Qaraqalpaq indd



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə12/111
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57047
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
46
47
(qa  rovolçu)  hissəsini təşkil etmiş, bu ərazilərdə yaşamış, 
sonra  xris tian lığı  qəbul etmiş  və ukraynalılarla qaynayıb 
qarış mış lar.
Qarapapaqlar da türk qəbilələrindən biri olmaqla, 
əvvəllər qara qoyun dərisindən papaq geyinirdilər (türk 
dilində “papaq” və “qalpaq eyni sözü ifadə etməkdədir). 
Buna görə  də «qarapapaq» və «qaraqalpaq» etnonimləri 
bir-birinin sinonimidir. Bundan başqa türk dilində bu günə 
qədər «papaq» və «qalpaq» sözü ilə bərabər «börk» sözü də 
işlədilir. Buna nümunə kimi Azər baycan  Respublikasının 
Ucar rayonunda Bakı-Tbilisi avtomobil yolunun üstündə 
«Qara börk»  adlı yaşayış  məskəni olan kəndin adını qeyd 
etmək mümkündür. Hər ehtimala qarşı bu kəndin adı da elə 
qarabörklü qəbiləsinə aid edilməlidir. Qarapapaqlar tarixi 
kökləri etibarilə «basıl», «barsıl», «barsil», «barçıl», «barçel», 
«barçula», «borçalı» etnoniminə gedib çıxır. Bu komponentlər 
həm də «kas-at», «kaz-ar», «kaz-ak», «xaz-ar» etnonim ləri ilə 
xeyli ümumi nöqtələrə malikdir. V.Minorskinin, F.Kırzıoğlu-
nun və Z.Bünyadovun fikrincə qarapapaqlar həm də qıpçaq  
kökünə bağlıdırlar. Qıpçaqlar isə bir vaxtlar Dəryal və Dərbənd 
dərəsindən keçib Qərbi Azərbaycan (hazırda Ermənistan), 
Cənubi Gürcüstan (hazırda Borçalı regionu), Qazaxa, 
Tovuza, Şəmkirə, Gəncə ərazilərinə, Cənubi Azərbaycan, İran 
(genpapaqlar qəbiləsi) və Türkmənistan (baharlı  qəbiləsi.) 
ərazisinə  səpələnməklə yayılmışlar. XI əsrdə onlar islamı 
qəbul etmişlər,  əksəriyyətinin məzhəbi sünnüdür. Cənubi 
Gürcüstanda, Qərbi Azərbaycanda və Azərbaycanın  bir 
hissəsində yaşayan qarapapaqlar Gürcüstana birləşmişlər 
və  məhz elə bu ərazilərdə  də «Borçalı-Qazax» etnonimi 
möhkəmlənmişdir.  Qarapapaqlar Atabəylər – Eldəgiz lər döv-
ləti nin  əsasını qoyanlardır. XV əsrdə Ağqoyunlu (Səfəvilər) 
dövləti tənəzzülə  uğradıqdan sonra çoxsaylı    məhrumiy -
yətlərə baxmayaraq, qarapapaqlar şiə  məzhəbindən boyun 
qa çırıb qızılbaşlığı qəbul etməmiş, daha doğrusu, qarapapağı 
baş larından götürməmiş lər. Bu gün Azərbaycan və Gür-
cüstanın bir hissəsində yaşayan əhalinin xeyli hissəsi özlərini 
məğ rurluqla qarapapaq adlandırırlar.  Əsrlər boyunca qara-
papaqlar osmanlılarla – oğuz türkləri ilə qaynayıb qarışmışlar. 
Bundan sonra qarapapaqlar qıpçaqlarla birgə özünü həm də 
oğuzların işində olduqca sərbəst hiss etmişlər.
Qaraqalpaqlar əsasən Qaraqalpaq stan da, qaqauzlar Qa-
qau ziyada, qarapapaqlar Qərbi Azərbaycan və Cənubi Gür-
cüstanda «Qazayaqlı»,  «Qa zax lı», «Qıpçaq», «Tatar» adları 
altında tanınan yaşayış  məntəqələrində yaşa maqdadırlar.
Mənbə və materialları diqqətlə öyrəndikcə belə bir nəticə-
yə gəlirik ki, qaraqalpaqların, qarapapaqların, qaqauz ların və 
xəzərlərin hamısının etnogene zində qıpçaq-oğuz komponenti 
özünə yetərincə yer tutmuşdur. Öz növbəsində qıpçaqlar və 
oğuzlar müstəqil qəbilə olması ilə yanaşı, bir tərəfdən, etnik 
kökləri ilə türklərin hun (xunu) qəbiləsinə, digər tərəfdən, 
sak-sarmat-massaget genetik və  mədəni  ənənələrinə gedib 
çıxır. 
Ədəbiyyat
1.Мошков В. Турецкие племена на Балканском полуострове. 
Кишинев, «Елена – V.İ», 2005, 60 с.
2.Державин  Н.С.  О  наименовании  и  этнической 
принадлежности  гагаузов.  Кишинев, 2005, 24 с.
3.Маруневич  М.В.  Правда  о  гагаузском  народе,  как  о 
самобытном  этносе  и  о  его  этнической  территории.  Комрат, 
«Айдыннык», 1993, 15 с.
4.Kırzıoğlu M.F. Karapapaklar. Borçalı-Kazak Uruğunun Kür-
Aras Boylarındakı 1800 Yılına Bir Bakış. Tarihi, Etnoloji ve Dil Araş-
tır maları. Erzurum, Atatürk Universitesi Basımevi, 1972, c. 3-33.
5.Bünyadov Z. Qarapapaqlar. “Borçalı” jurn., 1993, №1, s.14-19.


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
48
49
6.Tağısoy N. Qaqauzlar: keşmişindən bu gününə. “Kredo” qəz., 
2005, 17 dekabr.s.7. 
7.Məmmədov N. Qaraqalpaqlar: etnogenezi, yaşadıqları coğrafi 
ərazi, epik təfəkkürü. “El sözü” jurn., 2006,  №1-2, s. 29-36.
8.Məmmədov –Tağısoy  N. Xəzərlər. “Azərbaycan” jurn., 2006, 
№8, s.161-175. 
 III. QARAQALPAQLARIN
DASTAN YARADICILIĞI
Qaraqalpaqların bədii təfəkküründə dastan yaradıcılı ğına 
uzun zaman kəsiklərində mühüm yer verilmişdir. Dastan 
qaraqalpaq həyatının salnaməsi rolunu oynamaqla xalq 
yaradıcılığının zəruri mənəvi formasını özündə əks etdirirdi. 
Yəqin elə buna görə  də dastan qaraqalpaqların zəngin və 
rəngarəng bədii təfəkkür dünyasının ifadəçisi kimi çıxış 
edirdi. Qaraqalpaq dastanları  həm ayrı-ayrı  jırau, baksılar, 
həm də kollektiv yaradıcılığa söykənərək yaradılır, inkişaf 
edir, formalaşırdı. Bu dastanların forma və məzmunu uzun 
əsrlər  ərzində mövcud olmuş  ənənələrə söykənməklə xalq 
qəhrəmanlığı, sevgi, məhəbbət, məişət həyatının  ifadəçisi 
kimi çıxış etmişdir.
Bəri başdan qeyd edək ki, qaraqalpaq xalqının həyatı son 
dərəcə ağır  və keşməkeşli olduğundan bu hadisələrin hamısı  
dastanlarda müfəssəl  şəkildə öz əksini tapmışdır. Çöllük 
qəbilələri  uzun illər  ərzində Çingiz xan qüvvələrinə sinə 
gərməyə  məcbur olmuşlar. Buna görə  də qaraqalpaqların 
monqol hücumlarını  dəf etməsini  əks etdirən məqamların 
biz qaraqalpaqların “Güldursun haqqında rəvayət”ində əks 
olunduğunu görürük. Bu əsərdə Vətən qeyrəti, xalqpərəstlik 
sevgi-məhəbbət hisslərini üstələyir. Burada Güldursun adlı 
qızın öz doğma obasını, vətənini sevgisinə qurban verib 
monqollardan olan hərbi rütbəli bir kişiyə getməsi tənqid 
olunur, qızın belə davranışı  və seçimi pislənir. Monqollar 
dövründən sonrakı qaraqalpaq tarixi Qızıl Orda, Noğay 
İttifaqı (XIII-XIV əsrlər) ilə bağlı olmuşdur.  Qaraqalpaq 
tarixinin «Noğay» dövrü, onların mədəniyyət tarixi bizə gəlib 
çatmış epik nümunələrdə öz əksini tapmışdır.
1
Qaraqalpaq xalqının formalaşma dövrünü tədqiqatçı lar 
əsasən XI-XIV əsrlərə aid edirlər. XV əsrdə isə qaraqalpaq ların 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə