Qanun nə deyir? Bunu hamı bilməlidir!



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə10/19
tarix14.04.2018
ölçüsü0,52 Mb.
#38295
1   ...   6   7   8   9   10   11   12   13   ...   19

 

 

21 



Əlilliyə görə əmək pensiyası əlil və  ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta 

stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda 

təyin edilir. 

 

10. Hərbi qulluqçulara əlilliyə görə pensiya hansı şərtlərlə təyin edilir? 

Hərbi  qulluqçulara  (hərbi  rütbələrdən  məhrum  edilmiş  hərbi  qulluqçular,  müddətli  həqiqi  hərbi  xidmət 

hərbi  qulluqçuları  istisna  olmaqla)  əlilliyə  görə  əmək  pensiyaları  xidmət  müddətindən  asılı  olmayaraq, 

əlillik  hərbi  qulluqçuların  xidmət  etdiyi  dövrdə  və  ya  xidmətdən  buraxıldıqdan  sonra  3  aydan  gec 

olmayaraq  üz  verdikdə,  yaxud  əlillik  bu  müddətdən  sonra,  lakin  xidmət  dövründə  alınmış  xəsarət 

(yaralanma, travma, kontuziya), xəstəlik nəticəsində üz verdikdə təyin edilir. 



 

11.Əlilliyə görə əmək pensiyasının məbləği hər qrupa görə neçə faizl təşkil edir? 

Əlilliyə  görə  əmək  pensiyasının  baza  hissəsinin  məbləği  yaşa  görə  əmək  pensiyasının  baza  hissəsinin 

məbləğinin I qrup əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə 120 faizi (I qrup gözdən 

əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə 200 faizi), II qrup əlillərə 100 faizi, III qrup 

əlillərə isə 55 faizi həcmində müəyyən edilir. 

 

12. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan şəxslər kimlərdir? 

 

Vəfat etmiş və ya həlak olmuş şəxslərin 18 yaşına çatmamış övladları: 



 

Ata, ana, ər, arvad  müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud I və ya II qrup əlildirsə 

 

Təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 



 

Ata, ana, ər (arvad) pensiya yaşına — kişilər 62 yaşa, qadınlar 57 yaşa çatmışdırsa, yaxud I və ya 

II qrup əlildirsə; 

 

Yaşından  və  əmək  qabiliyyətindən  asılı  olmayaraq  valideynlərdən  biri  və  ya  ər  (arvad),  yaxud 



baba,  nənə,  qardaş,  bacı  vəfat  etmiş  və  ya  həlak  olmuş  ailə  başçısının  8  yaşına  çatmamış 

uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. 



 

13. Ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği neçə faizlə hesablanır? 

Ailə  başçısını  itirməyə  görə  əmək  pensiyasının  baza  hissəsinin  məbləği  hər  iki  valideynini  itirmiş 

uşaqların və vəfat etmiş tənha ananın uşaqlarının hər biri üçün, habelə vəfat etmiş ailə başçısının bir ailə 

üzvü  olduqda  və  pensiya  hüququ  olan  bir  ailə  üzvü  qaldıqda  həmin  şəxs  üçün  yaşa  görə  əmək 

pensiyasının baza hissəsinin 100 faizi məbləğində, digər ailə üzvlərinin hər biri üçün isə yaşa görə əmək 

pensiyasının baza hissəsinin 50 faizi məbləğində hesablanır. 



 

14. Əmək pensiyasının baza hissəsinə əlavələr necə hesablanır? 

Öhdəsində  əmək  qabiliyyəti  olmayan  ailə  üzvləri  olan  işləməyən  I  və  II  qrup  əlillərə  və  ya  sağlamlıq 

imkanları  məhdud  18  yaşınadək  şəxslərə,  həmçinin  öhdəsində  ailə  başçısını  itirməyə  görə  pensiya  ilə 

təmin  edilməli  şəxslərə  aid  edilən  əmək  qabiliyyətsiz  ailə  üzvləri  olan  işləməyən  hərbi  qulluqçular 

sırasından olan əmək pensiyaçılarına — ailənin əmək qabiliyyəti olmayan hər üzvü üçün yaşa görə əmək 

pensiyasının baza hissəsinin 5 faizi məbləğində hesablanır 

 

15.  I  qrup  əlillərə  və  ya  sağlamlıq  imkanları  məhdud  18  yaşınadək  şəxslərə  qulluq  üçün  əmək 



pensiyasının baza hissəsi neçə faiz təşkil edir? 

I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün — yaşa görə əmək 

pensiyasının baza hissəsinin 10 faizi məbləği təşkil edir 

 

16.  Müharibə  əlillərinin  və  müharibə  iştirakçıları  sırasından  olan  əlillərin  yaşa  görə  əmək 

pensiyalarının baza hissəsinə edilən əlavələr neçə faiz təşkil edir? 

 

I qrup əlillərə — yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində



 

II qrup əlillərə — yaşa görə əmək pensiyasının baza hissəsinin 70 faizi məbləğində; 

 

III qrup əlillərə — yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində. 



 


 

 

22 



17. Böyük Vətən müharibəsi iştirakçılarının və əlillərinin əmək pensiyalarının baza hissəsinə edilən 

əlavələr neçə faiz təşkil edir? 

 

Müharibə  iştirakçılarına  (müharibə  əlilləri  istisna  olmaqla)  —  yaşa  görə  əmək  pensiyasının  baza 



hissəsinin 50 faizi məbləğində;  

 

I qrup əlillərə — yaşa görə əmək pensiyasının baza hissəsinin 140 faizi məbləğində;  



 

II qrup əlillərə — yaşa görə əmək pensiyasının baza hissəsinin 110 faizi məbləğində;  

 

III qrup əlillərə — yaşa görə əmək pensiyasının baza hissəsinin 90 faizi məbləğində. 



 

18. Yaşa görə əmək pensiyası nə vaxt təyin edilir? 

Yaşa  görə  əmək  pensiyası,  buna  hüququ  olan  şəxsin  müraciəti  əsasında  əmək  pensiyası  hüququnun 

yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. 

 

19. Əlilliyə görə əmək pensiyası nə vaxt təyin edilir? 

Əlilliyə  görə  əmək  pensiyası,  buna  hüququ  olan  şəxsin  müraciəti  əsasında  əlilliyin  və  ya  18  yaşınadək 

sağlamlıq  imkanları  məhdudluğunun  müəyyən  olunduğu  gündən 



müvafiq  icra  hakimiyyəti  orqanının

 

müəyyən  etdiyi  bütün  əlillik  və  ya  sağlamlıq  imkanlarının  məhdudluğu  dövrü  üçün  müəyyən  edilmiş 



pensiya yaşına çatmış şəxslərə ömürlük təyin edilir. 

 

20. Ailə başçısını itirməyə görə əmək pensiyası nə vaxt təyin edilir? 

Ailə  başçısını  itirməyə  görə  əmək  pensiyası,  buna  hüququ  olan  şəxsin  müraciəti  əsasında  ailə  başçısını 

itirməyə  görə  əmək  pensiyası  hüququnun  yarandığı  gündən  müəyyən  edilmiş  pensiya  yaşına  çatmış 

şəxslərə ömürlük təyin edilir. 



 

21. Əmək pensiyasının bir növündən başqa növünə keçmə mümkündürmü? 

Bəli  mümkündür,  belə  ki,  əmək  pensiyaçısının  yaşa  görə  əmək  pensiyası  növündən  əlilliyə  görə  əmək 

pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ 

vardır.  Əmək  pensiyasının  bir  növündən  başqa  bir  növünə  keçirilmə  ərizəçi  tərəfindən  müvafiq  əmək 

pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə pensiyanın başqa növünə keçirilir. 

 

22. Əmək pensiyaçısı vəfat etdikdə alınmamış əmək pensiyası kimə ödənilir? 

Əmək pensiyaçısı vəfat  etdikdə, onun ailəsinə  pensiyaçının vəfatı tarixinə  yaşa görə əmək pensiyasının 

baza hissəsinin üç misli məbləğində dəfn üçün müavinət verilir. 

 

23. Əmək pensiyaçısı vəfat etdikdə onu ailə üzvləri  dəfn etmədikdə,dəfn müavinatı o halda kimlərə 

ödənilməlidir? 

Əmək pensiyaçısını onun ailə üzvlərinə aid olmayan şəxslər dəfn etdikdə, dəfn üçün müavinət məhs onu 

dəfn edən şəxslərə ödənilir. 

 

24.  Xaricdə  yaşayan  Azərbaycan  vətəndaşlarına  Azərbaycanda  təyin  edilmiş  əmək  pensiyası 

ödənilirmi? 

Bəli  ödənilir,  belə  ki,  Azərbaycan  Respublikasının  vətəndaşlığını  saxlamış  şəxslərin  xaricdə  olduqları 

müddətdə  onlara  Azərbaycan  Respublikasında  təyin  edilmiş  əmək  pensiyası  arzularına  əsasən 

Azərbaycan Respublikasının banklarında olan şəxsi hesablarına və  ya öz vəsaitləri  hesabına  yaşadıqları 

digər dövlətlərə köçürülür. 

 

25.  Xaricdə  yaşayan  və  Azərbaycan  vətəndaşlığından  çıxan  şəxslərin  Azərbaycanda  təyin  edilmiş 

əmək pensiyası ödənilirmi? 

Azərbaycan Respublikası vətəndaşlığından çıxmış şəxslər xaricdə olduqları müddətdə onlara yalnız əmək 

zədəsi və ya peşə xəstəliyi nəticəsində təyin edilmiş pensiyalar ödənilir. Bu pensiyaların başqa dövlətlərə 

köçürülməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 



 

26. Etibarnamə üzrə əmək pensiyası ödənilə bilərmi? 

Bəli, əmək pensiyası etibarnamə üzrə də ödənilə bilər. 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə