QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə46/184
tarix14.10.2017
ölçüsü4,26 Mb.
#4746
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   184

 

103


 

Kükürdün dövranı 

Kükürd zülalların vacib komponenti olduğu üçün bioloji proseslərdə mühüm rol oynayır. Kükürdün qlobal 

dövranı müxtəlifliyi ilə fərqlənərək  biotik və abiotik proseslərin qaz, maye, bərk fazalarda olan müxtəlif kom-

ponentlərin iştirakı ilə gedir.  

Əsas biogen elementlərin (C, O, N, P, S) qlobal biokimyəvi dövranlarından (tsikllərindən) kükürdün tsikli in-

san fəaliyyətilə daha güclü pozulmuşdur. Bu, yanacaq qazıntılarının, xüsusidə daş kömürün yandırılması ilə bağlı 

kükürd oksidinin  (SO

2

)



 

atmosferə antropogen təsirinin nəticəsidir.  

Torpaqda və çöküntülərdə kükürdün ehtiyatı geniş, atmosferdə isə azdır. Kükürd mübadilə fondunda əsas ro-

lu xüsusi mikroorqanizmlər oynayır, onların hər bir növü oksidləşmə və reduksiyanın nəticəsində suyun dərinli-

yində yerləşən çöküntülərdən səthə hidrogen-sulfid qarışır. 

Kükürdün dövranının nizamlanmasında qlobal masştabda geokimyəvi və meteoroloji proseslər (eroziya, çö-

küntü  əmələgəlmə, yuyulma, yağış, adsorbsiya, desorbsiya və s.), bioloji proseslər (biokütlənin məhsulu və 

onun parçalanması), hava, su və torpağın qarşılıqlı əlaqələri iştirak edir. 

Kükürdün tsiklinin (dövranının) antropogen pozulması ekosistemin asidifikasiyası, stratosfer və troposferdə 

ozonun vəziyyəti, iqlimin dəyişməsi kimi qlobal ekoloji prosesləri təyin edir və ya onlara ciddi təsir göstərir. 



 

Fosforun dövranı 

Fosfor bioloji və biokimyəvi proseslərdə böyük rol oynadığı üçün ən mühüm kimyəvi elementlərdən biri sa-

yılır.  

Fosforun əsas rezervuarları (ehtiyatları) quru ekosistemləri, okeanlar və su hövzələrində gətirmələrin çökün-

tüləridir. Fosforun qazşəkilli formaları praktiki olaraq mövcud deyil, odur ki, ona atmosferdə rast gəlinmir. Li-

tosferdə fosforun əksər hissəsi kristal süxurlar olub apatitlərin tərkibində olur. (95%) İlk dəfə olaraq quruda fos-

forun demək olar ki, hamısı apatitlərin aşınması nəticəsində əmələ gəlmişdir. Çökmə çöküntülər törəmə xarakter 

daşıyıb-fosforitlərdən ibarətdir və bütün dünyanın fosfor ehtiyatının 80%-i qədərdir. Torpaq və bitki örtüyündə 

karbon və fosforun konsentrasiyasının orta nisbəti: C:P-750:1-ə  bərabərdir.fosforun biokimyası digər biogen 

elementlərdən (karbon, oksigen, azot, kükürd) fərqlənir, bu onun qaz formasında olmamasilə əlaqədardır. Bu, 

fosforun yamac boyu ağırlıq qüvvəsinin təsirilə bir istiqamətdə axınına imkan yaradır. Beləliklə, bu elementin 

çaylarla göl, su anbarları və dənizlərə axını baş verərək orada toplanır. Əks istiqamətdə fosforun axını olmur, bu 

isə quru ekosistemlərinin (o cümlədən aqroekosistemlərin) fosforla kasadlaşmasına və bununla əlaqədar onların 

bioloji məhsuldarlığının aşağı düşməsinə səbəb olur. 

 

 

 




 

104


 

 

Şəkil 6.9. Təbiətdə azotun dövranı:canlı varlıqların kimyəvi çevrilmələrdə iştirakı 

(Məmmədov, Suravegina, 2000) 

 



 

105


 

Øÿêèë 6.10. Êöêöðäöí äþâðàíû (Ðåéìåðñ, 1990) 

 

 Antrorogen fəaliyyət nəticəsində eroziya prosesinin güclənməsi,fosfor gübrələrinin yuyulub aparılması, çir-

kab sularının axıdılması dünyada fosfor axınlarının intensivliyini artırır. Bu isə su hövzələrinin evtrofikasiyası-

nın güclənməsinə səbəb olur. Fosforun hidrosferə ümumdünya illik axını 20 mln. tona yaxındır. Yer qabığında 

fosforun miqdarı 0,093% təşkil edir.  

Bu azotun miqdarından bir neçə dəfə çoxdur, lakin azotdan fərqli olaraq fosfor Yer qabığının əsas elementi 

sayılmır, lakin onun geokimyəvi tsiklinə Yer qabığından çox müxtəlif miqrasiya yolları, hidrosferdə intensiv bi-

oloji dövranı və miqrasiyası daxil olur. Fosfor əsas orqanogen element sayılır. Onun üzvi birləşmələri bütün bit-

ki və heyvanların həyat fəaliyyətində mühüm rol oynayır, nuklein turşularının, mürəkkəb zülalların, fosfolipid-

lərin membranının (pərdəsinin) tərkibinə daxil olur, bioenerji proseslərinin əsasını təşkil edir. Fosfor canlı mad-

dələrdə toplanır, burada onun miqdarı Yer qabığından təxminən 10 dəfə çoxdur. Qurunun səthində «torpaq-bit-

ki-heyvan-torpaq» sistemində fosforun intensiv dövranı gedir. Fosforun mineral birləşmələri çətin həll olur və 

onun tərkibindəki fosfor elementi bitkilər tərəfindən demək olar ki, mənimsənilə bilmir; bitkilər  əksərən üzvi 

qalıqların parçalanması zamanı əmələ gələn fosforun asan həll olunan formalarından istifadə edir. Fosforun döv-

ranı «Quru-Dünya okeanı» sistemində gedir.  

Onun  əsasını çay axınları ilə fosfatların aparılması, onların kalsiumla qarşılıqlı  təsiri, fosforitlərin  əmələ 

gəlməsi, vaxtı gələndə yataqlarının səthə çıxması və yenidən miqrasiya proseslərinə daxil olması təşkil edir.  

 

 




 

106


 

Øÿêèë 6.11. Ôîñôîðóí äþâðàíû (Ðåéìåðñ, 1990) 

 

İnsan  öz təsərrüfat fəaliyyətini təbii proseslərin dövriliyini nəzərə alaraq planlaşdırmalıdır, xüsusilə onu 



əkinçilik, otlaq heyvandarlığı, su təchizatı və naviqasiyada (gəmiçilikdə) dəqiq nəzərə almaq lazımdır. Şumla-

ma, mineral gübrələrdən istifadə, neft və ağır metallarla çirklənmə torpaq faunasını olduqca kasadlaşdırır. Bu 

zaman normal qida zəncirlərinin həlqələri və biokimyəvi tsikllər pozulur, hətta tamamilə sıradan çıxır. 

Məlum olduğu kimi Biosferə ozon səthinə kimi atmosferin bir hissəsi (20-25 km), litosferin üst hissəsi

əsasən aşınma gedən qabıq (orta hesabla 2-3 km) və bütün hidrosfer (okeanın dibindən 1-2 km aşağı) daxildir. 

Biosferin ümumi qalınlığı 40 km-ə çata bilər. 

Aşağıdakı fəsillərdə biosferin təbii ekosistemlərinin təsnifatı, onun ayrı-ayrı hissələrinin (atmosfer, hidrosfer, li-

tosfer) geniş xarakteristikası, müasir vəziyyəti, antropogen faktorların təsiri nəticəsində dəyişməsi (pozulması) və 

onların yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər təklif olunur. 



Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə