Qanun nə deyir? Bunu hamı bilməlidir!



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə16/19
tarix14.04.2018
ölçüsü0,52 Mb.
#38295
1   ...   11   12   13   14   15   16   17   18   19

 

 

33 



3. Ailə vəziyyətinə görə həqiqi hərbi xidmətə  çağırışdan  möhlət,  himayəsnidə aşağıdakı  şəxslər 

olan çağırışçılara verilir: 

 

Birinci qurup əlil olan ata və ana, onlarla  birlikdə və ya ayrılıqda yaşamalarından aslı olmayaraq, 



onları saxlamalı olan  başqa övladları  olmadıqda. 

 

Hərbi xidmətə çağrılanadək doğulmuş  üç və daha çox  uşağı olan , yaxud  birinci  ya  ikinci  qrup 



əlil  olan  arvad: 

 

8 yaşınadək  üç  və ya  daha çox  uşağı olan ana: 



 

18 yaşınadək  və yaxud yaşları  18-dən  yuxarı,  lakin  birinci  və ya  ikinci  qrup  əlil olan  qardaş  

və ya bacı,  onların saxlamaq imkanına  malik  başqa  şəxslər olmadıqda. 

 

Çağırışçılara   ailə  vəziyyətinə görə  hərbi xidmətə  çağırışdan möhlət  35 yaşa qədər verilir. Bu  yaşa  



qədər  çağırışdan  möhlət  hüququnu  itirməmiş  şəxslər dinc  dövrdə  müddətli  həqiqi  hərbi  xidmətdən  

azad olunurlar  və ehtiyata  keçirilirlər. 

 

4. Hansı hallarda  səhhətə görə çağırışa  möhlət verilir? 

Tibbi müayinə  zamanı  həqiqi  hərbi xidmətə  müvəqqəti  yararsız  sayılmış  şəxslərə  çağırışdan  səhhətə 

görə  möhlət  verilir. 

 

Səhhətə görə  çağırışdan  möhlət  üç  il  müddətinədək, hər dəfə bir ildən  artıq olmamaq  şərti ilə verilə  



bilər. Üç ildən sonra,  səhətinin vəziyyətindən  aslı olaraq, möhlət  almış  çağırışçılar,  ya  həqiqi  hərbi 

xidmətə  çağırırlar, ya da  hərbi xidmətə  tam yararsız  hesab olunaraq hərbi uçotdan çıxarılırlar, yaxud  

da  35  yaşına  çatana  qədər    müntəzəm    ardıcıllıqla    təkrarən    tibbi    müayinədən    keçərək    ehtiyata  

keçirilirlər. Bu  yaşa  çatmamış  ehtiyatda olan şəxslər, təkrar tibbi müayinə  zamanı  dinc dövrdə  həqiqi  

hərbi  xidmətə  çağırılırlar. 

 

5. Hansı hallarda  təhsili  davam etdirmək üçün  çağırışa  möhlət verilir? 

 

Mülkiyyət  formasından  aslı  olmayaraq  qeydiyyatdan    keçmiş    və  xüsusi  razılıq  (lisenziya)  almış  



təhsil müəssisələrində  və onların  filiallarında  təhsili  davam etdirmək  üçün  aşağıdakı  çağırışçılara  

möhlət verilir: 

 

Orta  ümum təhsil  məktəblərində əyani   və ya axşam orta təhil alan,  20 yaşınadək çağırışçılara, 



 

Peşə  təhsili  müəssisələrində  təhsil  alan,    bu  məktəblərə  daxil  olana  qədər  orta  təhsil    almamış    20 

yaşınadək çağırışçılara, 

 

Orta  ixtisas  məktəblərində    təhsil  alan,  bu    məktəblərə    daxil  olana    qədər  orta  təhsil  almamış    22 



yaşınadək  çağırışçılara, 

 

Dövlət, qanunvericiliklə müəyyən olunmuş  qaydada dövlət  qeydiyyatından  keçmiş  və xüsusi razılıq 



(lisenziya) almış qeyri-dövlət  ali təhsil müəssisələrinin əyani formada  təhsil  müəssisələrinin əyani  

formada  təhsil  alan    tələbələrinə  və  xarici  ölkədə  əyani  formada  ali  təhsil    alan    tələbələrə-təhsilini 

bitirənədək. Ali  təhsil müəssisələrindən xaric edilmiş şəxslər çağırışdan  möhlət hüquqlarını  itirirlər 

və ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırılırlar, 

 

Dövlət, qanunvericilikdə müəyyən  olunmuş qaydada dövlət qeydiyyatından  keçmiş  və xüsusi razılıq 



(lisenziya)  almış  qeyri  -dövlət    ali  təhsil    müəssisələrini  bitirəndən    sonra  əyani  formada 

magistiraturada, aspiranturada davam etdirən  şəxslərə -təhsilini  bitirənədək. 

 

Təhsilini  davam  etdirmək    üçün    çağırışdan  möhlət  almış,  həmçinin    müxtəlif    səbəblərə    görə 



qanunvericiliklə  müəyyən  edilmiş  müddətdə    həqiqi  hərbi  xidmətə  çağırılmamış    çağırışçılar    35 

yaşına  çatanadək həqiqi  hərbi xidmətə  çağırılırlar. 

 

16. Miqrasiya xıdməti 

 

1.  Əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə Azərbaycan  Respublikası  ərazisində  haqqı  ödənilən 

əmək  fəaliyyəti  ilə  məşğul  olmaları  üçün fərdi  icazələrin  verilməsi  ilə  əlaqədar  hansı  sənədlər  tələb 

olunur? 



 

 

34 



· Ərizə-anket və ərizədə aşağıdakılar öz əksini tapmalıdır: 

 

hüquqi şəxslər üçün — hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı; 

  

fiziki şəxslər üçün — adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən sənəd haqqında məlumatlar (seriya, 

nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı); 

  

əcnəbinin  adı,  atasının  adı,  soyadı,  vətəndaşlığı,  daimi  yaşayış  yerinin  ünvanı,  doğulduğu  tarix  və  ölkə, 



cinsi, ixtisası, son beş ildə əmək fəaliyyəti haqqında məlumat, işləyəcəyi vəzifə və iş yerinin ünvanı. 

  

 



əcnəbi işçinin nəzərdə tutulan işi yerinə yetirmək üçün tələb edilən ixtisasa malik olduğunu təsdiq edən 

sənədin notariat qaydada təsdiq olunmuş surəti

 

nəzərdə tutulan hər bir iş yeri üçün əcnəbi işçinin cəlb edilməsi zəruriliyini əsaslandıran arayış; 



 

Azərbaycan Respublikası ərazisində başqa əsaslarla olan əcnəbinin Azərbaycan Respublikası ərazisində 

qalmasına hüquq verən müvafiq sənədin surəti. 

 

İşəgötürən  hüquqi  şəxs  olduqda  –  hüquqi  şəxsin  nizamnaməsinin  və  dövlət  qeydiyyatı  haqqında 

şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətləri, fiziki şəxs olduqda isə fiziki şəxsin şəxsiyyətini 

təsdiq edən sənədinin və fiziki şəxsə verilmiş vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin 

notarial qaydada təsdiq edilmiş surətləri. 

 

Azərbaycan  Respublikasına  gələn  əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  ölkə  ərazisində  qanuni 



əsaslarla  yaşamaları  və  haqqı  ödənilən  əmək  fəaliyyəti  ilə  məşğul  olmaları  üçün  müvafiq  icazələrin 

verilməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınması məsələləri 20 iş günü ərzində həyata keçirilir. 

İşə  düzələrkən  müəyyən  edilmiş  qaydaları  pozmasına  görə  əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər 

Azərbaycan  Respublikasının  İnzibati  Xətalar  Məcəlləsinin  339.1.3-cü  maddəsinə  əsasən,  Dövlət 

Miqrasiya  Xidməti  tərəfindən  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  inzibati  qaydada 

çıxarılmaqla və ya çıxarılmamaqla 300 (üç yüz) manatdan 400 (dörd yüz) manatadək məbləğdə cərimə 

edilirlər. 

  

Azərbaycan  Respublikasının  İnzibati  Xətalar  Məcəlləsinin  53.8-ci  bəndində  nəzərdə  tutulmuş  hal 

müəyyən edildikdə isə işəgötürən tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla fərdi icazə alınmadan 

əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə Əmək və Əhalinin Sosial Müdafiəsi 

Nazirliyi  tərəfindən  30.000  (otuz  min)  manatdan  35.000  (otuz  beş  min)  manatadək  məbləğdə  cərimə 

tətbiq edilir. 



 

2. Hansı hallarda Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmək mümkündür?  

Azərbaycan Respublikasının vətəndaşlığına qəbul ilə əlaqədar tələb olunan sənədlər: 

 

Azərbaycan  Respublikası  ərazisində  son  beş  il  ərzində  fasiləsiz  olaraq  qanuni  əsaslarla  daimi  yaşayan, 



qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması 

barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim 

edən  əcnəbi  və  vətəndaşlığı  olmayan  şəxs  mənşəyindən,  irqi  və  milli  mənsubiyyətindən,  cinsindən, 

təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq qanunvericiliyə müvafiq 

surətdə öz vəsatəti ilə Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilə bilər. 

 

Bunun üçün əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikası Prezidentinin adına yazılmış, 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə