QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə36/184
tarix14.10.2017
ölçüsü4,26 Mb.
#4746
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   184

 

78

V FƏSİL 



EKOLOJİ SİSTEMLƏR 

 

«Ekosistem» terminini elmə ilk dəfə 1935-ci ildə ingilis botaniki Artur Corc Tensli daxil etmişdir. Termin 

müəyyən sahədə (biotopda) bütün orqanizmlər (yəni biosenoz) daxil olmaqla istənilən vahidi (olduqca mütəlif 

həcmdə) və onun sistem daxilində  fiziki mühitlə qarşılıqlı əlaqəsini göstərərək enerji axınının müəyyən dəqiq 

trofiq strukturunu, növ müxtəlifliyini və maddələr dövranını (yaxud biotik və abiotik mühit arasında mübadilə-

ni) ifadə edir. Sadə desək,  biosferdə maddələr mübadiləsi gedən üzvi və qeyri üzvi komponentlərin istənilən 

məcmusu ekosisem   adlanır. Tenslinin fikrincə ekosistem yer səthində əsas təbiət vahididir. O, ekosistemə bio-

top və biosenozun tam vahidi kimi baxır. (şəkil 5.1.) 

 

 

Şəkil 5.1. Ekosistemin sxemi (Məmmədov, Suravegina, 2000) 



«Ekosistem» anlayışı «biotop» anlayışından ayrılmaz surətdə bağlıdır. Biotop şəraiti yekcins olan müxtəlif 

ölçülü və ya həcmli coğrafi rayondur. Biotop və ya ekotop eyni relyef, iqlim, torpaq və digər abiotik amillərə 

malik olan su hövzəsində və ya quruda müəyyən biosenozun məskən saldığı sahədir. Aşağıdakı biotoplar ayrılır: 

polipedop, yəni torpaq sudibi məskəni; klimatop, yəni fitosenozun yerüstü hissəsi məskəni və hidrotop – su 

dibinin üst hissəsi məskəni. Bunlardan asılı olmayaraq müxtəlif mikropopulyasiyalar məskən salan mikrotoplar 

da ayırırlar. Biotop bəzən üzvi təbiətli  (parazitlərdə) ola bilər. 

 



 

79

 



 

Øÿêèë 5.2. Áèîýåîñåíîçóí êîìïîíåíòëÿðèíèí òÿðêèáè âÿ ãàðøûëûãëû ÿëàãÿñè 

 

Şibyə yastığında ekosistemin bütün komponentlərini tapmaq olar: simbiotik yosunlar – produsent rolunu oy-



nayıb fotosintez prosesini yerinə yetirir. Konsument kimi bəzi xırda buğumayaqlılar çıxış edir, onlar şibyələrin 

canlı toxumaları ilə qidalanır, göbələk hifləri isə yosunların hüceyrələrində parazitlik edir.  Göbələklərin hifləri 

və şibyələrin yastıqlarında yaşayan mikroskopik heyvanların (gənələr, nematodlar, ibtidailər, rotatoritlər) çoxu 

redusentlər rolunda çıxış edir. Göbələk hifləri yosunların yalnıız canlı hüceyrələrin deyil, həmçinin ölü hüceyrə-

lərin hesabına yaşayır, xırda heyvanlar – saprofaqlar ibtidailərin ölü kök və yarpaqlarını emal edir. Bu işdə onla-

ra bir çox mikroorqanizmlər köməyə gəlir. Belə sistemdə dövranın qapalılıq dərəcəsi olduqca kiçikdir: parçala-

nan məhsulların çox hissəsi yağış suları vasitəsilə yuyularaq şibyələrdən kənara aparılır, ağacın gövdəsi boyu 

aşağı tökülür. Bununla yanaşı, heyvanların bir hissəsi digər yaşayış yerinə köçür. 

 

 

Øÿêèë 5.3. Áèîýåîñåíîçóí ñõåìè (Ã.À.Íîâèêîâà ýþðÿ) 




 

80

 



Bəzi ekosistem tiplərində maddələrin onların sərhədindən kənara aparılması o qədər yüksək olur ki, onların 

sabitliyi aparılan maddələrin miqdarı kənardan daxil olur. Bura axar su hövzələri, çaylar, dik dağ yamaclarında 

yerləşən sahələr aiddir. 

Digər ekosistemlər daha çox tam maddələr dövranına malikdir. (az meylli yamaclardakı meşələr, çəmənlər, 

bozqırlar, göllər və s.) Lakin heç bir ekosistem, hətta yerin ən böyük ekosistemləri tamamilə qapalı dövrana ma-

lik deyil. Qitələr okeanlarla intensiv maddələr mübadiləsi aparır, bununla belə bu proseslərdə atmosfer böyük 

rol oynayır, planetimizin hamısı materiyanın bir hissəsini kosmik fəzadan alır, bir hissəsini isə kosmosa qaytarır. 

Beləliklə, həyatın ekosistem təşkili onun mövcudluğu üçün mühüm şərtlərdən biri sayılır. 



 

5.1. Ekosistemin enerjisi 

Yer üzərində həyat günəş enerjisi hesabına mövcuddur. İşıq yer üzərində yeganə qida resursu olub, enerjisi 

karbon qazı və su ilə birləşərək fotosintez prosesini yaradır. Fotosintezdən bitkilər üzvi maddələr yaradır, onunla 

otyeyən və  ətyeyən heyvanlar və s. qidalanır, nəticədə bitkilər canlı aləmi «qidalandırır», yəni günəş enerjisi 

bitki vasitəsilə sanki bütün orqanizmlərə çatdırılır.  

Enerji orqanizmdən orqanizmə ötürülərək qida və ya trofik zənciri yaradır. Heterotroflar enerjini qida ilə 

birlikdə alır. Bütün canlı orqanizmlər digərinin qida obyekti sayılır, yəni bir-birləri ilə energetik əlaqədədirlər. 

Hər bir qruplaşmada qida əlaqələri bir orqanizmdən digərinə enerji ötürücüsü mexanizmidir. Beləliklə, 

biosenozların trofik zənciri olduqca mürəkkəbdir, onlara daxil olan enerji bir orqanizmdən digərinə uzun 

müddət miqrasiya edə bilər: avtotroflardan, produsentlərdən heterotroflara, konsumentlərə və beləliklə, bir trofik 

səviyyədən digərinə dörd-altı dəfə ötürülərək trofik zənciri təşkil edir.  

Qida zəncirində hər bir həlqənin yeri trofik səviyyə adlanır. Birinci trofik səviyyə – produsentlər – üzvi 

kütlənin yaradıcıları, qalanları isə  konsumentlərdir.  İkinci trofik səviyyə bitkiyeyən konsumentlər; üçüncü 

trofik səviyyə – bitkiyeyən formalarla qidalanan ətyeyən konsumentlər; dördüncü trofik səviyyə digər 

ətyeyənlərlə qidalanan konsumentlər və s. Beləliklə, konsumentləri də  səviyyəyə görə ayırmaq olar: birinci, 

ikinci, üçüncü və s. konsumentlər sırasına (ardıcıllığa) bölmək olar. Təbiidir ki, burada qida ixtisaslaşması əsas 

rol oynayır. Geniş qida spektrinə aid olan növlər (konsumentlər) müxtəlif trofik səviyyələrdə qida zəncirinə 

daxil ola bilər. İnsanın rasionuna həm bitki qidaları, həm də otyeyən və  ətyeyən heyvanların əti daxil olduğu 

üçün müxtəlif qida zəncirlərində birinci, ikinci və üçüncü konsumentlər sırasında iştirak edir.  

Yalnız bitki qidasına ixtisaslaşan növlər (dovşan, dırnaqlılar, mənənə) həmişə qida zəncirində ikinci 

həlqədə olur.  

Konsumentlərin enerji balansı  aşağıdakı kimi formalaşır. Qəbul olunmuş qida adətən tam mənimsənilmir. 

Mənimsənilməyən hissə yenidən xarici mühitə qayıdır (ifrazat, nəcis halında) və sonradan digər qida zəncirinə cəlb 

olunur. Mənimsənilmə faizi qidanın tərkibindən və orqanizmin qida həzmedən fermentlərinin yığımından asılıdır. 

Konsumentlərin qəbul etdikləri qida tam mənimsənilmir. Bitkiyeyən heyvanlarda mənimsənilən qida 12...20%, 

ətyeyənlərdə isə 75%-ə  qədər təşkil edir. Enerji sərfi hər  şeydən  əvvəl metabolistik prosesləri saxlamaqla 

əlaqədardır, buna tənəffüs sərfi deyilir, o, orqanizmin ayırdığı CO

2

-nin ümumi miqdarı ilə qiymətləndirilir. Enerji-



nin xeyli az hissəsi toxumaların əmələ gəlməsinə, bir qədəri qida maddələrinin ehtiyatına, yəni böyüməyə sərf olu-

nur. Qidanın qalan hissəsi ifrazat, nəcis halında ayrılır. Bununla yanaşı, enerjinin xeyli hissəsi orqanizmdə kimyəvi 

reaksiyalar zamanı istilik şəklində, xüsusilə aktiv əzələ işi vaxtı dağılır (səpələnir). Nəticədə metabolizmə istifadə 

olunan enerjinin hamısı istilik enerjisinə çevrilir və ətraf mühitdə yayılır. 

Beləliklə, enerjinin böyük hissəsi bir trofik səviyyədən digərinə keçərkən yüksək olur və itir. Bir trofik 

səviyyədən digərinə keçidikdə enerji itkisi təxminən 90%-ə  qədər təşkil edir; hər sonrakı  səviyyəyə  əvvəlki 

səviyyədən 10%-dən artıq olmayaraq enerji keçirilir. Belə ki, əgər produsentin (bitki orqanizminin) kaloriliyi 

1000 couldursa, otyeyən heyvan (fitofaq) tərəfindən tam yeyildikdə onun (fitofaqın) bədənində 100 coul, 

yırtıcının bədənində isə 10 coul qalır.  Əgər bu yırtıcı başqa yırtıcı  tərəfindən yeyilərsə, onun payına bitki 

qidasının kaloriliyindən cəmi 1 coul, yəni 0,1% düşür.  

Lakin enerjinin səviyyədən səviyyəyə belə ciddi şəkildə keçməsi o qədər də real deyildir, çünki ekosistemin 

trofik zəncirləri mürəkkəb surətdə qarışaraq trofik şəbəkələr əmələ gətirir. Ancaq nəticədə həyatın mövcudluğu 

üçün enerjinin dağılması və itirilməsi yenidən bərpa olunmalıdır.  

  



Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə