətlə  müraciət  edən  şəxs  vəsatətində  qaçqın  statusu  verilməsi 

xahişinin  səbəblərini  göstərməklə  xüsusi  anket  (Əlavə  7)  blankını  doldurmalı,  özünün,  habelə 

(himayəsində  və  qəyyumluğunda  olan  şəxslər  də  daxil  olmaqla)  ailə  üzvləri  barədə  məlumatları 

göstərməklə  ölkəsi,  doğulduğu  yer,  ailə  vəziyyəti  haqqında  məlumatları  qeyd  edir,  yol  sənədini  və 

şəxsiyyətini  təsdiq  edən  sənədi  (xarici  pasport,  yol  vəsiqəsi  və  s.)  Azərbaycan  Respublikası  Dövlət 

Miqrasiya Xidmətinə təhvil verməlidir. 

  



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə