Qaraqalpaq indd



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə24/111
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57047
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
94
95
adına bağlanır ki, həm də onu eyni zamanda erməni əfsanəsi 
ilə əlaqələndirmək düzgün olardı. Bundan başqa L.Tolstova 
sonrakı  əsərində  nəzərdən keçirdiyimiz abidənin qədim 
qatı haqqında danışarkən onun bir sıra motivlərinin «Qırx 
qız», «Nart» və  oğuz eposu «Kitabi-Dədə Qorqud»la olan 
əlaqələrini və eyni zamanda İran xalqlarının orta əsrlər eposu 
(«Şahnamə») və bir sıra digər Xarəzm əfsanələrinin variantları 
«sartlar» və «müytenlər» də özünü əks etdirdiyini göstərir.
32
 
Belə uyğunluğun kökünü o, bu xalqların genetik, mədəni 
əlaqələrin dəki yaxınlığında görür. L.Tolstova yazır ki, «Qırx 
qız» dastanının çoxsaylı analogiyaları osetin «Nart»  eposuna, 
həm də digər qohum (uyğun) əfsanələrə gedib çıxır ki, onların 
da yayılması  əsasən skif-sarmat-sak-massaget dünyası    və 
onun alan əfsanələri ilə genetik əlaqələrini, osetinlərin və 
Aralətrafı xalqların xüsusən qaraqalpaqlar arasında müəyyən 
yaxınlığını görmək mümkündür.
33
 Bununla bağlı L.Tolstova 
öz əsərində hətta konkret bir sxem də təqdim edir ki, onun 
fikrincə bu «Nart» eposunun əsas mənbəyi kimi ortada 
dayanır.  Əlbəttə, biz epik əsərlər arasında belə  əlaqələrin 
olduğunu qəbul etsək də, bununla belə «Qırx qız» eposunun 
onunla heç bir qohumluq əlaqələri olmayan erməni əfsanələri 
ilə yaxınlığını qeyd etməyin o qədər də inandırıcı olmadığını 
söyləməyi zəruri hesab edirik. 
Dastanla yaxından tanışlıq zamanı bir mühüm xüsusiyyət 
də özünü göstərir ki,  bu da «Qırx qız»ın doğrudan da 
qədim dövrlərdə yarandığını sübut edir. Bu əsəri hələ 
vaxtilə XVIII əsrdə qaraqalpaq dastançı-şairi Jien Jırau özü 
əzbər söyləmişdir. Jien nəinki «Qırx qız» dastanın, həm də 
«Alpamıs», «Koblan», «Maspat şa» və digər poemaların da 
mahir ifaçısı kimi tanınır. Jien adı xalqın yaddaşında yetərincə 
yaşamaqdadır. O, bu gün həm də qaraqalpaq ədəbiyyatının 
banisi kimi tanınmaqdadır.
Jien xalq poeziyasını, əcdad poeziyasını, şifahi poeziyanı 
yaxşı bilirdi. Buna görə  də o, onların ifa olunmasına da 
qayğı ilə yanaşırdı. «Qırx qız»ın ifası dildən-dilə, ağızdan-
ağıza, bir ifaçıdan digərinə keçməklə hər dəfə genişlənir və 
hər bir ifaçı onu Jienin təqdim etdiyi kimi ifa etmək istəsə 
də, öz əlavə detallarını da əsərin kontekstinə daxil edirdi. 
İfaçılar köhnəlmiş görünən  şeyləri yeni realiyalarla, yeni 
anlayışlarla  zənginləşdirirdilər. Beləliklə də, dastanın  bu və 
ya digər məqamlarını, keçmiş dövrlərin möhtəşəm abidəsini 
dövrümüzə gətirib çatdırırdılar. Dastan toplayıcıları dəfələrlə  
belə bir məsələni diqqət mərkəzinə çəkmişdilər ki, guya ifaçı 
poemanı dinləyicilərə olduğu kimi çatdırır. Həqiqətdə isə 
onun mətni  əvvəlki mətndən fərqlənirdi. Epik ifaçı heç də 
yaddaşında təsvir olunmuş mətni saxlamır. O, bəzən elə olur 
ki, hər yeni ifa zamanı mətni yenidən canlandırır və, beləliklə, 
göz qarşısında konkret mətnin variantı yox, onun daha geniş 
şəkildə ifası özünü  nümayiş etdirir. İfaçı bir imkandan yox, 
bir neçə imkanlardan istifadə edir. 
Poemanı dövrümüzə gətirib çatdıran digər dastançı Qur-
banbəy Tajibəyov  olmuşdur. Onun dastanı yaxşı bil məsini 
biz bu nəğməkarın  təhkiyə manerasında bir sıra imkanların 
ortaya çıxması ilə bağlı  özünü göstərdiyinin şahidi oluruq. İfa 
zamanı Qurbanbəy Tajibəyov əsərin ilk söylənilmiş mətnini 
çox da zədələməyə yol verməmişdir. Qaraqalpaq eposşü-
nasları «Qırx qız» poemasını 1940-cı ildə məhz onun dilindən 
qələmə almışdılar. 1958-ci ildə Q.Tajibəyov vəfat etdikdən 
sonra A.Tarkovski «Gözəl Gülayim haqqında povest»ini bu 
böyük jıraunun işıqlı xatirəsinə  həsr etmişdir. Təəssüf ki, 
Jien Jıraunun variantı saxlanılmadığından bizim Qurbanbəy 
variantını  hər hansı müqayisəyə  cəlb etmək imkanımız da 
yoxdur.  Əgər belə bir imkan olsaydı, heç şübhəsiz ki, biz 
müxtəlif dövrlərdə ifa olunmuş variantları qarşılaşdırıcı – 
tipoloji yöndə nəzərdən keçirməklə əsərin məzmun xəttində, 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
96
97
kompozisiyasında və süjetində baş vermiş  dəyişikliklərin 
nədən ibarət olduğunu daha aydın müşahidə edə bilərdik. 
Jie nin  variantı  əlimizdə olmasa da, Qurbanbəy Tajıbəyov 
ifa sın da  döyüş epizodları  və vuruş  səhnələri kifayət qədər 
görümlü verilmişdir.  Əsərdə  batal (döyüş)səhnələr daha 
geniş yer tutmaqdadır. Buna görə  də «Qırx qız» eposunda 
bədii  kompozisiya və döyüş epizodlarının nəzərdən 
keçirilməsi  əsərin poetikasının dərk edilməsi üçün olduqca 
böyük əhəmiyyətə malikdir. Qurbanbəy Tajıbəyov variantının 
bütün detalları ilə öyrənilməsi qaraqalpaq söyləyicilərinin 
ifaçılıq ustalığının, onların ənənəvi epik yaradıcılıq ustalığı ilə 
əlaqələrini dərindən dərk etməyə imkan verir. Əsərdə geniş 
şəkildə təqdim olunmuş döyüş səhnələri bütün detalları ilə 
işlənməklə bir sıra hallarda qırğız dastanı «Canıl Mirzə» ilə 
uyğunluqlara  malik olduğunu söyləmişdik. Burada bir sıra 
məqamları da əlavə etmək olar: yürüşə hazırlıq motivləri, 
qızların birgə döyüşə istiqamətlənməsi, rəqibin qarşı tərəfin 
yürüşü haqqında məlumat alması, döyüşün başlanması, 
döyüşdə batırların təkbətək görüşü, ümumi döyüşün 
vəziyyəti, döyüşün sonu, döyüşdən sonrakı  vəziyyət və s. 
bu əsərlərdə geniş yer almışdır. Dastanların belə müstəvidə 
təhlillərə  cəlb edilib  incələnməsi qırğız alimi A.Sıdıkovun 
təcrübəsində daha maraqlıdır.
34
«Qırx qız» dastanının süjet-kompozisiya məsələlərini 
təhlil edib belə  nəticələrə  gəlmək olar ki, burada hər  şey 
döyüş epizodları  və  səhnələri ilə bağlı olmaqla müəyyən 
prinsipə söykənərək qurulur.  Bu prinsiplər də öz növbəsində 
öz sabitliyi və ənənəviliyi ilə diqqəti cəlb edir. Eyni zamanda  
bunu da qeyd edək ki, bu yalnız onun ifa olunması zamanı 
özünü büruzə verir.
Burada başqa bir məqamı da qeyd etmək yerinə düşər: 
epik  əsərlərin yaranması  və onların ifası mütləq mövcud 
ənənə daxilində gedir və getməlidir. Bunu nəinki janrın ideya-
estetik sisteminin sabitliyində, obrazların xarakteristi kasında, 
həm də eposun üslub vasitələrinin mühüm hissəsi ilə bərabər 
mətn ifadəsində görə bilirik. Söyləyicilər tərəfindən müəyyən 
pro sesin  təsvirində tətbiq edilən «ümumi yerlər» (döyüşə ha-
zırlıq, atın yüyənlənib-yəhərlənməsi, batırların döyüşü və s.), 
adətən epik qatlarda çoxsaylı sabit  obrazlı ifadələri özün də 
əks etdirməkdədir. Nümunə kimi tədqiqatçılar iki mə həbbət 
dastanı - türkmənlərin «Hürliqa və Hemra», özbəklərin 
«Rüstəmxan»ını  hərtərəfli nəzərdən keçirirlər.
35
Əlbəttə, epik əsərlərin, o cümlədən «Qırx qız» eposunun 
xarak terik xüsusiyyətlərini müəyyənləşdirmək üçün hər hansı 
dasta nın iki və daha artıq variantının əl altında olması zəruri-
dir. Məsələn, qırğız xalq qəhrəmanlıq dastanı «Manas»ın bü-
tün təhkiyə strukturunun ortaya çıxarılması üçün (S.Oraz-
bə yov  və S. Karalayev variantları) mütəxəssislər adətən iki 
müx təlif variantları götürüb, müvafiq təhlillər aparmaqla 
eposda döyüşlərin təsvirini və hücum səhnələrinin ümumi və 
fərqli məqamlarını müəyyənləşdirirlər. Eynilə belə üsuldan 
türk xalqlarında və qeyri-türklərdə mövcud olan «Koroğlu» 
dastanının variantlarını  təhlillərə  cəlb etməklə  nəticələrə 
gəlmək olar. Bu həm də ona görə mümkündür ki, bu gün 
eposun müxtəlif variantları daha geniş məlumdur: İ.Şopenin, 
A.Xodz konun,  O.Sandın, V.Xuluflunun (Aşıq Hüseyn Bo-
zalqanlıdan yazıya alınmış variantı), H.Əlizadənin (Aşıq 
Hü seyndən yazıya alınmış variantı), Gürcüstan EA-nın Ke-
kelidze adına  Əlyazmalar  İnstitutunda gürcü türkoloqu 
L.Çlaid zenin  üzə  çıxardığı «Koroğlu»nun  ən monumental 
va riantı  və digər variantlar üzərində daha səmərəli  şəkildə 
qur maq  olar.
Bu baxımdan türk xalqlarının epik əsərlərinin seçilməsi və 
nəşr olunması ilə bağlı proseslərin yalnız müəyyən mənada 
qə naətbəxş olduğunu da qeyd etməyə ehtiyac vardır. Mə sə-
lən, tanınmış folklor mütəxəssisi A.Ş.Mirbadaleva özünün 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə