Qanun nə deyir? Bunu hamı bilməlidir!



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə12/19
tarix14.04.2018
ölçüsü0,52 Mb.
#38295
1   ...   8   9   10   11   12   13   14   15   ...   19

 

 

25 



Məşğulluq  Mərkəzində  işsiz  kimi  qeydə  alınması,  vəfat  etməsi,  məhkəmə  tərəfindən  itkin  düşmüş  və 

yaxud itkin hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və 

s.) bu cür  aztəminatlı ailələr yardım almağa hüququna malikdirlər 

 

3.Sosial yardım hansı müddətə təyin edilir? 

Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən, 1 il müddətinə təyin olunur.  

 

4.Sosial yardım təyin olunduqda  ailə tərkibində nəzərə alınmayan şəxslər kimlərdir? 

 

Tam  dövlət  təminatında  olan  şəxslər  (uşaq  evi  və  internatlarda,  qocalar  və  əlillər  üçün  internat 



evlərində,  sağlamlıq  imkanları  məhdud  şəxslər  üçün  müvafiq  xüsusi  təhsil  müəssisələrində 

yaşayanlar);

i

 

 



Müddətli həqiqi hərbi xidmətdə olan şəxslər cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər; 

 

Axtarışda olan şəxslər



 

Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları; 

 

Əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla 



 

5. Sosial yardım almaq üçün hansı sənədlər tələb edilir? 

 

Ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin əsli və surəti   



 

Nikah, boşanma, doğum və ya ölüm haqqında şəhadətnamələrin surəti  

 

Qəyyumluqda  (himayədə)  olan  uşaqlar  üçün  qəyyumluq  (himayəçilik)  haqqında  rayon  (şəhər)  icra 



hakimiyyəti başçısının sərəncamının surəti 

 

Ailə üzvünün müddətli həqiqi hərbi xidmətdə olması barədə hərbi komissarlıqdan arayış 



 

Hər  bir  ailə  üzvünün  qazancı  (əmək  haqqı,  pensiya,  müavinət,  təqaüd,  aliment,  kompensasiya, 

sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir, mülki-hüquqi müqavilə əsasında işləyənlərin qazancı və 

s.) barədə aidiyyəti orqanın arayışı  

 

Ailə  üzvləri  tərəfindən  əmlakın  icarəyə  (kirayəyə)  verilməsi  və  ya  icarəyə  götürülməsi  barədə 



müqavilənin surəti   

 

Ailəyə və ya hər hansı ailə üzvünə məxsus torpaq üzərində hüquqları təsdiq edən sənəd 



 

6.Hansı halllarda sosial yardımın verilməsindən imtina olunur? 

 

Sosial  yardımın  verilməsinə  təsir  edəcək  hallar  barədə  zəruri  məlumatlar  verilmədikdə,  yaxud  ailə 



tərkibi  və  ailə  üzvlərinin  gəlirləri  barədə  düzgün  və  ya  tam  olmayan  məlumatlar  və  sənədlər 

verildikdə. Bu halda  həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir;  

 

Yardım  üçün  müraciətdən  1  il  əvvəl  ailə  yaşayış  sahəsi  aldıqda  və  yaxud  respublika  üzrə  təsdiq 



edilmiş yaşayış minimumundan  çox məbləğdə təhsil haqqı ödədikdə və ya alğı-satqı etdikdə; 

 

Ailənin  istifadəsində  nəqliyyat  vasitəsi  olduqda  (dövlət  tərəfindən  reabilitasiya  məqsədləri  üçün 



verilmiş nəqliyyat vasitələri istisna olunmaqla) 

 

Ailənin orta aylıq gəlirinin 50 faizindən çox məbləğdə aylıq kredit öhdəliyi olduqda;  



 

Ailənin  əmək  qabiliyyətli,  işləməyən  üzvü  Baş  Məşğulluq  İdarəsinin  yerli  orqanı  tərəfindən  təklif 

olunmuş  iki  münasib  işdən  imtina  etdikdə  (bu  halda  ailənin  sosial  yardım  hüququna  onun  təkrar 

müraciəti əsasında 1 aydan sonra baxıla bilər). 

 

Sosial  yardımın təyin  edilməsindən imtina edildiyi  barədə komissiyanın  qərarı çıxarıldığı  vaxtdan 3 



gündən gec olmayaraq sosial yardım verilməsindən imtina edilməsinin səbəbləri göstərilməklə ailəni 

təmsil edən şəxsə bildiriş verilir 

 

7.Sosial yardım necə ödənilir? 

Sosial yardım ayda bir dəfə aztəminatlı ailənin yaşayış yeri üzrə ödəniş müəssisələri (bank və ya rabitə 

şöbəsi) vasitəsilə ödənilir. 

 

 



 


 

 

26 



11. Elektrik enerji  təhçizatı sahəsində yaranan suallar 

 

1. Enerji haqqının məbləği nəqədərdir?  

Tariflər 1 kVt/saat üçün (ƏDV ilə) - 6,0 qəpik 



 

2. Fərdi istifadəçilər və hüquqi şəxslər arasında enerji haqqının ödənilməsində fərq varmı? 

Xeyr, enerji haqqının ödənilməsində   bütün istehlakçılar qrupları üçün eyni tarifdir. 

 

3.Enerji haqqı hara və hansı formada ödənilməlidir? 

Elektrik  enerjisinə  görə  hesablaşmalar  enerjitəchizatı  müəssisəsinin  abonentə  təqdim  etdiyi  ödəniş 

sənədlərinə əsasən aparılır. Enerji haqqı üzrə ödəmələr vətəndaş tərəfindən şəxsən olaraq aidiyyatı üzrə 

poçt bölmələrinə və ya  müvafiq banklara ödənilməlidir. İstehlakçı hesablaşma dövründə işlətdiyi elektrik 

enerjisinin  haqqını  enerjitəchizatı  müəssisəsi  tərəfindən  ödəmə  sənədi  təqdim  edildikdən  sonra  bir  ay 

müddətində ödəməlidir. 



 

4.Sayğac nasaz olduğu halda hesablama necə aparılır? 

İstehlakçının,  o  cümlədən  məişət  abonentinin  təqsiri  olmadan  uçot  müvəqqəti  pozulduqda,  elektrik 

enerjisi  sərfinin  hesabatı  enerjitəchizatı  müəssisəsinin  və  istehlakçının  razılığına  əsasən  uçot  pozulana 

qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin 

orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma 

elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 



 

5.Ödəniş gecikdirilməsinə görə sanksiyalar? 

Hər hansı  bir səbəbdən,  enerjitəchizatı müəssisəsi  təqdim  edilmiş  elektrik enerjisinə görə ödəniş  sənədi 

üzrə  ödənişi  elektrik  enerjisinin  alqı-satqı  müqaviləsində  müəyyən  edilmiş  müddət  ərzində  dövlət 

elektroenergetika müəssisəsinin hesabına köçürmədikdə, hər bir gün üçün ödəniş aparılan günədək ödəmə 

sənədindəki  məbləğin  0,01  faizi  miqdarında  dəbbə  (penya)  verilməlidir.  Elektrik  enerjisinə  görə 

enerjitəchizatı  müəssisəsinin  abonentə  təqdim  etdiyi  ödəniş  sənədlərinə  əsasən  ödəmə  bir  ay  müddətinı 

aparılmalıdır. 

 

6.Enerji təhcizatı hansı hallarda dayandırıla bilər? 

Enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini aşağıdakı hallarda dayandıra bilər: 

istehlakçının  müvafiq  yazılı  müraciəti  (elektrik  enerjisinin  verilməsinin  dayandırılmasının  səbəbi  və 

müddəti  göstərilməklə)  olduqda;  sayğacla  müəyyənləşən  hesab  təqdim  edildikdən  sonra  bir  ay 

müddətində ödənilmədikdə;  təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının 

və ya qaz sızmasının qarşısı alındıqda; enerji təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda;. 

məhkəmənin qərarı ilə. İstehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması yalnız fərdi qaydada 

həyata keçirilir.  

 

7.Yaşayış evinin sayğaclaşdırılması üçün nə etməli və proseduru? 

Sayğaclaşdırılma  “Bir  pəncərə”  prinsipi  əsasında  həyata  keçirilir.  Vətəndaş  yerli  enerji  təhcizat 

müəssəsinə  standart  formada  tərtib  olunmuş  ərizə  təqdim  edir.  Ərizə  ilə  birlikdə  həmçinin  şəxsiyyət 

vəsiqəsinin  surəti,  mülkiyyət  hüququn  təsdiq  edən  sənədin  (çıxarış,  şəhədətnamə(kupça)),  torpaq 

sahəsinin ayrılması barədə sərəncamın (qərarın) və ya torpaq sahəsində evin tikilməsinə icazə verilməsi 

barədə  sərəncamın(qərarın)  surəti  təqdim  edilir.  Daxil  olan  sənədlər  əsasında  texniki  şöbə  tərəfindən 

hazırlanan  texniki  şərt  əsasında  müvafiq  bölmə  tərəfindən  sayğac  quraşdırılır  və  abunə  kodu  tərtib 

edilərək  məlumat  bazasına  daxil  edilir.  Fiziki  şəxslər  üçün  sayğaclaşdırma  enerji  təhcizat  müəssəsinin 

hesabına aparılır. 



 

8.Nöqsan aşkar edildikdə və ya sayğac xarab olduqda vətəndaş nə etməli? 

Hesablaşma  uçot  cihazında  nöqsan  əşkar  edildikdə  vətəndaş  nöqsanun  aradan  qaldırılması  üçün  enerji 

təhcizatı müəssəsinə ərizə ilə müraciət etməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə