Qaraqalpaq indd



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə22/111
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57047
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
86
87
Adadakı – Meyvəli qəsrində yaşaya-yaşaya qızlar at 
çapmağı, ox atmağı, qılınc oynatmağı, hərb sənətinə yiyələn-
məyi öyrənirlər. Onlar hər gün yaşıl çəmənlikdə döyüşlər 
təşkil edirlər. Atlar kişnəyir, qızların əlində qılınclar oynayır. 
Biri digərini atın belindən vurub salır, sapanddan ox atır 
və hər biri müvəffəqiyyət qazanırlar. Elə bir igid yoxdur ki, 
bu qırx qızdan hər hansı birinin uğurunu təkrar edə bilsin. 
Allahyar bəy həm də  qızına  hər yerdə Gülayimi müdafiə 
etməyə hazır olan Aktamker adlı ərəb atı hədiyyə etmişdir. 
Adanın  ətrafında məşhur ustalar qızmar günəş altında 
bir-birinə yumurtayla yapışdırılmış  kərpicdən tikilmiş bir 
qala qurmuşdular.  300-dən artıq usta qəsri elə bərkitmişdir 
ki, oraya baxmaq belə mümkün deyildir. Düşmənin buraya 
daxil olmaması üçün ustalar qapılara 5 açardan ibarət elə 
bir qıfıl qoymuşlar ki, açarların hər biri onu açıb bağlayanda 
özünəməxsus musiqi çalır:
Birinci səs: «Qalada 40 nəfərik».
İkinci səs: «Əgər düşmənsənsə, girə bilməzsən».
Üçüncü səs: «Əgər buludlardan yuxarıdasansa, onda qəsrdən 
içəri keç!». 
Dördüncü səs: «Meyvəlidə kişilərə yer yoxdur!».
Beşinci səs: «Ölürük, amma təslim olmuruq!».
Meyvəlidə 39 rəfiqəsi ilə yaşayan Gülayim onları  cəsur 
batır kimi hazırlayır. Qızların içində ona ən yaxını  hərb 
sənətinə  dərindən yiyələnmiş  Sərfinaz idi.
Qızlar qəsrdə ola-ola düşmən hücumunu hiss edirlər. Bu, 
40 minlik ordusu ilə qaraqalpaq torpaqlarına hücum çəkən, 
Sərkop şəhərini işğal etmək istəyən kalmık xanı Surtayşadır. 
Qanlı döyüşlər başlayır. Allahyar bəyin oğulları qorxudan 
qaçıb gizlənirlər. Surtayşa Allahyar bəyin 6 oğlunun hamısının 
gözünü töküb kor edir. Allahyar bəylə Surtayşa arasında 
ölüm-dirim döyüşü gedir, kalmık xanı Allahyar bəyin bel 
sümüyünü sındırıb, onun üzərində  qələbə çalır. Sonra isə 
Allahyar bəyi yerdən başı üzərinə qaldırıb daşa çırpır, bıçağını 
çıxarıb onun başını  kəsir».
26
 Mübarizə davam edir, döyüşə 
Sərkop batırı Otbaskan girişir. Otbaskan ləyaqətlə vuruşur, 
onun nə özünə, nə də başqasına yazığı gəlir, «o, düşmənləri 
bir-bir qırıb tökür, bununla belə o da dözməyib yaralanır, qan 
su yerinə axır, Otbaskan da yerə yıxılır».
27
 
Bundan sonra müdafiəyə bütün  Sərkop xalqı – cavan, 
qoca, kişi, qadın – biri çəkiclə, biri oraqla, o biri bıçaqla, digəri 
şişlə girişir. Lakin buna baxmayaraq, xalq Surtayşa qarşısında 
tab gətirə bilmir. Surtayşa sərkopluları qula, şəhəri külə 
çevirib, onların işıqlı arzularını gözlərində qoyub, özlərini 
bədbəxtliyə düçar edir.
Kalmıklar  əsirləri  Şərqə  tərəf sürürlər. Onların arasında 
Gülayimin anası Aksulu da göz yaşı töküb hönkürərək 
ağlayır. Əsən külək az qala əsirlərin gözlərini  çıxarır, əsirlik 
onların mübariz ruhunu zədələyir. Surtayşasa insanları bir-
birinin ardınca qılıncla yerə  sərir. Ölənləri quyulara atıb, 
üstünü basdırmağı əmr edir. Xalq  yalnız Gülayimi düşünür. 
Onu səhralar üzərində uçan quşlardan soruşur… ey ağ 
sonalar, sarı qazlar, ey ördəklər, ümid yerimiz, xilaskarımız 
- Gülayimi görməmisinizmi?
Gülayim tezliklə kalmık xanı Surtayşanın hücumundan 
xəbər tutur. O, rəfiqələri ilə Aktamker atının belində  onlara  
köməyə    tələsir. Gülayim sanki od kimi yanır. Sərkopa 
çaparaq çatmış  qızlar Otbaskanın artıq  əsir olduğunu,  
Sərkopun  şiri-nəri-Saimbeti,Yerimbeti,  Şerimbeti, Baimbeti 
görürlər ki, onlar da Sərkop uğrunda canlarını qurban verib 
şəhid olmuşlar. Vəziyyəti belə görən Gülayim qardaşlarını 
lənətləyir, onlardan ömürlük ayrılmağı qət edir və and içir ki, 
«qardaşlarının meyitini də torpağa tapşırmayacaq…». 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
88
89
Bundan sonra o, atını kalmık  şəhəri Müşkilə  sürür. O, 
Surtayşanın əsgərləri ilə mübarizəyə girişir. Mübarizədə onun 
üç rəfiqəsi həlak olur və o, onları Dərbənd – dağı altında dəfn 
edir. Qızlar əvvəl qırx nəfər olsalar da, sonra otuz yeddi nəfər 
qalırlar. «Biz on yeddi qalmış olsaq belə, onsuz da qırx qızıq. 
Bu yolda canını qurban vermiş  rəfiqələrimiz də bizimlədir. 
Onların adı  təklikdə  yaddan çıxar, amma mənim təklikdə 
adım «Gülayimdir». Qoy xalq bizim adımızı hamılıqla yadda 
saxlasın: «Qırx qız».
Biz «Qırx qız» poemasında nəinki kalmık xanı Surtayşanın 
qaraqalpaq şəhəri Sərkopa hücumu haqqında,  həm də eposda 
ikinci bir paralel xəttin inkişaf etdiyini görürük. O da faktiki 
olaraq vahid süjetə tabe olmaqla, ondan asılıdır. Bu, Nadir 
şahla bağlı məqamlardır ki, qədim Xarəzmin xeyli hissəsini ələ 
keçirmiş və belə bir fikirlə yaşamışdır ki, Arıslan batırın bacısı 
gözəl Altınayı özünə arvad etsin. Arıslana isə böyük hörmətlə 
yanaşan Gülayim onun dərdindən ölən çoxsaylı batırlardan 
heç kimi qəbul etməmişdi. Arıslan və onun xalqı Nadir şahın 
ordusuna tablaya bilməzdi. Məkrli çəkişmələr nəticəsində şah 
Arıslana Xarəzmi tərk etməyi təklif edir. Çünki onun başlıca 
məqsədi Altınayı ələ keçirməkdən ibarət idi. Nadir şah əvvəl 
elçiləri göndərir,  sonra isə özü Altınayın yanına gəlir və 
gözlənildiyi kimi ondan rədd cavabı alır. Qəzəblənmiş  şah 
ölkəyə öz ordusu ilə daxil olur. Olduqca güclü, çətin və qanlı 
mübarizə gedir. Qüvvələr bərabər olmadığından Altınay və 
onun xalqı məğlubiyyətə uğrayaraq əsir düşür. 
Elə eyni vaxtda Gülayim də yaraqlanıb, yasaqlanıb 
rəfiqələri ilə kalmık xanı Surtayşaya qarşı hücuma keçir və 
yolda Xarəzmli batır Arıslanla görüşdükdə  onlar bir-birini 
tanıyır. Arıslan da qızların dəstəsinə qoşulur.
Onlar Surtayşanın ordusunu darmadağın etdikdən sonra 
Sərkop xalqını da zülmdən azad edirlər. Gülayim Arıslana 
əvvəldən olan sevgi izdivaclarını  həyata keçirməyə razılıq 
verir. Lakin onların xoşbəxtliyi uzun çəkmir. Altınayın 
taleyindən xəbər tutan kimi onlar Altınayı zindandan 
azad edib yenidən hücuma keçirlər. Xarəzmi Nadir şahın 
hücumundan xilas edərək vətənə, doğma ellərə sülh gətirirlər.  
Nəhayət, düşmən məğlub edilir. Xarəzm və  Sərkop xalqı 
qarşısında çıxış edən Arıslan deyir: «Qılınclar sülh istəyir. 
Şah hakimiyyəti ölümdən pisdir. Ölkəni özünüz idarə edin… 
qaraqalpaqlardan – müdrik Əli, türkmənlərdən – şanlı əsgər 
Sakir, özbəklərdən – müğənni və  şair Alim, qazaxlardan – 
ağıllı  və xeyirxah Köksə». Beləliklə, qəhrəmanlar bir yerdə 
ölkənin idarə olunmasına başlayırlar. Arıslan, Gülayim və 
Altınay Meyvəli adasına qayıdıb, orada şad, xürrəm və 
xoşbəxt ömür sürürlər.
Eposun süjeti xeyli başqa qollara bölünərək əsas xətdən 
kənarlaş malarla  inkişaf edir. Məsələn, Xarəzm batırı Arısla-
nın bacısı Altınayın taleyi yumorla haşiyələnmiş üç hiyləgərin 
– Amanqulun, Aşirin və qulaqsız Sayekin  Gülayimə elçilik 
epizodları, yaxud Gülayimi ələ keçirmək istəyən Jurındazın 
sərgüzəştləri və s. əsərdə  rəngarəng boyalarla təqdim 
olunmuşdur. 
Poemanın həyatiliyi onun vətənpərvərlik motivləri  və 
hisslərin  zənginliyi ilə daha çox diqqət çəkir. Öz ölkəsinə 
böyük məhəbbət, gələcəyə inam, xalqının azadlığı  və 
müstəqilliyi uğrunda mübarizənin  şirinliyini dadmaq kimi 
məqamlar  əsərə xüsusi rəng  gətirir.
28
Digər məsələlərlə yanaşı, «Qırx qız» eposunda aparıcı 
motiv vətənpərvərlik ideyalarıdır. Gülayim, Sərfinaz, Arıslan, 
Otbaskan kimi qəhrəmanların düşüncələri xalqla, vətənlədir. 
Gülayim Meyvəli adasında qəsr tikilən zaman öz yaxın 
rəfiqələrini hərb işinə öyrədir. Arıslanla görüşdə isə yalnız 
doğma torpağı, doğma eli-obası haqqında, onun üzərinə 
istiqamətlənən təhlükələr haqqında düşünür. Qeyd etdiyimiz 
qəhrəmanlar oxucular qarşısında öz həyatını doğma vətən 
uğrunda  mübarizəyə  həsr etmiş batırlar kimi dayanırlar.


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə