Qaraqalpaq indd



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə21/111
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57047
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
82
83
cəmi 11 nəğmə,  51 səhifədən ibarətdir. Qazax epik poemaları 
«Qız-Jibek», «Ayman-Şolpan», baş 
qurd eposu «Aldar və 
Zöhrə»nin də müəyyən məqamları qaraqal paqların «Qırx qız» 
eposu ilə müqayisə oluna bilər. “Qırx qız”la «Canıl Mirzə» 
arasında biz xeyli oxşar cəhətlər görməyimizə bax mayaraq
L.S.Tolstova aşağıdakıları qeyd edir: «Qırx qız» dastanı Orta 
Asiya xalqlarının folklorunda analogiyaya malik deyil 
dir, 
əksinə, o digər cəhətləri ilə Qafqaz xalqlarının eposlarının 
motivlərinə (ilk növbədə osetinlərin, kabar dinlərin, abxaz-
ların) uyğun olmaqla, kumuxların nart əfsanələri ilə bağlıdır.
21
 
Hər iki dastanın motivləri ilə yaxşı tanış olduğumuzdan biz 
tədqiqatçının bu fikirlərini müdafiə etməkdən kənarıq.
Hər bir tədqiqatçı epik dastanların süjet və obrazlarının 
ümumi və  fərqli cəhətlərini müəyyənləşdirərkən müqayisə 
edilmiş xalqların həyatına, folklor nümunələrinə, motivlərinə 
daha diqqətlə  yanaşmalıdır. «Qırx qız» monumental epik 
dastanı qaraqalpaq qızı Gülayim və onun 39 rəfiqəsinin 
qəhrəmanlığından söhbət açır. Bu əsərdə qaraqalpaqların 
məişəti, həyatı, tarixi, adətləri,  ənənələri, psixologiyası, 
düşüncə tərzi, müstəqillik və azadlıq uğrunda mübarizələri 
kifayət qədər görümlü əks olunmuşdur.
1949-cu ildə Daşkənddə Dövlət nəşriyyatı Svetlana 
Somovanın rus tərcüməsində «Qırx qız» poemasını  nəşr 
etmişdir.
22
 S.Somova tərcü məsində poema 21 nəğmədən 
ibarətdir. Əsərlə tanış olduqda, ümu miyyətlə, belə nəticəyə 
gəlmək olur ki, Svetlana Somova onun tərcüməsi zamanı 
əsərin ritmini, intonasiyasını, təsvir sistemini, əsər üçün 
xarakterik cəhətləri əsasən saxlaya bilmişdir. Bundan başqa 
dastan sonralar da dəfələrlə  nəşr olunmuşdur.
1965-ci ildə isə Moskvadakı  «Детская  литература» 
nəşriyyatı  «Qırx qız»  əsərini ayrıca kitab kimi tanınmış 
tərcüməçi, türk (Azərbaycan, türkmən, qazax, qaraqalpaq) 
ədəbiyyatlarının yaxın dostu A.Tarkovskinin təqdimatında 
«Повесть о прекрасной Гулаим» adı altında nəşr etmişdir.
23
 
A.Tarkovskinin bu tərcüməsi 25 fəsil-hekayətdən ibarətdir. 
Tarkovski tərcümə zamanı orijinaldan fərqli prinsiplərə  daha 
böyük üstünlük vermişdir. Burada hər bir fəslin əvvəli şeir 
mətni ilə başlayır, sonra tərcüməçi əsərin məzmununu nəsr 
ilə,  bəzi məqamlarda isə  şeir mətnindən istifadə etməklə 
verir.  Lakin bunu da nəzərə alaq ki, tərcümənin nəsr mətni 
eposun şeir mətnini dəfələrlə üstələyir. Görünür, belə sərbəst 
tərcümə metodunu seçməklə A.Tarkovski eposun mətnini 
rusdilli oxucunun qavrayışına yaxınlaşdırmaq məqsədinə 
üstünlük vermişdir. Lakin buna baxmayaraq, burada 
 
orijinaldan kənara çıxmalar da özünü ciddi şəkildə göstərir. 
Bununla belə A.Tarkovskinin tərcüməsini biz S.Somova 
tərcüməsi ilə müqayisə etdikdə onun ümumi mətni nə qədər 
korladığının  şahidi oluruq. A.Tarkovski əsərə özündən 
lüzumsuz  şeylər  əlavə edir ki, bu nəinki  əsərin struktur-
kompozisiya xüsusiyyətlərini, həm də onun ideya-məzmun 
tərəfini olduqca  aşağı salır.
A.Tarkovskinin «Повесть  о  прекрасной  Гулаим…» 
tərcü məsi əsasında XX əsrin 70-ci illərində sonralar «Qobus-
tan» jurnalının baş redaktoru işləmiş istedadlı  mərhum 
şair  Ələkbər Salahzadə  əsəri dilimizə  tərcümə etmişdir. 
Ələkbər Salahzadə ilə söhbət edib, onun tərcüməsinin necə 
alındığı ilə maraqlandıqda, o, bizə əsərin orijina lından yox, 
məhz Tarkovskinin «Повесть  о  прекрасной  Гулаим...» 
variantından qidalandığını qeyd etmiş və, özü dediyi kimi, 
əsərin tərcüməsi onu tamamilə qane etməmişdir. Lakin 
hər necə olmuş olsa da, qaraqalpaq folkloru, eposu ilə 
Azərbaycanda ilk tanışlıq məhz A.Tarkov skinin «Повесть о 
прекрасной  Гулаим...»  əsəri  əsasında ortaya çıxmışdır.
S.Somovanın tərcüməsinə  gəldikdə isə, poema bu 
tərcümədə 21 nəğmədən ibarət olmaqla, orijinaldakı kimi 
bir-birinə proporsional (mütənasib) olaraq verilmişdir. 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
84
85
Nəğmə lər elə beləcə də  adlanır: Birinci nəğmə, ikinci nəğmə, 
üçüncü nəğmə…, beşinci nəğmə  və s. A.Tarkovskidə isə 
nəğmələr qaraqalpaq epik ənənəsinə yox, rus epik ənənəsinə 
uyğun olaraq verilir. Məsələn, «О  том,  как…», «О  том, 
как  прекрасная  Гулаим  отваживала  сватов…» və ya «О 
том,  как  пастух  Журын  обманул  бая  Аллаяра…» və 
i.a., və s. kimi təqdim olunur. Bütün bu fəsil lər başlanğıcı 
etibarı ilə türk və ilk növbədə qaraqalpaq  epik ənənəsinin 
xüsusiyyətlərini özündə əks etdirmir. Düzdür, S.Somovadan 
fərqli olaraq A.Tarkovski öz tərcüməsində oxucuya əsərin bir 
sıra fəsillərində daha çox diqqət cəmləşdirməyi sanki təkrar 
edir. Bu fəsillərə nəzər saldıqda faktiki olaraq oxucu eposun 
ümumi süjet xətti ilə buradakı iştirakçılarla, obrazlarla hadisə 
və  hərəkətin hansı yerdə getməsilə tanış ola bilir. Əlbəttə, 
bunu biz A.Tarkovskinin əsərində  həm də müxtəsər tezis 
olaraq eposun xülasəsi kimi də görə bilərik. A.Tarkovski 
tərcüməsində orijinalın forma – kompozisiya xəttindən 
kənarlaşma özünü ciddi şəkildə göstərməkdədir. Bununla 
belə elə tədqiqatçılar vardır ki, onlar A.Tarkovskinin tərcümə 
mətninin Qurbanbəy Tacıbəyov orijinalına yaxın olduğunu 
da söyləyirlər. Məhz 1968-ci ildə buna görə də A.Tarkovskinin 
bu  tərcüməyə görə Qaraqalpaqstanın Berdax adına Dövlət 
mükafatına layiq görüldüyü qeyd edilir.
24
 
«Qırx qız» poemasının A.Tarkovski tərcüməsində adı tam 
şəkildə aşağı dakı kimidir: «Повесть о прекрасной Гулаим, 
батыре  Арыслане  и  сестре  его  Алтынай,  о  бае  Аллаяре 
и пастухе Журыне, о шахе  Надире и хане Суртайше…». 
Adından göründüyü kimi «Qırx qız»  əvəzinə A.Tarkovski 
povestin adını lüzumsuz olaraq bu qədər uzun şəkildə 
vermişdir. Bu da, təbii ki, qaraqalpaq şifahi xalq ədəbiyyatı 
ənənələrinin pozulmasına gətirib çıxarmışdır.
Bəs eposun başlıca məzmunu nədər ibarətdir? 
…Dastanda lap uzaq zamanlarda Qumluqlar ölkəsində, 
Amudərya suları gur axan yerdə noğay qəbilələri yaşayan 
ölkədə  Sərkop adlı  şəhərdən söhbət gedir. Onun ətrafı 
yanmayan kərpicdən hündür qəsrlə əhatələnmişdir. Şəhərin 
hakimi Allahyar bəy idi. Onun saysız-hesabsız dəvələri, 
qoyunları, atları, ilxısı olmaqla çobanları, nökərləri hamısı 
öz işləri ilə  məşğul idilər. Allahyarın altı  oğlu, bir qızı var 
idi. Qızının adı Gülayim idi. Gülayim 14 yaşına  yetişəndə 
onun gözəlliyi ilə bağlı söz-söhbət az qala dünyanın bütün 
vilayətlərinə və yerlərinə yayılmışdı.   Gülayim o qədər gözəl, 
o qədər qamətli, o qədər yaraşıqlı imiş ki, onun gözəlliyini 
bəzən kimlə, nəylə, müqayisə  də edə bilmək mümkün deyildi. 
Əsərdə Gülayimin uzun qara saçları, qu quşu kimi sürahi 
boynu, ağappaq üzü, qara qaşları kaman kimi, yanaqları 
badamı  rəngdə, dodaqları qaymaq, dişləri mirvariyə bənzə-
yirmiş...
25
Gülayim obrazının poemada verilməsində  bədii ifadə 
vasitələrindən, hiperbolalardan, metaforlardan yetərincə 
istifadə olunmuşdur. Bu, qəhrəmanın həm xarakterik 
xüsusiyyətlərinin yapılmasında, həm də digər personajların 
xüsusiy yətlərində özünü büruzə verir.  Hər bir konkret 
şəraitdə  Gülayim və onun rəfiqələrinin təsvirində 
obrazlı ifadələrə, müqayisələrə geniş yer verilir. Məsələn, 
Gülayimin bütün hərəkəti və davranışı son dərəcə gözəl və 
müqayisə olunmaz şəkildə  təqdim olunur. Bundan sonra 
Gülayimin xarakterik xüsusiyyətləri ortaya çəkilir. Onun 
yanağı  qıpqırmızı yanır, dodaqları  qızılgülün qönçələrinə 
bənzədilir.  Əsərdə Gülayimin xarakterik xüsusiyyətlərinin 
daha dərinləşdirilmiş təhlili gedir. Poemada Gülayim misli-
bərabəri olmayan gözəl kimi təsvir olunur. Gənc cəsur 
batırlar ona qəlbini verməyə hazırdırlar. O, elçilərdən cana 
doyubmuş. Buna görə  də yaxın rəfiqəsi Sərfinazı çağıraraq 
atasından Meyvəli adasında  əzəmətli bir qəsr tikdirməyi,  
özünün  və  rəfiqələrinin orada yerləşdirilməsini xahiş edir.


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə