Qanun nə deyir? Bunu hamı bilməlidir!



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə15/19
tarix14.04.2018
ölçüsü0,52 Mb.
#38295
1   ...   11   12   13   14   15   16   17   18   19

 

 

31 



10.  Bələdiyyələr  tərəfindən  hansı  şəxslərə  xərracdan  kənar  torpaq  sahəsi  satıla  bilər?  

Bələdiyyə  ərazisində  daimi  yaşamaqla  ən  azı  5  il  yaşayış  yeri  üzrə  qeydiyyatda  olan  Azərbaycan 

Respublikasının vətəndaşlarına, yaşına, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya 

istefaya buraxılmış hərbi qulluqçulara və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan 

döyüşlərdə  əlil  olmuş  şəxslərə  və  həlak  olanların  ailəsinə  fərdi  yaşayış  evinin  tikintisi  üçün  torpağın 

ayrılması müvafiq bələdiyyənin qərarı ilə bilavasitə həyata keçiriləcək. 



 

11. Bələdiyyənin qərarı ilə bilavasitə torpaq hansı qiymətə satıla bilər?  

Fərdi yaşayış evinin tikintisi üçün bələdiyyənin bilavasitə qərarı ilə ayrılan torpağın hər 0,01 hektarının 

qiyməti  şəhərlərin  və  rayon  mərkəzlərinin  müvafiq  zonasında  və  ya  müvafiq  kadastr  qiymət  rayonuna 

daxil  olan  inzibati  rayonda  son  torpaq  hərracı  və  ya  müsabiqəsi  vasitəsilə  satılan  torpağın  hər  0,01 

hektarına 

görə 


ödənilən 

qiymətdən 

az 

ola 


bilməz.  

 

12. Bələdiyyələrin qərarı ilə hansı şəxslərə pulsuz torpaq sahələri verilir?  

Azərbaycan  Respublikasının  ərazi  bütövlüyü  uğrunda  aparılan  döyüşlərdə  əlil  olmuş  şəxslərə  və  həlak 

olanların ailəsinə, ehtiyata, və ya istefaya buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin tikintisi üçün 

müvafiq bələdiyyənin qərarı ilə torpaq sahəsi bir dəfə pulsuz verilir. 

 

13. Bələdiyyə ehtiyat fondunun kənd təsərrüfatına yararlı torpaqları mülkiyyətə satıla bilərmi?  

Bələdiyyə ehtiyat fondunun kənd təsərrüfatına yararlı torpaqları kənd təsərrüfatı istehsalı üçün hüquqi və 

fiziki şəxslərə yalnız icarəyə verilə bilər.  

 

14. Bələdiyyə ehtiyat fondunun torpaqları hansı növbəliliklə icarə verilə bilər?  

Bələdiyyə  ehtiyat  fondunun  kənd  təsərrüfatına  yararlı  torpaqları  kənd  təsərrüfatı  istehsalı  üçün  yalnız 

icarə  qaydasında  istifadəyə  aşağıdakı  növbəliliyə  əməl  etməklə  verilir:  sovxozun  və  ya  kolxozun 

ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlər; Azərbaycan Respublikasının müvafiq rayonunun 

(şəhərinin) ərazisində yaşayan torpaq payı almamış fiziki və hüquqi şəxslər; müvafiq ərazidə torpaq payı 

almış  fiziki  və  hüquqi  şəxslər;  Azərbaycan  Respublikasının  digər  fiziki  və  hüquqi  şəxsləri;  xarici 

ölkələrin fiziki və hüquqi şəxsləri. 

 

15. İcarə müqaviləsinin müddəti  və müddətin uzadılmasında hansı qüzəştlər var?  

Torpaq  hüquqi  və  fiziki  şəxslərə  qısa  və  uzunmüddətli  icarəyə  verilir.  Qısamüddətli  icarə  15  ilədək, 

uzunmüddətli icarə isə 15 ildən 99 ilədək müəyyən oluna bilər. 

 

Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Oanunu qüvvəyə minənədək 



hüquqi  və  fiziki  şəxslərin  istifadəsinə  verilmiş  bələdiyyə  torpaqları  üzərində  istifadə  müddəti  bitdikdən 

sonra,  həmin  torpaqlar  yalnız  açıq  torpaq  hərracı  və  ya  müsabiqəsi  vasitəsilə  icarəyə  verilə  bilər.  İlkin 

istifadəçi  bu  halda  istifadəsində  olmuş  torpağı  açıq  torpaq  hərracı  və  ya  müsabiqəsində  təkliflər  eyni 

olduqda 


icarə 

hüququ 


ilə 

müvəqqəti 

istifadəyə 

əldə 


edə 

bilər.  


 

16. Bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya 

müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə hansı şəxslərə üstünlük 

verilir?  

 

torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə;  



 

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak 

olanların ailəsinə; 

 

yaşına, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata və ya 



istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara (müddətli həqiqi hərbi 

xidmət hərbi qulluqçularından başqa); 

 

sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla 



məşğul olmaq istəyən gənclərə; 

 

müvafiq ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə; 




 

 

32 



 

müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı 5 il müddətində yaşayış yeri 

üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına;  

 

17. Müsabiqə və ya hərrac nəticəsində yaranan müqavilə hansı qurumlarla bağlanılır?  

Dövlət  Torpaq  və  Xəritəçəkmə  Komitəsinin  müsabiqə  və  ya  hərrac  komissiyası  tərəfindən  verilən 

şəhadətnamə  əsasında  hərrac  və  və  ya  müsabiqədə  qalib  gəlmiş  hüquqi  və  ya  fiziki  şəxslə  bələdiyyə 

torpaqlarına dair münasibətdə müvafiq bələdiyyə, dövlət torpaqlarına dair münasibətdə isə DT və XK-nin 

yerli  qurumları  (rayon,  şəhər  şöbələri)  arasında  20  gündən  gec  olmayaraq  mülki  və  torpaq 

qanunvericiliyinə 

uyğun 

olaraq 


müvafiq 

müqavilə 

bağlanmalıdır.  

 

18.  Vətəndaşlar  tərəfindən  fərdi  yaşayış  evinin  tikintisi  və  digər  məqsədlər  üçün  qeyri-qanuni 



istifadə edilən torpaq sahələri onların adına qanuniləşdiriləcəkmi? 

“Bələdiyyə  torpaqlarının  idarə  edilməsi  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  qüvvəyə 

minənədək  (  29  iyun  2001-ci  il  tarixədək)  fərdi  yaşayış  və  bağ  evlərinin,  qarajların,  habelə  sahibkarlıq 

fəaliyyətini  həyata  keçirmək  məqsədilə  zəruri  obyektlərin  tikintisi  üçün  qeyri-qanuni  istifadə  edilən  ( 

müvafiq  qaydada  rəsmiləşdirilməmiş)  bələdiyyə  torpaqlarının  hüquqi  və  fiziki  şəxslərdən  geri  alınması 

mümkün  olmadığı  hallarda  həmin  torpaq  sahələri  bələdiyyənin  qərarı  ilə  müsabiqə  və  ya  hərrac 

keçirilmədən onları istifadə edənlərin mülkiyyətinə bilavasitə satılacaq bu şərtlə ki, həmin torpaq sahələri 

elektrik, rabitə, nəqliyyat,  qaz, su, kanalizasiya və digər kommunikasiya  xətlərinin mühafizə zolağında, 

habelə  sürüşmə  zonasında  yerləşməmiş  olsun.    “Bələdiyyə  torpaqlarının  idarə  edilməsi  haqqında” 

Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi 29 iyun 2001-ci il tarixdən sonra fərdi yaşayış və 

bağ  evlərinin,  qarajların,  habelə  sahibkarlıq  fəaliyyətini  həyata  keçirmək  məqsədilə  zəruri  obyektlərin 

tikintisi  üçün  qeyri-qanuni  istifadə  edilən  (  müvafiq  qaydada  rəsmiləşdirilməmiş)  bələdiyyə  torpaqları 

müvafiq  bələdiyyələrin  qərarları  ilə  müsabiqəyə  çıxarılmalıdır.  Bu  zaman  möhürlü  zərflərdəki  təkliflər 

bərabər olduğu halda, torpağın ilkin istifadəçisi üstün hüquqla həmin torpağı əldə edə bilər. 

 

 

15. Hərbi xidmətə çağırış 

 

1. Kimlər hərbi xidmətə çağırılmalıdır və həqiqi hərbi xidmətin müddətləri nə qədərdir? 

 

Hərbi  xidmət  həqiqi  hərbi xidmətdən  və ehtiyyatda  xidmətdən  ibarətdir. 



 

Hərbi  xidmətə  münasibətdə  vətəndaşlar  aşağıdakı kateqoryalara  bölünürlər: 

o

 

çağırışa  qədər yaşlılar-hərbi uçota  qəbul ərəfəsində olan  vətəndaşlar



o

 

çağırışçılar-ehtiyata  keçirilənədək  hərbi uçotda  duran və ya durmalı olan  və ehtiyatda  olmayan, 



18 yaşdan 35 yaşınadək  kişi vətəndaşlar

o

 



hərbi qulluqçular-həqiqi  hərbi  xidmətdə olan  vətəndaşlar, 

o

 



hərbi vəzifələr –ehtiyatda olan vətəndaşlar, 

o

 



hərbi  vəzifəli  olmayanlar-hərbi  uçota  götürülməli    olmayan  və  ya    hərbi  uçotdan  çıxarılmış,  o 

cümlədən  istefaya  keçirilmiş  vətəndaşlar.  

 

2.Hansı hallarda  çağırışa  möhlət verilir? 

 

Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət ailə vəziyyətinə, sağlamlıq vəziyyətinə görə, təhsili davam 

etdirmək  üçün,  deputatlıq  fəaliyyəti  ilə  əlaqədar  olaraq  verilir.  Müddətli  həqiqi  hərbi  xidmətə  çağırışa 

möhlətrayon, şəhər, şəhərdə rayon şağırış komissiyasının qərarı ilə verilir. Həmin məsələdə komissiya  bu 

Qanunu rəhbər tutur. 

 

Möhlət  almaq üçün əsasları itirmiş çağırışçılar, habelə  möhlət  hüququ olmayan  və ya çağırışdan  azad 



edilmək  üçün    bu  Qanunda    nəzərdə  tutulmuş    əsasları  olmayan,    müxtəlif  səbəblərə    görə  müəyyən 

edilmiş  müddətlərdə  müddətli həqiqi  hərbi xidmətə  çağırılmamış  şəxslər 35 yaşına  çatanadək  növbəti 

çağırış keçirilərkən  xidmətə çağırılmalıdırlar. 

 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə