QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə40/184
tarix14.10.2017
ölçüsü4,26 Mb.
#4746
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   184

 

89

Hazırda Göygöl ətrafında ikimərtəbəli meşəliyin əmələ gəlməsi prosesi davam edir. Dağın 1800-1900 metr 



yüksəkliyində bu proses daha şiddətli gedir, bunu şam meşələrini  əhatəyə alan fıstıq meşələri bir qədər də 

sürətləndirir. Bu yüksəklikdən yuxarı isə  Kəpəzin daş qalıqları subalp çəməndəri ilə  həmsərhəd olur. Belə 

şəraitdə meşənin sıxlaşması zəif gedir və şam meşələri daha uzun dövr hökm sürə bilir.  

İkimərtəbəli şam-fıstıq meşələri altında torpağın çimləşməsi və güclü kölgəlik şəraitində cavan şam ağacları 

yaxşı inkişaf edə bilmir. Əgər tək-tək cavan şam pöhrələri müşahidə olunursa da belə şəraitdə normal böyüyə 

bilmir, nazik, əyri, kövrək gövdə  əmələ  gətirir, ancaq on yaşa kimi ömür sürə bilir və quruyaraq məhv olur. 

Odur ki, enliyarpaq ağac cinslərinin çətri altında  əmələ  gələn, olduqca işıqsevər  şam yeniyetmələri böyüyüb 

cavan ağaclıq həddinə belə çata bilmir. Digər tərəfdən birinci mərtəbəni tutan irigövdəli şam ağacları qocalaraq 

tədricən sıradan çıxır, onu əvəz edə biləcək cavan şam ağacı nəsli kəsildiyindən öz yerini fıstıq və vələsə təhvil 

verməyə məcbur olur. Hazırda Göygöl ətrafında fıstıq meşələri içərisində tək-tək qalmış 200-300 yaşlı, boyu 30-

36 metrə, diametri 100-110 santimetrə çatan qocaman «mayak» şam ağacları bunun canlı şahidləridir. Bu qoca 

ağaclar da vaxt keçdikcə aradan çıxır və təmiz fıstıq meşəliyi yaranır.  

Şübhəsiz, zəlzələ baş verməmişdən  əvvəl Kəpəzin hər yerində  fıstıq meşələri yayılıbmış, buna dağın 

zəlzələdən uçmayan hissəsindəki fıstıq meşələri şahiddir. Zəlzələ zamanı əmələ gəlmiş dağ uçqunları üzərində 

münbit torpaq şəraitində alışan fıstıq ağacı inkişaf etməyə qadir olmadığından orada şam «pioner» ağac cinsi 

kimi inkişaf etməyə başlamışdır.     

Qruplaşmanın buna oxşar dəyişilməsi buzlaq çöküntülərində  də olduqca yuxa, kasıb biogenli torpaq 

şəklində gedir. Burada fitosenozun formalaşması mamır və cillərdən başlayır; onlardan sonra qruplaşmaya 

sürünən və kol şəklində söyüd qarışır. Daha sonra (20-30 ildən sonra) qızılağaclıq yaranır, onun ardınca küknar 

peyda olur və o, başa çatmış qruplaşmanın əsasını təşkil edir, bu proses təxminən 100 il davam edir.  



Hidrik suksessiyalar  xırda göllərin açıq sularında üst bataqlıqlarda başlayır. Açıq su hövzəsinin 

kənarlarını su bitkiləri basaraq tədricən ortaya doğru irəliləyir. Bu su hövzəsinin dibində detritin toplanmasına, 

torf qatının  əmələ  gəlməsinə  və  nəhayət su hövzəsinin dayazlaşmasına səbəb olur. Bəzi su hövzələrinin 

sahillərində üzən sfaqnum mamırı və borulu bataqlıq bitkiləri inkişaf edir. Bitki kütləsinin toplanması torpağın 

əmələ gəlməsinə səbəb olur.  

Suyun dayazlaşması üzən bitki örtüyü qatının qalınlaşması ilə birgə su hövzəsini bataqlığa çevirir. Sonralar 

bataqlıqda kol və  ağac bitkiləri peyda olur, bataqlığın quruması prosesi gedir və meşə örtüyü inkişaf edir. 

Qruplaşmada bitki örtüyünün dəyişməsi faunanın da dəyişməsində özünü göstərir: su hövzəsi məskunları 

tədricən sukənarı, sonra isə bataqlıq və meşə heyvanları ilə əvəz olunur.  

İkinci (törəmə) suksessiyalar əvvəlcədən canlı orqanizmlər kompleksinin fəaliyyəti ilə  dəyişilmiş sub-

stratda inkişaf edir. Belə suksessiyalar çox vaxt bərpaolunma (demutasiya) xarakteri daşıyır.  

İkinci (törəmə) suksessiyalara yanğın yerində və başdan-başa meşə-qırıntı sahəsində küknar meşəsinin kli-

maks vəziyyətə qədər bərpa olunması misal ola bilər. Avropanın tayqa zonasında yanğın və başdan-başa qırıntı 

sahəsində (küknar) işıqlanma şəraiti, temperatur, rütubətlik və digər faktorlar kökündən dəyişir. Belə sahələri ilk 

dəfə  işıqsevər otlar (yağıotu, yumşaq süpürgə) tutur. Sonra sahədə  işıqsevər ağac cinslərinin (titrək qovaq, 

tozağac, söyüd və b.) cücərtiləri (yeniyetmələri) və kollar peyda olur. Çəmən-kol bitkilərinin formalaşması ilə 

yanaşı, kompleks heyvanat aləmi də (həşəratlar və digər onurğasızlar, gəmiricilər) formalaşır. Giləmeyvəli kol-

lar özünə çoxlu quş  cəlb edir. Bu stadiya 2-3 il çəkir. Sonra işıqsevər xırda yarpaq ağac cinslərinin (tozağac, 

titrək qovaq) intensiv inkişafı başlayır. Formalaşmış  sıx çətirli cavanyaşlı meşəlik işıqsevər ot bitkilərini və 

kolları  sıradan çıxarır. Bu isə heyvanat aləmini də  dəyişdirir. Ağac çətiri altında kölgəlik və yüksək nəmlik 

şəraitində küknar cücərtiləri intensiv inkişaf etməyə başlayır. İkinci yarusda yerləşən cavan iynəyarpaq meşəlik 

(küknarlıq) çəmən ot bitkisini tamamilə sıxışdırıb sıradan çıxarır, onları mamır örtüyü və meşə otları əvəz edir. 

Küknar üçün şəraitin yaxşılaşması tozağac və qovağın bərpasına maneçilik göstərir. Küknar ağacları birinci ya-

rusa çıxdıqda çox yaşlı tozağac və qovaq ağaclarını çətirləri altında sıxışdırıb tədricən məhv edir. Son nəticədə 

yarpaqlı ağac cinslərinin yerində ilkin küknar meşəliyi formalaşır. Qırıntıdan (yanğından) sonra sabit tayqa bio-

senozunun (küknarlığın) formalaşması prosesi 100-150 il davam edir.  

Buna oxşar proses fıstıq meşəsində  də müşahidə olunur. Hamamçayın sol sahilində (Kürmükçayın qolu, 

Qax rayonu) dəniz səthindən 1760 m yüksəklikdə («Yezdidağ»da) sırf tozağac meşəsini tədqiq etdik, 35-40 

yaşlı bu ağaclığın orta hündürlüyü 15 m, orta diametri 12 sm (maks. 20 sm) təşkil edir. Doluluğu 06 olub 

yüksək bonitetə (II bonitet) malikdir. Göründüyü kimi subalp zonasından fərqli olaraq burada Rusiyanın tozağac 

meşəliyini xatırladan meşəlik formalaşmışdır. Qeyd edək ki, təsvir etdiyimiz tozağaclıq fıstıq meşəsi yox edilən 

sahədə  əmələ  gəlmişdir. Hazırda ikinci yarusda rast gəlinən fıstıq və  vələs ağacları, fıstığın yeniyetmələri və 

canlı örtükdə  fıstıq meşəsinin indikatorları (çətiryarpaq, ayıdöşəyi) bunu bir daha təsdiq edir. Ehtimal ki, bir 




Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə