QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə43/184
tarix14.10.2017
ölçüsü4,26 Mb.
#4746
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   184

 

96

Beləliklə, müasir biosfer bütün üzvi aləmin uzunmüddətli tarixi inkişafının təbiətlə qarşılıqlı əlaqəsinin hasi-



lidir (yekunudur). Bu inkişaf prosesində biosferdə qarşılıqlı əlaqələrin və hadisələrin mürəkkəb şəbəkəsi yaran-

mışdır: abiotik və biotik faktorların qarşılıqlı təsiri nəticəsində biosfer daim hərəkətdə və inkişafdadır. O, insan 

həyata qədəm qoyan zamandan bəri, yəni 2-3 milyon il ərzində böyük təkamül keçirmişdir.  

Biosfer, Yerin canlı maddələrin təsiri yayıldığı mühiti əhatə edir. Biosferə ozon səthinə kimi atmosferin bir 

hissəsi (20-25 km), litosferin üst hissəsi, əsasən aşınma gedən qabığı (orta hesabla 2-3 km) və bütün hidrosfer 

(okeanın dibindən 1-2 km aşağı) daxildir. Biosferin ümumi qalınlığı 40 km-ə çata bilər. 

Yer qabığının süxurlarında bakteriyaların müşahidə olunan ən dərin yeri 4 km təşkil edir. Neft yataqlarında 

2-2,5 km dərinlikdə çoxlu miqdarda bakteriya müəyyən edilmişdir. Lakin, biosferdə həyat olduqca qeyri-bəra-

bər yayılmışdır. O, səhrada, tundrada, okeanın diblərində, yüksək dağlıq ərazidə zəif inkişaf etsə də, biosferin 

digər sahələrində olduqca zəngin (bol) və çoxmüxtəlifliyi ilə fərqlənir.  

Canlı maddənin ən yüksək konsentrasiyası əsas mühitlərin ayrıldığı sərhədlərdə: litosfer və atmosferin sər-

həd qatında, yəni torpaqda, üç mühitin – torpaq, su və havanın bir-birinə yaxın qonşuluğunda, yəni – okeanların 

üst qatlarında, su hövzələrinin dibində  və xüsusilə litorallarda, çayların estuarilərində müşahidə olunur. V. İ. 

Vernadski litosferdə orqanizmlərin ən yüksək konsentrasiyalı yerini «həyat təbəqəsi» (pərdəsi) adlandırmışdır. 

Müasir baxışlara görə biosfer planetin möhtəşəm ekosistemi olub maddələrin qlobal dövranını saxlayır. Bios-

fer anlayışının coğrafi təbəqə və ya coğrafi örtük anlayışı ilə xeyli oxşarlığı var. Bəzi tədqiqatçılar onları sinonim 

hesab etsələr də aralarında prinsipial fərq də var. Tərifə görə coğrafi örtük  litosfer, hidrosfer və biosferin bir-biri 

ilə qarşılıqlı təmasda olan Yer təbəqəsidir. Coğrafi örtükdə fasiləsiz olaraq quru, atmosfer, Dünya okeanı və orqa-

nizmlər arasında maddələr və enerji axınları mübadiləsi baş verir. Beləliklə, coğrafi təbəqənin xarakterinə onun bü-

tün komponentlərinin eynidərəcəli təsvirləri daxildir. Biofer anlayışının isə mərkəzi həyatdır, həyatın yayıldığı 



mühitdir, canlı maddədir. Bu canlı maddəyə atmosferin qaz tərkibi, suların, torpağın tərkibi və s. daxildir. 

 

6.2. Təbiətdə maddələrin dövranı  

Təbiətdə əsas iki maddələr dövranı mövcuddur – böyük (geoloji) və kiçik (biogeokimyəvi) dövran. 



 

6.2.1.Təbiətdə maddələrin böyük (geoloji) dövranı. Bu dövran Günəş enerjisi ilə Yerin dərinlik enenjisi-

nin qarşılıqlı təsirilə baş verir və biosferdə Yerin daha dərin qatlarında maddələrin paylanması ilə yerinə yetiri-

lir.  

Maqmatik süxurların aşınması hesabına  əmələ  gələn çökmə süxurlar yer qabığının hərəkətdə olan 



zonasında (hərəkət zonasında) yenidən yüksək temperatur və təzyiq zonasına yüklənir (daxil olur). Onlar orada 

əriyərək maqmanı – maqmatik süxurların yeni mənbəyini  əmələ  gətirir. Bu süxurlar yerin səthinə  çıxdıqda 

aşınma proseslərinin təsirilə onlar təzədən çöküntü süxurlara transformasiya olunur (şəkil 6.4.). Maddələr 

mübadiləsinin simvolu dairə deyil, spiraldır. Bu yeni mübadilə tsiklinin köhnə sikli olduğu kimi 

təkrarlanmadığı, onun yenilik gətirdiyini göstərir və vaxtı gəldikdə böyük dəyişikliyə səbəb olur. 



 

97

 



Øÿêil 6.3. Éåðèí áèîñôåðè äàõèëèíäÿ 

Ýöíÿø åíåðæèñèíèí äàõèë îëìàñû âÿ ïàéëàíìàñû 

  

 



Øÿêil 6.4. Ìàääÿëÿðèí áþéöê äþâðàíû 

Quru ilə okean arasında atmosfer vasitəsilə suyun dövranı da böyük dövran adlanır. Dünya Okeanı 

səthindən buxarlanan su (buna Yer səthinə düşən Günəş enerjisinin demək olar ki, yarısı  sərf olunur) quruya 

aparılır, orada yağıntı şəklində düşərək səth və yeraltı axınlar şəklində yenidən okeana qayıdır. Suyun dövranı 

aşağıdakı sadə sxemlə gedir: okeanın səthindən suyun buxarlanması – su buxarının kondensasyası – həmin 

okeanın səthinə yağıntının düşməsi.  

İl ərzində Yerdə suyun dövranında 500 min km

3

-dən artıq su iştirak edir.  




 

98

Suyun dövranı planetimizdə  təbii  şəraitin formalaşmasında bütövlükdə  əsas rol oynayır. Suyun bitkilər 



tərəfindən transpirasiyası və onun biogeokimyəvi tsikldə udulması nəzərə alındıqda Yerdə su ehtiyatının hamısı 

2 milyon ilə bölünür və parçalanır. 

 

6.2.2. Biosferdə maddələrin kiçik (biogeokimyəvi) dövranı 

Böyük dövrandan fərqli olaraq yalnız biosfer daxilində tamamlanır. Bu dövranın mahiyyəti fotosintez prosesində 

qeyri-üzvi maddədən canlı maddənin yaranması  və parçalanma zamanı üzvi maddələrin yenidən qeyri üzvi 

birləşmələrə çevrilməsindən ibarətdir.  

Biogeokimyəvi dövran biosferin həyatı üçün əsas sayılır və o, həyatın yaradıcısıdır. Canlı maddə dəyişərək, 

yaranaraq (doğularaq) və ölərək (məhv olaraq) planetimizdə həyatı saxlayır, biogeokimyəvi maddələr dövranını 

təmin edir.  

Maddələr mübadiləsinin enerjisinin əsas mənbəyi günəş radiasiyası sayılır, o, fotosintezi yaradır. Yer kürəsində bu enerji 

bərabər paylanmayıb. Məsələn, ekvatorda vahid sahəyə düşən istiliyin miqdarı Şpisbergen arxipelaqından (80

0

 ş.e.d.) üç dəfə 



çoxalır. Bununla yanaşı, istilik enerjisi əks olunma yolu ilə itir, torpaq tərəfindən udulur, suyun transpirasiyasına sərf olunur və 

s. (şəkil 6.5.), qeyd edək ki, fotosintezə bütün enenjinin 5%-dən artığı sərf olunmur (çox vaxt 2-3%).  

Bir sıra ekosistemlərdə maddə və enerjinin ötürülməsi əsasən trofik zəncir vasitəsilə yerinə yetirilir. Belə 

dövran adətən bioloji dövran adlanır (şəkil 6.5.). O, dəfələrlə trofik zəncirlərlə istifadə edilən maddələrin qapalı 

tsikli sayılır. Kiçik dövran, şübhəsiz, su sistemlərində, xüsusilə intensiv metabolizmi olan planktonda yer ala 

bilər, «yağışlı» tropik meşələr istisna olmaqla yer ekosistemlərində kiçik dövran olmur. Belə ki, kök sistemi 

səthə yaxın yerləşən tropik meşələrdə qida maddələrinin ötürülməsi «bitkidən bitkiyə» təmin oluna bilər. 

Lakin bütün biosfer miqyasında belə dövran mümkün deyildir. Burada biogeokimyəvi dövran fəaliyyət 

göstərib makro, mikroelementlərin və sadə qeyri-üzvi maddələrin (CO

2

, H



2

O) atmosfer, hidrosfer və litosferin 

maddələri ilə mübadiləsindən ibarətdir. Ayrı-ayrı maddələrin dövranını V.İ.Vernadski biogeokimyəvi tsikllər 

adlandırmışdır. 

Tsiklin mahiyyəti aşağıdakı kimidir: orqanizmlər tərəfindən udulan kimyəvi elementlər axırda onu tərk 

edərək abiotik mühitə gedir, sonra bir müddətdən sonra yenidən canlı orqanizmə düşür və s. 

 



Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə