Qanun nə deyir? Bunu hamı bilməlidir!



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə5/19
tarix14.04.2018
ölçüsü0,52 Mb.
#38295
1   2   3   4   5   6   7   8   9   ...   19

 

 

11 



əvvəllər  verilmiş  şəhadətnamələr  ləğv  edilməklə  vətəndaşlıq  vəziyyəti  aktının  qeyd  olunması 

haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir. 

 

Atanın  öz  adını  dəyişdirməsi  qeydə  alınarkən  onun  yetkinlik  yaşına  çatmayan  uşaqlarının  ata  adı 



dəyişdirilir.  Yetkinlik  yaşına  çatanların  ata  adı  yalnız  o  hallarda  dəyişdirilir  ki,  onların  özləri  bu 

barədə  müraciət  etmiş  olsunlar.  Hər  iki  valideynin  soyadı  dəyişdirildikdə,  yetkinlik  yaşına 

çatmayanların soyadı dəyişir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan 

uşaqlarının  soyadının  dəyişməsi  məsələsi  valideynlər  arasında  razılığa  görə,  razılıq  olmadıqda  isə 

yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 

 

5. Notariat xidmətləri 

 

1. Notarius hansi hərəkətləri apara bilər ?  

Notarius  əqdlərin,  ərizələrin  və  digər  sənədlərin  layihələrini  tərtib  edə  bilər,  sənədlərin  surətlərini  və 

onlardan cıxarışları  hazırlaya bilər, notariat hərəkətlərinin aparılması  ilə əlaqədar məsləhətlər verə  bilər, 

fiziki və huquqi şəxslərdən həmin hərəkətlərin aparılması üçun sənədləri və məlumatları tələb edə bilər. 

 

2. Notariusun vəzifələri nədən ibarətdir? 

 

Fiziki və hüquqi səxslərə aparılan notariat hərəkətləri ilə bağlı  



 

onların huquq və vəzifələrini izah etməli, bu huquqların həyata keçirilməsi və qanuni mənafelərinin 

qorunması ucun koməklik gostərməlidir;  

 

Hüquqi  məlumatsızlıgın  onlara  vura  biləcəyi  ziyanın  qarşısını  almaq  üçün  notariat  hərəkətlərinin 



aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir;  

 

Bu  Qanuna  və  Azərbaycan  Respublikasının  digər  qanunvericilik  aktlarına  əməl  etməli,  peşə 



fəaliyyətinin həyata kecirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır; 

 

3. Dövlət Notariusu tərəfindən hansı notariat hərəkətlər aparıla bilər? 

Dovlət notariusu aşağıdakı notariat hərəkətlərini aparır: 

 

Əqdləri və etibarnamələri təsdiq edir; 



 

Miras əmlakın muhafizə olunması üçün tədbirlər görür

 

Vərəsəlik hüququ haqqında şəhadətnamələr verir; 



 

Ər-arvadın ümumi əmlakındakı paya mulkiyyət hüququ haqqında şəhadətnamələr verir; 

 

Yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr verir



 

Sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir

 

Sənədlərdəki imzaların həqiqiliyini təsdiq edir; 



 

Sənədlərin bir dildən basqa dilə tərcuməsinin düzgünlüyünü təsdiq edir; 

 

Şəxsin sağ olması faktını təsdiq edir; 



 

Şəxsin muəyyən yerdə olması faktını təsdiq edir; 

 

Şəxslə fotoşəkildəki səxsin eyniliyini təsdiq edir



 

Sənədlərin təqdim olunduğu vaxtı təsdiq edir; 

 

Fiziki və hüquqi şəxslərin ərizələrini basqa fiziki və hüquqi şəxslərə verir; 



 

Ohdəliyin  icra  predmetini  saxlamağa,  pul  məbləğlərini,  qiymətli  kağızları  və  vəsiyyətnamələri 

depozitə qəbul edir;  

 

İcra qeydləri aparır; 



 

Veksellərə protestlər tərtib edir; 

 

Çekləri odənilmək üçün təqdim edir və çeklərin odənilmədiyini təsdiq edir



 

Sənədləri saxlanmaq üçün qəbul edir; 

 

Dəniz protestləri tərtib edir; 



 

Sübutları təmin edir. 

 



 

 

12 



4.  Xaricdə  istifadə  edilməsi  məqsədilə  sənədlərin  rəsmiləşdirilməsi,  dəniz  protestlərinin  tərtib 

edilməsi hansı notariusa həvalə edilə bilər?  

1 saylı notariat kontoru  

Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 17 

telefon: (0-12)493-63-16;493-45-14 

 

5. Notariat hərəkətləri neçə gün ərzində aparıla bilər?  

Notariat  hərəkətləri  rüsum  odənildikdən  sonra  bunun  üçün  lazım  olan  bütün  sənədlər  təqdim  olunduğu 

gün aparılır. 

 

6.  Hansı  hallarda  Notarius  və  notariat  hərəkətlərini  aparan  digər  vəzifəli  səxslər  notariat 



hərəkətlərini aparmaqdan imtina etməlidirlər? 

 

Hərəkətin aparılması qanuna zidd olduqda



 

Hərəkəti başqa notarius və ya digər vəzifəli şəxs aparmalı olduqda; 

 

Hərəkətin  aparılması  barədə  fəaliyyət  qabiliyyəti  olmayan  şəxs  və  ya  lazımi  səlahiyyəti  olmayan 



numayəndə muraciət etdikdə; 

 

Hüquqi  şəxsin  adından  bağlanan  əqd  onun  nizamnamə  və  ya  əsasnaməsində  gostərilən  məqsədlərə 



zidd olduqda; 

 

Qanunun tələblərinə uyğun olmayan əqd bağlandıqda; 



 

Notariat hərəkətinin aparılması üçün təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olduqda 

və ya həmin sənədlərdə ayrıayrı şəxslərin sərəf və ləyaqətini ləkələyən məlumatlar olduqda; 

 

Əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda. 



 

Notariuslar  və  notariat  hərəkətini  aparan  digər  vəzifəli  səxşlər  hərəkətin  aparılmasına  rədd  cavabı 

almış  şəxsin  xahişi  ilə  üç  gün  muddətində  imtina  barədə  əsaslandırılmış  qərar  çıxarmalı  və  ondan 

sikayət verilməsi qaydasını izah etməlidirlər. 

 

7. Notarus tərəfindən notariat qaydasında təsdiq edilmiş sənədin dublikatı verilirmi? 

Notariusun və müvafiq icra hakimiyyəti orqanının verdiyi və ya təsdiq etdiyi sənəd itirildikdə, şəxslərin 

yazılı ərizəsinə əsasən itmiş sənədin dublikatı verilir. 

 

8.  Notariat  kontorları  və  dövlət  orqanları  tərəfindən  notariat  hərəkətlərinin  aparılmasına  görə 

dövlət rüsumunun dərəcələri  

 

8.1.  Daşınmaz  əmlakın  (mənzillərin,  bağ  evlərinin,  qurğuların,  tikililərin,  torpaqların  və  başqa 

daşınmaz əmlakın) özgəninkiləşdirilməsi, mənzil sahələrinin və bağ evlərinin müvəqqəti istifadəyə 

verilməsi barədə müqavilələrin təsdiqi üçün:  

 

8.1.1.  müqavilə  üzrə  əmlakın  ərə  (arvada),  uşaqlara,  valideynlərə,  babaya,  nənəyə,  nəvəyə,  qardaşa, 

bacıya keçirsə - 7 manat 

8.1.2. müqavilə üzrə əmlak başqa şəxslərə keçirsə: 

Bakı şəhərində - 10 manat 

digər şəhər və rayonlarda - 44 manat 

8.1.4. mənzil sahələrinin və bağ evlərinin müvəqqəti istifadəyə verilməsi üçün - 7 manat 

 

8.2.Nəqliyyat 



vasitələrinin 

özgəninkiləşdirilməsi 

müqavilələrinin 

təsdiqi 


üçün:  

8.2.1.  müqavilə  üzrə  əmlak  ərin  (arvadın),  uşaqların,  valideynlərin,  babanın,  nənənin,  qardaşın,  bacının 

mülkiyyətinə keçirsə - 25 manat 

8.2.2. müqavilə üzrə əmlak digər şəxsin mülkiyyətinə keçirsə - 50 manat 

 

8.3.  Yaşayış  evlərinin  tikintisi  üçün  torpaq  sahələrinin  müddətsiz  istifadəyə  verilməsi  haqqında 



müqavilələrin təsdiqi üçün:  


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə