QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə38/184
tarix14.10.2017
ölçüsü4,26 Mb.
#4746
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   184

 

83

 



Şəkil 5.5. Su hövzəsinin qidalanma zənciri 

 

Lakin müxtəlif ekosistemlərdə say piramidası formasına görə olduqca fərqlənir, ona görə sayın cədvəl 



formasında verilməsi daha yaxşı olar. Bioloji kütlənin isə qrafik şəklində göstərilməsi məqsədəuyğundur. O, 

müəyyən trofik səviyyədə canlı maddənin miqdarını aydın göstərir, məsələn, vahid kütlənin vahid sahədə 

yerləşməsi – q/m

2

 və ya həcm – q/m



3

 və s. ilə ifadə olunur.  

Yerüstü ekosistemlərdə biokütlənin aşağıdakı piramida qaydası  fəaliyyət göstərir: bitki kütləsinin cəmi 

bütün otyeyənlərin kütləsindən artıqdır, otyeyənlərin kütləsi isə bütün yırtıcıların biokütləsindən yüksəkdir 

(şəkil 5.6.). 

şəkildə bəzi biosenozlarda biokütlə piramidaları göstərilir. 

  

 

Øÿêil 5.6. Áÿçè áèîñåíîçëàðûí áèêöòëÿñèíèí ïèðàìèäàñû (Ô.Äðå, 1976) Ï - 



ïðîäóñåíòëÿð; ÁÊ - áèòêè êîíñóìåíòëÿðè; ßÊ - ÿòéåéÿí êîíñó-ìåíòëÿð; Ô- 

ôèòîïëàíêòîí; Ç- çîîïëàíêòîí 

Şəkildən görünür ki, yuxarıda göstərilən biokütlənin piramida qaydası okean üçün gerçək (uyğun) olmayıb 

çevrilmiş (döndərilmiş)  şəkildədir. Okean ekosistemi üçün yırtıcıların biokütləsinin yüksək səviyyədə 

toplanması xarakterikdir. Yırtıcılar uzun illər ömür sürür, onların generasiya dövriyyəsinin sürəti aşağıdır, lakin 

produsentlərin – fitoplankton yosunlarının dövriyyə qabiliyyəti biokütlənin ehtiyatını yüz dəfələrlə ötüb keçə 

bilər. Bu o deməkdir ki, təmiz məhsul burada da konsumentlərin yediyi məhsuldan da artıqdır, yəni produsentlər 

səviyyəsindən keçən enerji bütün konsumentlərdən keçən enerjidən yüksəkdir.  

Buradan məlum olur ki, trofik əlaqələrin ekosistemə təsirinin daha mükəmməl əksi məhsulun (və ya enerjinin) pi-

ramida qaydası olmalıdır: vahid zaman ərzində  hər özündən  əvvəlki trofik səviyyədə biokütlənin (və ya enerjinin) 

miqdarı özündən sonrakından artıqdır. Məhsul piramidası trofik zəncirlərdə enerjinin sərfi qanununu əks etdirir. 5.7. 

şəkildə enerji piramidası göstərilir (Y.Odum, 1986).  

Nəticədə, piramidanın hər üç qaydası ekosistemdə enerji əlaqələrini əks etdirir, məhsul (enerji) piramidası 

isə universal xarakter daşıyır. 

  



 

84

Øÿêil 5.7. Åëòîíóí ñàäÿëÿøäèðèëìèø ïèðàìèäà ñõåìè (Ã.À.Íîâèêîâ, 1979) 

Təbiətdə stabil sistemlərdə biokütlə az dəyişir, yəni təbiət ümumi məhsulu tam istifadə etməyə cəhd edir. 

Ekosistemin enerjisi və onun kəmiyyət (say) göstəriciləri haqda əldə edilən məlumat məhsuldarlığı pozmadan 

(dağıtmadan) təbii ekosistemlərdən hər hansı bir miqdarda bitki və heyvan biokütləsini götürmək 

mümkünlüyünü dəqiq nəzərə almağa imkan verir.  

İnsan təbii sistemlərdən kifayət qədər çox məhsul götürür, buna baxmayaraq onun üçün əsas yem mənbəyi 

kənd təsərrüfatı hesab olunur. Aqrosistem yaradaraq insan daha çox təmiz bitki məhsulu götürməyə çalışır, lakin 

otyeyən heyvanları, quşları və s. yemləmək üçün bitki kütləsinin yarısı sərf edilməlidir, məhsulun çox hissəsi 

sənayeyə gedir və tullantılarda itirilir, yəni burada təmiz məhsulun 90%-i itir və yalnız 10%-i bilavasitə insan 

tərəfindən istifadə olunur.  

 



 

85

Təbii ekosistemlərdə enerji axınları da öz intensivliyi və xarakteri üzrə  dəyişir, lakin bu proses ekoloji 



faktorların təsiri ilə nizamlanır, bu isə bütövlükdə ekosistemin dinamikasında təzahür olunur.  

 

5.5. Ekosistemin dinamikası  

Ekosistem də ona daxil olan sistemlərdə (populyasiya, qruplaşma və s.) olduğu kimi dinamiki prosesləri 

(tsikllik, populyasiyanın və biosenozun dəyişməsi və s.) keçirir.  



 

5.5.1. Tsikllik dəyişmə. Xarici şəraitin sutkalıq, mövsümi və çoxillik dövriliyi və orqanizmlərin daxili 

(endogen) ritmlərinin təzahürü, populyasiyaların fluktuasiyası bütün qruplaşmaların – biosenozların tsiklliyində 

kifayət qədər sinxron (eyni zamanda baş vermə) əks olunur.  

Sutkalıq tsikllər  gündüz və gecə temperaturları arasında böyük fərq olan yüksək kontinental iqlim 

şəraitində daha kəskin keçir. Məsələn, Orta Asiyanın qum səhralarında qızğın günorta çağında bir çox heyvanlar 

ya yuvalarında gizlənir, yaxud da yayda gecə həyat tərzi, bəziləri isə (ilanlar, hörümçəklər və s.) qışda gündüz 

həyat tərzi keçirir. Lakin sutkalıq ritmlər bütün coğrafi zonalarda müşahidə edilir, hətta tundrada qütb günündə 

bu ritmə uyğun olaraq bitkilərin çiçəkləri açılır və bükülür. İ.A.Şilov (2001) qeyd edir ki, sutka ərzində 

qanunauyğun ritmik dəyişmələrdə biosenotik sistemlərdə növ tərkibində  və  əsas qarşılıqlı  əlaqə formalarında 

prinsipial dəyişiklik baş vermir. Buna əsaslanaraq o, bu prosesi biosenozun sutkalıq dinamikası deyil, 

biosenozun sutkalıq aspekti adlandırılmasını təklif edir. O, qeyd edir ki, sutkalıq aspekt növlərin sutkalıq ritm 

həyat fəaliyyətində aktivliyi ilə  təyin olunur. Məsələn, mülayim qurşaq meşələrində biosenozun gündüz 

aspektində gündüz aktivliyi ilə seçilən həşəratlar, quşlar və  bəzi digər heyvanlar üstünlük təşkil edir: burada 

çiçəkli bitkilər arasında bitkilərin  əksəriyyəti gündüz çiçək açdığından çiçəkləmə dövründə gözəl gündüz 




 

86

aspekti yaranır. Gecə vaxtları gecə heyvan növləri (gecə kəpənəkləri, bir çox məməlilər, quşlardan keçisağan, 



bayquş və b.) və gecə heyvanları ilə tozlanan bitkilərin aktivliyi ilk sıraya çıxır.  

Balıqlar arasında da gündüz və gecə aktivliyi olan formalar mövcuddur. Planktonun və planktonla 

qidalanan heyvanların sutkalıq şaquli miqrasiyası məlumdur.  

Biosenozların sutkalıq aspektləri onların «sığınacaq strukturunu» əks etdirir. Vaxta görə aktivlik dövrlərinin 

bölünməsi birbaşa (bilavasitə) rəqabətin səviyyəsini aşağı salır (zəiflədir) və bununla da, eyni bioloji tələbatı 

olan növlərin bir yerdə yaşamağına  şərait yaradır. Ümumiyyətlə, sutkalıq aktivliyin ayrılması biosenozu 

mürəkkəbləşdirir, onun bioloji müxtəlifliyini və mühit resurslarının tam istifadəsinə imkan yaradır.  

 

5.5.2. Mövsümi tsikllər.  Mövsümi dəyişkənlik ekosistemin daha fundamental xarakteristikasına toxunur. 

İlk növbədə bu, biosenozun növ tərkibinə aiddir. İlin  əlverişsiz mövsümlərində bir sıra növlər yaxşı yaşayış 

şəraiti olan rayonlara miqrasiya edir. Belə hadisə köçəri quşlar, bir sıra dırnaqlı  məməlilər və b. üçün xasdır. 

Oturaq növlər biosenozun əsas nüvəsini təşkil edir, onun mövsümi görünüşünü və ayrı-ayrı dövrlərdə biosenotik 

əlaqələrini təyin edir. Bir sıra növlər ilin müəyyən vaxtında qruplaşmanın həyatından praktiki olaraq kənarlaşır 

və  dərin sükutluq halına (poykiloterm heyvanların donuşluğu, homoyoterm heyvanların qış-yay yuxusu. 

həşəratların diapauzası) keçirir və ya digər biotoplara və coğrafi rayonlara köçürlər.  

Bitki qruplaşmalarında da mövsüm üzrə həm struktur (yarpaqların tökülməsi, birilliklərin sıradan çıxması, 

ot örtüyünün quruması), həm də funksional (fotosintezin intensivliyinin dəyişməsi, bioloji kütlənin toplanması 

və s.) dəyişiklik keçirir.  

Biosenozların mövsümi aspektləri landşaft – iqlim zonalarında daha yaxşı  təzahür olunub mühitin fiziki 

parametrlərinin yayda və qışda kəskin dəiyşməsi ilə ayrılır. Qismən bu tundrada da yaxşı təzahür olunur – yay 

dövründə bura çoxlu quş, həşərat və digər heyvan növləri gəlir, qış dövründə onların  əksər hissəsi cənuba 

miqrasiya edir (quşların çoxu, şimal maralı), digərləri donuşluğa qərq olaraq aktiv həyatdan kənarlaşır 

(həşəratlar, digər onurğasızlar). Uzun qütb gecəsi fotosintez imkanının qarşısını alaraq tundra ekosistemlərinin 

mövsümi dinamikasının funksional əhəmiyyətini daha da ağırlaşdırır.  



Tropikada biosenozların mövsumi fəaliyyəti o qədər də ritmik olmasa da müşahidə edilir. Burada onun ən 

geniş yayılan forması – quraqlıq və rütubətli dövrlərin dəyişməsi olub bioloji cəhətdən müəyyən  əhəmiyyətə 

malikdir.  

Su mühitində mövsümi bioloji proseslər hidroloji mövsümlərlə əlaqədardır. Müxtəlif zonalarda onlar bir-

birinə uyğun gəlmir və su orqanizmlərinin növ tərkibinin, onların biokütləsinin və bioloji aktivliyinin 

qanunauyğun dəyişməsi ilə xarakterizə olunur. Belə ki, dəniz plankton qruplaşmaları vaxta görə inkişaf 

fazasının dəyişməsini aydın nümayiş etdirir. «Bioloji yaz» fitoplanktonun kütləvi inkişafı («dənizin çiçəkləmə 

dövrü») ilə xarakterizə olunur, halbuki zooplanktonların  əksəriyyət növlərinin bu fonda çoxalması başlanır. 

«Bioloji yay», əksinə, zooplanktonun kütləvi artımı, plankton yosunlarının isə azalması ilə fərqlənir. «Bioloji 

payız» Arktika dənizlərində planktonun ümumi azalması, mülayim zona dənizlərində isə «payız çiçəkləməsi» - 

plankton orqanizmlərinin sayının ikinci partlayışı ilə  əlamətdardır.  Qış planktonun biokütləsinin minimum 

vaxtıdır, bununla belə bu mövsümi bir çox növlər sükut mərhələsində keçirir. Ayrı-ayrı mövsümlərin uzunluğu 

geniş miqyasda dəyişir: tropiklərdə vegetasiya mövsümü praktiki olaraq ilboyu davam edir, Arktika 

dənizlərində isə adətən 2-3 aydan artıq çəkmir.  

Qeyd edildiyi kimi, biosenozun sutkalıq və mövsümi aspektləri növlərin sayının dəyişməsindən asılı ola 

bilər, lakin həmin biosenoz tipinin parametrlərinə prinsipial toxunmur. Belə hallarda sistemin kəmiyyət 

dəyişkənliyindən söhbət açmaq olar, sistemin keyfiyyət xarakteristikası isə dəyişməmiş qalır.  



 

5.5.3. Çoxillik dəyişkənlik (tsikllik). Bütün biosenozlar  üçün normal hadisə hesab olunur. O, illər üzrə 

meteoroloji  şəraitin (iqlimin fluktuasiyası) və ya digər xarici faktorların (məs., çay daşqınının sürətindən) 

dəyişməsindən asılıdır. Bununla yanaşı, çoxillik dövriyyəlik edifikator bitkilərin həyat tsikllərinin xüsusiyyətləri 

ilə, heyvanların (o cümlədən həşəratların) kütləvi çoxalmasının təkrar olunması və ya bitki üçün xəstəlik törədən 

(patogen) mikroorqanizmlərin kütləvi artması ilə bağlı ola bilər.  

Fıstıq meşələrində yetişmiş yaşında ağacların sıx çətirlərinin kölgəsi altında meşəaltı kollar və canlı örtük 

(ot örtüyü) sıxışdırılaraq məhv edilir. Məlum olduğu kimi, fıstıq kölgəyə davamlı  ağac sayılsa da, onun 

yeniyetmələrinin (cücərtiləri) böyüməsi və inkişafı üçün az da olsa müəyyən miqdarda işıq tələb olunur. Odur 

ki, qalın meşə döşənəyi üzərində və işıqsız şəraitdə fıstıq cücərtilərinin əmələ gəlməsinə şərait yaranmır. Lakin 

müəyyən vaxt keçdikdən sonra yaşı ötmüş (qoca) ağaclar yıxılır, «pəncərələr» yaranan işıq düşən sahələrdə 

fıstıq yeniyetmələrinin böyüməsinə şərait yaxşılaşır. İlk vaxtları müxtəlif yaşlı ağaclıq yaranır. Bütün yaşı ötmüş 



Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə