QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə37/184
tarix14.10.2017
ölçüsü4,26 Mb.
#4746
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   184

 

81

 



Øÿêil 5.4. Òÿáèè åêîñèñòåìëÿðäÿ ìàääÿëÿðèí (áöòþâ õÿòò) âÿ åíåðæèíèí (ãûðûã 

õÿòò) þòöðöëìÿñè ñõåìè 

 

Fotosintezedən orqanizmlərdən başlanan zəncir  yeyilmə (yemə) zənciri (və ya otlaq, yaxud istifadəçi 



zənciri), bitkilərin ölmüş (çürümüş) qalıqlarından, heyvan cəsədlərindən və peyinlərindən (ifrazat, nəcis) 

başlanan zəncir isə parçalanmanın detrit zənciri adlanır.  

Müxtəlif ekosistem tiplərində yeyilmə  və detrit zəncirlərindən keçən enerji axınının gücü müxtəlifdir: su 

qruplaşmalarında enerjinin çox hissəsi birhüceyrəli yosunlarla fiksasiya olunaraq fitoplanktonla qidalanan heyvanla-

ra, daha sonra yırtıcılara daxil olur, enerjinin olduqca az hissəsi parçalanma (detrit) zəncirinə qoşulur. Qurunun 

ekosistemlərinin əksəriyyətində isə bu nisbət əksinə olur, yəni məsələn, meşədə bitki kütləsinin illik artımının 90%-

dən çoxu töküntü halında detrit zəncirinə daxil olur.  

Beləliklə, ekosistemə daxil olan enerji şüalarının axını iki hissəyə bölünərək iki trofik şəbəkə növünə 

yayılır, lakin enerji mənbəyi ümumi olub – günəş işığı sayılır.  

 

5.2. Bioloji toplantı prinsipləri 

Ekosistemin maddələr mübadiləsinə tez-tez kənardan da maddələr qarışır. Bu maddələr trofik zəncirlərdə 

yığılaraq orada toplanır, yəni bioloji toplanma baş verir. Bu hadisəni radionuklidlərin və pestisidlərin trofik 

zəncirlərdə toplanması misalında aydın görmək olar.  

Əvvəllər zərərverici həşəratlarla mübarizə məqsədilə geniş istifadə edilən, hazırda isə istifadəsi qadağan olunan 

DDT (dust) maddəsinin bioloji toplanma qabiliyyəti məlumdur. Y.Odum (1975) misallar çəkərək göstərir ki, ekoloji 

proseslərdə bioloji toplanma qanunauyğunluğunu nəzərə almadan DDT-dən istifadə olunması  və onun bioloji 

toplanması hidrobiontlarla qidalanan quşların ölümünə səbəb olmuşdur. O, qeyd edir ki, zəhərli çöküntülər detritdə 

adsorbsiya olunur, rediusentlərin (detritlə qidalananların), xırda balıqların, sonra isə  yırtıcıların (balıqla qidalanan 

quşların) toxumalarında toplanır. Detrit zəncirində  dəfələrlə qidalanma nəticəsində  zəhər balıq və quşların piy 

ehtiyatında toplanır. Əgər DDT-in dozası ölüm dozasından aşağı olsa da, quşlar ölməsə də yumurtalarının qabığının 

inkişafına maneçilik törədir və çox nazik olan qabıq cücə çıxmamışdan əvvəl partlayır (qırılır). Belə hadisə yırtıcı 

quşların (məs. su qaranquşu) populyasiyalarının məhvinə səbəb ola bilər.  

Beləliklə, mühitin istənilən çirklənməsində bioloji toplanma prinsipləri nəzərə alınmalıdır.  

 

5.3. Ekosistemin bioloji məhsuldarlığı 




 

82

İki məhsulvermə  səviyyəsi ayrılır: birinci (ilkin) və ikinci məhsul. Vahid zaman ərzində bitkilər 



(produsentlər) tərəfindən yaradılan üzvi kütlə qruplaşmanın ilkin (birinci) məhsulu adlanır. Məhsul kəmiyyətcə 

bitkinin quru və ya yaş halında kütləsi, yaxud enerji vahidi olub ekvivalent coul ədədi ilə ifadə olunur.  

İlkin məhsul sanki iki səviyyəyə – ümumi və təmiz məhsula bölünür. Ümumi ilkin (birinci) məhsul vahid 

zaman ərzində fotosintezin müəyyən sürətində bitkilər tərəfindən yaranan üzvi maddələrin ümumi kütləsi hesab 

olunur (tənəffüs sərfi də bura daxildir). Bitkilərin özlərinin həyat fəaliyyətini saxlamaq üçün, yəni tənəffüsə sərf 

olunan məhsul kifayət qədər çox olur. Meşə bitkisi tənəffüsə ümumi məhsulun 40...70%-ni sərf edir. Plankton 

yosunları istifadə etdiyi ümumi enerjinin (yəni metabolizmə) yalnız 40%-ə  qədərini sərf edir. Yaranan üzvi 

maddə kütləsinin qalanı, yəni ümumi məhsulun tənəffüsə sərf olunmayan hissəsi təmiz birinci (ilkin) məhsul 

adlanır, bu bitkinin artım ölçüsüdür və ondan konsument və redusentlər istifadə edir. Deməli, ilkin təmiz məhsul 

konsument və redusentlər üçün enerji ehtiyatıdır. Qida zəncirlərində  dəyişilərək (həzm olunaraq) heterotrof 

orqanizmlərin kütləsinin bərpasına sərf olunur.  

Vahid zaman ərzində konsument kütləsinin artımı qruplaşmanın  ikinci məhsulu adlanır. Lakin ikinci 

məhsul ümumi və təmiz məhsula bölünmür, belə ki, konsumentlər və redusentlər, yəni heterotroflar öz kütləsini 

birinci məhsulun hesabına artırır, yəni  əvvəlcədən yaradılan məhsuldan istifadə edir. İkinci məhsul hər trofik 

səviyyə üçün ayrıca hesablanır, belə ki, o, özündən əvvəlki səviyyədən daxil olan enerjinin hesabına formalaşır.  

Ekosistemin bütün canlı komponentləri – produsentlər,  konsumentlər  və  redusentlər bütövlüklə 

qruplaşmanın və ya onun ayrı-ayrı hissələrinin ümumi biokütləsindən (canlı çəki) ibarətdir. Bioloji kütlə adətən 

onun yaş və ya quru çəkisi ilə ifadə olunur, o, enerji vahidi ilə də (kalori, coul və b.) ifadə oluna bilər. Bu, daxil 

olan enerji gücü və orta biokütlə arasında əlaqəni aşkar etməyə imkan verir.  

Bioloji kütlənin  əmələ  gəlməsinə enerjinin hamısı  sərf olunmur, istifadə olunan enerji birinci məhsulu 

yaradır və müxtəlif ekosistemlərdə müxtəlif cür sərf oluna bilər.  Əgər konsument tərəfindən enerjinin sərfi 

sürəti bitkinin artım sürətindən geri qalırsa, bu produsentlərin biokütləsinin tədricən çoxalması baş verir və ölü 

üzvi maddənin artığı (bolluğu) yaranır. Bu hal bataqlıqların torflaşmasına, kiçik su hövzələrinin su bitkiləri ilə 

örtülməsinə, meşədə (məs., tayqada) qalın meşə döşənəyinin yaranmasına və s. səbəb olur.  

Stabil (sabit) qruplaşmalarda bütün məhsul praktiki olaraq trofik şəbəkələrdə  sərf olunur və bioloji kütlə 

dəyişməz qalır.  

 

5.4. Ekoloji piramidalar 

Ekosistemdə canlı orqanizmlər arasında qarşılıqlı münasibəti öyrənmək üçün təkcə qidalanma zənciri 

sxemindən deyil, ekoloji piramidalardan da istifadə edilir. Funksional qarşılıqlı əlaqələri, yəni trofik strukturu 

qrafik  şəkildə, ekoloji piramida adlı qrafiklərdə göstərmək olar. Piramidanın  əsasını produsentlər səviyyəsi 

təşkil edir, sonrakı qidalanma səviyyələri piramidanın mərtəbələrini və zirvəsini əmələ gətirir. Əsasən üç ekoloji 

piramida tipi məlumdur: 1) say (kəmiyyət) piramidası (Elton piramidası) – hər səviyyədə orqanizmlərin sayı 

ifadə olunur; 2) biokütlə piramidası – canlı maddənin kütləsini (ümumi quru çəki, kalorilik və s.) 

səciyyələndirir; 3) Məhsul (və ya enerji) piramidası universal xarakter daşıyıb ardıcıl trofik səviyyələrdə bi-

rinci məhsulun (və ya enerjinin) dəyişməsini göstərir.  

Enerji əsasən yırtıcı – şikar əlaqəsi ilə ötürülən trofik zəncirlərdə çox vaxt say piramidası qaydasına, yəni qi-

da zəncirlərində iştirak edən fərdlərin ümumi say zəncirinin hər sonrakı həlqəsində produsentdən konsumentlərə 

doğru azalma qanunauyğunluğuna əməl olunur (şəkil 5.5.). Bu hal bir qayda olaraq yırtıcıların qida obyektindən 

(şikardan) iri olması  və  yırtıcının birinin biokütləsini saxlamaq üçün bir neçə  və daha artıq  şikarın tələb 

olunmasıdır. Digər tərəfdən aşağı trofik səviyyədən yuxarı  səviyyəyə doğru enerjinin miqdarının itməsi (hər 

səviyyədən sonrakı səviyyəyə 10% enerji çatır) və metobolizmin fərdlərinin ölçüsü ilə tərsinə əlaqənin olmasıdır – 

orqanizm kiçik olduqca maddələr mübadiləsi intensiv gedir, onun sayının və biokütləsinin artm sürəti yüksəlir.  

 



Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə