Qaraqalpaq indd



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə19/111
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57047
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
74
75
kitabın da  əsərin bir sıra keyfiyyətləri təqdir edilsə də, nədənsə 
alim «Qırx qız» eposunda digər dastanlarla müqayisədə dini 
motivlər və inanc elementlərinin azlığından şikayətlənmişdir. 
K. Maksetova görə qəhrəmanlar pirlərə, məsələn, «Koblan» 
dastanındakı kimi öz gücsüzlüklərinə görə yox, oturaqlaşmış  
ənənəyə görə səcdə qılırlar. Xalq qəhrəmanlarının cəsurluğu 
və gücü allahın və peyğəmbərlərin «hər  şeyə qadir ola 
bildiklərini» arxada qoyur. «Qırx qız»da din insanların 
taleyinə heç bir təsir göstərmir. Onlar qələbəni yalnız öz 
ağıllarının gücünə söykənərək  əldə edirlər. Üstəlik, allah 
insanlarla real gerçəklikdə üz-üzə dayanarkən gücsüz olur.
5
 
Tədqiqatçı dinlə, allahla bağlı mülahizələrini bununla da 
sonuclamır və daha sonra yazır: «Məsələn, söyləyicilər Jurın 
çobanın başına gələnlərdən söhbət açarkən allaha ümidini 
bağlayıb öz sürüsünü yiyəsiz, nəzarətsiz qoyub Gülayimin 
ürəyinin  ələ alınması ilə bağlı  məqamı haqqında ironiya 
ilə danışırlar».
6
 Bu isə «Qırx qız» dastanının yuxarıda qeyd 
etdiyimiz və K.Maksetovun nəzərdən keçirdiyi Qurbanbəy 
Tajıbəyov repertuarında mətnin onlarca yerlərində 
qəhrəmanların (Gülayim, Arıslan, Sərfinaz, Altınay və 
başqalarının) pirlərə, ziyarətgahlara, ocaqlara, övliyalara, 
peyğəm bərlərə, Allaha yaxından müraciət etdiklərinin şahidi 
oluruq. Deməli, dastanda dindən və inanc elementlərindən 
istifadə heç də K.Maksetovun göstərdiyi kimi adda-budda 
xarakter daşımamış,  əksinə  qəhrəman və personajların 
müqəddəslərə müraciəti sistemli və  şüurlu  şəkildə  əks 
olunmuşdur. Elə buna görə də dastanı məhz dini motiv və 
inanclar kontekstində araşdırmaq da yetərincə  səmərəli ola 
bilər.
Qurbanbəy jıraunın mətnində dini müqəddəslərə mü-
raciətin yer alması  təsadüfi hesab edilə bilməz. Öz xal qının 
etnik-milli adət-ənənəsi, həyat tərzi, dini baxışları ilə dərindən 
tanış olmayan söyləyici heç bir halda Xudaya, Allaha, Tanrıya 
düşüncəsində bu qədər geniş yer də ayıra bilməzdi.  Əgər 
nəzərə almış olsaq ki, dastanın söylənilməsində mükəmməl 
jırauçılıq ənənələri mövcud olmuş və bu XVIII-XIX əsrlərin 
əvvəllərin də yaşayıb yaratmış xalq həyatına bütün yaradıcılığı 
ilə bağlı olan Jien Jıraudan gəlir, belə olduqda müqəddəslərə 
xalq  düşüncəsində nə üçün bu qədər geniş yer verildiyini də 
aydın şəkildə anlaya bilərik.
Allaha, Xudaya, Tanrıya müraciət dastanda planlı, ardıcıl 
şəkildə olmaqla, həm də mətnin mühüm atributu kimi çıxış 
edir:
Men jılayman bir qudayğa zar-zar,         Mən ağlaram bir Xudaya zar-zar,
Qışlar bolsa üzgin ürip yawar qar,          Qış olanda boran olub yağar qar. 
Bağ içinde sayran etken qırq qızım,        Bağ içində seyran edən qırx qızım        
Az da bolsa aytatuğın sözüm bar. 
7
         Az da olsa söyləyəcək sözüm var.
Dastanın ikinci fəslində isə biz  eyni müraciəti Altınayın dilindən eşidirik: 
Men jılayman bir qudayğa  zar-zar,     Mən ağlaram bir Xudaya zar-zar,
Qışlar bolsa üzgin ürip yawar qar,       Qış olanda boran olub yağar qar,
Bul maydanğa kelgen barlıq xalayıq    Bu meydana gələn bütün xalqımız,
Az da bolsa aytatuğın sözim bar.
8
        Az da olsa sözləyəcək sözüm var.
        
 Dastanda bütün mətn boyu biz bu tipli müraciətlərin şahidi oluruq:  
- Aşıwlansan berdim sağan ixtiyar,         Öfkələnsən verdim sənə ixtiyar,
Sen jıladın bir qudayğa zar-zar,               Sən ağladın bir Xudaya zar-zar,
Mülgiy berme kötirib tur  basındı,          Mürgüləmə, yuxarı tut başını
Bu Sarkopta atqa şıqqan Allayar!
9                   
Bu Sərkopda ad çıxaran Allahyar.   
Bu, kalmık xanı Surtayşa ilə Allahyar bəyin təkbətək 
üz-üzə  gəldiyi andır. «Allahyar «əlini açıb Allaha, sığındı 
pirlərinə» və sonra Surtayşanın qarşısına çıxdı».
10
 Surtayşa 
Allahyarın yaxasını  yırtıb ona zərbə endirərkən Allahyar 
qəzəblənir və Surtayşanı  lənətləməklə pirlərə acıqlanır və 
“kalmık pirləri qədər yoxsunuzsa, sizə pir deyilərmi”, - deyə 
soruşur.


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
76
77
Gərgin mübarizədə,  əlbayaxa döyüşdə Allahyar Surtay-
şaya məğlub olduğunu görüb biçarə  vəziyyətdə qalır, göz 
yaşını axıdaraq yenə  də zarıldayır:
Men jılayman bir qudayğa zar-zar,         Mən ağlaram bir Xudaya zar-zar,
Qışlar bolsa ürgin ürip, jawar qar,         Qış olanda boran olub yağar qar,
Öltirmey tur ötinişim Surtayşa,             Öldürmə dur yalvarıram, Surtayşa,
El xalkıma aytatuğın sözüm bar.
11              
 El, xalqıma söyləyəcək sözüm var. 
Gülayimin ən yaxın rəfiqəsi Sərfinaz da xalqın belə vəziyyətini gör-
dükcə dözə bilmir, göz yaşı axıda-axıda deyir:
Men jılayman bir qudayğa zar-zar,          Mən ağlaram bir Xudaya zar-zar,
Qışlar bolsa ürgin  ürip jawar qar,            Qış olanda boran olub yağar qar,
Qulaq salın Gülayımday jan apa              Qulaq verin Gülayım  can apaya,         
Az da bolsa aytatuğın sözüm bar.
12
             Az da olsa söyləyəcək sözüm var.
Gülayim də  vəziyyətin yetərincə  ağır olduğunu anlayır 
və  Sərfinaza müraciət edərək aşağıdakıları söyləyir:
Men jılayman bir qudayğa zar-zar,        Mən ağlaram bir Xudaya zar-zar,
Qazan urıp qırda qaldı qızıl nar,            Xəzan vurub qırda qaldı qızıl nər,
Haw qızlarım qabağımdı üyiwdin,         Hey qızlarım qaşımı çatmağımın, 
Az da bolsa bul siyaqlı joni bar.
13                     
Az da olsa böylə bir səbəbi var.
Gətirdiyimiz nümunələrin hamısında yalnız Surtayşanın 
Xudaya müraciəti deyilsə, bütün hallarda qaraqalpaqların 
və qazaxların ailə-məişət poeziyasında fərdi, ailəvi, ictimai 
kədəri daha relyefli ifadə edən tolqau tipli müraciətlər əksini 
tapmışdır. Tolqau janrından yaradıcı insanlar müxtəlif kədərli 
hadisələrdən, məsələn, xalq öz liderini, hökmdarını, doğma 
eli-obanı,  şəhəri, xalqın görkəmli oğullarını itirdiyi zaman 
istifadə edirdilər. Elə buna görə  də “Qırx qız” dastanında 
kalmıklar və qızılbaşlarla müharibə zamanı dərd-kədəri ifadə 
edən tolqaulara daha geniş yer verilirdi.
«Qırx qız» dastanının söyləyiciləri əsərin dilinə obrazlılıq, 
emosionallıq və ekspressivlik gətirmək üçün rəngarəng bədii 
priyomlardan, üslubi fiqurlardan bacarıqla istifadə etmiş və 
poemanı məhz bu elementlərin köməyi ilə də xalqa sevdirə 
bilmişlər. Dastanda yer almış belə elementləri üslubi  fiqurlar 
da adlandıra bilərik. Əsərdə bu tipli elementlərin - təkrirlərin 
üslubi-semantik funksiyaları və onların daşıdığı əlavə poetik 
çalarlar  da olduqca müxtəlifdir. «Qırx qız» dastanında onlar 
mənanın qüvvətləndirilməsi, ekspressivliyin yüksəldilməsi 
və s. üçün istifadə olunur. Burada biz həm də bu tipli 
müraciət təkrirlərin epik təhkiyənin sürəkliliyini nəzərə 
çarpdırmaq, onu təfsilatı ilə çatdırmaq, diqqəti daha çox 
 
dastan mətninin əsas ideya və məzmununa  yönəltmək üçün 
işlədildiyinin şahidi oluruq. “Qırx qız”  dastanında təkrirlər 
mətnə yeni məlumat  əlavə etməsə  də, poetik dinamikanı, 
onun ritmikliyini, melodikliyini və intensivliyini təmin edir. 
Qeyd etməyə ehtiyac vardır ki, nəzmli dastanlarda təkrirli 
kombinasiyadan istifadə etmə də əsərin dilinə xüsusi rəvanlıq 
gətirir və bu, «Qırx qız» poemasında Allaha müraciət və 
dini inanc elementlərinin  əks etdirilməsi üçün də olduqca 
səciyyəvidir.
Dastanda dinə, Allaha, Xudaya münasibətin digər  bir 
bariz nümunəsini biz qırx qızın yaşadıqları, yarışdıqları 
Meyvəli adasına yenidən döndükləri zaman qocaların əllərini 
göyə açıb yalvardığı  məqamda da yaxşı görürük:
Sonda turıp qarrılar,        
Sonda qalxıb yaşlılar,
Qolların kökə jayadı,       
Əlin göyə açdılar, 
Awliye qoymay sıyındı:  
Türbəyə yalvardılar:     
-Jaratqan alla qudayım,    
Yaradan Allahım, Xudam,
Mına turğa qızlarğa          
Burda duran qızlara  
Qəmxorlıq etegör               
Sən yardımçı  olginən!
Ajdarhanı at etken,          
Əjdahanı at edən
Habjılandı qamçı etken,    
İlanı qamçı edən
Bahavatdin pirlerim,         
Bəhaəddin pirlərim,   
Bularğa madet beregör,     
Bunlara sən mədəd ver,    


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə