Qaraqalpaq indd



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə16/111
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57047
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
62
63
satqın kimi Şeyirxandan onun qardaşını məhv etmək istəyi 
epizodunda  əks olunur. Məqsim qızın bu təklifinin həyata 
keçirilməsinin  həll olunacağını  Şeyirxan aşağıdakı kimi 
ortaya qoyur: «Qardaşını məhv etmək üçün onu buradan altı 
aylıq bir məsafədə olan Julman şəhərinə göndərmək lazımdır. 
Orada üç bulaq var – Abuhəyat, Abuzəmzəm, Abupələk. 
Bu bulaqlardan hər birinin sehrli xüsusiyyətləri vardır. 
Abupələkdən içə bilən uzun ömürlü olur, Abuhəyatdan içən 
lap altmışdoqquz yaşlı qoca olsa belə iyirmibeş yaşlı cavana 
dönür, Abuzəmzəmdən isə hər hansı bir kəs bir qurtum içsə, 
o, bütün ömrü boyu xəstəlik nə olduğunu bilmir. Bu sehrli 
bulaqları Kakrap adlı div qoruyur. Onu Həzrət İskəndər öz 
sehrinin gücü ilə hərəkətsiz həyat tərzinə məhkum etmişdir. 
Orada dərin bataqlıqlar var. Bulaqdan su içməyə  gələnləri 
div udur, bataqlıq onları məhv edir. Qardaşını oraya göndər, 
qoy orda məhv olsun».
Nəinki qaraqalpaq, türk, həm də monqol eposunda 
batırın sevdiyi qızı  ələ keçirib  onunla evlənməsi geniş 
yayılmış epik motivdir. Uzaqda yaşayan qızın axtarışına 
çıxma (göbəkkəsmə, yaxud buta verilmə) folklorda tez-tez 
rast gəlinən motivdir. Gənc batır qız dalınca gedərkən bütün 
sədd və çətinliklərdən keçəcəyinə və sevgilisinə qovuşacağına 
inanır. Eposda evlənmə, gəlin  öz düşdüyü vəziyyətilə, öz 
ölkəsinin dağıdıl masına və yaxınlarının ölümü ilə barışmırsa, 
hər  şey onun ölümü ilə sona çatır. Lakin biz bir sıra türk 
dastanlarında qızın öz qəbiləsinə, xalqına qarşı  çıxdığının 
da  şahidi oluruq. Məsələn, «Qurbanbəy»də  Məqsim qızın 
Kalmık xanına öz qardaşını məhv etmək üçün müraciəti bu 
qəbildəndir. Belə  vəziyyəti biz qazax qəhrəmanlıq dastanı 
«Koblandı - batır»da da görürük. Məsələn, burada Kalmık  
xanının qızı Qarlıqa Koblandının zindandan qaçmasına, 
onun atasının və qardaşının  öldürülməsində    qəhrəmana 
yardımçı olması da məlumdur.
6
 R.S.Lipets qeyd etdiyi kimi, bu qızlar  bəzən əllərində silah 
öz atalarının göndərdiyi insanlara, batırlara qarşı çıxış edir, 
müdafiənin gizli planları  və zəif yerləri ilə bağlı məlumatlar 
verir, öz yaxınlarının zəif nöqtələrini oğlana göstərirlər.
7
Bu tipli nağıl epizodları dastanın süjet xəttinə üzvü 
surətdə bağlanır.  Əsərdə yer almış digər nağıl elementləri 
və personajlar – divlər, ölü bataqlıqlar və s. qəhrəmanların 
məqsədə çatmasında daim maneəyə çevrilir. Çünki doğrudan 
da Abuzəmzəm, Abupələk, Abuhəyat kimi insanlara 
xoşbəxtlik gətirən bulaqlar şahların  əsabələri tərəfindən 
qorunaraq daim  xalqın üzünə bağlı olurdu.
«Qurbanbəy» dastanında bədii ifadə vasitələrindən, o 
cümlədən hiperbola və müqayisələrdən də geniş istifadə 
olunmuşdur: Məsələn, «qara nər kimi nərə  çəkir», «alnı ay 
kimi bərq vurur», «qəzəbdən  əsir», «beli dartılmış kaman 
kimi  əyilir» və s.
Bu dastanda da digər qaraqalpaq dastanlarında olduğu 
kimi atalar sözü və  zərbi məsəllər yer almışdır. Məsələn, 
«Əgər igidin min düşməni varsa, onun min dostu, yaxını 
da var», «Əgər sən  lovğasansa, çiçəyin tez solacaqdır»  və 
s. Atalar sözü və  zərbi məsəllər «Qurbanbəy» dastanının 
ideya və məzmununu daha dərindən açmağa, onun dilinin 
ifadəliliyini və obrazlılığını kamilləşdirməyə xidmət etmişdir.
«Şəhriyar» lirik-epik poeması. Yuxarıda qaraqalpaqların 
dastan yaradıcılığından danışdıqda qeyd etmişdik ki, 
Qaraqalpaqstan sözün həqiqi mənasında folklor nümunələri 
və epik dastanların beşiyi adlanmağa layiqdir. Uzun zaman 
kəsiyində qaraqalpaqlar müxtəlif  şifahi janr nümunələrini 
inkişaf etdirə-etdirə son dərəcə orijinal nəğmələr, nağıllar, 
atalar sözü, zərbi məsəllər, müdrik tapmacalar və s. 
yaratmaqla onları ovxarlaya-ovxarlaya, naxışlaya-naxışlaya 
günümüzə  gətirib yetirmişlər.  Bununla belə  qədim 
qaraqalpaq  şifahi poeziyasının zənginliyi və  rəngarəngliyi 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
64
65
heç də qeyd etdiklərimizlə bitib tükənmir. Qaraqalpaqların 
lirik-romantik dastanları da mövzu və  məzmun baxımdan 
kifayət qədər naxışlıdır. Bu dastanlardan hər biri («Şəhriyar», 
«Şirin-Şəkər», «Mənglikal», «Bozatau», «Maspatşa», 
«Canadil», «Güldursun haqqında hekayət» və s.) qaraqalpaq 
epik repertuarını zənginləşdirmiş nümunələr olmaqla hamısı 
qaraqalpaqların yüksək poetik mədəniyyətinin və  zəngin 
fantaziyasının məhsulu kimi  diqqəti cəlb etməkdədir. Qeyd 
etdiyimiz baxımdan ən irihəcmli və özünəməxsus məzmunla 
seçilən dastanlardan biri də  «Şəhriyar»
8
 lirik-romantik 
poemasıdır.
«Şəhriyar» dastanının Azərbaycan xalqının romantik 
«Şəh riyar»  dastanı ilə o qədər də yaxından səsləşən  məqam-
la rını görməsək də,  əsərin başqurd «İdukay və Muradım» 
lirik-məhəbbət dastanı ilə  səsləşən elementlərini müəy yən-
ləş dir mək mümkündür.
9
«Şəhriyar» son dərəcə  bəzəkli, nağıl  koloriti ilə 
haşiyələnmiş  dastandır. Əsərdə yer almış xalq fantaziyasının 
özünəməxsusluğu, gerçək məişət səhnələri,  aydın, koloritli 
obrazlar, müxtəlif poetik priyomlardan istifadə, lirik və 
qəhrəmanlıq epizodlarının zənginliyi, incə psixologizm, 
son dərəcə maraqlı  təhkiyə manerası, uğurlu və bitkin 
kompozisiya dastanı qaraqalpaq xalq sənətinin  ən gözəl 
abidələri sırasına  qoya bilmişdir.
«Şəhriyar» dastanı ilk dəfə 1939-cu ildə tanınmış 
qaraqalpaq yazıçısı  Əhməd  Şahmuradov tərəfindən  
Qaraqalpaqstanın Kunqrad rayonunda Kulemet jıraunun 
dilindən qələmə alınmışdır.  Əsərin baş  qəhrəmanları  gənc 
batır  Şəhriyar və onun qoçaq bacısı Anjimdir. Onların 
timsalında biz öz mərdliyi, məğrurluğu, sadiqliyi, ədalətliliyi 
ilə  fərqlənən xalq qəhrəmanlarının xüsusiyyətləri ilə 
tanış oluruq. Eyni zamanda əsərdə oxucu həm də riyakar 
cadugərlər, ağzından od püskürən  əjdahalar, sirli-sehrli 
qəsrlər, qanadlı atlar və s. tanış olur. Poemaya toxunan hər 
bir oxucu elə o andaca qeyri-adi  nağıl dünyasına düşməklə 
çoxsaylı  əfsanəvi qəhrəmanlıqların və  sərgüzəştlərin  şahidi 
olmaqla, sanki onun özü də bu qeyri-adi  dünyanın sakininə 
çevrilir. Həmin dünyadakı  əlçatmaz, ünyetməz qayalar da, 
sehrlənmiş qalalar da, göylərə uçmağa hazırlaşan quş qanadlı 
atlar da, eybəcər sehrkar qarılar da, qaranlıq gecələrdə 
meşələrin dərinliklərinə baş vurmaqla ağzından od püskürən 
əjdahalar da son dərəcə sirli-sehrlidir. Onlar  cəsur atlıya 
mane olmalarına baxmayaraq,  qəhrəman öz qolu və təmiz
qorxmaz ürəyinin köməyi ilə  şərə qarşı çıxmaqla insanların 
ədalətə qovuşmasında onlara kömək etdiklərinin  şahidi 
oluruq.
Əsər dastanın baş  qəhrəmanlarının doğuluşu, onların 
uşaqlıq səhnələri ilə başlayır. Poemanın başlıca məzmunu 
aşağıdakılardan ibarətdir. Qoca Darapşa xanın doqquz 
arvadı vardır. Bununla belə onlardan heç birinin övladı 
yoxdur. Arvadlardan heç biri Darapşaya övlad bəxş edə 
bilməmişdir. Bundan pəjmürdə olan Darapşa Gülşara adlı 
bir gənc qızla evlənir. Gülşara bir müddət sonra ekiz  uşaqlar 
– bir oğlan, bir qız dünyaya gətirir. Uşaqlar elə doğulduğu 
andan son dərəcə gözəl olurlar. Onlardan  birinin adını 
Şəhriyar, o, birinin adını Anjim qoyurlar. Əvvəlki  doqquz 
xan arvadlarının Gülşaranı görməyə gözləri olmur.  Darapşa 
evə uzaq səyahətdən  qayıdırmış. Xanın evdə yoxluğundan 
istifadə edən bu doqquz məkrli arvadlar  saraya qoca-
cadugər qadını dəvət edirlər. Ona uşaqları məhv etmək üçün 
yetərincə pul verirlər. Cadugər qarı bundan sonra uşaqları 
gölə atıb, onların yerinə yatmış ana Gülşaranın qucağına bir 
küçük və bir pişik balası qoyur. Səyahətdən qayıtmış Darapşa 
arvadı Gülşaranın iki körpə heyvan  doğduğundan xəbər 
tutduqda bu hadisəni  təəccüblə qarşılayır. Gülşaraya ciddi 
qəzəblənən xan gənc arvadının doğru sözlərinə inanmayıb, 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə