Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə30/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   26   27   28   29   30   31   32   33   ...   66

 
176 
Yolla getdikləri vaxt
Qarlıqa yatan çadırı, 
5830. Koblanla Qurtqa gördü. 
Qarlıqa çıxdı qabağa, 
Koblan üz tutdu Qurtqaya, 
Bir-iki ağız söz atdı, 
Akmonşah at altında,  
Qəmşad börkü başında, 
Atdığı oxu yaşıldı, 
Görən gözü qıyıldı. 
Koblan sultan əsildi: 
“Bil ki, sənin dərdindən, 
5840. Başıma heyf demədim mən. 
Döyüşdə saçımı yığdım, 
Dağda yalqız yaşadım, 
Gözümdən qan-yaş axdı, 
Söylə bu necə haqdı. 
Əzaba saldın başımı, 
Qoymadın daş üstə daşımı. 
İndi qoy gəlib görsün
Bacım mənim gücümü. 
Koblandı, rica edirəm, 
5850. Söylə nədir taqsırım? 
Hara getsəm, söyləsəm, 
Kimsə deyəcəkmi ki, 
Sən bunu düz eylədin?” 
Çox yalvardı – yaxardı, 
“Gir içəri, sən bacım!” 
Burda qalıb gecələ, 
Koblanı yeznəm çağır. 
Qarlıqanın ürəyi, 
Hey alışıb yanırdı. 
5860. Gözəl, gəşəng Qurtqa Qız, 
Qarlıqanın ağladığın, 


 
177 
Görüb, xahiş eylədi: 
Gəl, bu gün qalaq burda!” 
Arkada şam ağacı, 
Xudam, necə qəddardı, 
Qarlıqa çox yalvardı, 
Koblan qulaq asmadı. 
Qurtqanı özüylə apardı,  
Qarlıqa hıçqırırdı, 
5870. İçində dərdi vardı. 
Ağ nizəyə söykənib, 
Qarlıqa min zülmlə, 
Yetişdi çadırına. 
Koblanla Qurtqa birgə 
Gəldi Qaramanın toyuna. 
Düz iki ay sərasər, 
Burda toyda oldular. 
Qaraman həmtayıyla birgə, 
İki qızla bir yerdə
5880. Kəbin də kəsdirdilər. 
Koblan bir də yenidən, 
Elinə qayıdanda, 
Bir neçə gün yol gəldi, 
Koblan yenidən gördü, 
Qız onu qarşıladı, 
Aslan batıra dedi: 
“Mən çay hazırlmışam, 
Qızıl kasada yağ verrəm. 
Gözəl Qarlıqa qızın, 
5890. Sizə qulluq etməyə, 
Hər şeyi hazır idi. 
Niyə özün qurban verdi. 
Qəddar Qız Qarlıqanın, 
Qəlbi alovlanırdı. 
Dayanın mənim yanımda, 


 
178 
Mən dağlarda yalqızam. 
Qaramnın toyuna, 
Məni aparsan nə olardı?” 
Çox yaş tökdü Qarlıqa, 
5900. Heç nə kömək etmədi. 
Arkada şam yetişir, 
İgidin bəxti gətirməz, 
Əgər zəhmət çəkməsə. 
Koblan yenə heç cürə, 
İnadından dönmədi. 
Qurtqanı götürmədi. 
 Doğma elə dönərkən, 
Elin salamat gördü. 
Koblandıyla Qurtqanın, 
5910. Vüsala yetdiyindən, 
Keçmiş idi səkkiz ay. 
Keçmişdi doqquz ay,  
Keçmiş idi doqquz gün. 
Vaxt – vədə yetişdi ki, 
Qurtqa indi dünyaya 
Gətirəcəkdi uşaq. 
Gözəl qızda başladı, 
Kəskin, çox pis ağrılar, 
Bəlkə, doğulur batır, 
5920. Bununçün ağrı bərkdir! 
Yuxa getmədi gözünə, 
El içində Qurtqanın. 
Vədə yetişdi gəldi, 
Dünyaya gözəl oğlan, 
Təpəsi üstə dəydi. 
Alnı gündə bərq vurdu, 
Qurtqanı dövrəyə almış, 
Qırx qadın hamısı birdən, 
Uşağı qaldırdılar, 


 
179 
5930. Tez bələyə bükdülər. 
Tərpənən kimi uşaq
Bələk oldu bir varaq. 
Dedilər: “Şir doğuldu”, 
İnsanlar sevindilər. 
Hər yana yayıldı xəbər, 
Carçılar əldə bayraq,  
Düz doqquz gün sərasər,  
Çağırb adamları, 
Şənliyə gətirdilər. 
5940. Koblandı şənlik qurdu, 
Yelik gölün* yanında. 
Yesimba* tərəfindən, 
Buxarçay ətrafından, 
Qalın qıpçaq, köp noğay, 
Buraya yığışdılar. 
Yurdun gözəl balasın, 
Çağırdılar Bokenbay. 
Səs saldı dağa-daşa
Gələndə bir yaşına. 
5950. Qayalara ox atdı. 
Gəldi Boken ikiyə,  
Öz həmyaşıdlarından, 
Heç kəsə tay olmadı. 
Nəfəsində istidən,  
Sanki çörək bişərdi. 
Boken çatdı üçünə, 
Üçə keçən kiçik bala, 
Qayaları yarırdı, 
Daşı kənara atırdı. 
5960. Bunu eşidən hər kəs, 
Sevinirdi, gülürdü. 
Gəldi Böken dördünə, 
Dördə yetişəndə o, 


 
180 
Dedi:”At çapam gərək
Qızılbaşın kəndinə!” 
Gəldi bala beşinə, 
Beşə gələn balanın, 
Gündüz-gecə qayğısı, 
Oldu yalnız yağısı. 
5970. Gəldi Boken altıya, 
Altıya çatan balanın, 
Artıq oldu faydası. 
Bütün qıpçaq elində, 
Altı yaşlı Bokenbay, 
Oxşadı atasına. 
Dağlar-daşlar yanırdı, 
Zəhmindən Bokenbayın, 
Qəzəbindən, gücündən. 
Minib birdən atına, 
5980. Xəznədən paltar geydi 
“Bu elə bəsimdir mənim!” 
Mindi səmənd atına, 
Allah köməyi olsun, 
Dağ silsiləsin aşdı, 
Düzənlərdən çaparaq, 
Atın sürdü dördnala. 
Özü altı yaşında, 
Dələ börkü başında. 
Altında səmənd atı, 
5990. Yanında yox yoldaşı. 
Bölünməyən yuxuda, 
Yırtılmayan məzarda. 
Könlü getdi görməyə
Dağ döşündə otlayan, 
Yestemis baxan ilxıya. 
Olduqca gənc Bokenbay  
İlxıdan atı tapsın, 


 
181 
İlxıya o, çatanda, 
Yestemislə doxsan qul, 
6000. Batır hər nə etsə də, 
Ondan razı qaldılar. 
Qaraspanın başında, 
Düşərgəsini qurdu. 
Bu nəhəng şiri-nər gənc, 
Nizəsin ələ aldı, 
Üçyaşlı ata mindi. 
Polad dəbilqə geydi, 
Cana ümid yeriydi, 
Razıydı Koblan-batır. 
XXII.  Hələ  ki,  Bokenbay  burda  qalsın.  İndi  sizə 
Kobiktinin  qardaşı  oğlu  Şoşay  xandan  deyim.  Şoşay  batır 
qırxminlik  ordu  ilə  qıpçaqlardan  əmisinin  qisasını  almaq  fikri 
ilə onların üzərinə hücuma keçir. 
6010. Bir neçə gün keçmişdi
Dan yeri ağarmışdı, 
Şolpan ulduz batmışdı, 
Qırmızı gün çıxmışdı, 
Koblan hələ yatmışdı. 
Boken ilxıya gedəndə, 
Qalın el yaylağında, 
Madyan bağlanan yerdə, 
Dağın lap ətəyində. 
Dağdan qalxdı güclü toz, 
6020. Darvaza səmtə getdi, 
Ayaq səsi eşitdi
Dedi: “Bax, yağı gəldi, 
Yuxusundan oyatsam, 
Sultanım şaşar” – dedi. 
Qızılbaş hücum edər, 
Nizəm başların deşər. 
  


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə