Qaraqalpaq indd



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə23/111
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57047
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
90
91
Gülayim, Arıslan, onların tərəfdarları yürüşə gedib 
Xarəzmi Nadir şahın ordusundan xilas etmək istəyəndə 
və Altınayı  əsirlikdən  qurtarıb, Nadir şahın ordusunu 
darmadağın etdikdə əsl qəhrəman təsiri bağışlayırlar. Bundan 
sonra Xarəzm xalqı bayram  edib şənlənir, ölkədə  ədalət 
qalib gəlir. Gülayim və Arıslan əsgərləri ilə birgə Türküstana 
qayıdır. Xalq onları böyük ruh yüksəkliyi ilə qarşılayır.
Qaraqalpaq folkloru və yazılı  ədəbiyyatının istedadlı 
tədqiqatçısı Nazim Davkarayev bununla bağlı yazırdı: 
«Poemanın əsas ideyası onun lap əvvəlindən sonuna qədər 
yüksək vətənpərvərlik hissləri, vətənə sevgi hissləri ilə 
doludur. Bu, poemanı ölməz və xalqa daha yaxın edir. Çünki 
məhz xalq öz işıqlı  gələcəyi uğrunda bütün düşüncəsində 
əsrlər boyu yalnız bu məhəbbəti daşımışdır. Poemada 
xalqın azadlığı və müstəqilliyi uğrunda mübarizə səhnələri, 
mənzərə ləri olduqca parlaq, obrazlı ifadələrlə verilir. 
Burada bu mübarizəni idarə edən, bu mübarizəyə başçılıq 
edən qəhrəmanların xarakterləri yetərincə relyefli təsvir 
olunmuşdur».
29
Eposun mühüm cəhətlərindən biri onda əksini tapmış 
humanizm 
dir. Humanizm qəhrəmanların hərəkətlərində, 
fəaliyyətində onların 
ətrafdakılarla münasibətlərində 
özünü yaxşı büruzə verir. Böyüklük, insanlıq,  ədalətlilik 
və s. keyfiyyətlər məhz Allahyar bəyi, Gülayimi və başqa 
qəhrəmanları xarakterizə edir. Onlar daim həyat prinsiplərinə 
sadiqdirlər. Təsadüfi deyildir ki, Gülayim hər bir döyüşdən 
qabaq batırlara tapşırıqlar verdikdə deyir: «Səbəbsiz qan 
tökməməli». Burada biz poemanın əsas ideyasının azadlıq və 
ədalət uğrunda mübarizəyə həsr olunduğunu daha dərindən 
duyuruq. 
«Qırx qız» eposunda batırların dostluğu da olduqca 
görümlü təsvir olunmuşdur. Batırlar və batır qızların 
bir-birlərinə münasibəti açıq, dürüst, ədalətli, sözlərinə 
əməl etmə, igidlərə yeri gəldikdə kömək, qəhrəmanlığa  
istiqamətlənmə, lazım gəldikdə  həyatını qurban vermə və s.  
dastanda düşünülmüş şəkildə əksini tapır. Digər batırlar və 
batır qızlarla münasibətlər əsərdə ikinci mövqedə dayansa da, 
onların hər birinə eposun məzmununda xeyli yer verilmişdir. 
Belə personajlara «Qırx qız» poemasında Arıslan, Altınay, 
Sərfinaz, Otbaskan və digərləri aiddirlər.
Epos hər bir xalqın nümayəndəsindən  ölkənin,  şəhərin 
idarə olunması ilə bağlı başçının seçilməsi ilə yekunlaşır. 
Qəhrəmanlar – Gülayim və Arıslan bir-birinə qovuşduqdan 
sonra xalqlar da bir-birinə yaxınlaşırlar. Gülayim, Arıslan, 
Sərfinaz xalqları birləşdirib qələbə çalır və onların azadlığı 
uğrunda mübarizə aparmaqla insanları  bəlalardan hifz 
edirlər. 
«Qırx qız» eposunda qadınlar faktiki olaraq xalq taleyini 
həll edirlər. Bu, Gülayimin timsalında daha əzəmətli görünür. 
Feodal – patriarxal qaydalar hökm sürdüyü, qadının bütün 
hüquqları cəmiyyətdə tapdandığı bir dövrdə, ailədə ona yer 
verilmədiyi halda belə bir təsvir xalqın arzu və istəyinin, 
qadının azadlığa can atması, onun qul vəziyyətindən azad 
olması və feodal quruluşunda bunların aradan qaldırılması 
və s. poemada maraqlı  şəkildə  əks olunmuşdur. Qeyd 
etdiklərimizə qaraqalpaq eposunun tanınmış  tədqiqatçısı 
K.M.Mak setov da vaxtı ilə diqqət yetirmişdir.
30
Nəinki «Qırx qız» dastanında, həm də qaraqalpaqların di-
gər qəhrəmanlıq dastanlarında da qadınlara  aparıcı yer veri-
lir. Qaraqalpaq klassik poeziyasının tanınmış nümayəndəsi 
Ber dax  doğma xalqın əcdadı haqqında danışarkən, qadının 
qaraqalpaq qəbilələrindəki yerindən, rolundan söhbət 
açmaqla, xıtay Aruxanın, müyten Akşolpanın adını çəkir ki, 
onlar qaraqalpaq qadınlarının aparıcı nümayəndələri kimi 
tanınmaqdadırlar. Bu, həm də qaraqalpaq cəmiyyətində 
qadının mühüm, aparıcı yer tutduğundan xəbər verir. «Qırx 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
92
93
qız» dastanında isə qadınlar daha yüksək yer tutmaqla, həm 
də ictimai həyatda yaxından iştirak edirlər. 
Eposda mifoloji və nağılvarı xarakterli motivlərə  də 
yetərincə yer verilir. Eposun bir sıra məqamları sehrli 
nağıllardakı motivlərə daha çox uyğundur. Əlbəttə, nəinki bu 
eposda, həm də türk xalqlarının digər epik nümunələrində  
nağıl motivlərindən geniş istifadə olunmuşdur.  Əsərdə 
qarğanın məsləhət və təkliflərinə gəldikdə isə biz hər şeydən 
əvvəl bu süjetdə  məşhur hind abidəsi «Pançatantra»nın 
Azərbaycanda və digər türk xalqlarında «Kəlilə və Dimnə» 
adı altında məşhur olan əsərin süjeti ilə yaxınlığını görürük. 
Burada təmsil, hekayə, pritça, nağıl və digər bu tipli 
novellalardan istifadə həm də  sosial münasibətlərin ön plana 
çəkildiyini sübut edir. Sehrli nağıl motivlərindən burada 
istifadə eposun süjet xəttinin belə inkişafında özünü tamamilə 
doğruldur. Çünki nağılvari  yanaşma tərzi eposda konflikti 
həll etməyə istiqamətlənir.
Poemada çoxsaylı komik epizodlar da vardır ki, bun-
lardan duzlu-məzəli xalq yumoru ilə bu və ya digər təs virlər-
də, xarakterlərin açılmasında, hiperbolizə ləşmiş məqamların 
ve ril məsində geniş istifadə olunur. Bu xüsusiyyət A.Tar-
kovski tərcüməsində üçüncü fəsildəki qulaqsız Sayekin Güla-
yimə və  qırx qıza yaxın laş ma  səhnəsində daha maraqlı təsvir 
edilmişdir.
Əsərdə qəsbkarlar xüsusilə lənətlənirlər. Nadir şahın və-
ziri Kulımsay (yəni Gülümsəy) və əfsunçu qarı eposda məhz 
oxu cular  qarşısında bu şəkildə  nəzərə çarpırlar.  Poemada 
onla rın  qorxaqlığı, yalançılığı, bədliyi  yetərincə qabar dıl mış-
dır.
Əsərdə Altınayın böyük əsgəri sücayətləri haqqında da 
geniş danışılır. Burada tədqiqatçılar  əsasən qədim arxaik 
elementlərin matriarxat xüsusiyyət lərini qeyd etməklə, 
qadınların kişilərlə  bərabər hüquqa malik olmasının daha 
çox öz inandırıcılığı ilə seçildiyini söyləyirlər.
Qaraqalpaqların əcdadlarının etnogenetik əlaqələri e.ə.II-I 
minilliklərə gedib çıxır. Etnoqraflar  və tarixçilər qeyd edirlər 
ki, bun dan başqa daha bir mühüm məqam da vardır ki, e.ə. 
I minillikdə Xarəzm oazisi ərazisində sonralar qaraqalpaq 
xalqının etnik komponentlərinin bu etnoslara aid olmasına 
dair məlumatlar qalmaqdadır. Çünki məhz sonrakı dövrdə 
qara qal paqlar  bir xalq kimi  bu etnik komponentlərin tərki-
bin də yaşayıb  formalaşmışlar. Qədim Ön Asiya və Xarəzm 
mə dəni  əlaqələrinin  əks-sədası ilk növbədə qaraqalpaq 
 
folklorunda daha geniş şəkildə öz əksini tapmışdır. 
1875-ci ildə tarixçi – etnoqraf N.Karazin Çimbay
*
 
qaraqalpaqla rından, daha doğrusu, nağılçı qarıdan «Qadın 
xanlığı haqqında nağıl» adlı  rəvayəti qələmə almışdır. N. 
Karazinin qələmə aldığı bu nağılda aşağıdakıları oxuyuruq: 
«Hələ lap qədim zamanlarda yer, səma, insanlar və adətlər 
tamamilə başqa cür olanda» böyük bir xanlıq varmış ki, orada 
xan qadın imiş və burada  «hər şeyi qadınlar edirlərmiş: həm 
məsləhət verər, həm yolundan çıxanı mühakimə edər, həm 
müharibəyə gedər, həm də ov ovlayarmışlar…» Bu  xanlığın 
paytaxtı Samiram şəhəri imiş. Bu, olduqca möcüzəli bir şəhər 
olub, səmalarda otuz yeddi min dirək üzərində dururmuş ki,  
heç kəs oraya özbaşına daxil ola bilməzmiş…
31
Etnoqraf L.Tolstova bu fikirlərdə yer üzünün yeddi 
möcüzələrindən biri haqqında qədim rəvayətin olduğu fikrini 
irəli sürür ki, məhz o dövrdə Semiramidada – asılmış qəsrlər 
mövcud olmuşdur, onlar Assuriya çariçası  Şammuramat 
adı ilə bağlı imiş – Şammuramat  e.ə. IX əsrin sonlarında 
Assuriya hökmdarı olmuşdur. Bundan sonra L.Tolstova 
qeyd edir ki, bu əfsanə həm də Van gölü ərazisində yaşayan 
ermənilərdə də geniş yayılmışdır. Buradan da etnoqraf belə 
bir nəticəyə gəlir ki, antroponim Samiram Assuriyalı qadının 
*Çimbay Qaraqalpaqstanın iri ticarət və mədəniyyət mərkəzlərindən olub öz yumoru ilə fərqlənən şəhər kimi tanınmaqdadır.


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə