Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə33/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   29   30   31   32   33   34   35   36   ...   66

 
194 
Qızılbaş xanı Şoşayı, 
Bokenbay atdan saldı. 
Şoşay xanın əsgərləri 
Meyitdən yan durdular. 
Sən ay doğma qardaşım, 
Deyib çox ağlaşdılar. 
Qaramanla Oraqa 
Bala qeyrətin göstərdi. 
6440. XXVI. Qızılbaşı atdan saldı, 
Oraqın yanına gəldi. 
Gəlib dedi Bokenbay: 
“Kökəmi* mən görmədim, 
Az, ya çoxdu yarası, 
Heç nə duya bilmədim, 
Mən kökəmə varacam. 
Yaxşıdı, ya pismidir, 
Mən gəlincə ikiniz
Kalmıkın əsgərinə, 
6450. Yaxşıca dərs verərsiz. 
Bu sözü atıb Bokenbay, 
El tərəfə yönəldi. 
Yaradan özü deyir ki, 
Bəndəmə kömək edərəm. 
Ey xeyirxah insanlar, 
Bokenbay haqda hekayətə 
Yaxşıca qulaq asın. 
Bokenbay batır çaparaq, 
Yurtaya yaxınlaşanda, 
6460. Atdan enmək istərkən
Qurtqanı ordan gördü. 
Hörüklərlə öyündü. 
Qəlb sevinclə döyündü. 
Hörülmüş saçlarını, 
Yanda yırğalayaraq. 


 
195 
İçəridən çıxdı Qurtqa. 
Kökəmin vardım sözüylə, 
Getdim düşmənin iziylə. 
Canımı verərəm qurban, 
6470. Aynalayın Bokenbay. 
Özün bir də at üçün, 
Getdi düşmən dalınca, 
Namusunu qorudun. 
Atanı xilas etdin, 
Düşmən üstünə getdin
Qarğaya oxşayanlar, 
Qızılbaşlar əlindən 
Tayburıla minəmmədik. 
Belə nizə taxmadın, 
6480. Kökəm heç qalxa bilmir. 
Burıl at uçdu səmaya, 
Düşmənə əl vermədi. 
Düşmən üstə gələndə, 
Canımı qurban verərəm, 
Aynalıyın, Bokenbay, 
Kökəm, bax sənə görə. 
Düyənin görkü nərlikdi, 
Çayınkısa sərt sahil. 
Kökəm atdan düşəndə
6490. Yurdum yaman qəmləndi. 
Yaradan bir xudadır, 
On səkkiz min aləmi, 
O heç nədən yaratdı. 
Xanlara baş əymədim. 
Bir xatın məni ələ aldı, 
Həyatım əlində qaldı. 
Qarşısında diz çökdüm. 
Yatır kökəm, dərd çəkir. 
Atamın işi Allaha qalır, 


 
196 
6500. Baxmaz gözün yaşına, 
O, qəzəbli olanda, 
Kəsib atlar başını, 
Qəzəblənib sultanım. 
O nə yeyir, nə içir, 
Yarasını bağlayıb, 
Yanında oturram mən. 
Qulaq as mənə, Bokencan! 
Erkən dan atınca qalx, 
Ram olmayan Burılı, 
6510. Çıxararam qarşına. 
Tez onun belinə qalx
Altı qulac polad nizəni, 
Gizlin gətirərəm mən, 
Onu belinə bağla. 
Uçurumlardan tez atıl,  
Atı çap Boken-batır. 
 Düzənlərdən çaparaq, 
Atını sən yorğa sür. 
Köp düşmən arasında, 
Kökəmi nizəylə didən. 
6520. Dağa getmiş Qarlıqanı, 
Əgər gücün çatarsa, 
Düşürüb atdan salarsan. 
Yalnız bundan sonra sən, 
Kökəni görə bilərsən. 
Yalan yox sözlərimdə, 
Çırağım, mənə inan! 
Var getginən, çırağım, 
Sözlərim sənə budur. 
Qulaq as sözlərimə, 
6530. Sən ey Bokenbay batır. 
Qurtqanın müdrik sözün
Yaxşı-yaxşı dinləyib 


 
197 
Ona dedi: “Burılı gətir, 
Yolunda uğur olacaq”. 
Bu qızğın Burıl ata, 
Bokenbayı mindirdi. 
Altı qulac ağ nizəni, 
Belində qınına saldı. 
Burıla minən kimi, 
 6540. Dağdan-daşdan çapdı o, 
Həm yorğa, həm qaçaraq 
Yarğandan ox tək keçdi, 
Yıxılmadığın göstərdi. 
Bokenbay ağıllıdır. 
At üstündə əyildi
Yerdən daşı qaldırdı, 
Kəramətin göstərdi. 
Qurtqa könlü toxtadı, 
İnandı ki, yıxılmır. 
6550.  Alp balasın* çağırıb, 
Qurtqa bunu söylədi: 
“Bazara pul göndərdim, 
Rəngi ilə bez almağa, 
İlxını otarırsan, 
Arkada börigözdə. 
Aynalıyın Bokenbay, 
Bir qulaq sal sözümə! 
Əgər qüvvən çatarsa, 
Qarlıqa tək gözələ, 
 6560. Sən heç əziyyət də vermə. 
Çox yaxşılıq edib o, 
Məhz kökəmin özünə, 
Tapşırığım belədir. 
Birdən başqa cür etsən, 
Acığım tutar özünə, 
Ölləm- istəməm səni, 


 
198 
Eşit mənim sözümü!” 
Bokenbay batır o anda, 
Qurtqanın sözün eşidib, 
 6570. Birdəfəlik düşündü: 
 O, yamanlıq etməsə, 
Mən ona toxunaram?! 
Atası kafir Qarlıqa, 
Köp düşmənin içində
Kökəmi nizəyə taxdı, 
Atdan salıb kökəmi, 
Qaraspan dağına qaçdı. 
Akmonşah atı çaparaq, 
Aşırımlar aşıbdı. 
 6580. Qarlıqa düşünmədi, 
Görən niyə tələsdi? 
Məgər indiyədək o, 
Pis- yaxşı seçə bilmir? 
Sənin sözün olmasaydı, 
İlməyə salıb sürüyərdim. 
Qabırğasın qırardım, 
Doyunca ona gülərdim. 
Bu sözlərini deyib, 
Adlı-sanlı Bokenbay. 
 6590. Üç yaşlı dayçaya minib, 
Bahalı paltar geyib, 
Qarlıqanın izinə, 
Bokenbay batır yönəldi. 
Tayburıla “hə” dedi. 
Ala at guruldadı, 
Dabanı yerə dəymədi. 
Qılıncdır cingildəyir, 
Altın yüyən parlayır. 
Döşüylə əsil altından, 
 6600. Altın döşdü cingildər. 


 
199 
Burılın dabanı dəyən yer
Az qalır ki, dağılır, 
Toz göyə duman olur. 
Boken batır hey çapır, 
Qarlıqa gözəl qızsa, 
Qətiyyən istəmir ki, 
Gəlsin onun yanına, 
Koblan batırın balası. 
 Baladır - qeyrətlidir. 
 6610. Demə, Qarlıqa görüb, 
Onun qüvvəsin, gücün, 
O, xeyli vaxt dayanıb, 
Ruhlara üz çevirdi. 
Bokenbay gəlib görür, 
Qaraspanın başında, 
Akmonşah at belində, 
Qarlıqa hey vurnuxur. 
Bokenbayı görüb yandan, 
Qarlıqanın qarasına, 
 6620. “Qaçma, Qarlıqa, qaçma.” 
Batır ardınca gedir. 
Qarlıqa səmtə qaçır, 
Qaçır, həm dəki deyir: 
“Qaçma, bala, şaşma sən”, 
Bokenbay gəlib bu yandan 
Qarlıqaya söylədi: 
“Ay Qarlıqa, qaçmıram, 
Gücümlə öyünmürəm, 
Özümü itirmirəm, 
 6630. Mən düşməndən qorxmuram. 
Qurtqanın sözün anıram, 
Öyüdə əməl edirəm, 
Bu öyüdü pozmaram, 
Yolumdan da sapmaram. 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə