Qarabağ tarixi 8-ci sinif



Yüklə 197,79 Kb.
Pdf görüntüsü
səhifə7/14
tarix30.12.2017
ölçüsü197,79 Kb.
#18431
1   2   3   4   5   6   7   8   9   10   ...   14

11.Qarabağda mədəniyyət 
(18-ci yüzilliyin 2-ci yarısı)
XVIII əsrin II yarısında memarlıq və şəhərsalma, dekarativ- tətbiqi sənət sahələri
inkişaf etməyə başlamış, epiqrafik abidələr də çoxalmışdır.
Qarabağ xanlığı dövründə bir çox qalalar tikilmiş, şəhər və qəsəbə tipli yaşayış
məntəqələri yaranmışdır. Bayat, Şahbulaq (Təməküt), Şuşa-Pənahabad qalalarında
bazar, karvansaray, məscid, hamam və s. inşa edilmişdir. Ağdamda imarətlər, Pənah
xana və nəslinə aid türbələr tikilmişdir.
Qarabağ xanlığının mərkəzi Şuşa-Pənahabadda yaşayış evlərinin, ictimai tikililərin
interyerində divar naxışlarının gözəl və tipik nümunələri yaradılmışdır.
Orta əsrlərin dəhşətli müharibələri ilə əlaqədar olaraq Qarabağ bölgəsində mədəniyyət
də böhranlı vəziyyətə düşmüşdür. Lakin sonrakı dövrlərdə Qarabağda mədəni həyat
yenidən dirçəlmişdir. XVIII əsrdə Qarabağ xanlığının baş vəziri şair Molla Pənah Vaqif
və öz şerləri ilə Qarabağın mənəvi həyatını əks etdirən şerlər müəllifi şair Molla Vəli
Vidadi yaşayıb yaratmışlar.
Qarabağ xanlığının tarixi ilə bağlı proseslər həmin dövrün canlı şahidlərinin əsərlərində
- Mirzə Adıgözəl bəyin «Qarabağnamə», Mirzə Camal Qarabağinin «Qarabağ tarixi»,
Əhməd bəy Cavanşirin «Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə
dair», Mir Mehdi Xəzaninin «Kitabi-tarixi-Qarabağ», Rzaqulu bəy Mirzə Camal oğlunun
«Pənah xan və İbrahim xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri»,
Mirzə Rəhim Fənanın «Tarixi-cədidi-Qarabağ», Baharlının «Əhvalati- Qarabağ», Həsən
ixfa Əlizadənin «Şuşa şəhərinin tarixi», Həsənəli Qarabağlının «Qarabağ vilayətinin
qədim və cədid keyfiyyət və övzaları» ətraflı şəkildə öz əksini tapmışdır.


Bu tarixi abidələr Qarabağ regionunun möhtəşəmlik simvoludur


12. Qarabağ xanlığının Rusiya 
imperiyası tərəfindən işğalı
Çar Rusiyanın Cənubi Qafqazda apardığı işğalçılıq siyasətinin nəticəsi olaraq Kartli-
Kaxetiya çarlığını Borçalı, Qazax və Şəmşədil sultanlığını, Car-Balakəni, Gəncə xanlığını
işğal etdi. Belə vəziyyətdə iran hökuməti Sisianova rus ordusunu Azərbaycandan
çıxarması üçün ultimatum verdi. Bu proses ultimatumun etirazla qarşılanması və
bundan sonra İran hökumətinin Rusiyaya müharibə elan etməsi ilə nəticələndi. İran
ordusunun Azərbaycan xanlıqlarına hücumu başlandı (1804-cü il). Bərabər olmayan
qüvvələr nisbətində başlanan ilk döyüşdə rus ordusu itki verərək döyüşü dayandırdı.
Sisianov İrəvan xanlığına doğru hərəkət edərək İrəvan qalasını mühasirəyə alsa da,
onu tuta bilmədi, xeyli itki verərək geri çəkildi. Belə bir vəziyyətdə Sisianov siyasi
manevrə əl atdı. 1805-ci il mayın 5-də Qarabağ xanı ilə Rus imperatoru arasında
Kürəkçay traktatı imzalandı. Traktatı Rusiyanın imperatoru adından Qafqaz
qoşunlarının baş komandanı Sisianov və Qarabağ xanı İbrahimxəlil xan imzaladı.
Traktat və ya müqavilə adlandırılmasına baxmayaraq mahiyyətcə təslimçilik aktı olan
bu sənəd Qarabağın faciəli taleyinin başlanğıcını qoydu. 11 maddədən ibarət «Andlı
öhdəlik» adlanan bu traktat ilə Qarabağ xanlığı Rusiya himayəsinə qəbul edildi. Rusiya
ilə Azərbaycanın münasibətlərinə dair mühüm sənədlərdən biri sayılan bu sənəd təkcə
Qarabağın deyil, bütünlükdə Azərbaycanın taleyində mühüm rol oynadı. Bu traktatın
şərtlərinə görə Qarabağ xanlığı Rus imperiyasının vassalı, Rusiya çarına görə digər
xarici dövlətlərlə münasibət saxlamaq hüququndan məhrum olurdu. Çar xəzinəsinə hər
il 8 min çervon bac verməyi öhdəsinə götürürdü. Bundan əlavə Şuşa-Pənahabadda və
xanlığın ərazisində Rusiya qoşununun yerləşdirilməsi barədə də razılıq verilirdi.
Bunlarla yanaşı çar qoşunları general-leytenantı rütbəsi verilmiş İbrahimxəlil xan
birbaşa çar baş komandanına tabe idi. Eyni zamanda Rusiya hökuməti də xanın və
onun varislərinin daxili idarəetmə hüquqlarına toxunmayacağını öhdəsinə götürdü.


19-cu yüzilliyin əvvəllərində Rusiyanın Qafqazı ələ keçirmək üçün Osmanlı dövləti və
İranla apardığı müharibə nəticəsində Azərbaycan torpaqları iki hissəyə bölündü.
Gülüstan (1813-cü il) və Türkmənçay (1828-ci il) müqaviləsi ilə Azərbaycan iki hissəyə
bölündü.
ŞİMALI AZƏRBAYCANIN RUSİYA İMPERİYASI TƏRƏFİNDƏN 
İŞĞALININ BAŞLANMASI (1801-1813-cü illər)



13.19-cu yüzillikdə ermənilərin 
Qarabağ ərazisinə köçürülməsi
Rusiya imperiyası hələ 18-ci yüzillikdən Qafqazı öz təsiri altına keçirməklə öz iqtisadi
maraqlarım təmin etmək istəyirdi. Bu məqsədlə geniş hərbi fəaliyyətə başlayan Rusiya
19-cu yüzilliyin birinci yarısında istədiyinə nail oldu.
Azərbaycan xanlıqlarına işğalçı hücumlara başlayan Rusiya Car-Balakən camaatlığını
(1803-cü il) və Gəncə xanlığını (1804- cü il) işğal etdi. 1805-ci ildə Qarabağ xanı
İbrahimxəlil xanla Rus imperatoru arasında bağlanan Kürəkçay traktatı ilə Qarabağ
xanlığı Rusiya himayəsinə qəbul edildi.
Kürəkçay traktatı təkcə Qarabağın deyil, bütünlükdə Azərbaycanın taleyində kəskin rol
oynadı. Bu traktatın şərtlərinə görə Qarabağ xanlığı Rus imperiyasının vassalı oldu.
Qarabağ xanlığı Rusiyaya birləşdirilən kimi P.Sisianov Qarabağda çarizmin mövqeyini
möhkəmləndirmək məqsədilə Qafqazın digər bölgələrindən erməniləri buraya
köçürməyə başladı.
Rusiya ilə İran arasında bağlanan Gülüstan və Türkmənçay müqaviləsindən sonra
Qarabağda erməniləşdirmə prosesi üçün münbit şərait yaradıldı. Rusiya dövləti
Qarabağa ermənilərin köçürməsinə hər vasitə ilə səy göstərir, hər cür şərait yaradırdı.
Rus hökuməti Qarabağ regionuna çoxlu sayda erməni əhalisi kütləsi köçürmüşdür. Rus
ordusunun köməyi ilə Qarabağın türk-müsəlman kəndləri boşaldılır, boşaldılan
kəndlərə erməni ailələri yerləşdirilirdi. Köçürülmüş ermənilərin hesabına Qarabağda
demoqrafiq quruluş dəyişdirildi, süni surətdə ermənilərin yerli türk-müsəlman
əhalisindən sayca üstünlüyü təmin edildi.
İki il ərzində - 1828-1830-cu illərdə 130 min (İrandan 40 min, Türkiyədən isə 90 min)
erməni Azərbaycan ərazilərinə köçürüldü. İran ərazisindən ermənilərin maneəsiz
olaraq Rusiyanın tərkibindəki yeni ərazilərə, konkret olaraq Qarabağa köçürülməsi
Türkmənçay müqaviləsinə əsasən həyata keçirilirdi.


Yüklə 197,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə