Qaraqalpaq indd



Yüklə 8,16 Kb.
Pdf görüntüsü
səhifə4/111
tarix23.01.2018
ölçüsü8,16 Kb.
#22130
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
14
15
Qaraqalpaqların çoxsaylı  məşhur batırlıq poemaları – 
«Alpa mıs», «Qırx qız», «Koblan», “Yer-Ziuar”, “Qurbanbəy”, 
“Yer Şora” və s., mə həb bət dastanları “Qərib-aşıq”, “Yusif-Əh-
məd” və «Şəhriyar» xalq hə  ya  tının bu və ya digər cəhətlərini 
və tarixi hadisələri bədii şəkildə özündə əks etdiməklə zəngin 
və populyardır. 
Qaraqalpaqstanda müxtəlif dövrlərdə Jien Jırau, Günxoca, 
Ha cı niyaz,  Berdağ, Atəş  şair kimi klassiklər, A.Musayev, 
A.Dabılov, K.Aue zov, J.Aymir zəyev və başqa bu kimi XX əsr 
sənətkarları yazıb-ya  rat mışlar. N.Davkarayevin, İ.Yusupo-
vun,  T.Kaipbergenovun,  T.Ju ma  mu rado vun  və b. əsərləri 
ölkənin hüdudlarından çox-çox uzaqlarda məşhurdur.
Qaraqalpaqstan elminin inkişafına S.Kamalov, C.Ab-
dirov,  T.Jdan  ko,  M.Nurmühəmmədov, K.Maksetov, K.Ayim-
betov, S.Baha dı rova,  A.Alniyazov,  K.Jərimbətov və başqa bu 
kimi böyük alimlər öz töhvə lərini vermişlər.
Müasir Qaraqalpaqstan - inkişaf etmiş təsərrüfat həyatı na 
ma lik bir respublikadır. Onun sənayesinin başlıca sahələ rini 
kənd təsər rüfatı  məhsulları  təşkil edir. Respub lika nın  əsas 
təsərrüfat  sahəsi pam bıq təmizləmə ilə birbaşa bağlı olan 
yağ hasilatı, pambıq toxumu nun yenidən hazırlanması və s. 
bağlıdır.
Respublikanın cənubu pambıqçılıq və ipəkçiliklə məşğul-
dur. Burada su son dərəcə azdır, yayda çox isti, qışda isə 
güclü soyuqlar olur. Torpaq isə duzludur. Buna görə  də 
əkinçilər bu və ya digər əkin və bitkilərlə məşğul olduqda son 
dərəcə böyük zəhmət sərf edirlər.  Qa ra qalpaqstan  torpağı 
əsasən düyü əkib becərmək və inkişaf etdirmək üçün daha 
münasibdir. Bu region bütün Özbəkistanın düyü ilə  təmin 
olunmasında böyük əhəmiyyətə malikdir. 
Qızılqum  otlaqlarının geniş səhra hissəsində qaragül qo-
yun çu  luğu və dəvəçilik inkişaf etmişdir. Şimal hissədə yaşa-
yan əhali isə əsasən, düyü, çəltik və heyvandarlıqla məşğul-
dur. Dənizkənarı hissədə isə vaxtı ilə balıqçılıq, heyvandarlıq, 
ilxıçılıq, atçılıq və s. kimi sahələr inkişaf etdirilirdi.
Müasir Amudərya deltasının cənub hissəsində qumluq-
lar da  Nökis  şəhəri yerləşmişdir. O Qaraqalpaqstanın 
paytaxtıdır.  Qaraqal 
paqstanın iqtisadi, siyasi, elm, təhsil, 
administrativ və mədəni mərkə zidir.  Şəhər elə bir coğrafi və 
həndəsi mərkəzdə yerləşir ki, burada komfortlu nəqliyyat 
arteriyası  Qızgetqen magistral kanalından keç 
məklə, 
buradan Respub likanın bütün rayonlarına avtomobil yolları 
ilə getmək mümkündür.
Nökis gözəl binalarla əhatələnmiş, mərmərlə örtülmüş, 
yerli mərmər zavodunun məhsullarından istifadə edilməklə 
inşa olunmuş müasir bir şəhərdir. Burada iri sənaye müəs-
sisələri, elm,  mədəniyyət, təhsil mərkəzləri, səhiyyə idarələri 
yerlə şir. Nökisdə Özbəkistan Respublikası Elmlər Akade-
miya sının  filialı, universitet, pedaqoji in 
sti 
tut, orta ixtisas 
təhsili müəssisələri, teatr, kino-teatrlar və s. mövcuddur.
Eyni zamanda Nökisdə Telemərkəz də vardır ki, buradan 
Qaraqalpaqstan Televiziyası  və Radiosu öz verilişlərini 
yayımlayır. Nökis 
də  Rəssamlıq Akademiyasının  şöbəsi, 
Bəstəkarlar İttifaqı, Yazıçılar İttifaqı şöbəsi, Memarlar İttifaqı 
şöbəsi, Kinostudiya şöbəsi və s. fəaliyyət göstərməkdədir.
Qaraqalpaqstanın ən inkişaf etmiş  şəhərlərindən biri də 
Xocey lidir. Bu səhər Amudəryanın sol sahilində yerləşmişdir. 
Şəhər iri nəq liyyat  şəbəkəsi olmaqla yanaşı, eyni zamanda 
yüngül və yeyinti sənayesi mərkəzidir.
Qaraqalpaqstanın ən cənub şəhəri 1932-ci ilə qədər respub-
likanın paytaxtı olmuş Turtkul (Dördgöl) şəhəridir. Dördgölün 
coğrafi vəziyyəti, daim onun güclü yağışlara məruz qalması, 
dağıdıcı  ərazidə yerləşməsi respublikanın mərkəzinin daha 
rahat bir əraziyə  köçürül məsini gündəmə  gətirdi.  Şəhərdə 
müxtəlif rayon əhəmiyyətli təşki latlar, klublar, kitabxanalar
kino-teatrlar və s. digər mədəni mərkəzlər mövcuddur.


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
16
17
Qaraqalpaqlar Qaraqalpaqstanın  əsas  əhalisini təşkil 
edir.  Qaraqal  paqların ölkədə ümumi sayı 430000 min 
nəfərdir. Onların  əsas hissəsi Qaraqalpaqstan Respublika-
sında yaşamaqla, onun şimal-sağ sahillərində Nökis, Kegeyli, 
Çimbay, Taxtakupır və eləcə  də Amu 
dərya deltasında 
Xoceyli,  Şumanay,  Kunqrad və Muynak ra 
yon 
larında 
yerləşmiş dir. Qaraqalpaqlar kiçik qruplarla Fərqanə vadi sində, 
Özbəkistanın Buxara və Xarəzm vilayətlərində də yerləş mişlər. 
Hazır da  Qaraqalpaqlar  Əfqanıstanda,  İranda, Qazaxstanda, 
Qırğı zıstanda, Rusiyada və digər ölkələrdə və ərazilərdə  yaşa-
maqdadırlar.
2
 
Mənbələrdə qaraqalpaqların dünyada ümumi  sayı müxtəlif 
rə qəm lərlə 500 min-dən 650 min nəfərədək göstərilir. Lakin bu 
rəqəmin özü də dəqiqləşdirmələr tələb edir.
Qaraqalpaqstanın  ərazisi Azərbaycanın  ərazisindən 2 
dəfə böyük dür. Qaraqalpaqstan Özbəkistanın  şimal-qərbində 
yerləşir.  Res pub likanın şimalında vaxtı ilə Aral dənizinin mavi 
ənginlikləri uzanırdı, qərbdə isə o Amudəryanın düzənlik 
deltasından ayrılaraq Üstyurt yaylasının  şərq hissəsini tutur, 
Şərqdən Respublikanı  Qızılqum səhraları  əhatə edir.
Qaraqalpaqların dəqiq sayı, onların daimi yaşadığı yerlər 
arxeoloqlar, etnoqraflar və tarixçilər tərəfindən hələ də indiyə 
qədər düzgün müəyyənləşdirilməmişdir.
Qaraqalpaqların həyatı daim faciələr  və dramatizm lər lə 
dolu ol muş dur, lakin xalqın uzun əsrlər boyu mü bari zə lər lə 
müşayiət olunan həyatı müvafiq materiallarda, kitab larda heç 
də olduğu kimi öz əksini tapmamışdır. Qaraqalpaqların həya-
tında baş verən tarixi hadisələr əsasən xalq yaddaşında saxla-
nılmış və epik-folklor əsərlə rinə daxil edilmişdir. Xivə xanlarının 
arxivində saxlanılan sənədlərdə  və Rusiya İmperiyasının çar 
məmurlarının qeydlərində, məruzələrində  qaraqal paq  ların 
tarixi təhrif olunmuş  şəkildə verilmişdir. Demək olar ki, XX 
əsrin 30-40-cı illərinə qədərki bütün mənbələrdə qaraqalpaqlar 
haqqında olan məlumatlar mübahisəli olmaqla, qənaətbəxş 
deyildir. XX əsrin 20 illərindən bu xalqın ümumi tarixi və 
keçdiyi yolla bağlı bir neçə əsərlər işıq üzü görmüşdür.
 3
   
Məhz qeyd edilən dövrdən başlayaraq K.A.Voznesenskaya 
və  A.O.Piotrov ski  «Qazax stan  və Orta Asiya Respublikalarının 
Antro po lo giyası  və Etnoqrafiyası, Biblioqrafiyası üçün 
materiallar» kitabını  nəşr etdirdilər. Bu materiallarda 
qaraqalpaqlara həsr olunmuş ayrıca bir bölmə vardır. 1932-
ci ildə Dördgöldə «Qaraqalpaq Muxtar SSR-nın biblioqrafik 
göstəricisi» nəşr olunmuşdur. Burada qaraqal 
paqların tarixi 
və etnoqrafiyası öz əksini tapmışdır. 1935-ci ildə Moskvada 
«Qaraqalpaq ların 
ədəbiyyatı üzrə biblioqra 
fiya» nəşr 
olunmuşdur. 1935-ci ildə  əvvəllər SSRİ EA-nın  Şərqşünaslıq 
İnstitutu «Qara qalpaqların tarixi üzrə materiallar» kitabını nəşr 
etdirdi ki, orada bu xalqın XVIII-XIX əsrlərlə bağlı etnoqrafiyası 
üzrə maraqlı və qiymətli məlumatlar vardır. Sonralar bu dövrdə 
qaraqalpaqların tarixi üzrə tanınmış tədqiqatçı P.P. İvanov bir-
birinin ardınca bir neçə  əsər nəşr etdirmişdir.
4
 30-cu illərdə 
isə A.Bizzenin «XVIII əsr qaraqalpaqların tarixinə dair» adlı 
məzmunlu məqaləsi nəşr olunmuşdur. 
Qaraqalpaqların etnogenezi Sırdərya və Aralətrafı delta 
və  səhralıqlarda məskunlaşmış  qəbilələrlə  əlaqəlidir. XVI-
XVIII  əsrlərin ortalarında qaraqalpaqların böyük qismi 
Sırdəryanın orta və  aşağı axını hissəsini tutmuşdu. Onlar 
burada yarımoturaq həyat tərzi keçirmiş,  əsasən  əkinçilik, 
heyvandarlıq və balıqçılıqla məşğul olmuş lar.  XVIII  əsrin 
ikinci yarısında qaraqalpaqların əsas hissəsi Sırdərya çayının  
qolu olan Janıdəryanın qərb tərəfindəki deltasına köçür. XIX 
əsrin sonunda qaraqalpaqların Amudərya deltasına köçüb 
yerləşməsi başa çatır.
Qaraqalpaqların tarixi və etnogenezi Orta Asiya tarixi, 
qəbilələri və xalqları ilə sıx bağlıdır. Hələ e.ə.I minillikdə Orta 
Asiya  ərazisində  zəngin, mədəni və eyni zamanda oturaq 


Yüklə 8,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə