Qarabağ tarixi 8-ci sinif



Yüklə 197,79 Kb.
Pdf görüntüsü
səhifə3/14
tarix30.12.2017
ölçüsü197,79 Kb.
#18431
1   2   3   4   5   6   7   8   9   ...   14

2. Qarabağ regionu türk etnoslarının 
qədim yaşayış məskənidir
Azərbaycanın Qarabağ regionu siyasi cəhətdən 1-3-cü yüzilliklərdə alban arşaklılarınin
hakimiyyəti altında olmuşdur.
Qarabağ regionunda ilkin tayfa ittifaqlarının yaranması prosesi geniş bir dövrü əhatə
etmişdir. Ərazi sıx məskunlaşmışdır. Burada tarixə məlum olan və məşhur ənənələr
yaratmış bir çox tayfalar yaşamışdır. Bunların sırasında qədim türk tayfaları - utilər,
qarqarlar, sovdeylər və hurritlər daha çox tanınmışdır.
Qarabağ regionunda yerli türk mənşəli oturaq əkinçi əhali ilə bərabər köçəri türk
tayfaları da məskunlaşmışdır. Bizim eradan əvvəl 1-ci minillikdə onlar Kür və Araz
hövzəsini tutmuşdular. Qaynaqlarda adlan çəkilən bu sak, massaget tayfalan
Azərbaycan ərazisinə, həmçinin Qarabağa e.ə.7-ci yüzillikdə gəlmiş, bu ərazilərdə
məskunlaşmış, tədricən yerli türk tayfalan ilə qaynayıb qarışmışlar.
Azərbaycanın digər əraziləri kimi Qarabağ regionu da qədim dövrlərdən etibarən
intensiv olaraq yazılı mənbələrdə e.ə.4- cü yüzillikdə adı çəkilən Azərbaycan
Albaniyasının tərkibində olmuşdur.
Qarabağ ərazisində erkən antik dövrdə (e.ə.4-cü, 1-ci yüzillikdə) cəmiyyətin inkişafı,
təsərrüfatın və ticarətin yüksəlişi baş vermişdir. Burada iri yaşayış məskənləri və
şəhərlər yaranmışdır. Həmin dövrdə ictimai münasibətlər xeyli inkişaf etmişdir.
Yunan-Roma müəllifləri Azərbaycan Albaniyası ərazisində məskunlaşan tayfalar
haqqında maraqlı məlumatlar vermişlər. Strabon bildirir ki, Albaniyada 26 tayfa var idi.
E.ə.2-ci yüzillikdə Albaniyanın tərkib hissəsi olan Qarabağın köklü sakinləri Azərbaycan
türkləridir. Türklər Cənubi Qafqazın cənub-şərqi əyalətlərinin, Kür və Araz çayları
arasındakı ərazilərin - Qarabağ regionunun yerli əhalisidir.


ÖN ASİYADA QƏDİM TAYFALAR, TAYFA BİRLİKLƏRİ 
VƏ DÖVLƏTLƏR (e.ə.IV—II minilliklər)
Qarabağ ərazisinin əhalisinin erkən orta əsrlərdə etnik komponentlərindən ən böyüyü
türk tayfaları idi. Bu dövrdə assimilyasiya prosesi də baş vermişdir: 1) yerli tayfalar
arasında; 2) gəlmə tayfalar arasında; 3) gəlmələr və yerli tayfalar arasında. Aparıcı
türklər olmuşdur.
Qarabağ ərazisində yaşayan ən böyük tayfalarından biri - utilər Azərbaycan
Albaniyasının böyük hissəsini tuturdular. Utilər haqqında ilk məlumatı yunan tarixçisi
Herodot vermişdir. Qarabağ ərazisində qarqarlar və savdeylər də geniş yayılmışdılar.
Albaniyada özündə 20-dən çox tayfanı birləşdirən alban- türk yerli massivində ən
böyük tayfalar türklər idi.


3. Qarabağ regionu yazıb mənbələrdə
Yazılı mənbələr Qarabağ ərazisinin qədim vilayətlərinin - Uti, Arsak, Paytakaran və
Sisakanın yerləşdiyi tarixi-coğrafi ərazi və əhalisinin mənşəyi barədə qısa da olsa
məlumat verir.
Roma ensiklopediyaçısı Pliniy Sekund (b.e. 23-79) Albaniyanın bir çox
hidronimlərindən, o cümlədən Kür çayı və onun qollarından bəhs edir. Yeni eranın II
əsrində yaşamış yunan coğrafiyaşünası Klavdi Ptolemey Albaniyada 29 şəhərin və 5
çayın adını çəkir.
Bərdə şəhəri yaxınlığında yerləşən Kalankat kəndindən olan 7-ci yüzillikdə yaşamış
alban tarixçisi Musa Kalankatlı Qarabağ ərazisi haqqında daha geniş, tarixi əhəmiyyətli
və maraqlı məlumatlar verir.
Yunan, latın və alban mənbələrində olduğu kimi, ərəb, fars və türk dilli mənbələrdə də
Qarabağ ərazisinin təbii xüsusiyyətləri haqqında dəyərli məlumatlar verilmişdir. Həmin
mənbələr əsasən coğrafiyaşünasların və səyyahların əsərləridir.
Orta əsr mənbələrində - tarixçi, coğrafiyaşünas, səyyah və şairlərin əsərlərində də
Qarabağ ərazisinin tarixinə dair məlumatlar verilmişdir.
Fars dilində yazılmış «Hüdud-əl-aləm» əsərində, ərəb müəllifləri Məsudi, Əbu-Duləf,
Əl-Fəqih, İbn Rusta, İstəxri, İbn Hövqəl, Müqəddəsi, İbn-Xordadbeh, Yaqut əl-Həməvi,
Əl- İdrisi, Həmdullah Qəzvini və Məcdəddin əl-Hüseynin əsərlərində Qarabağın təbiəti,
bitki aləmi, həmçinin iqtisadi və ticarət həyatına dair məlumat vermişlər.
Bunlarla bərabər, Azərbaycan mütəfəkkirləri Nizami Gəncəvinin, Nəsrəddin Tusinin,
Seyid Yəhya Bakuvinin və bir sıra səyyah və coğrafiyaşünasların əsərlərində də
Qarabağla bağlı məlumatlar öz əksini tapmışdır.
Azərbaycan ədəbiyyatının möhtəşəm abidəsi olan “Kitabi- Dədə Qorqud” dastanında
bütün Azərbaycan torpaqlarında, həmçinin Qarabağ ərazisi daxil olmaqla Göyçə gölü
hövzəsinə qədər türk-oğuzlarının yayılması barədə məlumat verilmişdir.


4. Qarabağ regionu erkən orta əsrlərdə
Albaniya 4-7-ci yüzilliklərdə geniş əraziyə malik idi. O, şimaldan Böyük Qafqaz
dağlarına, cənubdan Araz çayına, şərqdən Xəzər dənizinə, qərbdən İberiyaya qədər
torpaqları əhatə edirdi.
Erkən orta əsrlərdə Albaniya dövlətində 11 tarixi vilayət yerləşirdi. Qarabağ ərazisi,
başqa sözlə Kür və Araz çaylararası Uti, Arsak, Paytakaran və Sisakan vilayətlərini,
Albaniyanın paytaxtı - Bərdə şəhərini və hökmdarın yay iqamətgahı - Xalxal şəhərini
əhatə edirdi. Bərdə V əsrin ikinci yarısından Albaniyanın paytaxtı idi.
Erkən orta əsrlərdə Qarabağda oturaq maldarlıq, əkinçilik və sənətkarlıq inkişaf
etmişdir. Qarabağda müxtəlif növ sənət: dulusçuluq, metalişləmə, toxuculuq, o
cümlədən ipəkçilik, şüşə sənətkarlığı, zərgərlik, əmək aləti və silah istehsalı, eləcə də
daşyonma, ağac və sümük oyma sənətləri inkişaf etmişdir.
Qarabağda ilk orta əsrlərdə ticarət də geniş inkişaf etmiş, qonşu ərazilərin ticarət
mərkəzləri ilə əlaqələr genişlənmişdir.
4- cü yüzillikdə Albaniya Sasani, Bizans imperiyaları və Xəzər Xaqanlığı arasında
müharibə meydanına çevrilmişdir. Albaniya, o cümlədən onun mərkəzi hissəsi Qarabağ
ərazisi (Uti, Arsak, Paytakaran, Sisakan) Sasani imperiyasının şimal canişinliyinin
tərkibinə qatılmışdır.
Bizim eranın ilk yüzilliklərindən Albaniyada xristianlıq yayılmağa başlamış, 313-cü ildə
xristianlıq dövlət dini qismində qəbul edilmişdir. Lakin xristianlıq geniş yayılmamışdır.
5- ci yüzilliyin əvvəllərində Albaniyanın paytaxtında - Bərdədə alban çarı III Vaçaqanın
əmri ilə xüsusi məktəblər açılmış, uşaqlara yazı və dini ehkamlar öyrədilmişdir. Bu
zaman müxtəlif cinsli çoxsaylı səslərdən tərtib edilmiş xüsusi yazı qaydasından istifadə
edilmişdir.
Ərəblərin Albaniyaya ilk hücumları zamanı Albaniya hökmdarı Cavanşir ərəblərə qarşı
mübarizə apardı, lakin müqavimətin davam etdirilməsinin anlamsız olduğunu başa
düşüb, mübarizəni dayandırdı.


Yüklə 197,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə