QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə35/184
tarix14.10.2017
ölçüsü4,26 Mb.
#4746
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   184

 

76

Ekoloji sığınacaq növün təbəitdə, əksəriyyət halda biosenozda yerini, eyni zamanda həm ərazidə vəziyyətini, 



həm də qruplaşmada fəaliyyət rolunu, abiotik şəraitə münasibətini göstərir (Xrustalyev, Matişov, 1996). «Ekoloji 

sığınacaq» anlayışını  məskunlaşma (yaşama) yerindən) ayırmaq lazımdır. Məskunlaşma yeri dedikdə növün 

yayıldığı və onun mövcudluğu üçün vacib olan abiotik şəraitə malik olduğu yer nəzərdə tutulur. Növün ekoloji 

sığınacağı yalnız mühitin abiotik şəriatindən deyil, həm də onun biosenotik ətraf  şəraitindən asılıdır. Ekoloji 

sığınacağın xarakteri həm növün ekoloji imkanları, həm də  həmin imkanların konkret biosenozlarda nə  qədər 

həyata keçməsi ilə müəyyən edilir. 

Növün qidalanmaya, ərazidən istifadəyə, aktivlik dövrünə və digər şəraitə görə ixtisaslaşması, həm ekoloji 

sığınacağın daralması, həm də  əks proseslər – onun genişlənməsi ilə xarakterizə olunur. Qruplaşmada ekoloji 

sığınacağın daralması  və ya genişlənməsinə  rəqiblər böyük təsir göstərir. Ekoloji cəhətdən yaxın olan növlər 

üçün Q.F.Qauzenin formalaşdırdığı  rəqibliyin istisnası qaydası belə ifadə oluna bilər: iki növ bir ekoloji 

sığınacaqda keçinmir. Rəqabətdən çıxmaq mühitin tələblərinin ayrılması, yaşayış  tərzinin dəyişməsi, başqa 

sözlə növün ekoloji sığınacağının məhdudlaşdırılası ilə həyata keçirilə bilər. Bu halda onlar (növlər) bir biose-

nozda yaşamaq qabiliyyəti əldə edir. Bir yerdə yaşayan yaxın qohum növlərdə adətən ekoloji sığınacağın çox 

incə  məhdudlaşması müşahidə olunur. Belə ki, Afrika savannalarında otlayan dırnaqlılar otlaq yemindən 

müxtəlif cür istifadə edir: zebrlər əsasən otların üst hissəsini yeyir, qnu antilopu müyyən ot növlərini seçərək 

zebrdən sonra qalan yemlə qidalanır, ceyranlar ən alçaq boylu otları didişdirir, antilop topi isə digər otyeyən 

heyvanlardan sonra qalan hündür boylu quru gövdələr ilə kifayətlənir.  

Təbii  şəraitdə qarışqaların çoxnövlü assosiasiyaları mövcuddur, onların üzvləri həyat tərzinə görə 

fərqlənirlər. Moskvaətrafı meşələrində tez-tez aşağıdakı növlər aşkar edilir: Dominant növ (Formica rufa, 

F.aquillonia və ya Lasius fuliginosus) bir neçə yarusu tutur, torpaqda L.Flavus, meşə döşənəyində – Myrmica 

rubra, torpaqüstü yarusu L.Niger və F.Fusca mənimsəyir, ağaclarda isə Camponotus herculeanus məskunlaşır. 

Qarışqalar ərazidə ayrılması ilə (paylanması ilə), həm də qida əldə etmək və sutkalıq vaxt aktivliyinə görə də 

fərqlənirlər (Çernova, Bılova, 1988). 

Səhralarda ən çox torpaq səthindən qida toplayan qarışqalar kompleksi inkişaf etmişdir (herpetobiontlar). 

Onların arasında üç tropik qrupun nümayəndələri ayrılır: 1) gündüz zoonekrofaqlar – ən isti vaxtlarda aktiv 

olurlar, həşəratların cəsədləri və gündüz aktiv olan xırda həşəratlarla qidalanırlar; 2) gecə zoofaqları – torpaq 

səthinə yalnız gecə  çıxan yumşaq  örtüklü yavaş hərəkətedən həşəratları və tüklərini dəyişən buğumayaqlıları 

ovlayır; 3) karpofaqlar (gündüz və gecə) – bitki toxumlarını yeyirlər.  

Bir trofik qrupdan bir neçə növ birgə yaşaya bilər. Belə vəziyyətdə rəqabətdən çıxmaq və ekoloji sığınacağı 

məhdudlaşdırmaq mexanizmi aşağıdakı kimidir:  



Ölçü diferensasiyası. Məsələn, Qızılqum qumlarında üç adi gündüz zoonekrofaqların işçi fərdlərinin orta 

çəkilərinin nisbəti 1:8:120 təşkil edir. Böyük olmayan pişik, vaşaq və pələngin nisbətləri də təxminən belədir.  



Davranış müxtəlifliyi – yem tədarük etmənin müxtəlif mövqeyindən ibarətdir. Qarışqalar yol çəkərək əldə 

etdikdəri qidanı yuvaya daşımaq üçün yükdaşıyanları  səfərbər etməklə  əksəriyyət hallarda topa halında bitən 

bitkilərin toxumlarından istifadə edirlər. Qarışqalar, yem daşıyanlar tək-tək toplayıcı kimi işlədikdə isə əsasən 

seyrək yayılan bitkilərin toxumlarını toplayır.  



Ərazi diferensasiyası.  Bir yarus daxilində müxtəlif növlər tərəfindən qidanın toplanması müxtəlif 

sahələrdə aparıla bilər, məsələn, açıq sahədə və ya yovşan kolunun altında, qum və ya gil sahələrində və s.  



Vaxta görə aktivlik müxtəlifliyi  əsasən sutka vaxtına aiddir, lakin bəzən bəzi növlərdə ilin mövsümləri 

üzrə (əsasən yaz və payız aktivliyi) aktivliyin bir vaxta düşməməsi qeydə alınmışdır. 

Növarası rəqabətin zəifləməsi növün ekoloji sığınacağının genişlənməsinə səbəb olur. Kasıb faunaya malik 

olan okean adalarında bir sıra quşlar özlərinin qohum fərdlərinə nisbətən, materikdə olduqca müxtəlif yaşayış 

yeri (məskunlaşma yeri) və yem spektrini genişləndirir, onlar bu zaman rəqib növlərlə də toqquşmurlar.  

Əgər növarası  rəqabət növün ekoloji sığınacağını daraldırsa, hövzədaxili rəqabət,  əksinə ekoloji sığınacağı 

genişləndirir. Növün sayı artdıqca  əlavə yemdən istifadə olunmağa başlanır, yeni məskənlər mənimsənilir, yeni 

biosenotik əlaqələr peyda olur.  



Ekoloji sığınacaq konsepsiyası bir sıra praktiki məsələlərin bilavasitə həlli ilə bağlıdır.  

Gözlənilməz nəticələrlə qurtaran ən sərt rəqabət baş verə biləcək əlaqələri nəzərə almadan qruplaşmaya yeni 

heyvan və bitki növləri daxil etməkdir.  Əksinə,  əgər introduksiya olunan növ rəqibə rast gəlmirsə, o asan və 

müvəffəqiyyətlə uyğunlaşır (alışır).  

Ayrı-ayrı portnyorların qarşılıqlı kontaktının (əlaqəsinin) faydalı  və ziyanlı olmasına görə yuxarıda 

göstərilən biosenotik əlaqə tipləri yalnız növarası deyil, həm də növdaxili əlaqələr üçün də səciyyəvidir. Lakin 

növ daxilində ayrı-ayrı növlər arasındakı əlaqəyə görə ya başqa dərəcədə baş verir, yaxud da bir qədər spesifik-



 

77

liyi ilə seçilir. Məsələn, may böcəyinin sürfələrini quru torpaqda yerləşdirdikdə bir-birini yeyə bilər. Oturaq 



bonnelilərdə karlik erkək müstəqil qidalanan iri dişinin üzərində parazitlik edir. Buna bənzər  əlaqələr bəzi 

dərinlik balıqlarına da xasdır. Dişilər üzərində özündən xeyli kiçik olan erkəkləri daşıyır, onlar ağızları ilə dişin-

in bədəninə yapışır və parazit kimi qidalanır. 

 



Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə