Qaraqalpaq indd



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə15/111
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57047
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
58
59
XVII-XVIII  əsrlərdə baş verən hadisələri çevrələməklə
məzmunu qədim nağıl və  əfsanələrlə  zəngin olan mifoloji 
elementləri özündə  əks etdirməkdədir. «Yer Ziuar» das-
tanında kalmık xanı Taxtapolad Xarəzm xanı  Həsənxanın 
ölkəsi üzərinə hücum planlaşdırır. Ona 30 minlik ordu qar-
şı sında tablaya bilməyib məğlub olmağı  təklif edirlər. Hə-
sən xanın əsabələri ölkəni döyüşsüz təslim etməyi məsləhət 
bilsələr də, Həsənin oğulları Ziuar və Canay döyüşsüz təslim 
olmaqdan boyun qaçırırlar. Xanlar və batırlar arasında 
mübarizə başlayır. Taxtapoladın batırı  Ağyunis Həsənin 
batırı  Ağgözü öldürür. Mübarizə dastanda müqayisələrlə 
verilir: «Belleri jayday buqildi» («Belləri yay tək büküldü»), 
«Manqlaydan terler toqildi» («Alından tər töküldü»).
Ziuar və Canay Həsənin ordusuna başçılıq edib kalmık 
xanı Taxtapoladın üzərinə hücuma keçib qalib gəlirlər. Vəziy-
yətin ağırlığını görən kalmık xanının yaxınları Taxtapolada 
qarşı  çıxış edib müharibəni dayandırmağı    təklif edirlər. 
Xan razılaşmır. Belə olduqda kalmık bəyləri yolunu azmış 
Taxtapoladı xanın yanına gətirirlər. Həsənin  əmri ilə 
Taxtapolad edam olunur. Həsən kalmıklar ölkəsinə Abaxanı 
şah, Canayı isə onun vəziri təyin edir. Canayla Aktamkeri 
böyük toy məclisi qurub evləndirdikdən sonra Həsən xan 
Xarəzmə qayıdır.
Yer Ziuar yolda bir dərvişə rast gəlir. Dərviş ona gözəlliyi 
dünyaya səs salan Amanşahın qızı Aynacamal haqqında 
danışır. Yer Ziuar ona vurulur və  qızın axtarışına yollanır. 
Yol boyu o, çoxsaylı  çətinliklərlə üzləşir. Məsələn, sehrkar 
qarı Yer Ziuarı kiikə çevirir. Qəhrəman sehrkar qarıdan qaçır. 
Yer Ziuar kiik cildində Kanşayım adlı xanın  qızının qəsrinə 
daxil olur, o, orada meyvə yeyərkən kənizlər onu görür. 
Kənizlər xan qızına bu barədə məlumat verirlər. Susıma adlı 
qıza xan qızı kiiki onun yanına gətirməyi əmr edir. Susıma 
kiikin gözünə baxarkən onda insana oxşarlığı hiss edir. Xan 
qızı Zöhriyyə ruhları çağırmaqla onu insana çevirir. Bundan 
sonra o, Yer Ziuardan oralarda nə etdiyini soruşur. O isə 
Aynacamala vurulduğunu söyləyir. Zöhriyyə, Yer Ziyarı onu 
dilə tutaraq saxlayıb onu özünə ər etməyə çalışsa da, Ziuar öz 
sevgilisinin dalınca getməsində israrlıdır. Ziuardan əlini üzən 
Zöhriyyə onun Aynacamala qovuşması üçün onunla birgə 
cinlər, divlər ilə vuruşa-vuruşa Aynacamal olduğu  əyalətə  
gəlib yetişirlər. Aynacamal Ziuara öz sevgi hissini bəyan edir.
Dastanın başlıca mövzusu ölkəni yadelli işğalçı xanlardan 
azad etmək uğrunda mübarizədir. Hadisələr  əsasən 
Xarəzmdə  cərəyan edir.
«Yer Ziuar» digər dastanlardan onunla fərqlənir ki, bura-
da hadisələr müharibənin başlaması ilə bağlı gələn infor ma-
siyayla ortaya çıxır. Belə başlanğıc  qaraqalpaq dastanlarında 
az təsadüf olunan element kimi maraqlıdır. Dastandakı xeyli 
motiv  və hadisələr nağıl və mifoloji ünsürlərlə  əlaqəlidir. 
Bu, dastanın süjetində, obrazlar sistemində və kompozisiya 
quruluşunda özünü yaxşı  nümayiş etdirir.
«Yer Ziuar» digər qaraqalpaq dastanlarından xeyli 
digər fərqli xüsusiyyətlərə malikdir. Digər qəhrəmanlıq 
dastanlarında uşaqlar, övladlar ön planda olub, valideynlər  
arxa planda durduğu halda, «Yer Ziuar»da oğulla ata (Ziuar, 
Canay və  Həsən) baş verən hadisələrdə bir yerdə vuruşur, 
iştirak edirlər.
Ziuar və Aynacamal uzun müddət ərzində Zöhriyyənin 
yaratdığı sarayda qalır. Div-pərilər Aynacamalı  oğurlayıb 
aparmaq istəyirlər. Lakin Aynacamal Ziuara görə öz şahlığını 
qurban verməyə hazırdır. Aynacamal Ziuara cunqarların 
(kalmıkların) Xarəzmi dağıtmaları haqqında məlumat 
verməklə, ona doğma yurda yetişməyi məsləhət bilir. Ziuarın 
kalmıklar üzərinə hücumunda Zöhriyyə də öz yaxın rəfiqələri 
ilə iştirak edir. Xarəzmdə müharibənin yatırılmasında Ziuar, 
Aynacamal və Zöhriyyə yaxından iştirak edirlər. Kalmıklarla 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
60
61
xarəzmlilər sülh bağlayır, əmin-amanlıq şəraitində yaşamağa 
başlayırlar.
Dastanda bədii ifadə vasitələrindən istifadə onun 
başlıca ideyasının açılma sına xidmət edir. Qəhrəmanların 
zahiri siması, iştirakçı    şəxslərin portretləri və s. ustalıqla 
işlənmişdir.  Əsərdə atalar sözü və  zərbi məsəllərdən geniş 
istifadə olunmuşdur. Dastanın bədii dilində  jırau məharəti 
özünü kifayət qədər relyefli ifadə etməkdədir. 
«Qurbanbəy» dastanı. Dastan 1938-ci ildə  Sədirbəy 
Mövlənov və  Şəmşid Xocaniyazov tərəfindən yazıya 
alınmışdır.  Əlyazması Özbəkistan Elmlər Akademiyasının 
Qaraqalpaq  filialının kitabxanasında saxlanılan bu əsər 
1962-ci ildə Nökisdə qaraqalpaq dilində  nəşr olunmuşdur. 
Dastanda noğaylı Qurbanbəy batırın cunqar Şeyirxana qarşı 
mübarizəsi yer almışdır. Qurbanbəyin cunqarlara qarşı 
yürüşündə onun xanımları, oğulları və kiçik qardaşı iştirak 
edirlər.
Qurbanbəy xalq təəssübkeşidir. O, onun doğma 
torpaqlarına göz dikən düşmənlərin hamısına qarşı amansız 
olacağını və vətəni azad edib onları cəzalandıracağını  deyir. 
Başlıca ideyası istismarçılarla mübarizəni əks etdirən bu əsər 
xalq ideallarının ifadə  olunmasını ön plana çəkir. Dastanın 
bir sıra yerləri  “Qırx qız”la kifayət qədər yaxından səsləşir. 
Təhkiyədə Qurbanbəyin qulağına qeybdən səs çatdığı 
insanların cunqar xanı tərəfindən  min bir bəlalara məhkum 
olub qula çevrilməklə  əzablar içində  məhv olduğu  əksini 
tapır. Dastanın bu yeri  Surtayşanın qaraqalpaq torpaqlarına 
soxulub xalqı qula çevirib apardığı  və Gülayimin xalqın 
köməyinə yetişdiyi mənzərəni  əks etdirən səhnə ilə üst-
üstə düşür.  Şeyirxanla mübarizədə  qəhrəmanlıq göstərən 
Qurbanbəyin  əmisioğlu Sultan məhv olur və s. 
«Qurbanbəy»  ənənəvi  qaraqalpaq  dastanlarındandır. 
Burada çoxsaylı coğ ra fi yer adlarına rast gəlinir ki, onlar 
əsasən noğaylı dövrünü əks etdirməkdədir. Dastanda 
«noğaylı»  həm də hadisələrin getdiyi ərazinin göstəricisi 
kimidir. Eyni zamanda dastanda elə yerlər  də vardır ki,  
onlar dastanın məzmunu ilə əlaqəli deyildir. Məsələn, Yaxın 
Şərq ölkələrinin  şəhərləri Qəndəhar, Rat və başqa adlar 
bu qəbildəndir. Bundan başqa burada jırau fantaziyasına 
söykənən yer adlarına da rast gəlinir ki, onların içində 
Abuzəmzəm, Qoyı Bulır, Abuhəyat, Ağböulay, Guhi-Kab 
və s. vardır. Eyni zamanda dastanın elə yerləri də vardır ki, 
hadisələrin bir yerdən başqa bir yerə keçməsi məntiqə söy-
kən mir.  “Qurbanbəy”in özünəməxsus süjet xüsusiy yətlərini 
fərqləndirmək olar ki, məsələn, «Alpamıs»da, «Koblan»da 
olduğu kimi qəhrəmanın doğuluşu, «Qırx qız»da cigitlərin 
qız axtarışına  çıxması və s. burada analogiyasını  görmürük. 
Bununla belə dastan üçün nağıl motivi daha çox səciyyəvidir.
Dastanın sehrli yuxu görmədən  başlaması bunun bariz 
sübutudur.  Əgər «Koblan»da batırın köməkçisi qırx cigit, 
«Qırx qız»da qırx qız, «Alpamıs»da onun dostlarıdırsa, 
«Qurbanbəy»də onun köməkçiləri kimi düşmənə qarşı 
arvadları və bacısı vuruşur. Əsərdə qəhrəmanlar iki cür haqq-
ədalət uğrunda mübarizə aparanlar, şah və onun əsabələri 
kimi təsnif oluna bilərlər. Əgər qəhrəman və onun yaxınları 
xalqın azadlığı, vətənin qorunması  uğrunda mübarizə 
aparırlarsa, şahlar öz dağıdıcı maraqlarını gözləməkdədirlər. 
Onlar xalqın içinə nifaq salıb, onu rəzil vəziyyətə salmaqla
həm də  təqsirsiz insanları qan girdabında boğdururlar. 
Əsərin başlıca konfliktini də despot şahlarla xalq batırlarının 
mübarizəsi təşkil edir. 
Nağıl motivindən geniş istifadə bu dastanın fərqli 
keyfiyyəti kimi ortada dayanır. Bu onu göstərir ki, noğaylı 
dövründə nağıllar folklor janrlarının, o cümlədən dastanların 
formalaşma və inkişafına nəzərəçarpacaq təsir göstərmişdir. 
Nağıl priyomundan istifadə Qurbanbəyin bacısı Məqsim qızın 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə