Qaraqalpaq indd



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə25/111
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57047
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
98
99
«SSRİ xalqları seriyası»ndan olan epik əsərlərin mətnlərinin 
seçilməsi və  nəşrinin bəzi prinsipləri haqqında (türkdilli 
xalqların eposu əsasında)
36
, X.Koroğlunun «Goroğlu» və 
«Quruqli» eposunun nəşrinin tekstoloji xarakteristikası
37
 
adlı  məqalələrdə  bəhs etdiyimiz bu məsələ köklü şəkildə 
öyrənilmişdir. Eyni zamanda müxtəlif söyləyicilərin dilindən 
müxtəlif dövrlərdə eyni epik abidənin arxiv fondlarında 
saxlanılan yazıya almaların bu işə müəyyən dərəcədə müsbət 
təsir göstərməsi də  nəzərdən qaçırılmamalıdır.
A.Mirbadaleva yazır ki, təkcə özbək xalq qəhrəmanlıq 
poe ması «Alpamış» (Fazıl Yuldaş, Pulkan – şair, E. Cü mən-
bül bül, B.Curayev, Y.Bəynəzə rov,  A.Nurəliyev və b.) otuz üç 
ya zılı variantda qeyd olunmuşdur.  Türkmənlərin məhəbbət 
das tanı «Hürliqa və Hemra» (Nəzər baxşi, Həkim baxşi, 
Oreşix, Həsən baxşi və b.) və «Sayad və Hemra» (M.Karliyev, 
P.Xoca, Girman-baxşi və b.) on altı yazılı variantda 
məlumdur. Bundan başqa özbək qəhrəmanlıq – romantik 
dastanı «Rüstəmxan» (F.Yuldaş, M.Həşimov, M.Ermatov, 
A.Haqqulov) dörd müxtəlif variantlarda saxlanılmaqdadır 
və s. 
Eyni bir epik abidənin müxtəlif variantlarında hər hansı 
das tanın ümumi ideya istiqamətini, vahid süjet, hadisələrin 
müəyyən ənənəvi ardıcıllıqla şərhini görə bilərik. Epik əsər-
lərin variativliyi ilk növbədə ayrı-ayrı detalların, bu və ya 
digər obrazların traktovkasında, döyüş motivləri, batal 
səhnələr və s. izahında özünü əks etdirir.
«Qırx qız» eposunun Qurbanbəy Tajibəyovdan yazıya 
alın mış variantını  nəzərdən keçirərkən bəzi yerlərdə biz 
hadisə lərin qeyri-məntiqi inkişafını, süjet xəttində bəzi qırıl-
ma ları,  əsərin başlıca məzmununda bəzi uyğunsuzluqların 
və s. ortaya çıxdığını müəyyən edə bilərik. Belə hallar, heç 
şübhəsiz ki, eposun ayrı-ayrı hissələrinin xronoloji ar dıcıllı-
ğının ortaya qoyulmasını da çətinləşdirir. Bəzən bu tipli bu-
raxıl malar  ayrı-ayrı motivlərin, epizodların və obrazların 
əsərin konkret hissəsi ilə uyğunlaşmasını  çətinləşdirir, poe-
manın ümumi pafosuna müəyyən dərəcədə xələl gətirir. Bu, 
həm də başqa bir mühüm məqamın ortaya çıxmasına  diq-
qət yetirməyi zəruriləşdirir. Bu tipli abidələri nəşr üçün seçən 
zaman onların milli özünəməxsus xüsu 
siyyətlərinə ayrıca 
diqqət yetirməyi gündəmə  gətirir.  Burada eyni zamanda 
janrın spesifikasını, kompozisiya xüsusiy yətlərinı, məzmun 
cəhətinı, obrazın təsvir tərzini, eposun bütün bədii-poetik  
quruluşunu və s. göz önünə gətirmək lazımdır (Təəssüf ki, 
A. Tarkovskinin tərcüməsində «Qırx qız» eposunun milli 
özünəməxsusluğu tamamilə unudulmuş,  əsərin məzmun, 
struktur, kompozisya, forma və  təqdimat xüsusiyyətlərinə 
ciddi ziyan dəymişdir).
Beləliklə, qaraqalpaq xalq qəhrəmanlıq dastanı «Qırx 
qız»ın folklor-etnoqrafik mənbələrini, forma-kompozisiya 
və ideya-bədii xüsusiyyətlərini təhlil edərkən bir sıra  əsaslı 
nəticələrə  gələ bilirik.  «Qırx qız» epik poeması çoxqatlı  və 
çoxplanlı tarixi, etnoqrafik və folklor nümunəsi olması ilə 
nəinki qaraqalpaqların, həm də digər türk xalqlarının bədii 
yaddaşında mühüm yer tutmaqdadır.
38
 Poema  ilk növbədə 
ona görə unikal  və spesifikdir ki, burada nəinki türk 
batırlarının qəhrəmanlığı, həm də türk qadının  - Gülayimin, 
Sərvinazın və onların otuz səkkiz rəfiqələrinin qəhrəmanlığı, 
cəsurluğu, qoçaqlığı, igidliyi və düşmənlərə endirdikləri 
ölümcül zərbələrlə  əldə edilmiş  qələbə  vəsf olunur.
«Qırx qız» dastanı  həm də ona görə  fərqli folklor 
hadisəsidir ki, burada uzaq keçmişdə yaşamış qaraqalpaq 
amazonkalarının qəhrəmanlığından bəhs olunur. Əsər qədim 
Xarəzm sartları  və qaraqalpaq müytenlərinin dastanlarına 
bağlıdır. Burada həm də qaraqalpaqların qədim əcdadlarının 
arxaik sosial ənənə və adətləri öz əksini tapmışdır. Dastanın 
əsas süjetində ilkin matriarxat variantını tapmaq olar ki, bu 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
100
101
əsər məhz matriarxat və amazonka motivləri ilə kifayət qədər 
zəngindir. Xatırladaq ki, qədim tanınmış antik tarixçilər 
Herodotun, Diodorun və başqalarının  əsərlərində sak-
massaget qəbilələrinin həyatında qadının rolu, Tomirisin 
Persiya  şahı Kirə sarsıdıcı  zərbələr endirməsi haqqında 
məlumatlar yer almaqdadır. Eposun formalaşmasında digər  
ünsürlər,  əfsanə  və  rəvayətlərlə yanaşı, «Avesta», «Kitabi-
Dədə Qorqud», «Şah namə» kimi  mənbələrin böyük rolu 
olduğunu da nəzərdən qaçırmaq olmaz. Bütün bu kifayət 
qədər məlum  əsərlərin içində etnoqraf L.S.Tolstovanın 
«Qırx qız» eposuna qədim erməni  əfsanələrinin təsirindən 
danışması dissonans kimi səslənir. L.S.Tolstova heç bir 
konkret  əsas olmadan və fakt göstərmədən «Qırx qız» 
əsərindəki Sərkop  şəhərinin adını  nəyə görəsə Assuriya 
şəhəri Şamirama və guya erməni şəhəri Samirama bağlayır. 
Və belə yanaşma tərzi heç nə ilə  təsdiq olunmur. Müəllif 
nədənsə «Qırx qız»ın bütün xüsusiyyətləri (mövzu, məzmun, 
ideya, kompozisiya, obrazlar və s.), personajların davranışı, 
başlıca hadisələr, hadisələrin cərəyan etdiyi ərazilər, bədii 
ifadə vasitələrinin xarakteri və s. görə əsəri sırf türk dastan 
ənənəsinə bağlamaqdan imtina edir və,  fikrimizcə, belə 
tendensioz yanaşma tərzi özünü qətiyyən doğrultmur.
39 
Onu da əlavə edək ki, dastanın L.S.Tolstovadan başqa heç 
bir araşdırıcısı əsərdə erməni, yaxud Assuriya elementlərinin 
olduğunu təsdiqləməmişdir.  Əksinə, «Qırx qız» eposu türk 
etnik arealına bağlılığına görə  nəinki qaraqalpaq, türk, 
həm də digər xalqların təfəkkür sahiblərinin diqqətini cəlb 
etmişdir.  Əsərin ideya xüsusiyyətləri, xalq obrazlarının 
həyatiliyi dünya mədəniyyətinin tanınmış nümayəndələ-
rindən olan böyük fransız yazıçısı Lui Araqonun marağına 
səbəb olmuşdur. «Qırx qız» dastanının  qəhrəman  obrazları 
ilə tanış olan bu böyük yazıçı  əsəri məşhur roman-german 
dastanlarından   «Roland haqqında nəğmə» ilə müqayisə 
etmişdir. Lui Araqonun məhz belə xarakteristikası,  əsərin 
monumentallığı  və  məzmun xüsusiyyətləri, həm də digər 
xalqların epik təfəkkür daşıyıcılarının və mütəfəkkirlərin 
«Qırx qız»a marağını  artırmışdır. Onlar bu dastanı öz doğma 
xalqlarının (rus, özbək, türk, qazax, litva, qırğız, türkmən və 
s.) dilinə çevirməklə  əsərin populyarlaşmasında  və geniş 
yayılmasında böyük rol oynamışlar.
Bütün qeyd olunanlara baxmayaraq, belə maraqlı 
məzmunlu dastan hələ də mütəxəssislər  tərəfindən  kifayət 
qədər öyrənilməmişdir.  Əgər dastanın tarixi-etnoqrafik 
mənbələri az-çox öyrənilmişdirsə, onun folklor, ideya-
məzmun və kompozisiya-struktur xüsusiy 
yətləri hələ  də 
xüsusi təhlil pred 
meti kimi çıxış etməmişdir. Qaraqalpaq 
folklorşünasları və eposşünasları, N.Davkarayev,  İ.Sagitov, 
K.Aimbetov, K.Maksetov, S.Bahadırova, türkiyəli dastanşü-
naslar F.Türkmən, S.V.Uyğur və başqaları  əsər haqqında 
bir sıra mülahizələr yüyürtsə  də, «Qırx qız» kimi qə dim, 
arxaik köklərə dirənən bu əsərin xeyli məsələlərini diq-
qət mərkəzinə çəkməyə bu gün də ehtiyac duyul maq dadır. 
Bütün bu məsələlər təhlil etdiyimiz əsərin bir sıra para metr-
lərdən öyrənilməsini bu gün də  aktuallaşdırmaqdadır. 
Ədəbiyyat
1. Толстова Л.С. Использование фольклора при изучении 
этногенеза  и  этнокультурных  связей  народов//  Фольклор  и 
историческая этнография. М., 1983, с.9. 
2.  Кырк  кыз.  Каракалпак  халг  достаны.  Тарж.Уйгун ve 
Миртемир.  Тошкент, 1948. 
3. Кырк кыз. Записано со слов народного певца Курбанбая 
Бахши.  Пер.  С.Сомовой.  Ташкент,  Госиздат  Узб.ССР, 1949., 
290 c.
4. Uyğur C.V. Karakalpak destanları. Kırk kız destanı. 
Ankara, Türk Dil Kurumu Yayınları, 2007, s. 40-843.


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə