Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə31/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   27   28   29   30   31   32   33   34   ...   66

 
182 
Koblan yatan eşikdə* 
Ertə idi, axşam yox. 
Xudam uğur göndərdi
6030. Gözəl, göyçək Qız Qurtqa, 
Batırın başın tutdu, 
Dizi üstünə qoydu. 
Qıpqırmızı yaylıqla, 
Yelpiyirdi batırı. 
Kozı Körpeş! Bayandı! 
Ölüm haqdan ayandı. 
Yaylıq iyin hiss edib, 
Düşmən səsin eşidib, 
Koblan birdən oyandı, 
6040. Səsdən bədəni əsdi. 
Qəlbi yaman üşüdü. 
Sınaqdan keçmiş Koblan, 
Birdən yerdən sıçradı. 
Nə istəsə edər o, 
Papaq yox, başda fəsdi. 
Ev geyimi, köynəkdə, 
Şalvar da yox əynində, 
Evdəki nizəsinin, 
Yapışıb dəstəyindən, 
6050. Sanki birdən oyandı, 
Çaşdı, alışdı-yandı. 
Evdən çölə qaçdı o, 
Qəzəblə qışqırdı o, 
Birdən möhkəm hay saldı. 
Nədir bizim aula
Kimsən sən hücum çəkən?” 
Koblan batırın səsindən, 
Az qaldı yer yarılsın. 
Ertə vaxtı batırın, 
6060. Düz bir aylıq yoladək, 


 
183 
Zəhmli səsi çatırdı, 
Nər kimi bağırırdı. 
Eşikdəki düşməni, 
Qorxutdu öz səsiylə. 
Nər qamışı əzən tək, 
Nizə düşmən gəzirdi. 
Evdən çıxıb bayıra, 
Batır əl açdı səmaya. 
Yeddi pirə - babaya, 
6070. Dedi: “Kim çatdırar Bokenə, 
İlxıdakı batıra, 
Düşmən hücumu haqda. 
Nizəmdən keçirərəm, 
Qurd kimi gəmirərəm
Onların payın verrəm, 
Həm günahkar edərəm!” 
Qurtqa tez evdən gəldi, 
Axurdakı Burılı, 
Ehmallıca çıxardı, 
6080. Belinə tərlik saldı. 
Bazardan gələn qaşıqdı. 
Burılı bir az saxlayıb, 
Yəhərləməyə çalışdı. 
Şir-nər olan bu batır, 
Bilmədi nə hayqırır. 
Kafir qorxaq Qızılbaş, 
Batıra silah tuşladı. 
Gözəl, göyçək Qız Qurtqa, 
Yamanca tələsirdi. 
6090. Burıl ata minəndə, 
Silah-sursat geyəndə, 
Pirlər mədət verəndə, 
Batır döndü daşqına. 
Elə girən qızılbaşlar, 


 
184 
Batır qəzəbindən qorxub
Dağ dalına qaçdılar. 
Bura gələn qızılbaş, 
Piyçün gəldi –bud oldu. 
Şəkər dedi - bal oldu. 
6100. O da öz yurdunda nər. 
Amma, demə içində, 
Bir qisas yaşadırmış, 
Qızılbaş deyilənlər – 
Qazax deyillər – atəş. 
Sifətlərdir buzlayıb, 
Kipriklərdə buz donub. 
Qızılbaşlar yurdunda. 
 Həmin xan Kobiktinin, 
Qardaşı oğlu xan Şoşay, 
6110. Əsgərləri çağırıb, 
Qəhrəman tək hay salıb, 
Şoşay xan onda dedi: 
Yük götürən qara nər, 
Koblan çılpaq yatanda, 
Xatununun boynunda, 
Öldürməyi etdim ar. 
Gəlin bəri geyinsin
Geyinib yola düşsün, 
Əcdaddan kömək diləsin. 
6120. Zəhmli üzümdən qorxsun, 
Yalqız qalıb məhv olsun, 
Qoy xan deyən tək olsun, 
Qızılbaş əsgərləri, 
Dağ ətəyində durdular. 
Bir-birinə sipər olub, 
Burda məskən qurdular. 
Dedilər sayımız çox, 
Hərə əlində kaman. 


 
185 
Çəkib oxun atdılar, 
6130. Koblan əsl şiri-nər
Burıl atına mindi. 
Zəhmli səs çıxardı, 
Burıl atı oynadı, 
Batır təbili vurdu, 
Həm də bərkdən qışqırdı: 
“Qızılbaş, çıx qabağa!” 
Yaxınlaşdı yağıya. 
 Qızılbaş xanı Şoşay. 
Sorğu etdi Koblana 
6140. Dedi: “Xahiş edirəm, 
Mənə üç gün möhlət ver”. 
Koblan batırsa onun, 
Xahişinə əməl etdi. 
Dedi: “Qoy deməsin ki, 
Məqsədimə çatardım. 
Versəydi mənə möhlət”. 
Burda sözü saxlayaq. 
Bu arada uzaqda, 
Toz göyə duman oldu. 
6150. Düşmən gəlir görəndə
 Batırın səsin eşidib, 
Ölmək yox, həyat şirindir. 
Qəbrdə yatmaq çox pis, 
Adamların gözəli, 
Nitqi, sözü bal kimi, 
Yeddi il qalmış dağlarda. 
Orda yalqızlıq görmüş, 
Koblandıdan əl üzmüş. 
Gündüz-gecə qəm yemiş, 
6160. Xoşbəxtlik nə - görməmiş. 
Hamıdan şanlı olmuş, 
Qarlıqa Akmonşahda, 


 
186 
Yetirdi özünü atda 
Qarlıqanın ardınca. 
Tozu dumandır görüb, 
Həm də səs-küy eşidib, 
Bildi düşməndir gələn
Batırın səsin eşidib, 
Beş yaşlı ata minib, 
6170. Akmonşahın qardaşı. 
Dovşan kimi bərk qaçan, 
Seil oğlu Qaraman, 
O da gəldi ardınca. 
O da batıra çatdı. 
Onların gəlməsindən, 
Batırın xəbəri yoxdu. 
Qaramanın ardınca, 
Sözə əməl edərək, 
Həmən çapdı bu Oraq. 
6180. Dağın axar bulağı, 
Səhər erkən duraraq
Səhraya o, çıxaraq, 
Toz gördü, səs eşitdi, 
Koblanın bacısı Qarlıqaş, 
Qardaş səsin eşitdi. 
Dedi: “Bu səs kökəmin, 
Görən, ona nə olub”. 
Oraqa aman vermədi, 
Müdrik bacı Qarlıqaş. 
6190. Çırağım – bu batırla, 
Doğulubdular birgə. 
Yaxın qalmaz kənarda. 
“Tez ol sən get, batırım, 
Kökəm, sənin yolunda 
Özümü qurban verərəm!” 
Kürən atı hazırlayıb, 


 
187 
Belinə tərlik saldım. 
Batırı ata mindirdim, 
Həm də ki, yola saldım. 
6200. Oraq da ora çapdı, 
Qayış-baldır kürənlə. 
Oraq igidin ardınca, 
Bölünməyən yuxuda. 
Yırtılmayan məzarda. 
Batırın səsin eşidib, 
Uzağı tozlu görüb, 
Bilən də düşmən gəlib, 
Özü altı yaşında, 
Xəzdən börkü başında. 
6210. Səmənd atsa altında. 
Yestemis ərlə yanaşı, 
Qaş-qabağın tökərək, 
Ağ şahin şığayırdı. 
Şir gücü oynayırdı. 
Altı yaşlı Bokenbay, 
O da gəldi ilxıdan, 
Bokenbayın ardından, 
Qız bircəkli atıyla. 
6220. Kuruku* da əlində, 
Ayağından başadək, 
Silaha sarılmışdı.  
Yestemis gəldi ardından. 
Düşmən gələn o yolda 
Hamısı yığışdılar, 
Sayqak kimi çapdılar, 
Bir məxrəcə gəldilər. 
Besin vaxtı gələndə 
“Yalqızam” deyən batır, 
6230. Sərbəstcə nəfəs dərdi. 
Arkada var börigöz, 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə