Qaraqalpaq indd



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə20/111
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57047
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
78
79
Madinada Muxammed       
Mədinədə Məhəmməd,
Türküstanda Xojaxmet     
Türküstanda Hacəhməd
Bul turğan balalardın,        
Bu duran balaların
Jolın sarday aşagör.
14
         
Yoluna sən kömək ver.
Qocaların, ahılların dilində türbə, Yaradan, Allah, Xuda, 
pirlər, Məhəmməd peyğəmbər,  Şeyx Hacı  Əhməd Yasəvi 
adları heç də boşuna dilə gətirilmir. VI-VII əsrlərdə yaşamış 
Məhəmməd peyğəmbər (ə.s.), XI-XII əsrlərdə yaşamış  Şeyx 
Hacı  Əhməd Yasəvi digər müsəlman türklərinin olduğu 
kimi qaraqalpaqların da müqəddəsləri hesab olunmuş 
və olunmaqdadırlar. Doğrudan da Türküstanda Şeyx 
Hacı  Əhmədin nüfuzu (yeri gəlmişkən qeyd edək ki
qaraqalpaqlar Türküstanı «Aтa  журты» - “Aтa yurdu” 
adlandırmaqdadırlar) Məhəmməd peyğəmbərinki qədər 
yüksək olduğundan onun populyarlığı  və müqəddəsliyi 
haqqında hekayətlər, rəvayətlər, məlumatlar mənbələrdə 
dolaşmaqdadır.
15
  Məlum olduğu kimi, Şeyx Əhməd «Divani-
hikmət»ində xüsusi populyar formada islam qanunlarını 
təbliğ etməklə sufi  təriqətinin aparıcı nümayəndələrindən 
biri kimi məşhur olmuşdur.
«Qırx qız» dastanının ümumi mətni ilə yaxından tanışlıq 
burada müqəddəslərə necə böyük dəyər verilməsini yetərincə 
təsdiqləyir. Mətndə bu yerlər kifayət qədərdir. Bunlar 
aşağıdakılardır: «Fəryad edər Xudaya»
16
 (s.80), «Allah adını 
anar (s.88), «Allah ömür versin uzun yaşına» (s.94), «Sığındım 
bir Allaha» (s.104), «sən nə etdin Xudaya» (s.112), «Ay Allahım 
bax da bizi düşünüb» (s.116), «Peyğəmbər olub Yurındaz» 
(s. 124), «Peyğəmbərə yalvarıb» (s. 130), «Mərhəmət etmədi 
mənə İlahim, varıb, (gedib) ziyarət üçün» (s.152 ), «Xudaya 
yalvarıb orda» (s.154), «Allahın izni ilə işlər görəyim» (s. 156), 
«Müsəlmanın fərzlərini etmisən» (s.158), «Mərhəmət baba, 
yalvararaq Allaha, üzün tutdu qibləyə, peyğəmbərə baba-
can» (s. 160), «Məhəmməd adlı peyğəmbər, peyğəmbərə 
etdi duasını», Allahın sevdiyi qulun»  (s.164), «Allahın dostu 
Məhəmməd, öfkələndi peyğəmbər,  əzrayıl canın alınca» 
(s.166), «Peyğəmbər gözətlərkən» (s.172), «Övliyaya söz 
verib» (s.186), «Verdi mənə Allahım» (s.184), «Bir Allahdan 
təkcə budur diləyim» (s. 206), «Uşaq ikən yetim etdi Allahım» 
(s.214), «Göz yaşımı görür idi Allahım»  (s.218), «Nalə çəkib 
bir Allaha ağlaram» (240), «Allahım nəsib etmişdir» (s.242), 
«Mənə acıyıb diri qoyma Allahım» (s.298), «Yaradan Allahım, 
Xudam» (s. 316), «Baxın müsəlmanların» (s.432), «Allah, 
Allah deyə  çığırır» (s.436), «Biz nə etmişik sənə, Allahım», 
«Öz elimdə hüzur qoymayıb Rəbbim, yalvararaq Allah 
səndən umaram»(s.444), «Ey Allahım, Allahım» (s.482), 
«Allah açsın yolunu» (s.594), «Ey Allahım, Allahım, saldın, 
başıma vayını» (s.632), «Qəbul oldu Allahım» (s.638), «Göz 
yaşların heç görürmü Xudayam» (s.682), «Göz yaşımı görən 
oldu Allahım» (s.686), «Bir Xudadan diləyi» (s. 752) və s.
Dastanda bəzən Allaha, Yaradana, Xudaya, peyğəmbərə, 
övliyalara, pirlərə, qibləyə və s. müraciət klassik ədəbiyyatdakı 
kimi sanki minacat şəklində gedir. Allahyar bəy, Gülayim, 
Arıslan,  Sərfinaz, Altınay və başqa bu kimi obrazlar Allahla 
ünsiyyətə girməklə ona dualar edirlər. Yeri gəlmişkən qeyd 
edək ki, minacatdan nəinki klassik poeziyada Nizami, 
Balasağunlu, Nizami Zöhrabi və b.,  həm də xalq ədəbiyyatı 
nümunələrində  geniş istifadə olunmuş  və    «Qırx qız» 
dastanında bu xüsusilə maraqlı  təqdim olunmuşdur.
«Qırx qız»da övliyalar, ocaqlar, pirlər  və s.  yaxından iştirak 
edirlər. Çünki islamiyyətin yayılmasında və təbliğində onlar 
özlərinə  və başqalarına yardımçı olmaqla, özlərini maddi 
iqtidar sahiblərindən qat-qat üstün tuturdular. Sultanlar, 
qazilər öldükdən sonra adları unudulduğu halda Mövlanalar, 
Pir Sültan Abdallar, Şeyxlər, Bəktəşilər unudulmurdu.
17
 Yəqin 
elə buna görə də indiki Qazaxıstan ərazisində yerləşən Şeyx 
Əhməd Yasəvinin məqbərəsi az qala Məkkə kimi ziyarətgah 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
80
81
olmaqda diqqəti cəlb etməkdədir. Türkiyəli memarlar da bu 
məqbərəni 1993-cü ildə ona böyük ehtiyac olduğundan bərpa 
etməyi qərara almışdılar. 
Belə olduğu təqdirdə «Qırx qız» dastanı qəhrəmanlarının 
mənəvi həyatı  və  əxlaq dəyərləri ilə bağlı olduğunu öz 
varlığından keçib Allaha üz tutmanın, pirlərə, övliyalara 
tapınmanın  qəhrəmanların qəlbində mühüm yer tutduğunu 
söyləyə bilərik. Dastanda bir sıra hallarda müəyyən olunur 
ki, qəhrəmanlar və obrazlar heç nəyə, heç kimə qul olmayıb 
şeytana alçalmamaqla, Haqqın, Rəbbin nəsibini axtarıb 
zahirdən uzaqlaşıb batinə yaxınlaşmağı  ön plana çəkirlər. Bu 
obrazların daxilində mistikaya inanma bütün digər dinlərdə 
xristianlıqda, iudaizmdə, buddizmdə, manixeizmdə mövcud 
olanlardan fərqli olub yalnız islam əxlaqına söykəndiyi 
ortada dayanır.
Allahı, Yaradanı çağırma dastanda heç də yalnız 
qəhrəmanların hiss və  əhval-ruhiyyəsini ifadə etmək 
vasitəsi kimi xidmət etmir. K.Maksetovun “Qırx qız”da dinə 
münasibətini biz bu baxımdan nəinki müdafiə edir, həm də 
onun belə yanaşmasının ziddiyyətli olması kimi qiy mətlən-
diririk. K.Maksetovun qeyd etdiyinin əksinə olaraq Gülayim, 
Arıslan, Sərfinaz, Altınay pirlərə, övliyalara müraciət etməklə 
xalqı öz ətrafında sıx birləşdirməklə  məqsədlərinə canatma  
və düşmən üzərində  qələbə qazanmaları kimi nəzərdən 
keçirməliyik.
«Qırx qız»ın qədim hissəsi sak-sarmat-massaget mədəni  
ənənələrinə gedib çıxır. Maraqlıdır ki, dastanda bu xalqın 
sosial problemləri və qaraqalpaqların qədim  əcdadlarının 
ənənələri  əksini tapmışdır.
18
 Dastanın süjeti eyni zamanda 
öz qədim ilkin matriarxat variantında yaş sinifləri haqqında 
da məlumat verir. Bu onu göstərir ki, cəsur, gözəl Gülayim 
öz 39 rəfiqəsi  amazonkalarla uzaq Sərkop adasında yaşayıb 
düşmən yürüşlərindən qorunmaqla vətənini xilas etmək 
əzmindədir. Türk xalqlarının dastanları  sırasında «Qırx 
qız» olduqca unikaldır. Düzdür, bu tipli digər bir epik abidə 
də mövcuddur ki, o qırğız xalqına məxsus «Canıl Mirzə» 
dastanıdır.
19
 Bu əsərin baş  qəhrəmanı Canıl Mirzə olmaqla, 
o da düşmənə qarşı amansız mübarizə aparır. Yeri gəlmişkən 
qeyd edək ki, Canıl Mirzə, vaxtı ilə  akın Moldo Baimbetin 
dilindən yazıya alınmışdır. Canıl Gülayim kimi güclü, cəld, 
bacarıqlı, cəsur olmaqla qəbiləsini və özünü düşmənlərdən 
qorumağa çalışır. Ölkəsinin və özünün ləyaqətini alçaltmaq  
istəyənlərə qarşı mübarizliyini sübut edir. 
Canıl Mirzənin  qeyri-adi fiziki qüvvəsi, həm də onun 
hərbçi olma bacarığını göstərir.  Canılın rəhbərlik etdiyi 
xalq  mehriban və  əməksevərdir. Eposda qırğız xalqının 
batır mədəniyyəti, batır sənəti, adəti, ənənələri, məişəti yaxşı 
əks olunmuşdur. Canıl koyqut qəbilə sindən olan noyqut 
tayfasındandır. O, Qara Qambul  başda olmaqla, kalmık 
ordusuna qarşı vuruşur. Canılın gözəlliyi və  cəldliyi digər 
batırları da az qala özlərindən alır, o cümlədən ona Qoşqar 
xanı Dursunun da gözü düşür, Əndicandan olan Ülbürcük 
batırın da ona olan sevgisi hədsizdir, pəhləvan Burqun da 
ondan kəsir, cəsur Kurmanbəy də onunla birgə olmağa çalışır, 
bundan başqa Canıla qədim qırğız tayfasından olan Manan 
Tulku da, Ucuke də vurulmuşdu, eyni zamanda qazaxların 
başçısı  cəsur  Şırdakbəy, Ak-Koçkor və digərləri də Canıl 
Mirzəni  ələ keçirmək istəyirdilər. 
Eposda oyrotlar, kalmıklar, qazaxlar, özbəklər və digər 
qəbi lələr və xalqlar haqqında söhbət açılır.  Əgər biz əsərin 
süjet-kompozisiya xəttinə  və mövzusuna nəzər salsaq, 
onun bəzi məqam larının «Qırx qız»la oxşarlığının  şahidi 
olarıq. Hər iki abidənin başlıca xüsusiyyətləri, onların oxşar 
məqamları ilə bağlıdırsa, həm də aralarında xeyli  fərqlər də 
mövcuddur.
20
 «Qırx qız» daha monumentaldır. «Qırx qız» 
21 nəğmə, 290 səhifədən ibarət olduğu halda, «Canıl Mirzə» 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə