Qarabağ tarixi 8-ci sinif



Yüklə 197,79 Kb.
Pdf görüntüsü
səhifə5/14
tarix30.12.2017
ölçüsü197,79 Kb.
#18431
1   2   3   4   5   6   7   8   9   ...   14

AZƏRBAYCAN AĞQOYUNLU DÖVLƏTİ (1468 - 1501-ci ilbr)


AZƏRBAYCAN QARAQOYUNLU DÖVLƏTİ (1410 - 1468-ci illar)


7. Səfəvilər dövründə 
Qarabağda siyasi və sosial-iqtisadi vəziyyət
Azərbaycanda 1501-ci ildə Ağqoyunlular hakimiyyətinə son qoyuldu və Şah İsmayıl
tərəfindən Azərbaycan Səfəvilər dövləti yaradıldı. Səfəvilər dövlətinin formalaşmasında
Qarabağ ərazisində yaşayan tayfalar da iştirak etmişdir.
Qarabağ ərazisi 16-cı yüzilliyin başlanğıcında Azərbaycan Səfəvilər dövlətinin tərkibinə
mərkəzi Gəncə olan Qarabağ bəylərbəyliyi kimi daxil olmuşdur.
Səfəvilər dövlətinin inzibati ərazi quruluşunda mühüm yer tutan Qarabağ bəylərbəyliyi
geniş əraziyə malik idi. Həmin bəylərbəylik 300 ilə yaxın Ziyadoğlu sülaləsinin
hakimiyyəti altında olmuşdur.
İlk Qarabağ bəylərbəyi Kəmaləddin Şahverdi sultan Ziyadoğlu Qacar olmuşdur (1551-ci
il). Qarabağ bəylərbəyliyinə - Bərdə, Beyləqan, Ağdam, Yevlax, Şəmkir, Zəyəm, Tovuz,
Qazax və Borçalı daxil olmuşdur. 16-cı yüzilliyin sonlarında Osmanlı sultanı 3-cü
Muradın (1574-1594) zamanında Fərhad paşa Gürcüstandan keçərək Qarabağa daxil
olmuş, Osmanlı hərbi hissələrini burada yerləşdirmişdi.
Qəzvində hakimiyyətə gələn Səfəvi şahı I Abbas Hüseyn xan Ziyadoğlu-Qacarı
Qarabağı azad etməyə təhkim etdi. 1603- cü ildə Gəncə-Qarabağın bəylərbəyi Davud
paşa Hüseyn xan Zi- yadoğlu-Qacarı məğlub edərək geri çəkilməyə məcbur etmişdir.
1666-cı ildə Uğurlu xan Ziyadoğlu-Qacar vəfat etdikdən sonra Qarabağı oğlu
Abbasqulu xan idarə etməyə başladı. Abbasqulu xan II Şah Səfinin yaxın adamlarından
sayılırdı. O, bir müddət Bərdənin hakimi olmuş, atasının vəfatından sonra 1688-ci ildən
1694-cü ilədək Qarabağın və Kaxetiyanın hakimi olmuşdur.
1694-cü ildən 1702-ci ilədək, Şah Sultan Hüseyn Səfəvinin hakimiyyəti dövründə
Gəncə-Qarabağın bəylərbəyi Uğurlu xanın ikinci oğlu Kəlbəli xan olmuşdur.


AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ (ŞAH İSMAYIL DÖVRÜ.150I-1S24-CÜ illər)
Azərbaycan tarixçisi İsgəndər bəy Münşi Osmanlı-Səfəvi müharibəsində Qarabağ
süvarilərinin ön cərgədə getdiyini bildirir. Avropa dövlətlərinin yaratdığı və qızışdırdığı
ədavət iki nəhəng türk dövlətinin bir-birinə qarşı düşmən mövqeyi tutmasına səbəb
olmuşdur.
16-cı yüzillikdən başlayaraq Osmanlı-Səfəvi qarşıdurması nəticəsində Qarabağın türk
əhalisinin xeyli hissəsi bu əyaləti tərk


etmişdir. Bu səbəbdən də Qarabağda türk əhalisinin sayı aşağı düşmüşdür. Bu zaman
hakimiyyət dəyişikliyindən istifadə edən alban-xristian məlikləri boşalmış türk
kəndlərini və torpaqlarını rüşvət və hədiyyələrlə ələ keçirmişlər. 1593-cü ildə
Osmanlıların tərtib etdiyi Gəncə-Qarabağ əyalətinin vergi dəftərində bu öz təsdiqini
tapmışdır.


8. Qarabağ regionu 18-ci əsrin I yarısında
Azərbaycan ərazisi 18-ci yüzilliyin əvvəllərində Rusiya və Osmanlı imperiyaları arasında
gedən müharibələrin mərkəzində idi. Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən
Rusiya ciddi «Qafqaz siyasəti» yeridirdi. I Pyotrun Azərbaycan neftinə və geostrateji
mövqeyinə olan marağı Türkiyə ilə münaqişəyə gətirib çıxardı. Bu münaqişələr yerli
xalqa ağır zülm və bəlalar verdi.
Rusiya dövlətinin təhriki ilə 18-ci yüzilliyin əvvəllərində şimali qafqazlıların Qarabağa
(Gəncə-Qarabağ əyalətinə) aramsız basqınları başlandı. 1712-ci il hücumu zamanı
Qarabağın çox hissəsi, Bərdədən Qazağa qədər olan düzənlik yerlərdəki yaşayış
məskənləri talandı, xeyli insan tələf oldu. Qarabağın dağlıq hissəsində yaşayan qeyri-
müsəlmanlar (xristian albanlar) hədiyyələr verərək əsirləri xilas etdilər. Müsəlmanlar
isə qırğına məruz qaldı. Yaşayış məskənlərinin çoxu boşaldı.
1724-cü ildə Qarabağa girən çoxsaylı Osmanlı ordusu qarşısında Gəncə-Qarabağ
bəylərbəyi azsaylı qoşunla sərhədi qoruya bilmədi. Osmanlılar bir-iki həmlə-hücumla
Gəncəni alıb Qarabağa yiyələndilər.
Qarabağ bir müddət Osmanlıların əlində qaldı. Bu zaman Qarabağın valisi İbrahim
paşa, sonra Gəncə-Qarabağ valisi Əli paşa olmuşdur.
18-ci yüzillikdə Gəncə-Qarabağı növbə ilə Kəlbəli xanın oğulları, o cümlədən II Uğurlu
xan idarə etmişdir. Qaynaqlarda bildirilir ki, 1730-cu ildə II Təhmasib II Uğurlu xanı
700 nəfərlik dəstə ilə Qarabağa qoşun toplamağa göndərmişdir. Uğurlu xan Bərdə və
Bərgüşad qəzalarından 12 min nəfərlik qoşun yığmağa nail olmuşdur. İbrahim paşanın
yanında olan Qarabağ qoşunu Qara bəyin başçılığı altında Uğurlu xanla birləşərək
möhkəmlənmişdir.
Bu zaman işğalçı əfqanlara qarşı mübarizəyə başlayan Səfəvi sərkərdəsi Nadir xan
Əfşar qələbə qazanıb, tez bir zamanda


İranı, Azərbaycanı istilaçılardan təmizlədi. 1734-cü ildə Qarabağa hücum edib bir
hissəsini tutdu, Gəncəyə doğru irəlilədi. Şəhəri səkkiz ay yarımlıq mühasirədən sonra
aldı.
Nadir xan Səfəvi dövlətinin zəiflədiyini görüb onun gələcək taleyi ilə bağlı 1736-cı ildə
Muğanda qurultay çağırdı. Bu qurultayda Nadir xan özünü şah elan etdi. Qarabağ
feodallarından cavanşir, kəbirli, «otuzikilər», «iyirmi dördlər» və s. tayfaların başçıları
Nadir şahın namizədliyinin əleyhinə çıxdılar. Nadir xan şah olduqdan sonra dövlətində
böyük islahatlar apardı, o cümlədən Səfəvilərdən miras qalmış bəylərbəylik inzibati
bölgüsünü ləğv etdi.
Bundan sonra Nadir şah qurultayda cəsarət edib onun namizədliyinin əleyhinə çıxan
Qarabağ əhalisinin çoxunu Xorasan və Əfqanıstan sərhədlərinə sürgün etdi. Qarabağ
tayfalarının sürgün olunmasına öz narazılığını bildirən Fəzləli bəy Nadir şahın qəzəbinin
qurbanı oldu. Qarabağdan sürgün olunanların içərisində Pənahəli bəyin gənc arvadı və
3 uşağı da var idi (İbrahim Xəlil ağa, Mehrəli bəy və Talıbxan bəy). Nadir şah
Ziyadoğlu nəslini zəiflətmək məqsədilə Qarabağın 5 məlikliyini və Mil- Qarabağ
düzündəki tayfaları, eləcə də Zəngəzuru onun nəzarətindən çıxardı. Bütün bu torpaqlar
Nadir şahın qardaşı Azərbaycan sipəhsaları İbrahim xana tabe edildi.
Nadir şah 1747-ci ildə sui qəsd nəticəsində öldürüldü. Onun yaratmış olduğu nəhəng
imperiya müstəqil feodal dövlətlərə parçalandı. Azərbaycan ərazisində 20 xanlıq,7
sultanlıqdan ibarət feodal dövlət qurumları yarandı. Bu xanlıqlardan biri Kür və Araz
çayları arasında böyük əraziyə malik olan Qarabağ xanlığı oldu.


Yüklə 197,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə