Qaraqalpaq indd



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə17/111
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57047
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
66
67
onu birdəfəlik öz məmləkətindən qovur. Buna baxmayaraq
xanın doqquz sonsuz arvadları Gülşara üzərində qələbəni heç 
də uzunmüddətli bayram edə bilmirlər. Az keçmir ki, onlar 
köhnə göldə boğdurduqları uşaqların ölməyib yaşadıqların-
dan xəbər tuturlar. Belə olduqda onlar yenə də cadugər qarıya 
bir də müraciət etməli olurlar. Cadugər qadının köməyi 
ilə onlar bir nəfər  muzdlu tutub ona uşaqları göldən tapıb  
götürməyi və kisəyə qoyub məmləkətin hüdudlarından 
kənara aparıb orada doğramaq  əmrini verirlər. Bu muzdlu 
kəs tapşırığı etsə də, onu tam yerinə yetirmir, daha doğrusu, 
uşaqları öldürmür. Əvəzində onların hər ikisini səhradakı 
yolların kəsişdiyi yerdə qoyub geri qayıdır. Qayıdarkən o, bir 
ceyran balasını öldürüb, ekizlərin köynəyini qana boyadıb, 
onların qanlı paltarı ilə saraya gəlir. Xan arvadları bunu gö-
rüb kişini yetərincə mükafatlandırıb, körpələrin köynəklərini 
yandırırlar.
Allahın Şəhriyar və Anjimə yazığı gəlir. Onlar yol ayrıcında 
qoyulduğu vaxt oradan karvan  keçirmiş. Karvanbaşı 
körpələri görüb götürməklə, onları öz xanları  Şahsuvara 
gətirir. Uşaqların gözəlliyinə vurulan Şahsuvar xan və arvadı 
Ağdövlət  elə o andan onları övladlığa götürürlər...   
Beləliklə, biz qaraqlapaq dastanlarının bir sıra xüsusiy-
yətlərinə nəzər salıb onların xarakterik  cəhətlərini, məzmun, 
ideya, obrazlar sistemini və s. nəzərdən keçirdikdə belə 
nəticəyə gələ bilirik ki, qaraqlapaq dastanlarının əksəriyyəti 
nəzmdə olmaqla, öz ritmikliyi, qafiyə quruluşu və musiqililiyi  
ilə seçilir.  Qopuz və dutarın köməyi ilə ifa olunan xalq 
melodiyaları vasitəsilə  dinləyici və tamaşaçılara çatdırılan 
bu dastanlar öz milli koloriti ilə seçilir. Qaraqalpaq jırauları 
dastanları ifa edərkən yaxşı məlahətli səslə yanaşı, bəlağətli 
nitqə, improvizasiya və musiqi alətlərində çalmaq istedadına 
malik olurlar. Qurbanbəy Tajibəyov, Yesemurad Nurabıllayev, 
Qiyas Xeyrəddinov, Capaq Şamuradov, Qaracan Kabulov, 
Xocambergen Niyazov, Ataniyaz Ayimbetov və b. məhz belə 
məharətli ifaçı  və söyləyicilərdən olmuşlar. 
Qaraqalpaq jıraularının  epik repertuarı yetərincə zəngin 
və rəngarəngdir. Onların hər biri neçə-neçə dastanları əzbər 
bilir, onlarca nəğmələri qopuz və dutarla bacarıqla ifa edirlər. 
Qaraqalpaq xalq jıraularının və baksılarının canlı yaradıcılığı 
ənənəvi xalq eposunu  bizim dövrümüzdə də xalq içində hələ 
də qorunub saxlanıldığını sübut edir. Müasir mədəniyyətin – 
teatrın, müsiqinin, radionun, televiziyanın, texniki vasitələrin, 
SD və kompakt disklərin, kompüterin, internet şəbəkələrinin 
geniş yayıldığı, sürətli urbanizasiya prosesləri getdiyi bir 
dövrdə qaraqalpaq dastanlarının yaşadılması, onların xalqın 
ənənəvi mədəniyyətinə verdiyi dəyərin bariz nümunəsi kimi 
qiymətləndirilməlidir.
Ədəbiyyat
1. Нурмухамедов М.К., Жданко Т.К., Камалов С.Л. Карака-
л паки (краткий очерк истории с древнейших времен да наших 
дней) Ташкент, ФАН. 1971, s. 58.
2. Давкараев Н. Очерки по истории дореволюционной  кА-
ра калпакской литературы. Ташкент, 1959. 
Сагитов  И.  Каракалпакский  героический  эпос.  Ташкент, 
1962. 
Аимбетов К. Народная мудрость. Нукус, 1968. 
Сагитов И.Т. Каракалпак кахраманлык эпосы. Нöкис, 1963. 
Максетов К. Поэтика каракалпакского героического эпоса. 
Ташкент, 1965. 
3. Максетов К.М. Каракалпакский эпос. Ташкент, “ФАН”, 
1976, s. 6.
4. Максетов К.М. Каракалпакский эпос. Ташкент, «ФАН», 
1976, с.40.
5. Максетов К.М. Героический эпос, с. 64.
6. Кобланды – батыр. М., Восточн.лит., 1975.
7.  Липец  Р.С. «Завоеванная  женщина»  в  тюркско-


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
68
69
монгольском    эпосе//  Фольклор  и  историческая  этнография. 
М., 1983, с.44 
8.  Сказание  о  Шарьяре.  Каракалпакская  народная  поэма. 
Записана  со  слов    народного  сказителя  Кулемета  жырау// 
Антология  каракалпакской  поэзии.  Ташкент, «Худож.лит.», 
1968. 
9. Изеукей менен Моразым// Башкорт халык ижады. Т.VIII 
Юфю, «Китап», 2006, с. 398-452. 
«Идукай  и  Мурадым»//  В  краю  поющих  журавлей.  Уфа, 
«Граффити», 1998. 
IV. «QIRX QIZ» VƏ ONUN 
QARAQALPAQ XALQININ  TARİXİNDƏ 
VƏ  BƏDİİ YADDAŞINDA YERİ
«Qırx qız» - çoxqatlı  və çoxplanlı tarixi, etnoqrafik və 
folklor nümunəsi kimi. «Qırx qız», onun yaranma tarixi 
və qaraqalpaq xalqının bədii yaddaşında yeri. Eposun 
qədim folklor-etnoqrafik mən bə ləri. Poemanın struktur-
kompozisiya xüsusiyyət ləri. «Qırx qız»ın  ideya-məzmun 
özünəməxsusluğu. «Qırx qız»ın qırğız qəhrə manlıq poeması 
«Canıl Mirzə» ilə  səsləşmələri. Eposun iki istiqamət xətti. 
Qaraqalpaq dastançıları (Jien Jırau, Qurbanbəy Tajıbəyov) 
xalq epik dastanlarının söyləyiciləri kimi. «Qırx qız» 
eposunun S.Somova və A.Tarkovski tərcümələri. “Qırx 
qız”ın A. Tarkovski variantına söykənmiş Ə. Salahzadənin 
Azərbaycan dilinə etdiyi tərcümə. Əsərin orijinalının iki rus 
və Azərbaycan tərcüməsi ilə müqayisəsi.Gülayim dastanın 
baş qəhrəmanı kimi. Arslan, Sərfinaz, Allahyar bəy, kalmık 
xanı Surtayşa, Nadir şah obrazları. Eposda mifoloji və nağıl 
motivləri. Eposun bəzi məqamlarının «Avesta», «Kitabi-
Dədə Qorqud», «Şahnamə» və digər  əsərlərlə  əlaqələri. 
«Qırx qız»  qəhrəmanlıq poeması – qaraqalpaq xalqının 
mühüm bədii  nü mu nə sidir.  Bu  əsər son dərəcə çoxqatlı  və 
çoxplanlı tarixi-etnoqrafik və folklor  abidəsidir.  Əsərdə 
həm uzaq keçmiş, həm də dövrümüzə yaxın tarixi proseslər, 
Türküstan vilayətində, Xarəzm xanlığında gedən hadisələr 
əksini tapmışdır.
«Qırx qız» poeması elə bir mənbədir ki, oradan qaraqalpaq 
xalqı uzun əsrlər, bəlkə də minilliklər ərzində  məhz öz tarixini, 
onu  əhatə edən dünyanı  dərk etmişdir.  Əsərin məzmunu 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə