Qanun nə deyir? Bunu hamı bilməlidir!



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə3/19
tarix14.04.2018
ölçüsü0,52 Mb.
#38295
1   2   3   4   5   6   7   8   9   ...   19

 

 



  -üç 

iş  günündən  sonrakı  müddətdə  verildikdə  1  manat  məbləğdə  dövlət  rüsumu                             

ödənilməsi qanunla müəyyən edilmişdr. 

 

16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır.  



           

 8.  Azərbaycan  Respublikasının  vətəndaşları  25,  35,  50  yaşına  çatdıqda,  həmçinin  onların  soyadı, 



adı,  atasının  adı,  yaşayış  yeri,  ailə  vəziyyəti  və  hərbi  vəzifəsi  dəyişdikdə  şəxsiyyət  vəsiqəsinin 

dəyişdirilməsinə görə qanunla hansı məbləğdə dövlət rüsumu müəyyən edilmişdir? 

Azərbaycan  Respublikasının  vətəndaşları  25,  35,  50  yaşına  çatdıqda,  həmçinin  onların  soyadı,  adı, 

atasının  adı,  yaşayış  yeri,  ailə  vəziyyəti  və  hərbi  vəzifəsi  dəyişdikdə  şəxsiyyət  vəsiqəsinin 

dəyişdirilməsinə görə 2 manat dövlət rüsumu müəyyən edilmişdir.  



 

9. Şəxsiyyət vəsiqəsi vətəndaşdan  hansı hallarda müvəqqəti alınır? 

Azərbaycan  Respublikası  vətəndaşının  şəxsiyyət  vəsiqəsi  vətəndaşdan  aşağıdakı  hallarda  müvəqqəti 

olaraq alınır:  

 

Vətəndaş  müddətli  həqiqi  hərbi  xidmətə  çağırıldıqda  onun  yaşadığı  yerin  hərbi  komissarlığı,  hərbi 



tədris  müəssisəsinə  daxil  olduqda  isə  həmin  müəssisənin  müdiriyyəti  çağırışçının  (kursantın) 

şəxsiyyət  vəsiqəsini  müvəqqəti  alaraq  hərbi  xidmət  başa  çatanadək  saxlamaq  və  sonra  sahibinə 

qaytarmaq üçün yaşayış yeri üzrə müvafiq dövlət orqanına göndərir. 

 

Barəsində  həbsəalma  qəti-imkan  tədbiri  seçilmiş,  azadlığın  məhdudlaşdırılması,  müəyyən  müddətə 



azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş 

şəxslərdən  şəxsiyyət  vəsiqəsi  təhqiqat,  ibtidai  istintaq,  məhkəmə  orqanları  və  cəzanı  icra  edən 

orqanlar  tərəfindən  müvəqqəti  alınır  və  həmin  şəxs  haqqında  iş  üzrə  icraata  və  ya  şəxsi  işə  əlavə 

edilir. 


 

Göstərilən əsaslar aradan qalxdıqda şəxsiyyət vəsiqəsi dərhal sahibinə qaytarılır.  

 

10.  Şəxsiyyət  vəsiqəsi  olmadan  və  ya  yaşayış  yeri  üzrə  qeydiyyatdan  keçmədən  yaşamasına  görə 

qanunla hansı inzibati məsuliyyət müəyyən olunmuşdur?  

Vətəndaşın  bir  aydan  artıq  müddətdə  şəxsiyyət  vəsiqəsi  olmadan  yaşamasına,  habelə  həmin  müddət 

ərzində yaşayış yeri üzrə qeydiyyatdan keçmədən yaşamasına görə xəbərdarlıq edilir və ya üç manatdan 

beş manatadək miqdarda cərimə edilir. 

 

11.Hansı hallarda Şəxsiyyət vəsiqəsi təhvil verilir?



 

 

Vətəndaş  öldükdə  onun  şəxsiyyət  vəsiqəsi  vətəndaşlıq  vəziyyəti  aktlarının  dövlət  qeydiyyatını 



aparan  orqana  təhvil  verilir  və  həmin  orqan  vətəndaşın  ölümünü  qeydə  aldıqdan  sonra  şəxsiyyət 

vəsiqəsi onu vermiş müvafiq dövlət orqanına göndərilir. 

 

Tapılmış şəxsiyyət vəsiqəsi onu verən dövlət orqanına təhvil verilməlidir. 



 

12. Hansı hallarda Şəxsiyyət vəsiqəsi qüvvədən düşmüş hesab edilir?  

 Dəyişdirilməsi  nəzərdə  tutulmuş  hallarda    1  ay  ərzində  dəyişdirilməzsə  şəxsiyyət  vəsiqəsi  qüvvədən 

düşmüş hesab olunur. 

 

 13. Şəxsiyyət vəsiqəsinin  itirilməsi və ya qəsdən korlanmasına görə hansı məbləğdə cərimə edilir? 



 

Şəxsiyyət vəsiqəsinin itirilməsi və ya qəsdən korlanmasına görə təqsirli şəxslər  on beş manatdan iyirmi 



beş manatadək miqdarda cərimə edilir. 

 

14.      Şəxsiyyət  vəsiqəsi  vətəndaşın  öz  təqsiri  üzündən  itdikdə  və  ya yararsız  hala  düşdükdə  onun 



dəyişdirilməsinə görə qanunla  hansı məbləğdə dövlət rüsumu müəyyən edilmişdir?  

Şəxsiyyət  vəsiqəsi  vətəndaşın  öz  təqsiri  üzündən  itdikdə  və  ya  yararsız  hala  düşdükdə  onun 

dəyişdirilməsinə görə 3 manat dövlət rüsumu müəyyən edilmişdir.  

 



 

 



15.  Şəxsiyyət  vəsiqəsinin  verilməsindən  imtina  edilməsində,  onun  verilməsi  üçün  vətəndaşdan 

nəzərdə  tutulmayan  sənədlər  tələb  edilməsində  və  ya  şəxsiyyət  vəsiqəsinin  verilməsində 

(dəyişdirilməsində)  süründürməçiliyə  yol  verilməsində  təqsirli  şəxslər  hansı    qaydada  inzibati 

məsuliyyət daşıyırlar?  

Vətəndaşlara onların şəxsiyyət vəsiqələrinin və ya pasportlarının verilməsindən əsassız imtina edilməsinə, 

verilməsi  üçün  qanunla  nəzərdə  tutulmayan  əlavə  sənədlər  tələb  edilməsinə  və  ya  onların  verilməsində 

(dəyişdirilməsində)  süründürməçiliyə  yol  verilməsinə,  qanunsuz  alınmasına  və  ya  girov  götürülməsinə 

görə səksən beş manatdan doxsan manatadək miqdarda cərimə edilir. 

 

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı 



 

Doğumun dövlət qeydiyatına alınması 

 

1. Doğumun dövlət qeydiyatına alınması qaydası nədir? 

Doğumun  dövlət  qeydiyyatı  uşağın  doğulduğu  yerdə  və  ya  valideynlərin,  yaxud  onlardan  birinin 

yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən 

aparılır.  

 

Doğum  haqqında  yazılı  və  ya  şifahi  məlumatlar  valideynlər  və  ya  onlardan  biri  tərəfindən  verilir. 



Doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən 

geci doğum vaxtından ötən 3 gün müddətində verilməlidir.  

 

2. Doğumun qeydə alınması üçün hansı sənədlər təqdim edilməlidir? 

Doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir:  

 

valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər



 

valideynlərin nikah haqqında şəhadətnaməsi; 

 

doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd



 

uşaq  tibb  müəssisəsindən  kənarda  doğulduqda,  doğuma  kömək  göstərmiş  və  ya  doğuşdan  sonra 

valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd

 

uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd



 

uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi 

sənəd;  

 

3. Valideynlər öldükdə doğumun qeydiyyatını necə həyata keçirilir? 

Valideynlər  xəstə  olduqda,  öldükdə  və  ya  başqa  səbəblərə  görə  onların  məlumat  verməsi  mümkün 

olmadıqda məlumat qohumlar, qonşular, uşağın  doğulduğu tibb müəssisəsinin müdiriyyəti və başqa 

şəxslər tərəfindən verilir. 

 

4. Atalığın müəyyən edilməsinin qeydə alınması qaydası  

Ərizə  əsasında  atalığın  müəyyən  edilməsinin  qeydə  alınması  valideynlərdən  birinin  yaşadığı  yerin 

Qeydiyyat  şöbəsi  (konsulluq  idarəsi)  tərəfindən  həyata  keçirilir.  Atalığın  müəyyən  edilməsi 

valideynlərin birgə ərizəsi (məhkəmənin qətnaməsi) əsasında qeydə alınır.  

 

5.  Ana  öldükdə  və  ya  ananın  yaşadığı  yeri  müəyyən  etmək  mümkün  olmadıqda  atalığı  necə 



müəyyən etmək olar?  

Qeydiyyat  şöbəsi  (konsulluq  idarəsi)  ana  öldükdə,  fəaliyyət  qabiliyyəti  olmayan  hesab  edildikdə, 

ananın yaşadığı yeri müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum 

edildikdə, atalığın  müəyyən edilməsini  yerli icra hakimiyyətinin  qəyyumluq  və himayə orqanlarının 

razılığı ilə uşağın atasının ərizəsi əsasında qeydə ala bilər. Bu halda atanın ərizəsinə müvafiq olaraq 

aşağıdakı sənədlər əlavə olunmalıdır: 

 

yerli  icra  hakimiyyətlərinin  qəyyumluq  və  himayə  orqanlarının  müvafiq  razılığını  təsdiq  edən 



sənəd;  


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə