Qaraqalpaq indd



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə13/111
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57047
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
50
51
Noğay  İttifaqı  tərkibində formalaşması başa çatır. XIV-XVI 
əsrlərdə isə qaraqalpaqların bir sıra epik poemaları yaranır ki, 
onların sırasında əsasən «Şəhriyar», «Koblan», «Yedige», «Yer 
Şora», «Alpamıs», «Qurbanbəy», «Yer Ziuar», «Qırx qız» və 
s. adları çəkilir. Sonrakı dövrlərdə qaraqalpaq eposu «Mas-
patşa», «Qərib-aşıq», «Yusif-Əhməd» və başqaları qismində 
təqdim olunur.
2
Qaraqalpaq qəhrəmanlıq dastanlarının  əksəriyyətinin 
başlıca ideyası  şər qüvvələrə qarşı mübarizənin təsviri, 
qəhrəmanlığın vəsf olunması kimi mövzuları  əhatə 
edir. «Alpamıs» dastanında özbəklərin «Alpamış»ında 
olduğu kimi feodal dağınıqlığı  şəraitində olan qəbilələrin 
birləşdirilməsi, vətənin qorunması, məkrliyin ifşa, dostluq  
və sevginin tərənnüm edilməsi və s. kimi məsələlər  əsərin 
leytmotivini təşkil edir. «Bozoğlan» eposunda vətənin 
müdafiəsi  ilə yanaşı,  ədalətsiz  şahın ifşa olunması, xalq 
içindən çıxmış igid Bozoğlanın vətən təəssübkeşi və  ədalət 
tərəfdarı olduğunu göstərmək  diqqət mərkəzində  dayanır. 
«Şəhriyar» epik poeması fantastik və nağılvarı motivlərlə 
zəngin olmaqla qaraqalpaq xalqının daha erkən yaradıcılıq 
nümunəsi kimi diqqəti cəlb edir. 
Qaraqalpaq dastanlarında təsvir olunan hadisələr heç 
də  hər hansı qaraqalpaq qəbiləsinin konkret çərçivələri ilə 
məhdudlaşmır (məlumat üçün qeyd edək ki, qaraqalpaqlar 
on dörd uruq (on tört uru) və daha on səkkiz soydan 
ibarət olmuşlar). Bu dastanlarda bir qayda olaraq çoxsaylı 
qaraqalpaq qəbilələrinin fikir və düşüncəsi haqqında söhbət 
gedir. Qaraqalpaq dastanlarının xarakterik xüsusiy yətlə rin-
dən biri onların musiqiyə daha yatımlı olması ilə bağlıdır. 
Qo puz  vasitəsilə ifa olunan qaraqalpaq xalq melodiyaları 
milli qəh rə manlıq eposunun özünəməxsus keyfiyyətlərini öz 
mahiy yə tində  əks etdirməkdədir.
3
 
Qaraqalpaq dastanları  şifahi  şəkildə bir nəsil söyləyici - 
dastançıdan (jırau və baksıdan) digərinə ötürülməklə ustad 
şəyird münasibətlərinə söykənərək yayılmış, təbliğ edilmişdir. 
Xalq nəğməkarlarının ustalıq səviyyəsi həm də dastanların 
bədii-dəyər göstəricisi kimi ortada dayanır. Dastan hər hansı 
konkret tarixi dövrün məhsulu olsa da, onun şifahi ifasında 
əsərin zaman keçdikcə kamilləşməsi, ovxarlan 
ması baş 
vermişdir. Dastan mətnlərinin yaxşılaşdırılması, ka 
milləş-
diril məsi də jırau və baksı ifasından asılı olmuşdur. 
Qaraqalpaq xalq dastanlarının  əksər qəhrəmanlarının 
valideynləri «tört tülik» («dörd mal-dövlət» buraya saysız-
hesabsız qoyun (keçi), dəvə, at, inək daxildir) zənginliyini 
özündə birləşdirən varlı insanlardır. Qaraqalpaq qəhrəmanlıq 
dastanlarında  əsas obrazların züryətsiz, övladsız olması 
da maraqlıdır  və bu  digər türk, şərq dastanları üçün də 
xarakterik cəhətdir. Öz genezisinə görə belə dastanlar lap 
qədim dövrləri  əhatə edir. Qaraqalpaq dastanları üçün 
Azərbaycan, Anadolu, Orta Asiya dastanları üçün xarakterik 
olan valideynlərin müqəddəs yerləri ziyarət etdikdən sonra 
uşağın doğulması, müqəddəs ruhların yuxuya girib uşaq 
dünyaya gələcəyi barədə  xəbər verməsi və s. kimi hallar 
səciyyəvidir. 
Qaraqalpaq dastanlarında uşağın doğuluşuna xüsusi 
əhəmiyyət verilir, adətən onun digər uşaqlardan böyük, iri 
bədənli, cüssəli olduğu göstərilir. Görünür, möcüzəli doğuş 
motivi lap qədim zamanlarda meydana gəlmiş köhnə anlayış 
və baxışlarla bağlı olmuşdur.
«Koblan», «Alpamıs», «Yazgələn», «Qurbanbəy», «Qırx 
qız» dastanlarında batır valideynlərin tək övladı deyil, onun 
bacısı  da olur. Oğlanın doğuluşu ilə bağlı bir qayda olaraq 
təntənəli məclis qurulur. Belə  məclislər bir gün yox, hətta 
bir neçə gün yox, qırx gün, qırx gecə davam edir. Çoxlu mal
heyvan kəsilir, aul əhli, ətraf aullardan qonaqlar dəvət edilir, 
böyük şadyanalıq keçirilir, deyir, gülür, çalır, oynayırlar.


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
52
53
Qaraqalpaq dastanlarında batırın qız ardınca yola çıx ma-
sı da mühüm yer tutur. O, atını yola çıxmağa hazı r la maq la, 
həm də silah seçir. Məsələn, Alpamısın Bayşubarı,  Kob la nın 
Sarıala atı seçməsi belədir. At seçimi qaraqlapaq qəh rə man-
lıq dastanlarında xüsusi detaldır. Lakin eyni zamanda bə zi 
dastanlarda (“Maspatşa”, «Qurbanbəy», «Qırx qız» və b.) bu 
motiv faktik olaraq yoxdur. Bu da onu göstərir ki, bütün das-
tanlarda  ənənəvi motivlərin təkrar olunmasına heç lüzum 
da yoxdur. Qaraqalpaq dastanlarında qız (gələcək arvad) 
seçmə ilə motivə də xüsusi diqqət yetirilir. Məsələn, Koblan 
Qurtqanı, Alpamıs Gülbarçini, Arıslan Gülayimi, Maspatşa  
Ayparçanı, Yer Ziuar Anyacamalı beləcə seçib axtarır. Qız 
axtarışı dastanların əksəriyyətinin konfliktinin əsasını təşkil 
edir. Qız axtarışı zamanı  qəhrəmanlar bir neçə  pəhləvanı 
məğlubiyyətə  uğratmalı, qızıl hədəfi vurmalı, qızı götürüb 
qayıdarkən düşmən qüvvələrlə yarışa girməli, mübarizəni öz 
xeyrinə həll etməlidir. Dastanlarda yer alan döyüş və təkbətək 
mübarizələr  əksər hallarda əsərin kulminasiya nöqtəsidir.
Qaraqalpaq dastanlarının xeyli digər xüsusiyyətləri 
də vardır ki, onlar da dastanların ideya məzmunu və 
kompozisiya quruluşu ilə üzvi surətdə bağlıdır. Məsələn, 
«Qırx qız» dastanında qəsr tikintisi, Aşir, Amangül, Sayek 
və Çoban Jurının Allahyar bəyi aldatması  və s. epizod və 
motivlərə biz digər dastanlarda da rast gəlirik. Və yaxud iki 
bəy qardaşların övladları dünyaya gəldikdən sonra onlardan 
birinin Bayburanın, digərindən Baysarıdan töycü istəməsi 
Tayşaxanın (kalmıklar) ölkəsinə getməsinə  gətirib çıxarırsa, 
Ultanın Barçinlə evlənməklə bağlı özünəməxsus xarakteri 
ortaya qoyulursa, Alpamısın yeddi il yeraltı zindanda bağlı 
qalması  ilə nəticələnirsə («Alpamıs»), «Koblan» dastanında 
divlərlə uzun müddətli və ölümcül mübarizələrin aparılması 
(Kobikli, Bökədiv və Alanqasar-Alipdiv, Çarıqlı-div, Gizir-
div) və onların məhv edilməsi arvadın qohumları tərəfindən 
kö mək, pərilərin yaşadıqları yeri ələ keçirmə kimi hadisələrlə
mən zərələrlə rastlaşırıq. «Maspatsa», «Yazgələn», «Qurban-
bəy» və digər dastanlarda da biz özünəməxsus orijinal 
məqamlar görürük.
Qaraqalpaq qəhrəmanlıq dastanlarının bir sırasının 
kompo zisiya  quruluşu xalq nağıllarının süjet quruluşu 
ilə eynilik təşkil edir. Nağıl süjetləri xalq eposu ifaçıları, 
improvizatorları  tərəfindən bacarıqla istifadə olunur. Eyni 
zamanda burada digər dastanlar üçün xarakterik olan 
kontaminasiya hadisələrii ilə  də rastlaşırıq. Qaraqalpaq 
qəhrəmanlıq dastanları öz süjet və kompozisiya orijinallı-
ğını saxlamaqla, həm də digər xalqların dastanlarının süjet 
və kompozisiya, xüsusən özbək, qazax və başqurd eposunun 
xüsusiyyətlərini özündə daha çox əks etdirməkdədir. 
Qaraqalpaq dastanlarının başlıca personajı batırdır. Batırı  
bəzən  Bahadır da adlandırırlar. «Batır» mənasında həm 
də «mərd» («məsu»), «pəhləvan» («palvan»), «ər» («er»), 
«kövsər» («kaysar»),  «sultan» ifadələrindən də istifadə 
edilir. Belə söz lər dən Azərbaycan və özbək dastanlarında 
istifadə olunmasına da təsadüf edilir. Batır xalq maraqlarını 
bütün hallarda fərdi maraqlardan üstün hesab edir. Məsələn, 
«Qırx qız» dastanının baş  qəhrəmanı deyir: «Xalq yoxsa – 
batır yoxdur, doğma torpaqsız batır yoxdur». Batırlar əksər 
hallarda xalqın xoşbəxtliyi uğrunda özünü qurban verməyə 
hazır olurlar. Qaraqalpaq qəhrəmanlıq dastanlarında  əsas 
hadisə  və obrazlar baş  qəhrəman  ətrafında qruplaşdırılır. 
Məsələn, Alpamısla onun valideynlərinin, bacısının, 
Yadıgarın, Barçinin, Qaracanın, Həşimin, Kultayın obrazları  
belə  əlaqələr müstəvisindədir. Onlar sanki ikinci dərəcəli, 
köməkçi rol oynayırlar. Arıslan, Sərfinaz, Otbaskan, qırx qız, 
onların valideynləri Gülayimlə  sıx bağlıdırlar. «Koblan»da 
Polad, Qurtqa, Qaraman, Mirzə Saim, Yersəim, Ayıllı Orak 
və başqaları Koblan ətrafında birləşmişlər.


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə